Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 123 124 125 126 127 128 129 130 131 » #
    Vladimir Jirinovski: “Ermənistanın məğlubiyyəti bizə sərf etmir”
    «Üçüncü dünya müharibəsi artıq gedir». Bu sözləri Rusiya Dövlət Dumasının vitse-spikeri, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Altay vilayətinin sakinləri ilə görüşdə deyib. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, Jirinovski: «Bəli, indi bu müharibə Avropada yoxdur. Lakin orada müharibə 1991-ci ilin yanvarında başlayıb. O zaman 33 dövlət İraqa hücum etdi. Sonra onlar Yuqoslaviyanı bombaladılar, sonra Əfqanıstana hücum etdilər, yenidən İraqı bombaladılar, indi də Şimali Afrikadır. Müharibə bizə doğru yaxınlaşır. Suriyadan olan qaçqınlar artıq Türkiyədədir. Azərbaycanı mübahisəli Dağlıq Qarabağa görə Ermənistana hücum etməyə təhrik edirlər. İran Ermənistanın, Türkiyə isə Azərbaycanın tərəfində duracaq. Biz isə Ermənistanın müdafiəsinə qalxırıq. Çünki onun məğlubiyyəti bizə sərf etmir. Axı orada bizim bazamız var» deməklə kifayətlənib.
    26.07.11 Məqaləni oxumaq
     
    Sarkisyan yenə Türkiyə torpaqlarına iddiasını açıqladı
    Sarkisyan indi də Türkiyə torpaqlarını Qərbi Ermənistan adlandıraraq oranın birləşdirilməsini gələcək nəsillərə həvalə edib. Bu barədə “KƏLAMİNFO” erməni mətbuata istinadən xəbər yayır. Ermənistan prezidentinin sözlərinə görə, Ağrı Dağı bölgəsinin geri alınmasını yeni nəsillərin boynundadır. “Bu sizdən - gələcək nəsillərdən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirdi. 90-cı illərdə vətənimizin bir hissəsi Arsaxı (Dağlıq Qarabağ ərazisi) düşmənin əlindən xilas etdik. Hər nəslin bir vəzifəsi var. Sizin də gələcəkdə bizim kimi vəzifənizi yerinə yetirib-yetirməyəcəyiniz birlik və bərabərliyinizdən asılıdır. Biz erməni xalqı hər zaman Səməndər quşu kimi küllərdən dirilməyi bacarmışıq. Amma bunu da deməliyəm ki, hazırda ölkələrin etibarı ərazi böyüklüyü ilə ölçülmür. Ermənistan müasir, etibarlı və iqtisadiyyatda müvəffəqiyyətli ölkə olsa, etibarı da o qədər yüksək olacaq” - deyə o, əlavə edib.
    26.07.11 Məqaləni oxumaq
     
    Rusiyanın müdafiə naziri Azərbaycanda işgüzar səfərdədir
    Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana səfəri başlayıb. “Azadinform” xəbər verir ki, səfər çərçivəsində A. Serdyukov Azərbaycan rəsmiləri ilə Qəbələ RLS-in icarə müddətinin artırılması məsələsini müzakirə edəcək. A. Serdyukov həmçinin Azərbaycan prezidenti İlham Əliyev və general-polkovnik Səfər Əbiyevlə dç görüşəcək. Səfər iyulun 26-da başa çatacaq.
    26.07.11 Məqaləni oxumaq
     
    Rəcəb Tayyip Ərdoğan iyulun 27-də gəlir
    Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan iyulun 27-də Azərbaycana səfərə gələcək. “Azadinform” Türkiyə Baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində R.T.Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli və nümayəndə heyətləri çərçivəsində görüşləri planlaşdırılır. “İyun ayının 12-də keçirilən seçkilərdən sonra baş nazir Ərdoğan ikinci xarici səfərini qardaşlıq və dostluq əlaqələrinə sahib olduğumuz Azərbaycana gerçəkləşdirir”- deyə məlumatda bildirilib. Görüşmələrdə Türkiyə və Azərbaycan arasında ikitərəfli əlaqələrin gündəmində yer alan məsələlərlə yanaşı hər iki ölkənin ortaq maraqlarına uyğun olan regional və beynəlxalq vəziyyət dəyərləndiriləcək.
    26.07.11 Məqaləni oxumaq
     
    Polşa prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri başlayıb
    Polşa Respublikasının prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri başlayıb. “Azadinform” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda Prezident Bronislav Komorovski və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub. Səfər zamanı Polşa prezidenti Azərbaycan prezidenti İlham Əliyev və Milli Məçlisin sədri Oqtay Əsədovla görüşəcək. Danışıqlardan sonra dövlət başçıları xarici siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahəsində əməkdaşlığı ehtiva edən bir sıra sazişlərə imza atacaqlar. Səfər gedişində iki ölkə arasında 2011-2013 illəri əhatə edən mədəniyyət sahəsində əməkdaşlığa dair, baytarlıq qurumları arasında və informasiya sahəsində əməkdaşlığa dair sazişlərin imzalanacağı gözlənilir.
    25.07.11 Məqaləni oxumaq
     
    Ərdoğan: “Avropa Birliyi cavab verməli olacaq”
    “Avropa Birliyi öz sözünü tutmadığına görə cavab verməli olacaq”. "KƏLAMİNFO" xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdə çıxışında deyib. "Bütün dünya bilsin ki, Kipr türkləri ilə aramızda qardaşlıq münasibətləri hər zaman olacaq. Biz Türkiyə olaraq Kipr adasında iki bərabərhüquqlu dövlətin federal dövlət yaratmasını və dövlətin federal hökumətlə idarə olunmasının tərəfdarıyıq. Ancaq Türkiyə yunan Kiprini ayrıca dövlət kimi tanımayacaq" - deyə o vurğulayıb. Ərdoğan, həmçinin qeyd edib ki, Kipr problemi 2012-ci ilə qədər həll olunmalıdır. "Kipr problemi 2012-ci ilə qədər, yəni AB-yə sədrlik yunan Kiprinə keçənə qədər həll olunmalıdır. Əks halda biz AB ilə əlaqələri kəsəcəyik. Özünü ədalət tərəfdarı kimi təqdim edən AB 2004-cü ildə verdiyi sözlərin üstündə durmadı. Onlar bu səhvlərinə görə cavab verməli olacaqlar" - deyə Ərdoğan diqqətə çatdırıb.
    22.07.11 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “Moskva mütləq adına bağlanan Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməlidir”
    “Artıq Qarabağ məsələsi uzun zaman davam edəcək bir problemdir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün keçirdiyi “Qarabağ saatı”nda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloqun fikrincə, son vaxtlar Cənubi Qafqazda gedən yeni siyasi oyunlara nəzər saldıqda o qənaətə gəlmək olur ki, proses hələ davam edəcək. “Son Kazan görüşü yeni siyasi dividentlər ortaya qoydu və nəticə etibarı ilə görüşün uğursuzluğu daha çox Rusiyanın ziyanına işləyir” - deyə politoloq vurğulayıb. M.Əhmədoğlu deyir ki, bu gün Qarabağ məsələsinin həlli ilə bağlı onun nizamlanmasından başqa hər cür mövzularda danışıqlar gedir. “Rusiyanın MDB məkanında mövqeyinin zəiflədilməsi, İranın vurulması, İranın özünün bu münaqişədən istifadə edərək bölgədə nüfuz qazanmağa cəhd etməsi, Qərbin Cənubi Qafqazda yeni planları və sair danışıqlar bu gün Qarabağ münaqişəsinin “altında yatır”. Məsələ ilə bağlı bölgəyə səfər edənlərin əsas mövzuları da elə budur” - deyə o, əlavə edib.
    21.07.11 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: “Bu günədək Azərbaycan Avropa Şurasının 55 sənədinə qoşulub”
    “Azərbaycanla AŞPA arasında mövcud olan əməkdaşlıq daha da dərinləşəcək, yeni məna kəsb edəcək. Bu baxımdan ikitərəfli səyləri mütləq artırmaq lazımdır”. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bunları Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda səfərdə olan AŞPA Avropa Xalq Partiyasının üzvləri ilə görüşü zamanı deyib. O qeyd edib ki, Avropaya inteqrasiya, AŞPA-ya üzv ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindəndir. “Quruma tamhüquqlu üzv olduğumuz dövr ərzində əlaqələrimiz daha da möhkəmlənib. Bu müddətdə Azərbaycanda demokratiya, qanunun aliliyi, insan haqları sahəsində böyük nailiyyətlər əldə edilib. Bu prosesdə Avropa Şurasının rolunu biz yüksək qiymətləndiririk” - deyə O.Əsədov vurğulayıb.
    21.07.11 Məqaləni oxumaq
     
    Sahibə Qafarova: Dünya ictimaiyyəti ermənilərin vəhşiliklərinə göz yummamalıdır
    “Bu, ermənilərin ilk təxribatı deyil. Bundan öncə də dəfələrlə ən çirkin terror üsullarına əl ataraq, öz milli kimliklərini, niyyətlərini ortaya qoyublar. Amma ən ağrıdıcısı odur ki, bu kimi cəhdlərdə uşaqları, qadınları hədəfə götürürlər. Bu isə bir daha onu göstərir ki, ermənilər uzun müddət Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətindən bu gün də əl çəkmir və hər fürsətdə irqçi, bütün beynəlxalq hüquqi sənədlərə, eyni zamanda, bölgədə sülhün təmin olunmasına yönəlmiş cəhdlərə zidd olan bu kimi təxribatları təkrarlayırlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri www.yap.org.az saytına açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
    21.07.11 Məqaləni oxumaq
     
    Qadın millət vəkilləri səfərə çıxıblar
    Millət vəkilləri Leyla Abdullayeva və Sevinc Hüseynova Şimali Kipr Türk Cümhuriyyətinə səfərə yollanıblar. “KƏLAMİNFO” xəbər verir ki, səfərdə əsas məqsəd bu gün Şimali Kiprdə keçirilən Sülh və Azadlıq Bayramında iştirak etməkdir. Deputatların bayram tədbirlərində iştirakı ilə yanaşı, bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi, humanitar-təhsil, mədəniyyət sahələrində təcrübə mübadiləsi aparacaqları gözlənilir.
    20.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 123 124 125 126 127 128 129 130 131 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30