Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 122 123 124 125 126 127 128 129 130 » #
    Bahar Muradova: “ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımı ayırmaması müsbət haldır”
    ABŞ-ın bu il Dağlıq Qarabağa maliyyə yardımı ayırmaması müsbət haldır. ABŞ belə addımı atmaqla dəfələrlə Azərbaycana qarşı qeyri-obyektiv mövqe nümayiş etdirib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib. Onun sözlərinə görə, ermənilərin narazılığına baxmayaraq ABŞ bu siyasətini növbəti illərdə də davam etdirməlidir. “Düzdür, ABŞ bu il maliyyə çətinliyinə görə, Dağlıq Qarabağa yardım ayıra bilmədi. Ancaq səbəbindən asılı olmayaraq yardımın ayrılmaması müsbət haldır. Bu dəfə erməni lobbisi özünü göstərə bilmədi”-deyə o əlavə edib.
    30.07.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Sarkisyan başda olmaqla erməni siyasətinin iç üzü ifşa olunmalıdır”
    “13 yaşlı qızın ermənilər tərəfindən öldürülməsi daim gündəmdə saxlanılmalı, bununla əlaqədar ATƏT-ə, cavabdeh olan bütün aidiyyəti qurumlara sorğular göndərilməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Onun sözlərinə əsasən, qarşı tərəfin bu addımları cavabsız qoyulduqca, erməni gülləsinin qurbanları da günbəgün artacaq. “Sarkisyan başda olmaqla erməni siyasətinin iç üzü ifşa olunmalıdır. Mən özün beynəlxalq qurumlara, təşkilatlara 13 yaşlı qızın faciəli ölümü ilə bağlı sorğular göndərmişəm. Ancaq bizə hələ ki, cavab məktubu göndərilməyib” - deyə o, əlavə edib.
    29.07.11 Məqaləni oxumaq
     
    Hidayət Orucov: QMİ-nin təqvimindən istifadə edin
    “Bəzi şiə məscidlərində sünnilərə “Təvvərrük” namazının qılınmasına, sünni məscidlərində isə Məhərrəmlik ayının qeyd olunmasına imkan verilmir. Belə şeylər yolverilməzdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. O, həmçinin Ramazan ayında təqvimlə bağlı problemlərin təkcə Azərbaycanda deyil, digər İslam ölkələrində də müşahidə olunduğunu söyləyib. Onun sözlərinə əsasən, bəzi məscidlər Qafqaz Müsəlmanları İdarəsinin təqvimi, bəziləri isə digər təqvimlərlə bayramı keçirir. Bu isə məscidlərdə azanın verilməsində vaxt fərqi yaradır. Komitə sədri tövsiyə edib ki, QMİ-nin təqvimindən istifadə olunsun.
    29.07.11 Məqaləni oxumaq
     
    QMİ-nin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. QMİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Qazılar Şurasının cümə axşamı keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayır və iyul ayının 31-i niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Ramazan ayının 29-u və ya 30-na (miladi təqvimlə avqustun 30-na və ya 31-nə ) təsadüf edəcək. QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. Cədvələ riayət olunmasının təmin edilməsi qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə olunub. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, və 26-dan 27-nə keçən gecələrə təsadüf edir.
    29.07.11 Məqaləni oxumaq
     
    Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
    29.07.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Sarkisyanın düşüncə tərzinə yaxşı bələdəm”
    “Əslində, Sarkisyandan başqa bir şey gözləmirdim. Çünki dəfələrlə onunla görüşmüşəm. Onun düşüncə tərzinə yaxşı bələdəm”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağı biz aldıq, yeni nəsil də Ağrı dağını ələ keçirsin” sözlərinə münasibət bildirərkən deyib. Prezident İlham Əliyev bildirib ki, əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir. “Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür.
    28.07.11 Məqaləni oxumaq
     
    Medvedyev Soçidə növbəti görüşün keçirilməsinə çalışır
    Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi üçün ciddi səy göstərir. Bu barədə ermənilərə məxsus “Jamanak” qəzeti məlumat yayıb. “KƏLAMİNFO” qəzetə istinadən xəbər verir ki, Qarabağ üzrə sənədin imzalanması üçün Rusiya prezidenti çox yaxın zamanlarda Soçidə növbəti görüşün keçirilməsinə çalışır. Görüşdə ABŞ və Fransa prezidentlərinin iştirak edib-etməyəcəyinə gəldikdə, qəzet yazır ki, bu, bir sıra məsələlərin necə həyata keçiriləcəyindən asılı olacaq.
    28.07.11 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsinin yeni Nizamnaməsi təsis ediləcək
    Hazırda Azərbaycanda 520 dini icma fəaliyyət göstərir. Bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov verib. “KƏLAMİNFO”nun məlumatına görə, H.Orucov, həmçinin bildirib ki, qeydiyyatdan keçməsi üçün 219 dini icmanın sənədləri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən DQİDK-yə təqdim edilib. Onun sözlərinə görə, məsləhətləşmələrdən sonra həmin dini icmaların sənədlərinə baxılacaq. Bu günlərdə Mili Məclis tərəfindən “Dini etiqad azadlığı” haqqında qanuna bəzi dəyişikliyin edildiyini xatırladan H.Orucov onu da açıqlayıb ki, QMİ-nin yeni Nizamnaməsi təsis ediləcək.
    28.07.11 Məqaləni oxumaq
     
    Ərdoğan Azərbaycana səfəri öncəsi jurnalistlərə açıqlama verib
    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi jurnalistlərə açıqlama verib. “KƏLAMİNFO” xəbər verir ki, R.T.Ərdoğan bildirib ki, enerji layihələri, o cümlədən də "Nabukko" layihəsi onun Azərbaycana səfəri zamanı əsas müzakirə mövzusu olunacaq. "Türkiyə ilə Azərbaycan arasında enerji layihələri bundan sonra da inkişaf edəcək" – deyə Ərdoğan bildirib. Türkiyənin Baş naziri qeyd edib ki, səfəri zamanı "Nabukko" layihəsinin "yol xəritəsi" və onun reallaşdırılacağı tarix müzakirə olunacaq. Ərdoğanın sözlərinə görə, bu layihə iki ölkə arasındakı əlaqələri möhkəmləndirəcək və Qafqaz regionunda sabitliyin yaradılmasına kömək edəcək.
    28.07.11 Məqaləni oxumaq
     
    Xosep Antonio Duran: “Ümid edirik ki, yaxın vaxtlarda İspaniyanın Bakıda səfirliyi açılacaq”
    Azərbaycanda səfərdə olan İspaniya Krallığı Konqresinin Xarici əlaqələr Komitəsinin sədri Xosep Antonio Duran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ziyafət Əsgərov Milli Məclisin fəaliyyəti, tərkibi, ölkənin seçki sistemi barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, parlamentdə 125 deputat var və onlar 11 komitədə qanunvericilik fəaliyyəti ilə məşğul olurlar. Milli Məclisdə xarici ölkələrlə 70-dən çox dostluq qrupu fəaliyyət göstərir və bu qruplar parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynayırlar. Bildirilib ki, Azərbaycan ilə İspaniya arasında ikitərəfli əlaqələrin inkişafı üçün geniş imkanlar var. “Ölkələrimiz arasında bir neçə vacib sənəd imzalanıb, daha bir neçə sənəd isə imzalanmaq üçün hazırlanır.”
    28.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 122 123 124 125 126 127 128 129 130 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30