Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 120 121 122 123 124 125 126 127 128 » #
    Rasim Musabəyov: “Sarkozinin bölgəyə səfərinin çox şişirdilməsi düzgün deyil”
    “Fransanın Azərbaycanla bağlı daha çox iqtisadi maraqları, Ermənistanla daha çox mədəni maraqları var. Parisin siyasi maraqları isə bir çox halda Gürcüstana bağlıdır. Çox güman ki, Nikola Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri zamanı bu meyarlar əsas götürüləcək”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, politoloq Rasim Musabəyov bildirib. Politoloq xatırladır ki, Sarkozi hakimiyyətə gələndə xarici işlər naziri vəzifəsinə Fransanın Gürcüstandakı səfirini təyin etmişdi. “Bütün bu məqamlar göstərir ki, Fransanın müəyyən maraqları var. Amma düşünmürəm ki, bu səfərin nəticəsi olaraq hər hansı ciddi dəyişiklik olsun. 2008-ci ildə Gürcüstan olayları vaxtı prosesin qarşısının alınması üçün N.Sarkozi kifayət qədər böyük səylər göstərdi. Bütün bunlar eyni zamanda Fransanın daxili siyasəti ilə də bağlıdır” - deyə R.Musabəyov vurğulayıb.
    10.08.11 Məqaləni oxumaq
     
    Siyavuş Novruzov: “Bir çox partiyanın fəaliyyət istiqamətində yenilik lazımdır”
    “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı YAP olaraq öz təkliflərimizi irəli sürmüşük. Hazırda bu layihəyə rəy verilməsi üçün Venesiya komissiyasında baxılır. Amma bütün hallarda son sözü Milli Məclis deyəcək. Hesab edirəm ki, həqiqətən də bu sahədə yeni bir qanunun qəbul olunmasına zərurət var”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Azərbaycanda bir çox partiyanın fəaliyyət istiqamətində yenilik lazımdır. Millət vəkili hesab edir ki, bu gün artıq parlamentdə fəaliyyət göstərən partiyalar formalaşıb, onlar yeni düşüncə tərzinə, dünya təcrübəsinə uyğun şəkildə öz strukturlarını qurur, fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər: “Amma partiyalar var ki, yaradıldığı dövrdən elə necəydisə, elə də qalır”. S.Novruzovun fikrinə görə, partiyalar öz tərkiblərinə baxmağa, öz tərkiblərində islahatlar aparmağa, sırf partiya işi ilə məşğul olmağa bir ehtiyac duyur:
    09.08.11 Məqaləni oxumaq
     
    Elman Məmmədov: “Sarkisyan hakimiyyətinin sülhə gəlməsi real görünmür”
    “Beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işğalçı Ermənistana təzyiq etməlidirlər. Əgər dünya dövlətləri bu münaqişənin həllinin vaxtının çatdığını deyirsə, onda konkret addımlar atılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları yap.org.az saytına “Azərbaycan Respublikası Dağlıq Qarabağ İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib. O qeyd edib ki, işğalçı Ermənistan xoşluqla sülhə getmək istəmir, Serj Sarkisyanın son bəyanatları da bunu bir daha təsdiqləyir. Onun sözlərinə görə, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmasa və sanksiyalar tətbiq etməsə, Sarkisyan hakimiyyətinin sülhə gəlməsi real görünmür. “Təəssüfləndirici haldır ki, Ermənistan dünyada öz adı ilə çağırılmır. Bu dövlətə işğalçı kimi yanaşanlar xeyli azdır. Əgər bu işğalçı dövlətə qarşı beynəlxalq hüquq əsasında tədbirlər görülsə, onda vəziyyət tamamilə başqa cür olardı. Amma təcavüzkarı öz adı ilə çağırmayınca, beynəlxalq birlik Ermənistandan heç bir konstruktiv addım gözləməməlidir” - deyə E.Məmmədov vurğulayıb.
    08.08.11 Məqaləni oxumaq
     
    Araz Əzimov Əhməd Davudoğlu ilə görüşüb
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında siyasi məsləhətləşmələr çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinə dair fikir mübadiləsi aparıblar.
    06.08.11 Məqaləni oxumaq
     
    General-mayor Yücel Karauz Türkiyənin Azərbaycana hərbi attaşesi təyin edilib
    Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin olunub. “KƏLAMİNFO” Türkiyə mətbuatına itinadən xəbər verir ki, yeni hərbi attaşenin təyinatı ilə bağlı qərar Ali Hərbi Şurada qəbul edilib. Şuranın qərarı ilə general-mayor Yücel Karauz Azərbaycana hərbi attaşe təyin edilib. O, bu postda general-mayor Özhan Ayaşı əvəz edəcək.
    05.08.11 Məqaləni oxumaq
     
    Abdulla Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitinə qatılacaq
    Türkiyə prezidenti Abdulla Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının oktyabrın sonunda Almatıda keçirilən sammitində iştirak edəcək. «KƏLAMİNFO» «Novosti-Kazaxıstan»a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə Astanada keçirdiyi brifinqdə bildirib. O deyib ki, sammit oktyabrın 21-22-də keçiriləcək. Onun sözlərinə görə, sammitin məqsədi şuranın qaydalarının müəyyən edilməsi və əsas sənədlərin qəbuludur. «Hesab edirik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işıqlı gələcəyi var». Qeyd edək ki, Şura dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda təsis edilib. Kazıxanov, həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana planlaşdırılan səfəri barədə də məlumat verib. O bildirib ki, Ərdoğanın səfəri ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə yeni perspektivlər verəcək. XİN rəhbəri səfərin dəqiq tarixini deməyib və yalnız onu əlavə edib ki, Astana Ərdoğanı ilin sonuna kimi gözləyir.
    05.08.11 Məqaləni oxumaq
     
    Nazirlik: “Elektron hökumət” informasiya sisteminin həyata keçirilməsinə başlanılıb
    Dövlət müəssisələri arasında informasiya mübadiləsi üçün “Elektron hökumət” informasiya sisteminin həyata keçirilməsinə başlanılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib. Qeyd edilib ki, yaxın günlərdə Təhsil və Səhiyyə nazirlikləri “Elektron hökumət” dövlət informasiya sisteminə qoşulacaq və Azərbaycanda bu sistemə qoşulan dövlət idarələrinin sayı 8-ə çatacaq. İndiyədək əsas serveri RİTN-də yerləşən sistemə nazirliyin özündən başqa Ədliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu qoşulub. Bu dövlət müəssisələrində serverlər və informasiya təhlükəsizliyi sistemləri quraşdırılıb, servislərin və onların sistemdə informasiya məlumatlarının əlaqələndirilməsi üzrə işlər aparılıb. Bundan başqa, “Elektron hökumət”in informasiya sistemi bazası əsasında ödənişli xidmətlərdən istifadənin təmini üzrə də işlərə başlanılıb. Dövlət idarələri tərəfindən göstərilən bütün elektron xidmətlər, eləcə də yaranacaq yeni xidmətlər “Elektron hökumət”in vahid portalına köçürüləcək.
    05.08.11 Məqaləni oxumaq
     
    Xəzəryanı ölkələrin nümayəndələri Qazaxıstanın Aktau şəhərində toplaşacaq
    Avqustun 10-11-i tarixlərində Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasını imzalayan ölkələrin iclası keçiriləcək. İclasa Azərbaycan nümayəndə heyəti də qatılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər. İclasda 2 protokolun imzalanması nəzərdə tutulur. Tədbirdə Azərbaycan nümayəndə heyətinə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev başçılıq edəcək. Qeyd edək ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası 2003-cü il noyabrın 4-də Tehranda imzalanıb. Xəzəryanı ölkələrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan daxildir.
    04.08.11 Məqaləni oxumaq
     
    Fransa prezidenti Azərbaycana səfər edəcək
    Fransa prezidenti Nikola Sarkozinin oktyabr ayında Azərbaycana səfərə gələcəyi gözlənilir. “KƏLAMİNFO” “Armenia Today” qəzetinə istinadən xəbər verir ki, Fransa prezidenti öncə Gürcüstana səfər edəcək, sonra Ermənistana, oradan isə Azərbaycana gələcək. Ermənistana səfər oktyabrın 7-9-na planlaşdırılıb. Fransanın ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədri olduğunu nəzərə alaraq, səfər çərçivəsində müzakirə olunan əsas məsələlərdən birinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolları olacağı gözlənilir.
    04.08.11 Məqaləni oxumaq
     
    “ABŞ-ın apardığı hərbi kampaniyadan ən çox xeyir götürən İran olub”
    “Artıq aydın olur ki, ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi kampaniyadan ən çox xeyir götürən İran olub”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu özünün aylıq hesabatında bildirib. O qeyd edib ki, ABŞ-ın, NATO-nun Əfqanıstandan və İraqdan qoşunları çıxarması məsələsi qərbpərəst siyasi mərkəzlərdə kifayət qədər ciddi müzakirə olunur. “Qərb siyasi mərkəzləri bu məsələni daim diqqətdə saxlayır. Məsələ ondadır ki, hazırda Əfqanıstandakı daxili vəziyyət İranı qane edən hala düşüb. ABŞ sanki İranın qonşuluğunda iki dövlətdə şiələrin mövqeyini möhkəmlədib” - deyə M.Əhmədoğlu vurğulayıb. Politoloq deyir ki, ABŞ qoşunlarının bu ölkələri tərk edəcəyi təqdirdə İranın hər iki ölkəyə və regiona təsiri kifayət qədər artacaq.
    04.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 120 121 122 123 124 125 126 127 128 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30