Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 119 120 121 122 123 124 125 126 127 » #
    Astanada KTMT-nin qeyri-rəsmi sammiti işə başlayıb
    Bu gün Qazaxıstan paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qeyri-rəsmi sammiti işə başlayıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın dövlət başçıları Əfqanıstan və Pakistanda fəaliyyət göstərən “Taliban” qruplaşmasının Mərkəzi Asiyadakı vəziyyətə təsirini müzakirə edəcəklər. O cümlədən Yaxın Şərq və Şimali Afrikadakı inqilablar diqqətdə olacaq. Sammit gedişində Rusiya prezidenti Dmitri Medvedyevin erməni həmkarı Serj Sarksiyanla görüşü də nəzərdə tutulub.
    12.08.11 Məqaləni oxumaq
     
    Azərbaycan Somaliyə yardım ilə əlaqədar BMT-nin Çoxtərəfli Etimad Fondu ilə saziş imzalayıb
    Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev və BMT-nin Çoxtərəfli Etimad Fondunun Ofisinin icraçı əlaqələndiricisi Bisrat Akiullu müvafiq olaraq Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramı adından Somalidə Ümumi Humanitar Fond üçün Standart İnzibati Sazişi imzalayıblar. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sazişi imzalamaqla, Azərbaycan hökuməti Somalidə qida böhranının aradan qaldırılması və Somali xalqının əzabının azaldılması istiqamətində davam edən beynəlxalq və milli səylərə dəstəklə bağlı Somali hökumətinin və digər beynəlxalq təşkilatların təcili yardım çağırışlarına cavab verib. Sazişə əsasən, Azərbaycan hökuməti yuxarıdakı məqsədlər üçün 100 min ABŞ dolları ayırıb və bu məbləğ Saziş imzalandıqdan dərhal sonra Çoxtərəfli Etimad Fondunun Ofisi vasitəsilə Somalidə Ümumi Humanitar Fonda köçürülüb.
    12.08.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə: "Yenə İslamafobiya axtarırlar"
    Şeyxülislam hesab edir ki, indi inkişaf etmiş xalqlarda mənəvi cəhətdən çatışmazlıq var

    “Təəssüf ki, bu qədər insanı qətlə yetirən şəxs öz günahını bilmir. Avropada mühit görün hansı həddə çatıb ki, baş verənlərdə yenə də İslamafobiya axtarırlar”. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Norveçdə törədilən terror haqqında danışarkən deyib. Şeyxin sözlərinə görə, Avropada “Quran”ın yandırılması ilə müşayiət olunan proses onu göstərir ki, inkişaf etmiş xalqlarda mənəvi cəhətdən çatışmazlıqlar var. 
    12.08.11 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: “Azərbaycan status-kvonun saxlanmasının əleyhinədir”
    “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar irəli sürdüyü konsepsiya beynəlxalq hüquqa söykənir. Prezident İlham Əliyevin Soçi şəhərində Rusiya prezidenti Dmitri Medvedev ilə görüşü də əsasən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində aparılan danışıqların növbəti mərhələsini təşkil edir”.
    “KƏLAMİNFO” xəbər verir ki, bunları yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O, bir müddət öncə Kazanda üçtərəfli görüş keçirildiyini xatırladaraq bildirib ki, Ermənistanın indiki vəziyyəti, ağır sosial-iqtisadi problemlərlə üz-üzə qaldığı bir şəraitdə Rusiya bu münaqişənin həllində daha çox fəallıq göstərməkdədir. Onun sözlərinə görə, prezident İlham Əliyev bütün görüşlərdə Azərbaycanın Qarabağla əlaqədar müəyyən etdiyi konsepsiyanı aydın şəkildə diqqətə çatdırıb.
    12.08.11 Məqaləni oxumaq
     
    İqbal Ağazadə: “İctimai Palata müxalifətin müəyyən kəsimini özündə birləşdirən strukturdur”
    “Parlamentdə təmsil olunmayan bəzi müxalif qrupları əhatə edən İctimai Palata müxalifətin müəyyən kəsimini özündə birləşdirən strukturdur və bu qurum ölkə müxalifətini tam əhatə etmir.
    Bu qurumda təmsil olunmaq məsələsi isə istəkdən irəli gəlir. Ona görə də iri nəticələrə nail ola bilmirlər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.
    11.08.11 Məqaləni oxumaq
     
    QMİ-DƏ TOPLANTI
    Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Ramazan ayının başlanması ilə bağlı tədbir keçirildi. Qurani-Kərimin oxunuşu ilə başlayan toplantını açan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə torpaqlarımızın və dövlətçiliyimizin qorunması yolunda şəhid olan insanların xatirəsini yad etdi.
    11.08.11 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Əsədlə görüşün nəticəsini irəliləyən zaman içində görəcəyik”
    Dünən baş tutan Əsəd-Davudoğlu görüşündən sonra Türkiyə xarici işlər naziri heç bir açıqlama vermədən Suriyanı tərk edib. Görüşə aid ilk açıqlama isə bu gün rəsmi Ankaradan gəlib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, nazir mühüm addımlar atıldığını bildirib. O qeyd edib ki, görüşdə Türkiyənin qəti mövqeyi açıqlanıb. “Mən Əsədin nə dediyini burda kəlmə-kəlmə açıqlaya bilmərəm. Lakin prezidentlə görüşümüzdə “terror” sözü keçmədi. O bildirdi ki, sadəcə, bir qrup yaraqlı ölkədəki sabitliyi pozmağa çalışır. Hökumət isə onlarla mübarizə aparır. Biz isə Türkiyənin günahsız insanların qətli ilə bağlı narahatlığını çatdırdıq. Suriyada qısa bir zamanda reformasiya tədbirlərinin gerçəkləşdiriləcəyinə ümid etdiyimizi bəyan etdik. Görüşün nəticəsini isə irəliləyən zaman içində görəcəyik”. Məlumat üçün onu da bildirək ki, prezidentlə nazirin görüşü 6 saat davam edib.
    11.08.11 Məqaləni oxumaq
     
    “Hərbi təcavüz Rusiyanı çıxılmaz vəziyyətə sala bilər”
    “Bütün bəyanatlara baxmayaraq, heç inandırıcı deyil ki, Rusiya indiki şəraitdə hansısa səbəbdən Gürcüstanı işğal etmək istəsin, ümumiyyətlə, Cənubi Qafqazda yeni müharibəyə başlasın”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, heç bir əsas olmadan başqa bir dövlətə qarşı hərbi təcavüzə yol vermək Rusiyanı xüsusən də indiki müxtəlif geosiyasi gəlişmələr fonunda çıxılmaz vəziyyətə sala bilər. “Amma gərək Gürcüstan da Cənubi Osetiyanı və ya Abxaziyanı işğaldan azad etmək kimi planlarla yanlışlığa yol verib, Rusiyaya rəvac verməsin” - deyə Ə.Oruclu vurğulayıb. Politoloq deyir ki, Rusiya bu dönəmdə Cənubi Qafqazda hərbi qarşıdurmalarda maraqlı olmamalıdır. “Çünki bu gün qaynar qazanı xatırladan Qafqaz regionu faktiki olaraq Rusiyanın üzərində bir detonatordur və bu detonatorun yaxınlığında partlayış törətmək Rusiyaya lazım deyil” - deyə o, əlavə edib. Qeyd edək ki, bu günlərdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze rus-gürcü müharibəsinin üçüncü ildönümünə həsr olunmuş mətbuat konfransında ölkəsinin ərazi bütövlüyünün bu günə kimi Rusiya dövləti tərəfindən kobudcasına pozulduğunu vurğulayıb.
    11.08.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Rusiya prezidentləri görüşüb
    Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedyev arasında Soçidə görüş keçirilib. Görüş zamanı ikitərəfli münasibətlər, həmçinin aktual regional məsələlər müzakirə edilib, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin vəziyyətinə dair fikir mübadiləsi aparılıb. RF prezidentinin rəsmi saytına istinadən “KƏLAMİNFO” xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunan D.Medvedyev bildirib ki, regional problemlərin həlli Rusiya üçün çox vacibdir. «Əlbəttə, əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsidir. Burada mən axırıncı üçtərəfli görüşümüzü nəzərə almaqla bundan sonra nə edəcəyimiz barədə səmimi söhbət aparmaq istəyirəm. Biz yaxın ölkələrik, biz qonşuyuq, biz çox yaxın dostlarıq, tərəfdaşıq. Regionumuzda vəziyyətin necə inkişaf etməsindən bütünlüklə regionun, bizim ölkələrimizin, xalqlarımızın əhvalı asılıdır» deyən Dmitri Medvedyev İlham Əliyevlə məsləhətləşmələr aparmaq istədiyini bildirib.
    10.08.11 Məqaləni oxumaq
     
    Prezident Soçiyə işgüzar səfərə yola düşüb
    Prezident İlham Əliyev bu gün Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşüb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Qeyd edək ki, prezidentlərin görüşündə Dağlıq Qarabağ probleminin tənzimlənməsi və Xəzər dənizinin hüquqi statusu əsas müzakirə mövzuları olacaq.
    10.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 119 120 121 122 123 124 125 126 127 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30