Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 118 119 120 121 122 123 124 125 126 » #
    Elmar Məmmədyarova təşəkkür məktubu gəlib
    Afrika İttifaqı Komissiyasının sədri Jan Ping Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür məktubu göndərib. Xarici İşlər Nazirliyindən ”KƏLAMİNFO”ya verilən məlumata görə, məktubda Afrika İttifaqının Komissiyasının sədri Afrika İttifaqı təşkilatı adından Somalidə yaşanan humanitar faciənin aradan qaldırılması üçün Azərbaycanın Somali xalqına etdiyi maliyyə yardımına görə Azərbaycan prezidenti, Azərbaycan Hökuməti və bütün Azərbaycan xalqına səmimi təşəkkürünü bildirib.
    20.08.11 Məqaləni oxumaq
     
    Politoloq: “Rusiyada seçki qabağı mübarizədə Qarabağ siyasəti ciddi kart kimi oynanılır”
    “Hazırda Qarabağ problemi ilə bağlı danışıqlarda irəliləyiş məsələnin açarı rolunu oynayan Moskvadakı vəziyyətdən, daha doğrusu Baş nazir Vladimir Putin və prezident Dmitri Medvedev qarşıdurmasının nəticələrindən asılıdır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. Politoloq deyib ki, Kremldəki bu vəziyyətin də nə ilə bitəcəyini indi heç kəs bilmir. “Yəni, Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın bir qanadından aldığı əmrlərə tabedir. O qanad, Qarabağ münaqişəsinin həllində ümumiyyətlə maraqlı deyil. D.Medvedev isə istərdi ki, hansısa inkişaf olsun. Lakin, onun gücü S.Sarkisyanı inandırmağa çatmır. Beləcə, hər hansısa irəliləyiş üçün mən əsas görmürəm”,-deyə R.Ağayev vurğulayıb.
    19.08.11 Məqaləni oxumaq
     
    Bu il boş qalan bələdiyyələrə seçkilər keçiriləcək
    Bu il Azərbaycanda boş qalan bələdiyyələrə seçkilər keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. “Ötən bələdiyyə seçkilərindən sonra bir neçə bələdiyyədə problemlər yaranıb və bələdiyyələr buraxılıb. Ona görə də 9 bələdiyyədə boş qalan yerlərə seçkilər keçiriləcək. Bələdiyyə seçkilərinin keçirilməsi bu il bizim qarşımızda duran əsas məsələdir. Ona görə də çalışacağıq ki, bu il ərzində sözügedən məsələni reallaşdıraq" – deyə o qeyd edib.
    19.08.11 Məqaləni oxumaq
     
    Aşağı seçki komissiyalarının üzvləri üçün kurslar təşkil olunacaq
    Aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kurslar təşkil olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov söyləyib. Onun sözlərinə əsasən, müvafiq milli fəaliyyət planına uyğun olaraq aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kurslar təşkil olunacaq. “Bu həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən müsbət qarşılanıb. Ölkədə belə maarifləndirməyə olduqca böyük ehtiyac var. Biz çalışırıq ki, beynəlxalq seçki sisteminə uyğunlaşaq. Kurslarda mühazirələr dinləniləcək və bu mühazirələri mütəxəssislər aparacaq” - deyə o qeyd edib. M.Pənahov, həmçinin əlavə edib ki, maarifləndirmə işi əsasən seçkiqabağı aparılacaq.
    19.08.11 Məqaləni oxumaq
     
    Ekspert: “İsmət Yılmaz Bakıya səfəri zamanı müəyyən razılaşmaların əldə olunmasına çalışacaq”
    “Böyük ehtimalla Türkiyə müdafiə naziri Azərbaycana kifayət qədər yüksək heyətlə gələcək və müxtəlif istiqamətlərdə danışıqlar apararaq müəyyən razılaşmaların əldə olunmasına çalışacaq”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində hərbi ekspert Cəsur Sümərinli bildirib. Ekspert hesab edir ki, bu səfərdə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri əsas diqqət mərkəzində olacaq. “Gələcəkdə əməkdaşlığın necə davam edəcəyi bu danışıqlar üzərində qurulacaq. Eyni zamanda bir sıra problemlər də mövcuddur və bir sıra istiqamətlərdə əməkdaşlıqları möhkəmləndirməyə ehtiyac var. Xüsusilə də Azərbaycan ali hərbi məktəbləri əvvəllər Türkiyədə əməliyyatlarda daha fəal idilər, amma sonralar onların sıralarında azalmalar baş verdi. Türkiyə Azərbaycandakı əməliyyatlarda Türkiyənin əməliyyatlarını daha üstün səviyyəyə qaldırılması və Azərbaycanın NATO standartlarında Türkiyədən maksimum səviyyədə istifadə edilməsi kimi məlumatlar var idi. Bu məsələdə müəyyən anlaşılmazlıqlar var idi.
    18.08.11 Məqaləni oxumaq
     
    Türkiyədə İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin fövqəladə iclası işə başlayır
    Bu gün Türkiyədə İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin fövqəladə iclası işə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, 57 müsəlman ölkəsinin təmsilçisi Somalidəki insanlıq faciəsi və bu ölkə əhalisinə əlaqələndirilmiş yardım yollarını müzakirə edəcək. Somalidəki vəziyyətlə əlaqədar Türkiyə, Azərbaycan, İran və bir çox digər İƏT ölkəsi bu ölkəyə yardım kampaniyasına başlayıb. Bu gün İstanbulda başlayacaq beynəlxalq toplantıda Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndə, səfir Tofiq Abdullayev təmsil edəcək. Konfransda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
    17.08.11 Məqaləni oxumaq
     
    Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 4 gün iş olmayacaq
    Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 4 gün iş olmayacaq. Nazirlər Kabinetindən “KƏLAMİNFO”ya verilən məlumata görə, hökumət Ramazan bayramı ilə bağlı iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.
    Qərara görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib. Beləliklə, avqustun 28, 29, 30 və 31-i qeyri-iş günü olacaq.
    Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayıb. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Ramazan ayının 29-u və ya 30-na (miladi təqvimlə avqustun 30-na və ya 31-nə) təsadüf edəcək.
    17.08.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Kreml heç bir halda Bakını özündən narazı salmaq istəmir”
    “Çox aydın hiss olunur ki, Kazan görüşünün iflasından sonra Rusiya prezidenti Dmitri Medvedyev Qarabağla bağlı situasiyanı tənzimləmək istəyir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili Musa Qasımlı bildirib. O qeyd edir ki, indiki şəraitdə Kreml heç bir halda Bakını özündən narazı salmaq istəmir və Rusiya prezidentinin şəxsi dəvəti ilə Soçidə baş tutan görüş də buna xidmət edir. “Məsələ burasındadır ki, indi eyni zamanda Qarabağ məsələsi ilə yanaşı, bir sıra digər məsələlər var ki, onlar da müzakirə olunmalıdır. Bunlar Qəbələ RLS və digər regional məsələlərdir. Yəqin ki, Soçidə bunlar kompleks şəkildə müzakirə olunub” - deyə M.Qasımlı vurğulayıb. Buna baxmayaraq, millət vəkili hesab etmir ki, burada da Rusiya tərəfindən hansısa ciddi bir nəticə əldə edilmiş olsun. “Çünki Rusiyanın Cənubi Qafqazla bağlı hamıya məlum olan ümumi strategiyası buna imkan vermir. Bu görüşlə sadəcə olaraq, Rusiya dövlət başçısı Kazan uğursuzluğundan sonra vəziyyəti kompensasiya etmək istəyir, ona görə də bu kimi cəhdləri edir” - deyə ekspert əlavə edib. 
    Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev avqustun 9-da Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə Soçi şəhərinə işgüzar səfər edib və prezidentlərin təkbətək görüşü baş tutub.
    16.08.11 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: Qarabağ münaqişəsindən Azərbaycana qarşı təzyiq kimi istifadə etmək əhəmiyyətsizdir
    “Reallıq ondan ibarətdir ki, Rusiya vasitəçi olaraq Dağlıq Qarabağ münaqişənin həllinə maraq göstərir. Bunun başlıca səbəblərindən biri Rusiyanın xarici siyasətində müəyyən keyfiyyət dəyişikliyinin baş verməsidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, həmişə təzyiq dili ilə danışmaq istənilən nəticəni vermir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi də yarandığı vaxtdan bəzi dövlətlərin Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməsi istənilən nəticəni verməyib. “Azərbaycan ağır, çətin yol keçib, amma düzgün balans siyasəti, iqtisadi siyasət təzyiqlərə imkan verməyib. Çünki ölkəmizin siyasəti çox güclü işlənib hazırlanıb və bu da öz nəticəsini verməkdədir. Ona görə də bu münaqişədən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadənin əhəmiyyətsizliyi üzə çıxıb. Bu münaqişədən Azərbaycana təzyiq kimi istifadə edib onu tutduğu siyasi xətdən çəkindirmək mümkün deyil. Baxmayaraq ki, 20 faiz torpağımız işğal altındadır, biz bu münaqişənin təsiri və təzyiqi ilə hansısa siyasətimizi ertələmədik, geri çəkilmədik, onu davam etdirdik” - deyə YAP icra katibinin müavini vurğulayıb.
    13.08.11 Məqaləni oxumaq
     
    Fazil Mustafa “Eks-prezident statusu haqqında” layihə təqdim edib
    Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa qəbul olunacağı gözlənilən “Eks-prezident statusu haqqında” qanunla bağlı Milli Məclisə layihə təqdim edib. Bu barədə “KƏLAMİNFO” F.Mustafa özü bildirib. Layihə barədə məlumat verən millət vəkili deyib ki, burada eks-prezident statusu həm Ayaz Mütəllibova, həm mərhum Əbülfəz Elçibəyə, həm də mərhum Heydər Əliyeva şamil edilir. Onun sözlərinə görə, təqdim etdiyi layihə hazırda müvafiq komitənin gündəliyinə daxil edilib və parlamentin payız sessiyasında müzakirəyə çıxarıla bilər. “Fikrimcə, Azərbaycan müstəqillik qazandıqdan sonra bu ölkədə rəsmi olaraq kim prezident olubsa, eks-prezident statusu onların hamısına şamil olunmalıdır və bunda heç bir problem yoxdur” - deyə F.Mustafa vurğulayıb. Millət vəkili onu da əlavə edib ki, layihədə eks-prezidentlər və onların ailəsi üçün nəzərdə tutulan status beynəlxalq prinsiplərə əsaslanır. Qeyd edək ki, Milli Məclisin payız sessiyasında Azərbaycanda “Eks-prezident statusu haqqında” qanun layihəsinin qəbul olunacağı gözlənilir.
    13.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 118 119 120 121 122 123 124 125 126 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30