Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 117 118 119 120 121 122 123 124 125 » #
    İraq Türkiyəyə nota verib
    İraq Türkiyənin Şimali İraqda PKK terrorçularına qarşı keçirdiyi əməliyyatlar səbəbi ilə bu ölkəyə nota verib. “KƏLAMİNFO” “Hurriyət” qəzetinə istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyinin rəsmi internet saytında yayılan məlumata görə, Türkiyənin Bağdad səfiri Murad Özçelik bu məqsədlə XİN-ə dəvət olunub. Səfiri qəbul edən xarici işlər nazirinin müavini Məhəmməd Cavad əl-Durki Türkiyənin Şimali İraqda sərhədi pozduğunu deyib və burda aparılan hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib. Qeyd edək ki, bu məlumat iki dildə fəaliyyət göstərən saytın sadəcə ərəbcə hissəsində yerləşdirilib.
    26.08.11 Məqaləni oxumaq
     
    Yaş senzi Dövlət Komitəsindən təsirsiz ötüşdü
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının 99 faizini gənclər təşkil edir. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya DQİDK-nin mətbuat xidmətinin rəhbəri Saleh Arslanov söyləyib. Yaş senzinin tətbiqi ilə bağlı Komitədə neçə nəfərin ixtisar olduğu, yaxud olacağı barədə sorğuya cavab olaraq S.Arslanov bildirib ki, DQİDK-də yaşı 65 və ya daha çox olan əməkdaş yoxdur. Onun sözlərinə görə, DQİDK-nin kollektivinin 99 faizi gənclərdən ibarətdir.
    25.08.11 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ probleminin dinc yolla həllinə təhlükə yaradan məhz vasitəçilərdir”
    “İndiki dövrdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolla həll edilməsi olduqca təhlükəli məsələdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu söyləyib. Siyasi ekspertin sözlərinə görə, indi gedən proseslər münaqişəsinin dinc yolla həll edilməsinə maneədir. “Münaqişəsinin tənzimlənməsində geosiyasi güc artıb. Dağlıq Qarabağ probleminin dinc yolla həll olunmasına təhlükə yaradan məhz vasitəçilərdir. Məsələnin həll olunmasına üstələnən vasitəçilər əslində bu müddət ərzində müharibənin qarşısını almaqla məşğul olublar və bu məsələdə müharibə profilaktikası yaratmaq əslində ermənipərəstlik deməkdir”,-deyə M.Əhmədoğlu qeyd edib. Politoloqun fikrincə, vasitəçilərin ikinci qüsuru bir-biri ilə anlaşa bilməməsi və münaqişəsinin tənzimlənməsində özlərinin geosiyasi maraqları tərəfindən çıxış etməsi olub:
    25.08.11 Məqaləni oxumaq
     
    BMT yanında daimi nümayəndələr Heydər Əliyev Fondunda olublar
    Azərbaycanda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri bu gün Heydər Əliyev Fondunu ziyarət ediblər. “KƏLAMİNFO” xəbər verir ki, qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilib. Bildirilib ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
    25.08.11 Məqaləni oxumaq
     
    MDB-nin enerji məsələləri üzrə ekspertləri Finlandiyaya toplaşıb
    Bu gün Finlandiyanın Turku şəhərində “Avropa regionunun enerji təhlükəsizliyi” mövzusunda illik beynəlxalq enerji konfransı keçirilir. Turku İqtisadiyyat Məktəbinin təşkilatçılığı ilə reallaşan tədbirdə ölkəmizi Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin enerji məsələləri üzrə eksperti Gülmira Rzayeva təmsil edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən veriblər. Konfransın keçirilməsində məqsəd MDB ölkələrindən olan enerji məsələləri üzrə ekspertləri bir araya gətirərək onlarla fikir mübadiləsi aparmaqdır. Həmçinin Finlandiyanın ekspert və akademik dairələrini MDB ölkələrinin enerji siyasəti haqda məlumatlandırmaqdır.
    25.08.11 Məqaləni oxumaq
     
    Fransa deputatların Dağlıq Qarabağa səfərinə aydınlıq gətirdi
    Fransanın Azərbaycandakı səfirliyi  bir neçə gün öncə fransalı deputatların Dağlıq Qarabağa olan  səfəri ilə bağlı məlumat yayıb.
    Fransanın Azərbaycandakı səfirliyindən «Azadinform»a verilən məlumatda qeyd edilib ki, 2011-ci il avqustun 23-dəki mətbuat saatında Fransa Xarici İşlər və Avropa məsələləri Nazirliyinin sözçüsünə fransalı deputatların Dağlıq Qarabağa bir neçə gün öncə getməsi ilə bağlı sual verilib. Bununla əlaqədar o aşağıdakı bəyanatı verib: “Dağlıq Qarabağa münasibətdə bizim mövqeyimiz parlamentarilərə lazımi şəkildə bildirilib. Bu səfər nəticə etibarı ilə Fransanın bu münaqişədə siyasətinə heç bir öhdəlik vermir və nə də onun siyasətini dəyişmir. Fransa beynəlxalq birliyin bütün ölkələri kimi, o cümlədən Ermənistanın özü də, bu ərazinin müstəqilliyini tanımır. Bu ərazinin beynəlxalq hüquqi statusu, yalnız sülh yolu ilə, ədalətli şəkildə və bütün aidiyyəti tərəflər arasında razılaşdırılmış həll çərçivəsində müəyyən edilə bilər.
    25.08.11 Məqaləni oxumaq
     
    Böyük Britaniya Azərbaycanla hərbi əməkdaşlıq barədə saziş imzalamaq istəyir
    Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı müdafiə qərargahı rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavini, aviasiya vitse-marşalı Qraham Hovardı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, S.Əbiyev Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğalı barədə qonağı məlumatlandıraraq qeyd edib ki, artıq 20 ildir bu təcavüz davam edir. Minsk Qrupu tərəfindən aparılan danışıqlar heç bir nəticə verməyib. BMT-nin 4 qətnaməsi də indiyədək icra olunmayıb. Nazir belə bir xoşagəlməz vəziyyətin hökm sürməsini dünyada hələ də ikili standartların mövcud olması ilə əlaqələndirib. Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsinə də diqqət yetirilib. Qonaq hərbi sahədə inkişafa nail olmaq üçün Böyük Britaniyanın fəaliyyətini artıracağını bildirərək deyib ki, artıq ikitərəfli hərbi əməkdaşlıq barədə sazişin imzalanmasının vaxtı çatıb. S.Əbiyev bu təkliflə razılaşıb.
    24.08.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib
    Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıcı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu gün keçirilən görüş zamanı Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfir Hulusi Kılıc Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, briqada generalı Yüçel Karaüzü müdafiə naziri Səfər Əbiyevə təqdim edib.
    23.08.11 Məqaləni oxumaq
     
    Bir sıra dövlətlərin BMT yanında daimi nümayəndələrinin Azərbaycana səfəri başlayır
    Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələrinin Azərbaycana səfəri başlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyindən veriblər. Səfər zamanı qonaqlar baş nazir Artur Rasi-zadə tərəfindən qəbul ediləcəklər. Eyni zamanda, Milli Məclis, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Diplomatik Akademiyası və Dövlət Neft Şirkətində qonaqlarla görüşlər keçiriləcək. Səfirlər Fəxri Xiyaban və Şəhidlər Xiyabanını da ziyarət edəcəklər. BMT yanında daimi nümayəndələrin səfər çərçivəsində onların Quba şəhərinə səfəri də nəzərdə tutulub. Burada onlar kütləvi məzarlıqla, eyni zamanda Quba şəhəri ilə yaxından tanış olacaqlar. Səfər 27 avqust 2011-ci il tarixinədək davam edəcək.
    23.08.11 Məqaləni oxumaq
     
    “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İB-nin xaricdə nümayəndəlikləri yaradılacaq
    Xarici ölkələrdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin nümayəndəliklərinin yaradılması ilə bağlı işlər davam edir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə yap.org.az saytına ictimai birliyin sədri Bayram Səfərov məlumat verib. B.Səfərov bildirib ki, artıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində xeyli irəliləyiş əldə olunub və bu da müsbət nəticələr verməkdədir. Onun sözlərinə görə, Azərbaycan dövləti bu məsələyə xüsusi diqqət yetirir və görülən işlər öz bəhrəsini verir. “Eyni zamanda, xarici ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatlarımız bu işdə çox fəaldırlar. Biz də “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi olaraq Ermənistanın işğalçılıq siyasətini beynəlxalq müstəvidə ifşa etmək fəaliyyətimizi davam etdiririk” - deyə o vurğulayıb.
    20.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 117 118 119 120 121 122 123 124 125 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30