Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 116 117 118 119 120 121 122 123 124 » #
    Dağlıq Qarabağ problemi Avropa Birliyi Gənclər Sammitində qaldırılacaq
    Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının büro üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov sentyabrın 5-6-da keçiriləcək Avropa Birliyi Gənclər Sammitində iştirak etmək üçün Polşanın paytaxtı Varşavada səfərdədir. Birlik sədrinin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, iki gün keçiriləcək sammit çərçivəsində gənclər üçün prioritet olan bir sıra məsələlər, gənclərin işsizlik problemi, iqlim dəyişikliyi, elm, təhsil və mədəniyyət sahəsində inteqrasiya və islahatlar müzakirə olunacaq: “Eyni zamanda, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində iştirak edən ölkələrin gəncləri ilə Avropa Birliyinin üzvü olan ölkələrin gənclərinin müştərək iş prosesinin, əməkdaşlığının qurulması məsələsi də geniş müzakirə olunacaq. Məcburi köçkün həyatı yaşayan gənclərimizin əsas problemi-Dağlıq Qarabağın işğalı barədə sammit iştirakçılarına geniş məlumat verəcəyik”.
    05.09.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev AŞPA nümayəndələrini qəbul edib
    Prezident İlham Əliyev bu gün AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsinin sədri Kristos Pirquridesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycanla AŞPA arasında hüquq məsələləri və insan hüquqları sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
    03.09.11 Məqaləni oxumaq
     
    Mark Herevard: “Ermənilər tərəfində 9 və 13 yaşlı uşaqların qətlə yetirilməsi ciddi təcavüz aktıdır”
    UNICEF istənilən münaqişə bölgələrində, o cümlədən də Azərbaycanla- Ermənistan arasındakı təmas xəttində uşaqlara qarşı baş verən təcavüz aktlarını qəti olaraq pisləyir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında UNICEF-in Bakı ofisinin rəhbəri Mark Herevard bildirib. O, qeyd edib ki, son vaxtlar cəbhə bölgəsində ermənilər tərəfində doqquz və 13 yaşlı uşaqların qətlə yetirilməsi ciddi təcavüz aktıdır. “Biz bu halları pisləyir və bunun müharibə qanunlarına zidd olması fikrindəyik. Biz bundan çox narahatıq”,-deyə M.Herevard vurğulayıb. UNICEF nümayəndəsi bildirib ki, təmsil etdiyi qurum tərəflər arasında münaqişənin dövlət səviyyəsində həllinin tərəfdarıdır. “Burada uşaqlara qarşı təcavüz və onların həyatından istifadə olunması beynəlxalq qanunlara ziddir”,-deyə o, əlavə edib.
    02.09.11 Məqaləni oxumaq
     
    Kristos Purqurides: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapmalıdır
    Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komitənin üzvü Elza Papadimitriu baş prokuror Zakir Qaralovla görüşüblər. Baş Prokurorluğun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Z.Qaralov Avropaya inteqrasiyanın rəsmi Bakının xarici siyasətinin əsas prioriteti olduğunu, AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb.
    02.09.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “Prezidentlərinin növbəti görüşü barədə rəsmi Bakıya heç bir təşəbbüs daxil olmayıb”
    “Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti birgə görüşü barədə rəsmi Bakıya heç bir təşəbbüs daxil olmayıb. Mətbuatda bu barədə yayılan xəbərlər əsassızdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazirin sözlərinə görə, əksər xarici və yerli mətbuatda ilin sonuna kimi prezidentlərin görüşünün planlaşdırılması vurğulansa da bu barədə hələ ki, heç bir rəsmi təşəbbüs yoxdur. E.Məmmədyarov yaxın aylarda da belə bir görüşün keçirilməsinin nəzərdə tutulmadığını vurğulayıb. “Buna baxmayaraq, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlardan imtina etməyəcək. Bizim əsas məqsədimiz odur ki, mümkün qədər qısa vaxtda işğal olunmuş torpaqlardan Ermənistan Silahlı Qüvvələrini çıxaraq”,-deyə nazir bildirib.
    02.09.11 Məqaləni oxumaq
     
    Millət vəkili : “İtirən Azərbaycan, qazanan Ermənistan olub”
    “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dəymiş olan maddi-mənəvi zərərin ayrı-ayrı dairələr tərəfindən hesablanması və onun müxtəlif məclislərdə fərqli təqdimatı məni qane etmir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib. Deputatın sözlərinə əsasən, işğal olunmuş Azərbaycan torpaqları hər qarışına qədər dəqiq təyinatı üzrə hesablanmalı və həmin istifadə təyinatı üzrə Beynəlxalq Qiymətləndirmə Standartlarına (İVS) istinad edərək onun dəyəri müəyyənləşdirilməlidir . â€śİşğal zamanı məhv olmuş, habelə hazırda işğal altında olan daşınar və daşınmaz əmlakın, rabitə və nəqliyyat vasitələrinin, şose və dəmir yol xətlərinin dəyəri sadəcə məsrəf metodu ilə deyil, gəlirlərin kapitallaşdırılması, biznesin qiymətləndirilməsi qaydasında hesablanmalıdır”,-deyə o əlavə edib.
    02.09.11 Məqaləni oxumaq
     
    Politoloq: “MDB-ni yaradanlar bu qurumun inkişafında artıq maraqlı deyillər”
    “Bu gün iyirmi il əvvəlkindən fərqli olaraq postsovet ölkələrinin MDB-də qalması bu ölkələrin əksəriyyətinin o qədər də ürəyindən deyil”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. Ekspert deyib ki, MDB-ni yaradanlar bu qurumun inkişafında artıq maraqlı deyillər. “Çünki bu qurum süni yaradılmış bir qurumdur. Bunun əvəzində isə Avrasiyada yeni qurum yarana bilər. “Əgər Rusiya dağılmasa, Avrasiyada yeni bir qurum yarana bilər. Bu qurumda da zənnimcə, Yaponiya, Türkiyə də iştirak edə bilər”,-deyə R.Ağayev vurğulayıb. Onun sözlərinə görə, gələcək 5-10 ildə yeni bir tendensiya yaranacaq. “Bu gün dünya güclərinin dispozisiyası dəyişilir və bu da məcbur edəcək ki, yeni qüvvə meydana gəlsin”,-deyə politoloq əlavə edib. Qeyd edək ki, MDB-nin bu ay Düşənbədə növbəti sammiti keçiriləcək. Budəfəki sammit təşkilatın 20 illik yubileyi çərçivəsində təşkil edilir. Amma Azərbaycanla yanaşı bir neçə quruma üzv dövlət sammitdə iştirak etməyəcəyini bildirib.
    01.09.11 Məqaləni oxumaq
     
    “Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək”
    “Bu gün Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə də davam edəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Serbiyanın xarici işlər naziri Vuk Yeremiç bildirib. O qeyd edib ki, dövlətlərin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüquqa dair bütün sənədlərdə, o cümlədən Helsinki Yekun Aktında və BMT konvensiyalarında əsas elementdir. V.Yeremiç Serbiya ilə Azərbaycan arasında siyasi sahədə tam qarşılıqlı anlaşma olduğunu bildirib. “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə də davam edəcəyik”,-deyə o, əlavə edib.
    01.09.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Afrikanın BMT yanındakı daimi nümayəndələrindən dəstək istədi
    Xarici işlər naziri Elmar Məmmədyarov Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent və Qrenadin, Seyşel adaları, Syerra Leone, Şri Lanka, Yamayka və Zimbabvenin BMT yanında Daimi nümayəndələrini qəbul edib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı nazir qonaqları salamlayaraq, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yol və bu il müstəqilliyinin bərpasının 20 illiyinin qeyd edildiyini qonaqların nəzərinə çatdırıb. Nazir E.Məmmədyarov ölkənin enerji siyasəti, Avropa və dünya bazarının Azərbaycanın hidrokarbon ehtiyatları ilə təchiz edilməsi, qədim İpək Yolu üzərində qurulmuş nəqliyyat layihələri və Azərbaycanın bu layihələrdə iştirakı, Şərq və Qərbi birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu layihəsi və digər regional və beynəlxalq əhəmiyyətli layihələr haqqında qonaqları ətraflı məlumatlandırıb.
    27.08.11 Məqaləni oxumaq
     
    Politoloq: “Qarabağ məsələsinin həlli Abdulla Gülün bir razılığından asılıdır”
    “Qarabağ məsələsinin həlli Abdulla Gülün bir razılığından asılıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu söyləyib. Onun sözlərinə görə, Rusiya Türkiyədən “Raket Əleyhinə Müdafiə Sistemləri”nin (RƏMS) yerləşdirilməsi məsələsində asılıdır. Belə ki, Rusiya dərk edir ki, bu sistemlər Türkiyədə yerləşdirilsə, bu birdəfəlik yerləşmə olacaq və Rusiyanın regionda mövqeyni zəiflədəcək, Rusiyanı 10 mlrd. dollardan məhrum edəcək, ölkənin Türkiyəyə təsirini sıfra endirəcək. “NATO qərara aldı ki, RƏMS Türkiyə ərazisində yerləşdirilsin. RƏMS-ləri yerləşdirməmə məsələsində Türkiyə Rusiyanın qarşısına bir neçə məsələ qoya bilər ki, bunlardan da biri Dağlıq Qarabağ problemi olsun. Oktyabrın əvvəlində Mevedev ilə Gülün görüşü nəzərdə tutulub və bu qarşılaşmada böyük ehtimalla RƏMS əsas müzakirə obyekti olsun. Bu rakursdan da görünür ki, Qarabağ münaqişəsinin həllində A.Gülün bir razılığı çox şeyi dəyişə bilər”,-deyə o diqqətə çatdırıb.
    26.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 116 117 118 119 120 121 122 123 124 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30