Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 115 116 117 118 119 120 121 122 123 » #
    Əli Həsənov Dairə Seçki Komissiya sədrləri üçün mühazirə deyib
    Mərkəzi Seçki Komissiyasında Dairə Seçki Komissiya sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. “KƏLAMİNFO” xəbər verir ki, kursun ikinci günündə DSK sədrləri üçün Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Seçki (referendum) prosesində aşkarlıq institutları, onların həyata keçirilməsində KİV-lərin rolu” mövzusunda mühazirə deyib. Seçkilərin tarixi, onun inkişafı və digər mərhələlərdən bəhs edən Ə.Həsənov bildirib ki, Azərbaycanda ilk demokratik seçki 1995-ci ildə reallaşıb. Ə.Həsənov bildirib ki, ölkəmiz Avropa Şurasına üzv qəbul edildikdən sonra Azərbaycanda keçirilən seçkilər bu təşkilatla əlaqələndirilib.
    07.09.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Azərbaycan AŞ-nin təqdim etdiyi demokratik seçkilər sistemini seçib”
    “Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində fəaliyyətimizi bu qurumla əlaqələndirmək xətti tutduq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. "Biz Avropa Şurasına qəbul olunandan sonra bütün seçki sisteminin, keçirilən seçkilərin AŞ ilə əlaqələndirmə yolunu tutmuşuq" – deyə Ə.Həsənov əlavə edib. Ə.Həsənov bildirib ki, hər fəaliyyətin əsasında qanun dayanmalıdır. O, bütün fəaliyyətlərdə şəffaflığın qorunmasının vacibliyini vurğulayıb.
    06.09.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: Qarabağ məsələsi Ermənistana təzyiq yolu ilə həll edilə bilər
    “Ermənistan tərəfindən işğal olunan ərazilər boşaldılmalı və geri qaytarılmalıdır. Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və orada dinc şərait yaradılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, bununla bağlı beynəlxalq hüquq normaları var. “Sadəcə olaraq Ermənistan tərəfinin iradəsizliyi, yaxud öz iradəsindən asılı olmayaraq qeyri-konstruktivliyi, yaxud bu yola məcbur edilməsi münaqişənin tənzimlənməsinin yubadılmasına səbəb olur. Ancaq bu məsələ gec-tez öz həllini tapmalıdır. Mövcud vəziyyət davam edə bilməz” - deyə Ə.Həsənov vurğulayıb.
    06.09.11 Məqaləni oxumaq
     
    Rusiya və Fransanın xarici işlər və müdafiə nazirləri Qarabağ münaqişəsini müzakirə edəcəklər
    Rusiya və Fransanın xarici işlər və müdafiə nazirləri Dağlıq Qarabağ, Kosovo, Dnestryanı bölgədəki münaqişələrin həlli yolları, eləcə də Əfqanıstanda sülh prosesinin əldə olunması yollarını müzakirə edəcəklər. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, sentyabrın 7-də Moskvada Rusiya və Fransa xarici işlər və müdafiə nazirləri - Sergey Lavrov və Alen Jüpe, Anatoli Serdyukov və Jerar Lonqe Liviya, Suriya, RƏMS problemini, eyni zamanda Rusiyanın AB və NATO ilə dialoqu məsələsini müzakirə edəcəklər. Görüş təhlükəsizlik məsələlərinə həsr olunmuş ikitərəfli Şuranın iclası çərçivəsində baş tutacaq.
    06.09.11 Məqaləni oxumaq
     
    Polşanın Ermənistandakı səfiri: “İnsanların həlak olduğu münaqişələri dondurulmuş hesab etmək istəməzdim”
    Filipp Leforun Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyinatı ilə Qarabağ üzrə danışıqların aktivləşməsini gözləmək olar. «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, bu sözləri Polşanın Ermənistandakı səfiri Zdislav Raçinski bildirib. «Fransa ATƏT-in Minsk qrupunda AB-nin mövqeyini təmsil etməyə səlahiyyətli deyil. Lakin Fransa hansısa mənada öz mövqeyini ortaya qoyan zaman AB-nin də nöqteyi-nəzərini ortaya qoyur. Sizin bildiyiniz kimi, AB-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin mandatına həllini tapmamış münaqişələr də daxil ediləcək.
    06.09.11 Məqaləni oxumaq
     
    Kristos Pirqurides: Azərbaycanda milli-dini dözümlülük Avropa tərəfindən qəbul olunan faktdır
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirquridesi qəbul edib. DQİDK-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə H.Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı onun sosial siyasət konsepsiyasında əsas yerlərdən birini tutur. Onun sözlərinə görə, ölkəmizdə həmişə bütün dinlərə və onların mənsublarına hörmətlə yanaşılıb, dindarların öz ibadətlərini layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılıb: “Beynəlxalq aləmdə belə bir Azərbaycan gerçəkliyi təsdiqlənib ki, ölkəmiz dünyaya yalnız neft deyil, milli-dini tolerantlığı da eksport edə bilər.
    06.09.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarovun Serbiyaya işgüzar səfəri başlayır
    Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun Serbiyaya işgüzar səfəri başlayır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Qoşulmama Hərəkatının 50 illiyinə həsr olunmuş əlavə yubiley tədbirində iştirakı, tədbir zamanı çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
    06.09.11 Məqaləni oxumaq
     
    Məzahir Pənahov: “Azərbaycandakı seçkilər dünyaya nümunə olub”
    Bu gün Dairə Seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, açılışda Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, MSK sədri Məzahir Pənahov iştirak edib. MSK sədri Məzahir Pənahov əvvəlcə ölkədə keçirilən seçki sistemində şəffaflığın tam təmin olunduğunu qeyd edib. “Ölkədə keçirilən son seçkilər veb-kameralar vasitəsilə bütün dünyaya nümayiş etdirildi və seçkilərin şəffaflığı təmin olundu. Azərbaycandakı seçkilər dünyaya nümunə olub, hətta Avropa Şurasında Azərbaycanın demokratik nümunəsindən istifadə ilə bağlı müzakirə keçirilib” - deyə o vurğulayıb. MSK sədrinin sözlərinə görə, seçki prosesi ilə bağlı polis və prokurorluq orqanları vəzifələrinin öhdəsindən lazımi səviyyədə gəlib.
    06.09.11 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Seçicilər hələ də deputatdan onun səlahiyyətindən artıq şeylər umurlar”
    “Təəssüflər olsun ki, Azərbaycanda seçicilər hələ də deputatdan onun səlahiyyətindən artıq şeylər umurlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov Dairə Seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində söyləyib. Vitse-spiker deputatın hüquq və vəzifələrinin Konstitusiyada göstərildiyini xatırladaraq, deputatların əsas işinin qanunvericiliklə bağlı, həmçinin beynəlxalq təşkilatlarla işləmək olduğunu deyib. “Bizdə belə bir fikir formalaşıb ki, mənim evimi su basdı, evim uçdu, deputat baxmalıdır, bu onun borcudur. Axı bunlar deputatla bağlı məsələlər deyil. Əlbəttə ki, deputat ümumilikdə seçicilərin, bölgənin problemlərini öyrənib Milli Məclisin iclasında qaldırmalıdır. Ancaq bizdə deputatı şəxsi məsələlərlə boğurlar” - deyə Ziyafət Əsgərov əlavə edib.
    05.09.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Biz çeçenlərə borcluyuq…”
    “Son vaxtlar Serj Sarksyanı bül- bül kimi danışdıran Rusiyadır. Moskva bununla çalışır ki, Qarabağla bağlı danışıqlar prosesi mümkün qədər pozulsun”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloqun fikrincə, bu dəstəyə söykənən ermənilər Azərbaycanı təhqir etdirirlər ki, danışıqlar baş tutmasın. V.Quluzadənin sözlərinə görə, əslində bu münaqişənin düyünə düşməsini Azərbaycan və Ermənistan prezidentləri arasında yaranan hərbi ritorikada axtarmaq düzgün olmaz. “Əgər Rusiyanın gücü olsaydı, Qarabağla bağlı yeni müharibəyə başlayardı və bunun üçün Azərbaycan Prezidenti ilə Serj Sarksyanın münasibətinin yaxşı, ya pis olmasının elə də önəmi qalmayacaqdı”,-deyə politoloq vurğulayıb. V.Quluzadə deyir ki, Ermənistan Rusiyanın quberniyasıdır və Rusiya Azərbaycanın torpaqlarını ona görə işğal edib ki, Azərbaycan NATO-ya daxil olmasın, Avropa Birliyi və Amerika ilə yaxınlaşmasın. “Biz çeçen mücahidlərinə borcluyuq, çünki 1994-cü ildə Rusiya iki cəbhə saxlaya bilmədiyi üçün Azərbaycanla Ermənistan arasında atəşkəs imzalandı. Əks halda səhnə tamam başqa cür olardı”,-deyə o, əlavə edib.
    05.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 115 116 117 118 119 120 121 122 123 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30