Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  114 115 116 117 118 119 120 121 122  #
    Əli Əhmədov ABŞ səfirliyinin siyasət şöbəsinin müdirini qəbul edib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasət şöbəsinin müdiri Antoni Bayirdi qəbul edib. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları ölkələrimiz arasında hazırkı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, münasibətlərin daha da dərinləşməsində və inkişafında maraqlı olduqlarını ifadə ediblər. YAP icra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak edib.
    10.09.11 Məqaləni oxumaq
     
    MDB və Şərqi Avropa ölkələri arasında ən az cinayət hadisəsi baş verən ölkə Azərbaycandır
    MDB, həmçinin Şərqi Avropa ölkələri arasında əhalinin hər 100 min nəfərinə düşən cinayətin sayına görə ən az cinayət hadisəsi baş verən ölkə Azərbaycandır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib. O.Zalov qeyd edib ki, ölkəmizə gələn turistlər, ayrı-ayrı qonaqlar, rəsmilər də Azərbaycandakı ictimai-sabitlik faktını görüşlərdə, tədbirlərdə vurğulayırlar. “Bu gün Bakı şəhərində gecə saat 3-4-ə kimi insanlar ayrı-ayrı parklarda rahat şəkildə dincəlirlər. İstəyirik ki, vətəndaşlarımız öz hüquqlarını bilsin və əmin olsunlar ki, polis daim onların, həmçinin ölkəmizə gələn qonaqların təhlükəsizliyini qoruyub və bundan sonra da qoruyacaq”.
    09.09.11 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk qrupunun həmsədrləri hesabat veriblər
    ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik dekabr ayında Vilnüsdə keçiriləcək ATƏT-in Nazirlər Şurasından əvvəl fəaliyyət planını müzakirə etmək və əlaqələndirmək üçün sentyabrın 7-də Vyanada görüşüblər. “KƏLAMİNFO” xəbər verir ki, həmsədrlər Minsk qrupunu Erməinstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun hər üç həmsədr ölkəsinin nümayəndələri ilə yüksəksəviyyəli müntəzəm danışıqlar barədə məlumatlandırıblar. Eyni zamanda, onlar atəşkəs rejiminin möhkəmləndirilməsi və hərtərəfli sülh sazişi üçün əsas kimi baza prinsiplərinin qəbulu ilə bağlı konkret səyləri təqdim ediblər. Həmsədrlər sülh prosesinin bu və ya digər aspektlərinin gələcək müzakirəsi üçün sentyabrın 8-də ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşüblər.
    09.09.11 Məqaləni oxumaq
     
    Asəf Hacıyev QİƏT PM-nin iclasında iştirak edəcək
    Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Məclisinin Hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 12-də Bolqarıstanın Burqas şəhərində səfərdə olacaq. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda deputatımızın “Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş razılığa riayət edilməsi” mövzusunda çıxışı gözlənilir. Tədbir çərçivəsində qurumun Reqlament üzrə işçi qrupunun iclası da keçiriləcək. Səfər sentyabrın 14-də başa çatacaq.
    09.09.11 Məqaləni oxumaq
     
    Monitorinq insidentsiz ötüşüb
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ”KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinq insidentsiz ötüşüb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofis əlaqələndiricisi İmre Palatinus, şəxsi nümayəndənin köməkçisi Uilyam Praroy və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçiriblər.
    09.09.11 Məqaləni oxumaq
     
    Abdulla Gül: “Qarabağ məsələsində Türkiyənin və Rusiyanın mövqeyi üst-üstə düşür”
    «Qarabağ münaqişəsi Cənubi Qafqazda əlverişli mühitin yaranmasında ən böyük maneədir. Mən hesab edirəm ki, Türkiyənin bu məsələdə mövqeyi Rusiyanın nöqteyi-nəzəri ilə üst-üstə düşür. Bu nöqteyi-nəzərdən Qarabağ münaqişəsinin həlli yolunda irəliləyiş əldə etmək olar». «KƏLAMİNFO»nun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Abdulla Gül «MK-Türkiyə» portalına müsahibəsində bildirib. Türkiyə prezidenti əlavə edib ki, Rusiya prezidenti Dmitri Medvedyevin də şəxsən qatıldığı bu problemin həlli ilə bağlı hərtərəfli dəstəyi göstərməyə hazırdırlar. Onun sözlərinə görə, Türkiyə və Rusiya ilə qonşu olan Cənubi Qafqazın xüsusi əhəmiyyət daşıdığı göz önündədir: «Biz yaxın regionda sülh, sabitlik və rifahın yaranmasına yönələn strategiyanı rəhbər tutur, bu regionda hamını qane edəcək sülh, təhlükəsizlik və əməkdaşlığa nail olmaq istəyirik».
    09.09.11 Məqaləni oxumaq
     
    ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 8-də Azərbaycanın Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofis əlaqələndiricisi İmre Palatinus, şəxsi nümayəndənin köməkçisi Uilyam Praroy və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.
    08.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanın parlament nümayəndə heyəti Parisə gedib
    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Rəfael Hüseynov, Sahibə Qafarova və Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının daimi komitələrinin sentyabrın 7-dən 12-dək Parisdə keçiriləcək iclaslarında iştirak etmək üçün Fransaya səfər ediblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Hüquqi işlər və insan haqları, Monitorinq, Qadınlar və Kişilər üçün bərabər imkanlar, Sosial, səhiyyə və ailə işləri üzrə komitələrinin toplantılarında dövlət sirri və milli təhlükəsizlik məsələləri, terrorizmə qarşı mübarizə, onlayn mətbuatda məxfiliyin və şəxsi məlumatların mühafizəsi, Ermənistanda demokratik təsisatların fəaliyyəti, Serbiyada öhdəliklərin yerinə yetirilməsi, Türkiyədə mövcud durum, dünyada qadın hüquqlarının qorunması, siyasi partiyalarda gender bərabərliyinin təşviqi və digər məsələlər müzakirə ediləcək.
    08.09.11 Məqaləni oxumaq
     
    Deputatlarımız Polşada XXI İqtisadi Forumda iştirak edirlər
    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və deputat Asim Mollazadə bu gündən sentyabrın 11-dək Polşanın Kriniça şəhərində keçiriləcək XXI İqtisadi Forumunda iştirak edəcəklər. Bu baorədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
    07.09.11 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: “Təcavüzkarla təcavüzə məruz qalana bərabər münasibət göstərilməməlidir”
    Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Filipp Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Qonağa təbriklərini çatdıran spiker ona yeni təyin olunduğu bu vəzifədə uğurlar arzulayıb. O.Əsədov bildirib ki, Azərbaycan Avropa strukturları ilə münasibətlərin inkişafına böyük önəm verir. Milli Məclis də Avropa İttifaqının Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir. Sədr Avronest təşkilatının yaradılmasının qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm hadisə olduğunu qeyd etdi. O. diqqətə çatdırıb ki, Avropa Parlamentinin 2010-cu ilin mayında Cənubi Qafqazda vəziyyətə dair qəbul etdiyi qətnamədə Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və dövlətlərin ərazi bütövlüyünün tanınması müddəalarının əks olunması ölkəmizdə yüksək qiymətləndirilir.
    07.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  114 115 116 117 118 119 120 121 122  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30