Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 113 114 115 116 117 118 119 120 121 » #
    Prezident təqaüdü alacaq tələbələr TQDK-da oldular
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, builki qəbul imtahanlarında yüksək nəticə əldə edən 102 tələbəyə hədiyyələr təqdim edilib. Görüşdə imtahanların gedişi, test tapşırıqlarının məzmunu və s.-lə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, qəbul imtahanlarında 110105 abituriyent iştirak edib, onlardan 1540-ı 600-dən çox bal toplayıb.
    13.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanla Pakistanın hərbi əməkdaşlığı müzakirə olunub
    Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Pakistanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təyinatı münasibətilə səfiri təbrik edən müdafiə naziri müxtəlif sahələrdə Azərbaycanla Pakistanın sıx əlaqələrini diqqətə çatdırıb, qeyd edib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Pakistanla əməkdaşlıq bu gün də yüksək səviyyədə davam edir: “Ölkələrimiz arasında hərbi əməkdaşlıq sahəsində də uğurlar əldə edilib”. Görüş zamanı regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Pakistanın səfiri öz dövlətinin mövqeyini ifadə edərək bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanla heç bir əlaqəyə malik deyillər.
    13.09.11 Məqaləni oxumaq
     
    Prezident ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasında iştirak edib
    Bu gün Bakıda, “Gülüstan” sarayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev sessiyanın açılışında iştirak edib. Tədbirdə ÜST-nin baş direktoru Marqaret Çen, 53 ölkənin səhiyyə nazirləri, bir çox nüfuzlu beynəlxalq təşkilatın rəhbərləri və Azərbaycanın tibb mütəxəssisləri iştirak edirlər. Sessiyanın icraçı sədri Jozep Kasals, Avropa Regional bürosunun direktoru xanım Jujanna Yakab cıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq ediblər, səhiyyənin aktual problemləri ilə bağlı strategiya və planların qəbul ediləcəyini və mühüm qərarlar veriləcəyini bildiriblər. Sonra sessiyanın sədri və digər vəzifəli şəxsləri seçilib. Səhiyyə naziri Oqtay Şirəliyev 61-ci sessiyanın sədri seçilib. O.Şirəliyev məruzə ilə çıxış edib.
    13.09.11 Məqaləni oxumaq
     
    Bakıda “Qərargah fəaliyyətləri və hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar keçirilir
    Bu gün Bakıda “Qərargah fəaliyyətləri və hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar öz işinə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, seminar Azərbaycan-ABŞ iş planına əsasən keçirilir. Seminar sentyabrın 15-dək davam edəcək.
    13.09.11 Məqaləni oxumaq
     
    Bakıda ÜST-nin Avropa Regional Bürosunun 61-ci sessiyası işə başlayır
    Bu gün Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun 61-ci sessiyası işə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, sessiyada 53 Avropa ölkəsindən 350-yə yaxın nümayəndə qatılıb. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ÜST-nin direktoru Marqaret Çen, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və digər rəsmi şəxslər iştirak edirlər. Sessiyada Azərbaycanda sosial səhiyyəyə aid aktual məsələlərin milli və regional səviyyədə müzakirəsi nəzərdə tutulur. Tədbir çərçivəsində ÜST-nın Avropa Regional Bürosu ilə Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalanacağını açıqlayıb. Sənəddə növbəti il üçün əməkdaşlıq nəzərdə tutulur. Tədbir sentyabrın 15-ə qədər davam edəcək.
    12.09.11 Məqaləni oxumaq
     
    TÜRKPA-nın baş katibi Ankaraya səfər edəcək
    15-16 sentyabrda TÜRKPA baş katibi Ramil Həsənov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəyin dəvəti ilə Ankaraya səfər edəcək. “KƏLAMİNFO”nun məlumatına əsasən, səfər çərçivəsində Türkiyə Parlamentinin sədrinə TÜRKPA baş katibi tərəfindən təşkilatın fəaliyyəti barədə məlumat veriləcək, görülmüş işlər və nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin baş katibin TBMM millət vəkili, TÜRKPA-nın Hüquq işlər komissiyasının sədri vəzifəsinin səlahiyyətlərini icra edən cənab Haluk İpək, Türkiyə Parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin sədri və TBMM-nin TÜRKPA-dakı nümayəndə heyəti ilə görüşü nəzərdə tutulub.
    12.09.11 Məqaləni oxumaq
     
    Deputat Rövşən Rzayev AŞ PA-nın iclasında iştirak edir
    Milli Məclisin deputatı Rövşən Rzayev AŞ PA-nın Miqrasiya, qaçqınlar və əhali üzrə Komitəsinin iclasında iştirak etmək üçün Parisə yola düşüb. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının fəaliyyəti, Avropada demoqrafik cərəyanlar, Şimali Qafqazda qaçqınlar və məcburi köçkünlərin vəziyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. Tədbirdə deputat Rövşən Rzayev çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətini bildirəcək.
    12.09.11 Məqaləni oxumaq
     
    Britaniyalı nazir Bakıda işgüzar səfərdə olacaq
    Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendri 28-30 sentyabr tarixlərində Bakıda işgüzar səfərdə olacaq. “KƏLAMİNFO” məlumat verir ki, Bakıya səfəri boyunca energetika nazirini Britaniyanın biznes nümayəndələri müşayiət edəcək. Səfər çərçivəsində nazirin prezident İlham Əliyev, sənaye və energetika naziri Natiq Əliyev, maliyyə naziri Samir Şərifov və bir sıra digər rəsmilərlə görüşü gözlənilir.
    12.09.11 Məqaləni oxumaq
     
    Aparıcı vasitəçi səlahiyyətləri Rusiyadan Fransaya ötürülə bilər
    ATƏT-in Minsk qrupunun həmsədrlərinin qərarı ilə Ermənistan və Azərbaycanda arasında danışıqlar prosesində özünəməxsus «rotasiya» qaydasında aparılan aparıcı vasitəçi səlahiyyətləri Rusiyadan Fransaya ötürülə bilər. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə məlumatı «Regnum» regiondakı diplomatik mənbələrinə istinadən yayıb. Mənbə dəqiqləşdirib ki, Madrid prinsiplərinin reallaşdırılması istiqamətində yeni beynəlxalq mexanizmlər işə salına bilər. Bura sülhə məcburetmə, o cümlədən Dağlıq Qarabağ ərazisində BMT TŞ-nin qərarı ilə «BMT-nin nəzarəti altında olacaq ərazi»nin yaradılması və mübahisəli ərazilərə beynəlxalq sülhyaratma missiyasının gətirilməsi daxildir.
    12.09.11 Məqaləni oxumaq
     
    Fikrət Sadıxov: “Ciddi diplomatlar “Wikileaks əhvalatları” ilə məşğul olmur”
    “Bir vaxtlar “Wikileaks”in ilk məlumatları dərc olunanda ABŞ Dövlət Departamenti özü bunu təkzib etmişdi, pisləmişdi və bəyan etmişdi ki, yayılanlar həqiqətə uyğun deyil. Belə təəssürat yaranır ki, ya Dövlət Departamentinə, ya da ABŞ-ın hansısa qurumunda hansısa dairələr belə məlumatların yayılmasında maraqlıdır. Bu maraq hansısa dövlətləri üz-üzə qoymaq, onlar arasında uçurum yaratmaq, ziddiyyətli məlumatları dərc edib bu dövlətlər arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmaq, beləliklə də bu vəziyyətdən istifadə edərək prosesi idarə etmək üçündür”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.
    12.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 113 114 115 116 117 118 119 120 121 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30