Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 112 113 114 115 116 117 118 119 120 » #
    Millət vəkili: “Nikolo Sarkozinin Azərbaycan səfərinə heç də adi yanaşmaq olmaz”
    “Fransa Prezidenti Nikolo Sarkozinin Azərbaycan səfərinə heç də adi yanaşmaq olmaz. Nəzərə alsaq ki, uzun fasilədən sonra Fransa prezidenti məhz Dağlıq Qarabağla bağlı danışıqların mürəkkəbləşdiyi bir dövrdə regiona səfər edir, o zaman şübhəsiz ki, bunun hansısa nəticələri özünü göstərəcək”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili Musa Qasımlı bildirib.
    15.09.11 Məqaləni oxumaq
     
    Politoloq: “Türkiyə və İsrail heç vaxt Azərbaycandan konkret mövqe tələb etməz”
    “Bəzi mütəxəssislərin iddialarına baxmayaraq düşünmürəm ki, Türkiyə və İsrail öz münasibətlərində Azərbaycandan hansısa konkret mövqe tələb etsinlər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloqun fikrincə, istənilən halda bu dövlətlər öz aralarında olan problemə görə Bakıya qarşı heç bir irad tuta bilməzlər. “Biz sadəcə BMT-nin Təhlükəsizlik Şurasında qəbul olunan qətnaməni dəstəkləməliyik”,-deyə F.Sadıxov vurğulayıb. Ekspert deyib ki, Azərbaycan dünya birliyi tərəfindən qəbul olunmuş qərarları dəstəkləyir və BMT-nin Təhlükəsizlik Şurasının qərarı varsa, təbii ki, biz bunu müdafiə etməliyik. “Bizim mövqeyimiz müəyyən mənada bu qətnamə ilə üst-üstə düşməlidir. Amma təbii ki, bizim Türkiyə ilə müttəfiqliyimiz var, qardaş ölkədir. Türkiyə bütün məsələlərdə bizi dəstəkləyir. Bütün məsələlərdə Türkiyə ilə Azərbaycanın mövqeyi üst-üstə düşür. İsrail də bizə yaxın ölkədir. İsraillə bizim strateji partnyorluq münasibətlərimiz var. Bizi daha çox narahat edən bu ölkələr arasında münasibətlərin pisləşməsidir. Çünki nəticə etibarı ilə biz çox mürəkkəb bir vəziyyətə düşürük”,-deyə o, əlavə edib.
    15.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanın Belarus və Rusiya ilə səhiyyə sahəsindəki əməkdaşlığı müzakirə edilib
    Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan Belarus səhiyyə naziri Vasiliy Jarkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Daha sonra azərbaycanlı nazir Rusiya Federasiyasının səhiyyə nazirinin müavini Veronika Skvartsovanı da qəbul edib. Görüşlərdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsinə dair əməkdaşlıq məsələləri müzakirə edilib.
    15.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan ÜST-nin Avropa Regional Bürosunun İcraiyyə Komitəsinə üzv seçilib
    Bu ildən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun İcraiyyə Komitəsinə üzv seçilib. “KƏLAMİNFO” xəbər verir ki, qərar bu gün Bakıda öz işini başa vuran ÜST Avropa Regional Komitəsinin 61-ci sessiyasında qəbul olunub. Ölkəmiz komitədə üç il müddətində təmsil olunacaq. Qeyd edək ki, sessiya sentyabrın 12-də öz işinə başlamışdı.
    15.09.11 Məqaləni oxumaq
     
    MDB-yə üzv ölkələrin prokurorlarının Koordinasiya Şurasının iclası ildə iki dəfə keçiriləcək
    Belarusun paytaxtı Minsk şəhərində MDB-yə üzv ölkələrin prokurorlarının Koordinasiya Şurasının iclası keçirilib. “KƏLAMİNFO” Rusiyanın Baş Prokurorluğunun rəsmi məlumatına istinadən xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Rusiya Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ermənistanın Baş Prokurorluqlarının rəsmiləri iştirak edib. İclasda qərara gəlinib ki, MDB-yə üzv ölkələrin prokurorlarının Koordinasiya Şurasının iclası reqlamentdə nəzərdə tutulduğu kimi ildə bir dəfə deyil, iki dəfə keçirilsin. Bir sıra məsələlərin müzakirə olunduğu iclasın sonunda Şuraya sədr seçilməsi ilə bağlı səsvermə olub. Beləliklə, Şuranın əvvəlki sədri, Rusiyanın baş prokuroru Yuri Çayka yekdilliklə sədr seçilib. Növbəti iclasın isə gələn ilin may ayında Rusiyada keçirilməsi qərara alınıb.
    15.09.11 Məqaləni oxumaq
     
    Əli Abbasov Çinə gedib
    Bu gün Çin Xalq Respublikasının (ÇXR) Dalyan şəhərində Dünya İqtisadi Forumunun 5-ci illik iclası (“Yay Davosu”) işə başlayıb. İclasda Azərbaycanı təmsil etmək üçün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti artıq Çinə yola düşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov verib. Tədbirdə 100-ə yaxın ölkədən dövlət və hökumət başçıları, regional təşkilatların və iri şirkətlərin rəhbərləri iştirak edir. Forum çərçivəsində Ə.Abbasovun ÇXR-in yüksək vəzifəli hökumət nümayəndələri, iri şirkətlərin rəhbərləri ilə görüşləri, forumun ümumi iclasında çıxışı və Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə həsr olunmuş təqdimatı nəzərdə tutulub. Magistral Şərqi Avropa, MDB ölkələri, Türkiyə, İran və Mərkəzi Asiya ölkələrini birləşdirəcək, eləcə də bu regionda dünyanın yeni nəhəng transmilli informasiya şəbəkəsinin təşkil olunması üçün əlverişli şərait yaradacaq. TASİM-in dünyanın 20-dən çox ölkəsini əhatə edəcəyi nəzərdə tutulub.
    15.09.11 Məqaləni oxumaq
     
    Prezident Monteneqro səfirinin etimadnaməsini qəbul edib
    Prezident İlham Əliyev bu gün Monteneqronun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ramo Braliçin etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir fəxri qarovul dəstəsinin qarşısından keçərək etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycan ilə Monteneqro Respublikası arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlət başçısı səfir Ramo Braliçin ölkəmizdəki diplomatik fəaliyyətinin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
    15.09.11 Məqaləni oxumaq
     
    Ermənistan Gürcüstan torpaqlarını ələ keçirir
    Gürcüstanda dərc edilən «Kviris palitra» qəzeti sərhəd zonasında onlara məxsus torpaq sahələrinin Ermənistan tərəfindən ələ keçirildiyini yazıb. «KƏLAMİNFO» nəşrə istinadən yaydığı məlumatda göstərib ki, qəzet sərhəd ərazidəki Azərbaycan kəndləri - Sadaxlı, Burma və Təzəkənd sakinlərinin məktubunu dərc edib. Orada göstərilib ki, onlar silahlı erməni sərhədçilərinin qarşısında tam şəkildə müdafiəsiz qalıblar: «Onlar bizim hüquqları pozur, ev heyvanlarını oğurlayır, meşəni, otlaq yerlərini əlimizdən alıblar. Kənd təsərrüfatı üçün yararlı yerlər isə günbəgün azalır və Ermənistanın sərhədi ölkənin dərinliklərinə doğru irəliləyir». Ermənistana artıq 20 hektar ərazi keçib və onlar digər yerləri də ələ keçirmək istəyirlər. Yerli azərbaycanlıların qəzetə verdiyi məlumata görə, problemlər 2008-ci ildə başlayıb. O zaman erməni sərhədçiləri 1975-ci il xəritəsini gətirərək bildiriblər ki, bu torpaqlar Ermənistana məxsusdur.
    14.09.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Qobustan rayonunda olub
    Prezident İlham Əliyev Qobustan rayonuna gəlib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən bu park 2007-ci ildə istifadəyə verilib. Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilib, göz oxşayan fəvvarə kompleksi yaradılıb. Parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait var.
    14.09.11 Məqaləni oxumaq
     
    BMT Baş Assambleyasının 66-cı sessiyasının açılış mərasimi keçiriləcək
    Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 66-cı sessiyasının açılış mərasimi keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, sessiyaya qətərli diplomat Naser Abdel Əziz ən-Naser sədr seçilib. Yeni sessiya çərçivəsində 21-27 sentyabr tarixlərində ümumi siyasi diskussiyalar aparılacaq. 66-cı sessiyanın gündəliyinə 168 məsələ daxil edilib. Gündəlikdə “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair” və “”GUAM ərazilərində həlli uzadılmış münaqişələr və onların bütün dünyada sülh, təhlükəsizlik və inkişafa təsiri” məsələləri də yer alıb. Hər iki məsələnin sessiya çərçivəsində dekabrın 12-də müzakirəsi gözlənilir.
    14.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 112 113 114 115 116 117 118 119 120 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30