Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 111 112 113 114 115 116 117 118 119 » #
    Monteneqro prezidenti: “Azərbaycanın iqtisadi inkişafı bizi çox sevindirir”
    Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimindən sonra prezident İlham Əliyev və prezident Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış ediblər. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı bir daha monteneqrolu həmkarını ölkəmizdə salamlayıb və deyib ki, Azərbaycan tərəfi bu səfərə böyük əhəmiyyət verir. Çünki bu, münasibətlərimizin tarixində ilk rəsmi səfərdir. “Bizim siyasi əlaqələrimiz inkişaf edir. Siyasi sahədə aramızda heç bir problem yoxdur, əlaqələrin inkişafı üçün hər iki tərəfdə böyük maraq və istək var”- deyən prezident İlham Əliyev bildirib ki, iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsi diqqət mərkəzində olmalıdır. İkitərəfli əlaqələrin inkişafı üçün gözəl şəraitin yaradıldığını qeyd edən dövlət başçısı energetika və nəqliyyat sahələrinin əməkdaşlıq üçün maraq doğuran olduğunu vurğulayıb.
    17.09.11 Məqaləni oxumaq
     
    Monteneqro prezidenti Artur Rasizadə ilə görüşüb
    Azərbaycanda rəsmi səfərdə olan Monteneqro prezidenti Filip Vuyanoviç bu gün baş nazir Artur Rasizadə ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, ali qonağı ölkəmizdə görməkdən məmnun olduğunu deyən baş nazir dövlətlərimiz arasında əlaqələrin bu səfərdən sonra daha da genişlənəcəyinə, eləcə də Azərbaycan-Monteneqro münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
    17.09.11 Məqaləni oxumaq
     
    QAT: “Həmsədr ölkələrin prezidentləri qeyri-müəyyənliyə son qoymalıdır”
    Qarabağ Azadlıq Təşkilatı BMT Baş Assambleyasında Dağlıq Qarabağ məsələsinin gözlənilən müzakirəsi ilə bağlı BMT baş katibi və Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinə müraciət edib. “KƏLAMİNFO” xəbər verir ki, həmin müraciəti sabiq baş nazir Rəhim Hüseynov, Milli Məclisin sabiq spikeri Yaqub Məmmədov, sabiq dövlət katibi Midhət Abbasov və təşkilatın digər səlahiyyətli üzvləri imzalayıblar. Müraciətdə Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq səylərin gücləndirilməsi, torpaqların işğaldan azad edilməsi üçün artıq konkret addımların atılması öz əksini tapıb. Sənəddə, həmçinin “Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentləri münaqişənin nizama salınmasına öz paylarını verməli, qeyri-müəyyənliyə son qoymalıdır” – deyə qeyd olunub.
    17.09.11 Məqaləni oxumaq
     
    Fazil Mustafa: “Keçmiş məhkumların işlə təmin olunmasında ciddi problemlər özəl sektorda yaranır”
    Azadlığa çıxmış keçmiş məhkumların işlə təmin olunmasında ciddi problemlər əsasən özəl sektorda yaranır. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa bildirib. O qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycanda kifayət qədər qanunvericilik bazası formalaşsa da, bu ancaq dövlət müəssisələrində öz əksini tapır. “Ölkədə özəl sektorun sürətlə inkişafını nəzərə alsaq, bu problem də daha çox özəl müəssisələrdə ortaya çıxır. Çünki heç kim özəl sektoru kimi işə götürüb-götürməməyi ilə bağlı məcbur edə bilməz” - deyə F.Mustafa vurğulayıb. Millət vəkilinin sözlərinə görə, keçmiş məhkumların işlə və ehtiyac olduğu halda sığınacaqla təmin olunması üçün qanunvericilikdə kifayət qədər imkan var. “Lakin bütün keçmiş məhkumların azadlığa çıxdıqdan sonra tam olaraq işlə təmin olunması, onların cəmiyyətə tam olaraq inteqrasiya olunması üçün işlək bir mexanizm lazımdır. Bu hələ bizdə mövcud deyil” - deyə o, əlavə edib.
    17.09.11 Məqaləni oxumaq
     
    Avropa Şurası nazirliklə birgə seminar keçirib
    Avropa Şurasının (AŞ) Sosial Birlik üzrə Baş Direktorluğu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə iştirakının təşviq edilməsi üzrə Fəaliyyət Planı”nın (2006-2015-ci illər) həyata keçirilməsi” mövzusunda birgə seminar keçirib.
    16.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Monteneqro prezidentlərinin təkbətək görüşü olub
    Bu gün prezident İlham Əliyevin Azərbaycanda səfərdə olan Monteneqro prezidenti Filip Vuyanoviç ilə təkbətək görüşü olub. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb. Monteneqro prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib. Dövlət başçıları beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparıblar.
    16.09.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev noyabrda Türkiyəyə səfər edəcək
    Prezident İlham Əliyev noyabr ayında Türkiyəyə səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib. Onun sözlərinə görə, noyabrın 15-də Türkiyədə keçiriləcək Strateji Tərəfdaşlıq Şurasının toplantısına İlham Əliyev də qatılacaq. “Toplantıda iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri müzakirə olunacaq” - deyə səfir qeyd edib. Səfir H.Kılıc, həmçinin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Türkiyəyə səfərinin dəqiq tarixinin gələn həftə bəlli olacağını deyib. Onun sözlərinə görə, O.Əsədovun səfərindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Azərbaycana gələcək.
    16.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan daha bir mühüm tədbirə ev sahibliyi edəcək
    AVRONEST Parlament Assambleyasının növbəti sessiyası 2012-ci ilin mayında Bakıda keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanov verib. E.Süleymanov bildirib ki, bununla bağlı AVRONEST PA-nın Strasburqda keçirilən ilk sessiyasında qərar qəbul edilib: “Hesab edirəm ki, bu qərar Azərbaycan nümayəndə heyətinin əldə etdiyi siyasi uğurdur”. E.Süleymanov əlavə edib ki, AVRONEST PA-nın Sosial komitənin iclasının 2012-ci ilin fevral ayında Ermənistanda keçirilməsi haqqında da qərar qəbul edilib. AVRONEST PA-da qəbul edilən qərarlardan bəhs edən E.Süleymanov bildirib ki, sessiyada nümayəndə heyəti Azərbaycanın maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olub, ölkəmizin mövqelərinin zəiflədilməsi istiqamətində Ermənistan tərəfinin düzəlişlərinin qarşısı alınıb: “Odur ki, Azərbaycan nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirirəm”.
    15.09.11 Məqaləni oxumaq
     
    Səfir: Azərbaycan və Türkiyə dostluğu heç zaman sarsılmayacaq
    Bu gün Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və diplomatik korpusun bir qrup nümayəndəsi 1918-ci il sentyabr ayının 15-də işğal altında olan Bakının Azərbaycan Demokratik Respublikasının milli ordusu və Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin ildönümü ilə bağlı Şəhidlər Xiyabanında olub. “KƏLAMİNFO” xəbər verir ki, ziyarətdə Şeyxülislam Hacı Allahşükür Paşazadə, millət vəkilləri Sabir Rüstəmxanlı və Qənirə Paşayeva iştirak edib. Xatirə kitabına ürək sözlərinin yazan səfir H.Kılıç jurnalistlərə bugünkü tarixlə bağlı qısa məlumat verib. Səfir qeyd edib ki, bugünkü gün Azərbaycan və Türkiyə üçün bayramdır. İki dövlət arasında qardaşlıq və dostluq münasibətlərinin mövcudluğunu bir daha vurğulayan səfir bu yaxın əlaqələrin heç zaman sarsımayacağını qeyd edib.
    15.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanın ABŞ-dakı səfiri qondarma DQR ilə bağlı tədbirin keçirilməsinə etiraz edib
    ABŞ Konqresindəki “Erməni məsələləri üzrə işçi qrup”, Ermənistanın ABŞ-dakı səfirliyi və bir sıra Amerika erməni təşkilatlarının qondarma DQR ilə bağlı sentyabrın 13-də Vaşinqtonda keçirdiyi tədbirə etiraz əlaməti olaraq, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev sentyabrın 11-də Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvünə məktubla müraciət edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-dakı səfirliyimizdən veriblər.
    15.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 111 112 113 114 115 116 117 118 119 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30