Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  110 111 112 113 114 115 116 117 118  #
    Milli Məclisin sədri Oqtay Əsədov Türkiyəyə gedir
    Milli Məclisin sədri Oqtay Əsədovun başçılğı altında Azərbaycan nümayəndə heyəti sabahdan Türkiyədə səfərdə olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib. O, qeyd edib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Eldar İbrahimov, Əhliman Əmiraslanov, Sahibə Qafarova, Kamilə Əliyeva, Ülvi Quliyev, İqbal Ağazadə, Adil Əliyev, Hacı Salayev, Fazil Mustafa, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. “Görüşlərdə ikitərəfli əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri, parlamentlər səviyyəsində münasibətlərin daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”,-deyə A.Təvəkküloğlu vurğulayıb. Nümayəndə heyəti həmçinin Türkiyə Böyük Millət Məclisində olacaq, türkiyəli həmkarları ilə görüşlər keçirəcəklər. Səfər çərçivəsində deputatlarımız Ankarada Heydər Əliyev parkında olacaq, ulu öndərin adını daşıyan məktəbin fəaliyyəti tanış olacaqlar.
    21.09.11 Məqaləni oxumaq
     
    Milli Məclisin payız sessiyasının ilk iclasının keçirilməsi planlaşdırılır
    Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasının keçirilməsi planlaşdırılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, artıq komitələr fəaliyyətə başlayıb və ötən günlərdə bir sıra komitələrin iclasları keçirilib. “Komitələr payız sessiyasının gündəliyinə daxil olan ayrı-ayrı qanun layihələrini müzakirə edir. Payız sessiyasının qanunvericilik işləri planı artıq hazırdır. Sessiya müddətində qanunvericilik təşəbbüsü əsasında müxtəlif qurumlardan parlamentə yeni layihələrin daxil olacağı da gözlənilir”,-deyə A.Təvəkküloğlu vurğulayıb.
    21.09.11 Məqaləni oxumaq
     
    Prezident Bakıda Fikrət Əmirovun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib
    Prezident İlham Əliyev bu gün Bakıda Fikrət Əmirov küçəsində görkəmli bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri dövlət başçısını qarşılayıblar. Prezident İlham Əliyevə məlumat verilib ki, müəllifi əməkdar rəssam Namiq Dadaşov olan tuncdan hazırlanmış abidənin ümumi hündürlüyü 3,6 metrdir. Abidənin ətrafında park salınıb, abadlıq işləri aparılıb. Parkda çoxlu sayda ağac və gül kolları əkilib, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, burada istirahət üçün lazımi şərait yaradılıb. Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürüb. Dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub. Sonra Azərbaycan Prezidenti musiqi ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb.
    20.09.11 Məqaləni oxumaq
     
    Prezident Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin açılışında iştirak edib
    Prezident İlham Əliyev sentyabrın 19-da Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Prezidenti musiqi məktəbinin rəmzi açılışını bildirən lenti kəsib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, musiqi məktəbinin binasında əsaslı təmir işlərinə ötən ilin mayında başlanıb. Prezident İlham Əliyev binanın birinci mərtəbəsində yaradılmış muzeylə tanış olub. Burada yaradılmış stendlərdə ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə milli musiqimizin inkişafındakı xidmətlərini, eləcə də görkəmli bəstəkar Qara Qarayevin yaradıcılıq uğurlarını əks etdirən fotoşəkillər nümayiş etdirilir. Məktəbin foyesində dahi bəstəkarın barelyefi yaradılıb. Foyedə quraşdırılmış lövhələrdə Azərbaycan Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş gənc istedadların, eləcə də Qara Qarayevin tələbələrinin şəkilləri yer alıb.
    20.09.11 Məqaləni oxumaq
     
    Avstriya prezidenti Azərbaycana gələcək
    Avstriyanın federal prezidenti Haynz Fişer Azərbaycana rəsmi səfərə gələcək. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Avstriyanın Azərbaycandakı səfiri Silviya Meyer-Kaybiç məlumat verib. Səfir bildirib ki, prezident Haynz Fişerin Azərbaycana səfəri oktyabrın 11-12-də baş tutacaq. Avstriyanın Azərbaycanda səfirliyinin 2010-cu ildə açıldığını xatırladan səfir qeyd edib ki, iki ölkə arasında təkcə iqtisadi sahədə deyil, digər sahələrdə, xüsusilə də mədəniyyət, turizm və təhsil sahəsində əməkdaşlıq mövcuddur. Silviya Mayer-Kaybic əlavə edib ki, Azərbaycanda telekommunikasiya sahəsi yüksək templə inkişaf edir: “Azərbaycan milli peykinin buraxılması layihəsinə böyük diqqətlə yanaşırıq. Bu, çox böyük layihədir. Bundan əlavə, elektron hökumətin tətbiqi bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu mövzu ilə bağlı sabah xüsusi müzakirə aparılacaq. Biz bu sahədə Azərbaycan tərəfi ilə bir çox məsələni müzakirə edəcəyik”.
    20.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan Ordusu Naxçıvanda genişmiqyaslı təlimlərə başlayıb
    Azərbaycan Ordusu Naxçıvan hərbi birləşməsində növbəti genişmiqyaslı təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumatda bildirilib ki, müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərə quru qoşunları və hava hücumundan müdafiə qoşunlarının hərbi hissələri cəlb olunub. Təlimlərin həftənin sonunadək davam edəcəyi planlaşdırılır.
    19.09.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına yola düşür
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə sentyabrın 19-da Səudiyyə Ərəbistanına yola düşür. Səfərdə məqsəd Mədinə şəhərində sentyabrın 20-də keçiriləcək “Küfrün təzahürləri (səbəbləri, nəticələri, həlli yolları)” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, iki Müqəddəs Məscidin xadimi Kral Abdulla bin Əbdüləziz Al-Səudun himayəsi ilə Əmir Nayif bin Əbdüləziz Al-Səud adına Peyğəmbər sünnələri və müasir İslam tədqiqatları üzrə Beynəlxalq Mükafat Fondunun təşkilatçılığı ilə baş tutan bu mötəbər konfransa Şeyxülislam fəxri qonaq kimi dəvət olunub. QMİ sədrinin tədbirdə çıxış edəcəyi nəzərdə tutulur.
    18.09.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov BMT BA-nın Sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedir
    Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın19-da BMT Baş Assambleyasının 66-cı Sessiyasında iştirak etmək məqsədilə Nyu Yorka səfər edəcək. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı E.Məmmədyarovun Baş Assambleyanın iclaslarında iştirakı ilə yanaşı, bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
    18.09.11 Məqaləni oxumaq
     
    Joao Suareş Bahar Muradovanın məktubuna cavab verib
    ATƏT PA-nın xüsusi nümayəndəsi Joao Suareş 13 yaşlı Aygün Şahmalıyevin ölümü ilə bağlı vitse-spiker Bahar Muradovanın rəsmi məktubuna cavab verib. “KƏLAMİNFO” xəbər verir ki, Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova Tovuz rayonunun Əlibəyli kəndində 13 yaşlı Aygün Şahmalıyevanın erməni təxribatı nəticəsində ölümü ilə bağlı təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşə rəsmi məktubla müraciət etmişdi. Bu günlərdə xüsusi nümayəndə J.Suareş vitse-spikerin rəsmi məktubuna cavab verib. Məktubunda xüsusi nümayəndə bu hadisə ilə bağlı onu məlumatlandırdığı üçün B.Muradovaya təşəkkürünü bildirib və uşaqların belə faciəvi şəkildə həyatlarını itirməsinin hər zaman böyük sarsıntılara səbəb olduğunu vurğulayıb.
    17.09.11 Məqaləni oxumaq
     
    Bayram Səfərov: Dağlıq Qarabağda yalnız Azərbaycan qanunları əsasında seçkilər keçirilə bilər
    “Dağlıq Qarabağda hər hansı qanuni seçki keçirilə bilməz. Qarabağ Azərbaycanın ərazisidir və orada seçkilər yalnız Azərbaycanın qanunları ilə baş tuta bilər”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri yap.org.az saytına açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov separatçı Dağlıq Qarabağ rejiminin “yerli özünüidarə orqanlarına seçkiləri” keçirmək haqqında qərarına münasibət bildirərkən deyib.
    17.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  110 111 112 113 114 115 116 117 118  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30