Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 109 110 111 112 113 114 115 116 117 » #
    Əli Hüseynli: “Azərbaycan hakimlərinin bilik səviyyəsi olduqca yüksəkdir”
    “Azərbaycan hakimlərinin bilik səviyyəsi olduqca yüksəkdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli söyləyib. “Bir neçə beynəlxalq təşkilat bu barədə monitorinqlər aparıb və bu monitorinqlərin nəticələrinə göz atsaq, görərik ki, onlar Azərbaycanda hakimlərin seçki prosesini yüksək qiymətləndirirlər. Bəzi təşkilatlar bununla bağlı qərəzli məlumatlar yayır, lakin bunlar əsassızdır. Təkcə bunu xatırlamaq kifayətdir ki, BBC kimi nüfüzlu şirkət Boks Federasiyası barədə faktlara əsaslanmayan böhtanlar yazmışdı” - deyə millət vəkili əlavə edib.
    28.09.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirib
    BMT Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov Şimali Kipr Türk Respublikasının prezidenti Dərviş Eroğlu, Türkiyənin Baş naziri R.T.Ərdoğan, Tuvalunun Baş naziri Villi Telavi, Böyük Britaniyanın xarici işlər üzrə dövlət naziri Lord Hovel, Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort və Ərəb Dövlətləri Liqasının Baş katibi Nəbil Əl Ərəbi ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə yanaşı, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və enerji sahələri, eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir E.Məmmədyarov eyni zamanda, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında da iştirak edib.
    23.09.11 Məqaləni oxumaq
     
    Prezident Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunan beynəlxalq konfransda iştirak edir
    Bu gün Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq tədbiri işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev Beynəlxalq tədbirin açılış mərasimində iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib. Beynəlxalq tədbir işini davam etdirir.
    23.09.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Həmid Kərzaiyə başsağlığı verib
    Prezident İlham Əliyev Əfqanıstan prezidenti Həmid Kərzaiyə başsağlığı məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əfqanıstanın Ali Sülh Şurasının Sədri, ölkənizin keçmiş Prezidenti, görkəmli dövlət xadimi Burhanuddin Rəbbaninin terror aktı nəticəsində həlak olması xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”
    23.09.11 Məqaləni oxumaq
     
    Rasim Musabəyov: “Azərbaycan heç kimin arxasınca sürünməyə borclu deyil”
    “Bütün vaxtlarda Azərbaycan İsraillə olan münasibətlərini Türkiyə-İsrail münasibətlərin nəzərə alaraq qurub və bu, indi də belədir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq, millət vəkili Rasim Musabəyov bildirib. Politoloqun fikrincə, ancaq bu, heç də o demək deyil ki, indiki İsrail-Türkiyə gərginliyində Azərbaycan Türkiyənin arxasınca sürünməlidir. “Çünki İsrail Türkiyə torpaqlarını işğal etməyib, İsrail Türkiyə ilə müharibə aparmır. Azərbaycan-İsrail münasibətlərinə gəldikdə isə Azərbaycan bu münasibətləri müstəqil şəkildə qurub”-deyə R.Musabəyov vurğulayıb. Onun sözlərinə görə, o tamam başqa məsələdir ki, İsrail Türkiyəyə “acıq” vermək üçün qondarma erməni soyqırımını tanımağa başlayacaqsa, Türkiyəyə qarşı kürdləri qaldıracaqsa və buna bənzər fəaliyyət göstərəcəksə, təbii ki, bu, Azərbaycan-İsrail münasibətlərinə ciddi mənfi təsir göstərəcək. “Amma sırf Türkiyə-İsrail çəkişməsində Azərbaycan heç kimin arxasınca sürünməyə borclu deyil” - deyə o, əlavə edib.
    23.09.11 Məqaləni oxumaq
     
    Prezident “Şimal” ES-in ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib
    Prezident İlham Əliyev Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, ikinci buxar-qaz enerji qurğusu Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Kredit Sazişi əsasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) dövlət zəmanətli krediti hesabına inşa ediləcək. Dövlət başçısı layihənin baş planı, buxar-qaz qurğusunun sxemi və soyutma suyunun qəbuledici sisteminin stendinə baxıb. Məlumat verilib ki, “Şimal” elektrik stansiyasının sahəsi 68 hektar, ikinci buxar-qaz enerji qurğusunun tikiləcəyi ərazi isə 12 hektardır. Qeyd edilib ki, tikinti işlərinə ötən il dekabrın 10-da baş podratçılar Yaponiyanın “Toyo Engineering Corporation” və Azərbaycanın “Azenco” Açıq Səhmdar Cəmiyyəti konsorsiumu ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış müqavilə əsasında başlanıb. Tikinti işləri 2013-cü ilin sonunda başa çatdırılacaq.
    22.09.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Rusiya Qərbin boğazında iri bir “tikə” kimi qala bilər”
    “Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırması ilə bağlı bəyanatı təqdirəlayiq haldır. Əgər həqiqətən AB öz səylərini artırsa, münaqişənin həllində ciddi nəticələr əldə oluna bilər. Amma burada Rusiya Qərbin boğazında iri bir “tikə” kimi qala bilər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq israr edir ki, bu məsələdə Rusiyanın bir dövlət kimi çökməsi vacib şərtdir. “Çünki Qarabağ məsələsinin bütün qıfılları Rusiyadadır və bu ölkə çökən ölkədir. Fikir verirsinizsə, son vaxtlar tez-tez təyyarələri düşür, gəmiləri batır. Ona görə də Rusiya getdikcə zəifləyir. Və elə bir an olacaq ki, neftin qiyməti 20 dollara düşəndə orada hakimiyyət də dəyişə bilər. Rusiyada imperiya baxışlı deyil, demokratik baxışlı hakimiyyət gəlsə, onda onlar Qarabağdan əl çəkəcəklər.
    22.09.11 Məqaləni oxumaq
     
    Yekaterinburqda təhlükəsizlik məsələlərinə cavabdeh yüksək vəzifəli şəxslərin görüşü keçirilir
    Bu gün Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılığı ilə Administrasiyanın şöbə müdirləri Fuad Ələsgərov, Novruz Məmmədov və Elnur Aslanovdan ibarət nümayəndə heyəti təmsil edir. Dünyanın 65 ölkəsindən nümayəndələrin iştirak etdiyi ikigünlük görüşdə təbii və texnogen fəlakətlər zamanı əməkdaşlıq, informasiya cəmiyyətinin formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyi, transmilli cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunacaq İlk belə görüş ötən il oktyabrın 5-6-da Soçi şəhərində keçirilib.
    21.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan diasporu Almaniyada etiraz piketi keçirib
    Almaniyanın Ştuttqart şəhərində Azərbaycan diasporunun etiraz piketi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən veriblər. Məlum olduğu kimi, bu il sentyabr ayının 16-dan 22-ə kimi Almaniya Federativ Respublikasında keçiriləcək Ermənistan mədəniyyəti günləri çərçivəsində erməni separatçıları qondarma “20 il Dağlıq Qarabağ Respublikası” adlı konsert proqramının təşkili ilə məşğuldurlar. İyul ayından başlayaraq Almaniya Federativ Respublikasında ermənilərin “saxta tədbirinə” qarşı etiraz aksiyası təşkil edilib. Bu aksiya rəsmi qurumların məqsədyönlü fəaliyyəti ilə başlanaraq, diaspor cəmiyyətlərini əhatə edərək, şəxsi təşəbbüsləri özündə əks etdirir. Azərbaycanın Almaniyadakı Səfirliyi Almaniyanın Xarici İşlər Nazirliyinə etiraz notasını təqdim edib, önəmli danışıqlar aparıb, siyasi səviyyədə konstruktiv tədbirlər görüb.
    21.09.11 Məqaləni oxumaq
     
    “Rosbalt”: Ağdam şəhərinin qalıqlarını qədim yunan xarabalıqlarından fərqləndirmək olmur
    Rusiyanın «Rosbalt» nəşri işğal altında olan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı reportaj dərc edib. Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağda dağıntıların miqyasını hətta hər tərəfi bürüyən yaşıllıq da gizlədə bilmir. Dağlarda bir çox kənd daş yığınından ibarətdir və kimsəsiz yerləri xatırladır. Ağdam şəhərinin qalıqlarını isə qədim yunan xarabalıqlarından fərqləndirmək olmur. Fərqi yalnız vurulmuş zirehli döyüş maşınlarının qırıqlarında görmək olar. Dağlar arasında xüsusi troslar qoyulub və bu, qarşı tərəfin aviasiyasının uçuşunun qarşısını almaq üçün edilib. Bir çox kənddə su təchizatı və suvarma ilə bağlı ciddi problemlər var. Müharibə onların hamısını sıradan çıxarıb. Ən ciddi problem kimi demoqrafiya göstərilir. Əhalini burada saxlamaq üçün həddən artıq şirnikləndirici vədlər verilir. Bu yaxınlarda isə erməni mənşəli rusiyalı milyarder Levon Ayrapetyan 700 gəncin toyunu təşkil edib. İşğal olunmuş torpaqlardakı qondarma yerli idarəetmə orqanlarının hesablamalarına görə, gələcəkdə burada əhalinin sayını 150 minə çatdırmaq planı var.
    21.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 109 110 111 112 113 114 115 116 117 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30