Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 108 109 110 111 112 113 114 115 116 » #
    Din xadimləri bəyanat qəbul etdilər
    Bu gün Bakıda Azərbaycan və Rusiya din xadimləri və ilahiyyatçıları Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş və Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması məsələlərinə dair konfrans keçirib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan və Rusiyanın din xadimləri, ənənəvi konfessiya rəhbərləri, ziyalılar və tanınmış ictimai xadimləri iştirak ediblər.
    29.09.11 Məqaləni oxumaq
     
    Prezident Böyük Britaniyadan gəlmiş nümayəndə heyətini qəbul edib
    Prezident İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Krallığının energetika üzrə dövlət naziri Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Görüşdə ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın uğurla davam etdiyi vurğulanıb və bu əməkdaşlığın qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
    29.09.11 Məqaləni oxumaq
     
    Milli Məclisin payız sessiyasının qanunvericilik planına 18 məsələ daxildir
    Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planına 18 məsələ daxildir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə parlamentin bu il payız sessiyasının açılışına həsr olunmuş mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. O qeyd edib ki, bu rəqəmin dəyişməsi gözlənilir və qanunvericilik təşəbbüsü əsasında sessiya dövründə parlamentə xeyli sayda qanun layihəsi daxil olur ki, bu da sayın artmasına şərait yaradır. “Payız sessiyası çərçivəsində Azərbaycanın dövlət büdcəsi zərfinə daxil olan sənədlərə baxılacaq.
    29.09.11 Məqaləni oxumaq
     
    Metyu Brayza Artur Rəsizadə ilə görüşüb
    ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bu gün baş nazir Artuq Rəsizadə ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında M.Brayza özü bildirib. O qeyd edib ki, görüşdə geniş spektrli məsələlər müzakirə olunub. “Bunların arasında kənd təsərrüfatının inkişafının şaxələndirilməsi, mühüm enerji infrastrukturunda təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və sair məsələlər vardı” - deyə səfir vurğulayıb. Onun sözlərinə görə, baş nazirlə görüşündə bir neçə sənəd də imzalanıb.
    29.09.11 Məqaləni oxumaq
     
    Səfir: “Wikileaks”də dərc olunanlar şəxsi dəyərləndirmədir”
    “Bu gün “Wikileaks” saytında dərc olunan məlumatlar şəxsi dəyərləndirmədir, ABŞ Dövlət Departamentinin rəsmi hesabatı deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib. O qeyd edib ki, Vaşinqton heç vaxt “Wikileaks”də dərc olunan materialların Dövlət Departamentinin rəsmi hesabatı olduğunu qəbul etməyib. “İstənilən halda mən, yaxud başqa əməkdaşımız göndərdiyi teleqramlarda yalnız öz mövqeyini əks etdirir, yaxud tövsiyə verir. Bu yalnız diplomatın baş verənləri dəyərləndirməsidir. Diplomatlar da digər insanlar kimi həmkarları ilə yazışma hüququna malikdir” - deyə səfir vurğulayıb.
    28.09.11 Məqaləni oxumaq
     
    Metyu Brayza: “Münaqişənin hərbi yolla həll olunması gündəmdə yoxdur”
    “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla nizamlanması barədə bu gün heç kim danışmır, hərbi yol mümkün deyil və heç vaxt da mümkün olmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Azərbaycandakı səfiri Metyu Brayza bildirib. O qeyd edib ki, indi əvvəlki qədər münaqişənin hərbi yolla həlli barədə bəyanatları eşitmir. M.Brayza bunu müsbət bir inkişaf kimi hesab edir. “Mən Azərbaycanda olduğum müddətdə buradakı rəsmilərlə apardığım çoxsaylı görüşlərdən belə bir qənaətə gəlmişəm ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına çox ciddi yanaşır” - deyə M.Brayza vurğulayıb. Səfir deyib ki, bu gün əsas tapşırıq baza prinsiplərinin yekunlaşdırılmasıdır ki, bu da özlüyündə mümkünsüz bir iş deyil. “Bu, həyata keçiriləcək bir variantdır. Bir daha xatırladıram ki, münaqişənin hərbi yolla həll olunması kimi bir variant gündəmdə yoxdur” - deyə o, əlavə edib.
    28.09.11 Məqaləni oxumaq
     
    Sosial Rifah Partiyası yeni qərargah inşa etdirib
    Millət vəkili Xanhüseyn Kazımlının rəhbərlik etdiyi Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa olunan yeni qərargah binası artıq istifadəyə hazırdır. “KƏLAMİNFO”nun berdiyi xəbərə görə, bunu ASRP-nin Ali Məclisinin sədri Həmid Verdixanov bildirib. H.Verdixanovun sözlərinə görə, yeni qərargahın istifadəyə verilməsi ASRP-nin ictimai, siyasi fəaliyyətinin və beynəlxalq əlaqələrinin daha da yaxşılaşdırılmasına önəmli təsir göstərəcək. Adıçəkilən partiyanın mərkəzi qərargahı uzun illər idi ki, Bakı şəhərinin müxtəlif yerlərində icarə müqaviləsi ilə fəaliyyət göstərirdi.
    28.09.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə: “Barak Obama da kilsəni ziyarət etdiyi kimi, məscidlərə getsə bu çox gözəl nümunə ola bilər”
    Regionun əksər ölkələrindən fərqli olaraq Azərbaycan bütün dinlərin və mədəniyyətlərin cəmləşdiyi ölkəyə çevrilib. “KƏLAMİNFO” xəbər verir ki, bunları Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ABŞ-ın Kaliforniya senatının qanunvericiliyindən ibarət nümayəndə heyəti ilə görüşündə bildirib. O, qeyd edib ki, Azərbaycan tolerantlıq və dinlərarası dialoqa nümunədir, burada müxtəlif dinlər birləşir. “Ölkədə bu əlaqələrin yaradılmasına ümummilli lider Heydər Əliyev təkan verib. Hazırda Azərbaycanda dövlət və din münasibətlərində böyük problemlərimiz yoxdur, kiçik məsələlər isə dialoqla həll olunur”,-deyə Bütün Qafqazın Şeyxi vurğulayıb.
    28.09.11 Məqaləni oxumaq
     
    Asim Mollazadә İsrailin Azәrbaycandakı sәfiri ilә görüşüb
    Demokratik İslaһatlar Partiyasının sәdri Asim Mollazadә İsrailin Azәrbaycandakı sәfiri Mixael Lavon Lotemlә görüşüb. DİP-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azәrbaycan-İsrail əlaqələri, ölkәmizdәki ictimai-siyasi durum, Ermənistan-Azərbaycan münaqişəsi, Yaxın Şərqdəki vəziyyət, İsrail-Fələstin münaqişəsinin həlli perspektivləri müzakirə edilib. Partiyanın fəaliyyəti barədə qonağa məlumat verən A.Mollazadə səfiri İsrail xalqının milli yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik edib.
    28.09.11 Məqaləni oxumaq
     
    Prezident dövlət müstəqilliyimizin 20 illiyinə həsr olunmuş sərginin açılışında iştirak edib
    Prezident İlham Əliyev dövlət müstəqilliyimizin 20 illiyinə həsr olunmuş sərginin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, “Baku Ekspo” Mərkəzində təşkil olunan sərgidə ölkə başçısı müstəqillik dövründə əldə edilmiş naliyyətlərlə bir daha tanış olub. İqtisadi inkişaf naziri Şahin Mustafayev prezidentə sərgi ilə bağlı ətraflı məlumat verib. Qeyd edək ki, sərgidə dövlət qurumları və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər öz məhsullarını nümayiş etdirirlər.
    28.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 108 109 110 111 112 113 114 115 116 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30