Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 107 108 109 110 111 112 113 114 115 » #
    Türk Festivalında Azərbaycanı ABŞ-dakı Qarabağ Fondu təmsil edib
    Oktyabrın 2-si Vaşinqtonda Ağ Evin qarşısında keçirilən 9-cu Türk Festivalında Azərbaycanı ABŞ-dakı Qarabağ Fondu təmsil edib. Bu barədə “KƏLAMİNFO”ya fonddan məlumat verilib. Festivalda 20 000-dən artıq ziyarətçi iştirak edib. ABŞ paytaxtı Vaşinqton və Türkiyənin paytaxtı Ankaranın bu il qardaşlaşmış şəhərlər olması tədbir zamanı qeyd olunub. Azərbaycanı təmsil edən Qarabağ Fondunun sərgi masası və mədəniyyət proqramı müxtəlif yaş qrupları və böyük sayda ziyarətçilərin marağına səbəb olub. Qarabağ Fondunun stendinə yaxınlaşan sərgi iştirakçılarına Azərbaycan haqqında məlumat bukletləri və tanıtım materialları paylanıb.
    03.10.11 Məqaləni oxumaq
     
    “Eks-prezidentlər haqqında” qanun layihəsi payız sessiyasının qanunvericilik daxil edilib
    “Eks-prezidentlər haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının qanunvericilik planına daxil edilib. “KƏLAMİNFO” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib. O, bunun 2009-cu ildə Konstitusiyaya müvafiq dəyişikliyin edilməsi ilə baş tutacağını deyib. “Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev 2011-ci ilin yaz sessiyasının nəticələri ilə bağlı mətbuat konfransında bildirmişdi ki, sözügedən qanun layihəsi iş planına daxil edilməyib. Çünki o zaman bəzi maliyyə məsələləri öz həllini tapmamışdı. Amma indi bu məsələlər həll olunub və adıçəkilən qanun layihəsi payız sessiyasının qanunvericilik iş planına daxil edilib” - deyə O.Əsədov vurğulayıb.
    01.10.11 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: Payız sessiyasında beynəlxalq əlaqələrin inkişafı istiqamətində çox iş görüləcək
    Bu gün Milli Məclisin payız sessiyasının ilk iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda spiker Oqtay Əsədov bildirib ki, bir neçə gündən sonra Milli Məclisdə MDB PA-nın Hüquq məsələləri daimi komissiyasının və Mərkəzi Seçki komissiyalarının birgə iclası keçiriləcək. O qeyd edib ki, ümumiyyətlə, payız sessiyasında beynəlxalq əlaqələrimizin inkişafı istiqamətində çox iş görüləcək. “İlk dəfə olaraq oktyabrın 10-11-də Milli Məclisdə bir neçə dövləti özündə birləşdirən Parlament Assambleyalarının birgə toplantısı olacaq. GUAM PA, Baltikyanı ölkələr PA təşəbbüsü və Benilüks, Şimal ittifaqı, MDB PA və TÜRK PA-nın üzvləri ilə birgə böyük konfrans təşkil olunacaq” - deyə O.Əsədov vurğulayıb. Sonra millət vəkilləri cari məsələlərin müzakirəsinə başlayıblar. Qeyd edək ki, bu gün parlamentin plenar iclasında 27 qanun layihəsinin müzakirəsi nəzərdə tutulub.
    01.10.11 Məqaləni oxumaq
     
    Millət vəkilləri İran parlamentinə müraciət etdilər
    Azərbaycan millət vəkilləri Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında İranda Urmiya gölünün qurudulması ilə bağlı İran parlamentinə müraciət etdilər. “KƏLAMİNFO” xəbər verir ki, iclasda millət vəkili Qənirə Paşayeva bildirib ki, Cənubi Azərbaycanda milyonlarla şəxsin taleyi ciddi şəkildə sual altına düşür. O qeyd edib ki, Urmiya gölünün qurudulması tək o əraziyə deyil, bütün ətraf regionları təsir edir. “İran parlamentinə müraciət etmək istəyirəm ki, orada yaşayan azərbaycanlıların problemlərinə biganə qalmasınlar” - deyə Q.Paşayeva deyib. Onun sözlərinə görə, İranda etiraz edən azərbaycanlılar repressiyalara məruz qalırlar. “Təklif edərdim ki, İranda Azərbaycana qarşı təbliğat aparan “Səhər” kanalına ayrılan vəsait orada yaşayan azərbaycanlıların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlsin” - deyə o, əlavə edib.
    30.09.11 Məqaləni oxumaq
     
    “Hər il Ermənistan Belarusdan, Ukraynadan, Çindən, İrandan, Yunanıstandan, Fransadan silah alır”
    “Araşdırmalar göstərir ki, son vaxtlar Ermənistanın hərbi siyasi dairələrində Azərbaycanla silah yarışına girmək istəyində olanların sayı artıb”. Bu barədə “KƏLAMİNFO”ya hərbi ekspert Cəsur Sümərinli bildirib. O, qeyd edib ki, bu gün Ermənistanın müdafiə xərclər təxmini olaraq 400 milyon dollara yaxındır, amma qeyri-rəsmi olaraq bu xərclərin 600 milyon dollar olduğu bildirilir.
    30.09.11 Məqaləni oxumaq
     
    Hidayət Orucov: “Regionda müsəlmanlar arasında nifaq toxumu səpilir”
    Bu gün Qafqazda yaşayan xalqlar dini problemlərlə yanaşı, regiondakı münaqişələrin həlli, eləcə də terrorizm ideologiyasının qarşısının alınması istiqamətində səylərini gücləndirməli, təcavüzə məruz qalmış qonşularını müdafiə etməlidirlər. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş, "Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. O, təəssüflə bildirib ki, Qafqazda Ermənistanın qonşusu Azərbaycana təcavüzkarlıq siyasətinin davam etdirməsi bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcədə tolerantlıq ənənələrinin möhkəmlənməsinə ciddi problemlər yaradır. “Azərbaycanda mövcud dinlər, eləcədə islam məzhəb və təriqətləri arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək dini zəmində hər hansı münaqişə baş verməyib.
    30.09.11 Məqaləni oxumaq
     
    Həcc ziyarətinin marşrutu dəyişdirilib
    Azərbaycandan bu il baş tutacaq Həcc ziyarətinin marşrutu dəyişdirilib. “KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QMİ sədrinin müavini Hacı Sabir Həsənli bildirib. Onun sözlərinə görə, Suriyada yaşanan hadisələrlə bağlı bu il Həcc ziyarətinə yollanacaq avtobuslar Suriyadan keçməyəcək, İran – İraq – Səudiyyə Ərəbistanı marşrutu ilə yollanacaq. Sabir Həsənli qeyd edib ki, Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, Həcc karvanları oktyabr ayının 25-26-dan yola düşəcəklər. “Hər il olduğu kimi bu il də 2 min nəfərin yola düşməsi gözlənilir. 1300 nəfərə da 40-41 avtobusla yola düşəcək”–deyə S.Həsənli bildirib. O qeyd edib ki, marşrutdan başqa digər qaydalara dəyişiklik olunmayacaq.
    30.09.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Ermənilər dünyanın qlobal inkişafından geridə qalır”
    “Bu gün Cənubi Qafqaz dünyanın ən zəngin etnik və dini tolerantlıq mənbəyidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda keçirilən Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, Azərbaycanda yaşayan hər bir xalqın dini, mədəniyyəti, etnik məsuliyyəti Azərbaycanın zənginliyidir, varlığıdır. “Bu dinlərin yaşadılması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərdən biridir” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ən çox etnik və dini separatizmə məruz qalan ölkələrdəndir. “Onların ən bariz nümunələrindən olan Ermənistanın bizə qarşı etnik separatizmi bu gün də davam edir.
    29.09.11 Məqaləni oxumaq
     
    Pravoslav Kilsəsinin nümayəndəsi: Qafqaz dünya ictimaiyyəti üçün həlledici rol oynayır
    “Azərbaycan dinlərarası və millətlərarası münasibətlərin modelini nümayiş etdirir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda səfərdə olan Rusiyanın Kilsə və cəmiyyət münasibətləri üzrə Sinodalın sədri, Pravoslav Kilsəsinin nümayəndəsi Vsevolod Çaplin bildirib. Onun sözlərinə görə, Qafqaz dünya ictimaiyyəti üçün Balkanlar və Yerusəlim qədər həlledici rol oynayır. “İnsaniyyətin gələcəyi Qafqazda baş verən proseslərdən asılıdır. Bunu regionda tarix boyu baş verən hadisələr sübut edib” - deyə V.Çaplin vurğulayıb. O, terrorizm və ekstremizmlə bağlı məsələyə toxunaraq bildirib ki, inam faktoru sosial və siyasi təzadları aradan qaldıra bilər. “Bu, Qafqazda mümkündür” - deyə o, əlavə edib.
    29.09.11 Məqaləni oxumaq
     
    Bakıda Diplomatik Akademiyaların rektorlarının Ümumdünya Forumu keçiriləcək
    Diplomatik Akademiyaların rektorlarının Ümumdünya Forumunun növbəti illik toplantısı Bakıda keçiriləcək. Bu barədə “KƏLAMİNFO”ya Akademiyanın mətbuat xidmətindən məlumat verilib. Bu varədə qərar 25-28 sentyabr günlərində ABŞ-ın Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində Diplomatik Akademiyalar və Beynəlxalq Münasibətlər üzrə ixtisaslaşan universitetlərin və ali məktəblərin ənənəvi illik Forumunda qəbul edilib.
    29.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 107 108 109 110 111 112 113 114 115 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30