Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 106 107 108 109 110 111 112 113 114 » #
    Müdafiə naziri Səfər Əbiyev Brüsselə gedib
    Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev oktyabrın 5-də Brüsselə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, NATO baş katibinin dəvəti ilə baş tutan səfərin məqsədi NATO və İSAF əməliyyatına töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin iclasında iştirak etməkdir.
    06.10.11 Məqaləni oxumaq
     
    Musa Qasımlı: “Müxalifət intellektual mübarizə yollarını mənimsəməyib”
    “Təəssüf ki, indi Azərbaycan müxalifətinin ölkənin inkişafı ilə bağlı konkret proqramları yoxdur. Belə şəraitdə siyasi səhnədə qalmağın yeganə yolu ölkədə xaos yaratmaq cəhdidir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, professor Musa Qasımlı bildirib. O qeyd edib ki, müxalifətin uğursuzluğunun digər səbəbi bu günədək onların intellektual mübarizə yollarını mənimsəməməsidir. “Müasir dünyada hakimiyyətə gəlməyin yeganə yolu seçkidir. Bunun üçün müxalifət ciddi və cəlbedici proqramlar üzərində işləməli, itirilmiş sosial dayaqlarını bərpa etməli və xalqı özünə inandırmağa nail olmalıdır” - deyə M.Qasımlı vurğulayıb. Onun sözlərinə görə, cəmiyyət irəli getdikcə müəyyən nöqsanlar üzə çıxır və bu, təbiidir. “Belə bir şəraitdə qarışıqlığın yaradılması Azərbaycan dövlətçiliyi və milli maraqlarımız üçün təhlükədir. Çünki bu gün bir sıra beynəlxalq mərkəzlər Cənubi Qafqazda Ermənistanı güclü bir dövlətə çevirməyə çalışırlar. Ermənistanın güclü dövlət olması isə Azərbaycanın zəiflədilməsindən keçir. Bəs Azərbaycanı necə zəiflətmək olar? Onun yolu ölkədə xaos, hərc-mərclik, anarxiya yaratmaqdan keçir” - deyə deputat əlavə edib.
    06.10.11 Məqaləni oxumaq
     
    SAM-ın əməkdaşı Brüsseldə keçirilən beynəlxalq konfransa qatılacaq
    Oktyabrın 6-8-i tarixlərində Brüsseldə “Qara Dəniz regionunun gələcəyinə baxış və perspektivlər” adlı beynəlxalq konfrans keçiriləcək. “Qara Dəniz Regionunun Gənc İslahatçıları” proqramı çərçivəsində keçirilən tədbirin təşkilatçıları ABŞ-ın Marşal Fondu, Almaniyanın Robert Boş Stiftunq Fondu, Bolqarıstanın Regional və Beynəlxalq Tədqiqatlar Mərkəzi və Almaniyanın Münhen Universiteti nəzdindəki Tətbiqi Siyasət Tədqiqatları Mərkəzidir.
    05.10.11 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti NATO PA-nın illik sessiyasına qatılacaq
    Sabah Milli Məclis sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Tahir Süleymanov və Qüdrət Həsənquliyev qurumun 57-ci illik sessiyasında iştirak etmək üçün Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfərə yola düşəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında kiber təhlükəsizliyinə dair, bioloji və kimyəvi təhdidlərə qarşı mübarizə ilə əlaqədar müzakirələr aparılacaq.
    05.10.11 Məqaləni oxumaq
     
    ATƏT-in baş katibi: Etimadın qurulması həlli gecikən münaqişələr üçün əsas şərtdir
    Barışın əsası üçün etimadın qurulması ATƏT regionu ölkələrində həlli gecikən münaqişələr üçün əsas şərtdir. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə «Kommersant» qəzetinə ATƏT-in baş katibi Lamberto Dzannyer bildirib: «Sentyabrın 22-də Moskvada Dnestryanı münaqişənin bərpa edilməsi üzrə «5+2» danışıqlarının başlaması bu prosesə güclü impuls verə bilər. Rusiyanın bu prosesə zəif olmayan diqqəti bu qərarın qəbulunda konstruktiv rol oynadı. Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək və eyni vaxtda yerlərdə vəziyyətin gərginləşməsinə yol verməmək daha bir prioritet istiqamətdir. Bununla bağlı Rusiyanın və Minsk qrupunun digər üzvlərinin mövqeyi üst-üstə düşür. Rusiyanın Minsk qrupunun fəaliyyətində aktiv iştirakı, Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının baş tutmasına Rusiya prezidentinin şəxsən cəlb edilməsi həll qərarlarının tapılmasında mühüm elementlərdir». Qeyd edək ki, Moskvaya səfəri zamanı Dzannyer Rusiya XİN rəhbəri Sergey Lavrov və digər rəsmi şəxslərlə ilk danışıqlarını aparacaq.
    05.10.11 Məqaləni oxumaq
     
    Səfir: “Almaniyanın birləşməsinin 21 illiyi Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunması ilə uyğun gəlir”
    “İndi Azərbaycan və Almaniya ölkələrarası əməkdaşlığı bütün sahələrdə inkişaf etdirirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda Almaniyanın Birlik gününə həsr edilmiş tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib. O qeyd edib ki, ölkələr arasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlər yüksək səviyyədədir. “Bundestaq və Almaniya hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyə tərəfdardır” - deyə nazir vurğulayıb. Z.Məmmədov? həmçinin ölkələr arasında iki milyard avroya bərabər olan əmtəə dövriyyəsini effektiv iqtisadi əməkdaşlığın göstəricisi kimi qeyd edib. Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle deyib ki, Almaniyanın birləşməsinin 21 illiyi Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunması ilə uyğun gəlir. O bildirib ki, ölkələrin arasında dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə də inkişaf edəcək.
    04.10.11 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: Azərbaycanda tam formalaşmış demokratik seçki sistemi yaranıb
    Bu gün postsovet ölkələri arasında Azərbaycan tam oturuşmuş, formalaşmış demokratik seçki sisteminə görə lider ölkələrdəndir. “KƏLAMİNFO” xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, Azərbaycan müstəqil olduqdan sonra əsas məqsədlərimizdən biri demokratik seçki ənənələrinin formalaşdırılması idi. “1993-cü ildən bu yana Azərbaycanın demokratik seçki ənənəsi formalaşmağa başladı. Azərbaycanda tam oturuşmuş, formalaşmış demokratik seçki sistemi yaranıb. Azərbaycanda 4 prezident, 4 parlament, 4 referendum və 3 bələdiyyə seçkisi keçirilib” - deyə Z.Əsgərov vurğulayıb. O qeyd edib ki, ötən illərdə Azərbaycan xalqı seçki mədəniyyətini kifayət qədər mənimsəyib. “Eyni zamanda, Azərbaycan postsovet məkanında seçki sahəsində qabaqcıl təcrübəni öyrənməyə, maraqlı və ağlabatan tövsiyələri qəbul etməyə hazırdır” - deyə o, əlavə edib.
    04.10.11 Məqaləni oxumaq
     
    TÜRKPA-nın Bakıda konfransı keçirilir
    Bu gün Milli Məclisdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) tərəfindən “XXI əsrdə qadınların rolu: qadın siyasətçilərin məsuliyyəti” adlı beynəlxalq konfrans keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə TÜKPA-nın baş katibi Ramil Həsənov tədbirin əhəmiyyətindən, dövlət müstəqilliyi tarixində Azərbaycan qadının cəmiyyətdəki rolunun inkişafından danışıb.
    04.10.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə beynəlxalq müşahidəçilər üçün seminar başlayıb
    Bu gün Milli Məclisdə “Demokratiya və vətəndaşların seçki hüquqları” mövzusunda beynəlxalq müşahidəçilər üçün seminar başlayıb. Seminarda MDB ölkələrinin seçki məsələləri üzrə ekspertləri və deputatlar iştirak edirlər. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə parlamentin vitse-spikeri Ziyafət Əsgərov qonaqları MM sədri Oqtay Əsədovun adından salamlayaraq, seminarın işinə uğurlar arzulayıb. O, seminarın mövzusunun aktual bir məsələyə həsr olunduğunu bildirib.
    03.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanla Türkiyə arasında qaz sazişinin imzalanması yaxın günlərdə baş tutacaq
    Ötən ayın sonunda imzalanması nəzərdə tutulan Azərbaycanla Türkiyə arasındakı qaz sazişi ilə əlaqədar sənədlərin hazırlanması başa çatmadığından imzalanma bu günlərdə baş tutacaq. Hazırda bununla bağlı işlər gedir. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib. O qeyd edib ki, danışıqlar prosesində heç bir maneə yoxdur və öz qaydasında gedir. “Rusiyadan olan qaz təminatını Türkiyə bu gün nativ yollarla təmin edir. Konkret hansı yolların olduğunu isə açıqlaya bilmərik” - deyə səfir vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan-Türkiyə Yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının toplantısının tarixinin müəyyən olunması üzrə iş gedir.
    03.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 106 107 108 109 110 111 112 113 114 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30