Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 105 106 107 108 109 110 111 112 113 » #
    İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə müzakirə ediləcək
    Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq haqqının təsbit olunmasına dair qətnamənin İsveç parlamentində qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilib. İsveç-Azərbaycan Akademik Cəmiyyətindən (SAAS) “KƏLAMİNFO”ya bildiriblər ki, qətnamə hazırda Yaşıllar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri, millət vəkili Mehmet Kaplan tərəfindən qeydiyyatdan keçirilib. Qətnamə layihəsində münaqişənin tarixçəsi təsvir edilib, müharibənin Ermənistan və Dağlıq Qarabağdakı erməni separatçı qüvvələrinin istəkləri üzündən baş verdiyi, nəticədə 1 milyon azərbaycanlı məcburi köçkünün doğma ev-eşiyindən didərgin düşməsi bildirilib.
    11.10.11 Məqaləni oxumaq
     
    Süleyman Dəmirəl: “Azərbaycanın gələcəyini çox xoşbəxt görürəm”
    “Bu gün Azərbaycan üçün daha uğurlu nailiyyətlərdən biri də odur ki, o, gələcək üçün daha böyük potensialı olan beynəlxalq birliklərin tamhüquqlu üzvü olub”. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "XXI əsr: ümidlər və çağırışlar" Beynəlxalq Humanitar Forumunda Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl deyib. Onun sözlərinə görə, Azərbaycanın prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf və sabitliyin sərt pillələrində qətiyyətli və inanılmış üsullarla qalxdığını görmək sevindiricidir. “Mən Azərbaycanın gələcəyini çox xoşbəxt görürəm” - deyə S.Dəmirəl vurğulayıb.
    10.10.11 Məqaləni oxumaq
     
    İran XİN rəhbəri: Xəzərdə qeyri-regional dövlətin olması yolverilməzdir
    Xəzər dənizi beş Xəzəryanı dövlətə məxsusdur və dənizdə qeyri-regional dövlətin olması yolverilməzdir. Bu sözləri İran İslam Respublikasının XİN rəhbəri Əli Əkbər Salehi bildirib. Onun sözlərinə görə, Xəzərlə bağlı istənilən qərar bütün Xəzəryanı dövlətlərin iştirakı ilə, xarici müdaxilə olmadan qəbul edilməlidir. «KƏLAMİNFO» «MehrNews»a istinadən xəbər verir ki, XİN rəhbəri vurğulayıb ki, İran Xəzər dənizinin ətraf və dəniz mühitinin qorunmasına böyük önəm verir. Onun sözlərinə görə, ərazi və sərhəd suları ilə bağlı qərar qəbul edərkən, Xəzəryanı dövlətlər dənizin hüquqi rejimi üzrə Konvensiyaya uyğun olaraq konsensusa gəlməlidirlər. O, əlavə edib ki, son vaxtlar Xəzəryanı dövlətlərin XİN rəhbərləri səviyyəsində bu konvensiyanın işlənməsi və qəbulu ilə bağlı iclaslar keçirilib. «Yaxın vaxtlarda Astanada bu məsələ ilə bağlı növbəti iclas keçiriləcək» - deyə iranlı nazir vurğulayıb.
    10.10.11 Məqaləni oxumaq
     
    Bakıda Beynəlxalq Humanitar Forum keçirilir
    Bu gün “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” adlı Beynəlxalq Humanitar Forum işə başlayıb. “KƏLAMİNFO “xəbər verir ki, forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin forum iştirakçılarına prezident Dmitri Medvedevin təbrik məktubunu oxuyub. Sonra Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl çıxış edib. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza sabiq prezident Bill Klintonun məktubunu oxuyub.
    10.10.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Rusiyanın Qarabağ konfliktinin həllində göstərdiyi səylərə Fransa da birbaşa qoşulur”
    “Rusiyanın Minsk qrupu ilə birlikdə və ayrılıqda Qarabağ konfliktinin həllində göstərdiyi səylərə Fransa da birbaşa qoşulur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov söyləyib. Onun sözlərinə əsasən, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə məşğul olan dövlətdir. “Nikola Sarkozinin dünən İrəvanda verdiyi açıqlamalar, xüsusən status–kvonun qəbul edilməzliyi və bunun dəyişdirilməsinin vurğulanması ilə bağlı fikirləri düşünürük ki, Cənubi Qafqazdakı sülh yaratma proseslərinə, o cümlədən Minsk qrupunun 6 ay bundan əvvəl status–kvo barədə bəyan etdiyi missiyaya əlavə qatqı verəcək” - deyə Əli Həsənov vurğulayıb. Əli Həsənov bildirib ki, hər iki ölkə mövcud status-kvonun dəyişdirilməsi fikrindədir: “Status–kvonun da dəyişdirilməsi Azərbaycan torpaqlarının geri qaytarılması, Dağlıq Qarabağ ətrafında gedən danışıqların intensivləşdirilməsi, beynəlxalq hüququn və BMT-nin 4 qətnaməsinin həyata keçirilməsi deməkdir”.
    08.10.11 Məqaləni oxumaq
     
    Fransa prezidenti Nikola Sarkozi Azərbaycana rəsmi səfərə gəlib
    Fransa prezidenti Nikola Sarkozi Azərbaycana rəsmi səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Nikola Sarkozini hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
    08.10.11 Məqaləni oxumaq
     
    “Nikola Sarkozinin Türkiyənin soyqırımı məsələsi və sərhədlərin açılması ilə bağlı dediklərini bölüşmürük”
    “Fransa Prezidenti Nikola Sarkozinin Türkiyənin soyqırım məsələsi və sərhədlərin açılması ilə bağlı dediklərini bölüşmürük”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edib. Ə.Həsənov bildirib ki, ölkəmiz Türkiyə və Azərbaycan maraqlarına toxunan bütün məsələlərdə, istər beynəlxalq proseslər, istərsə də Cənubi Qafqazdakı hadisələrlə bağlı daim iki dövlətin maraqlarını üstün tutur.
    07.10.11 Məqaləni oxumaq
     
    ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
    Bu gün Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Xorvatiyanın Dubrovnik şəhərinə yola düşür. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Rəbiyyət Aslanova, Eldar İbrahimov, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildir.
    07.10.11 Məqaləni oxumaq
     
    Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın regionla bağlı xarici siyasətində prioritet məsələdir
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə partiyanın mənzil-qərargahında görüşüb. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin ABŞ-ın regionla bağlı xarici siyasətində prioritet məsələ olduğunu xüsusi vurğulayan səfir Metyu Brayza rəsmi Vaşinqtonun bu istiqamətdə mühüm irəliləyişlərə nail olmaq üçün ciddi səylər göstərdiyini nəzərə çatdırıb. Bu gün Azərbaycanda islahatların həyata keçirildiyini qeyd edən səfir Metyu Brayza iqtisadi sahədə ciddi irəliləyişin əldə olduğunu vurğulayıb.
    07.10.11 Məqaləni oxumaq
     
    Rumıniyada Azərbaycana dair simpozium keçirilib
    Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar səfirliyin tədbirlər planına uyğun olaraq, Rumıniya Müsəlman Tatar Türklərinin Demokratik Birliyi ilə birgə Konstansa şəhərində “Azərbaycan: tarix, coğrafiya, iqtisadiyyat və mədəniyyət” mövzusunda simpozium keçirilib. Bu barədə məlumatıı “KƏLAMİNFO”ya Rumıniyadakı səfirliyimizdən veriblər.
    06.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 105 106 107 108 109 110 111 112 113 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30