Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 103 104 105 106 107 108 109 110 111 » #
    Asim Mollazadə ABŞ-a səfər edəcək
    Milli Məclisin deputatı Asim Mollazadə oktyabrın 15-dən 22-dək ABŞ-da səfərdə olacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Millət vəkili Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcək. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşmış Monterey şəhər Şurasında qətnamənin qəbul edilməsi və Azərbaycan bayrağının qaldırılması nəzərdə tutulur. Səfər müddətində A.Mollazadə, həmçinin San Dieqo şəhərində Bakının Nəsimi rayonu və Svitzer Haylend qonşuluq tərəfdaşlığı layihəsinə həsr olunmuş mərasimə də qatılacaq.
    14.10.11 Məqaləni oxumaq
     
    Deputatlarımız Parlamentlərarasi İttifaqın sessiyasına qatılacaqlar
    Oktyabrın 17-19-da İsveçrənin Bern şəhərində Parlamentlərarası İttifaqın 125-ci sessiyası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatları Gülçöhrə Məmmədova, Əhliman Əmiraslanov, İlham Əliyev, Əhməd Vəliyev, Fuad Muradov iştirak edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Sessiyada qurumun Nizamnaməsi və qaydalarına dəyişikliklər edilməsi, BMT ilə əməkdaşlıq, nümunəvi idarəçilik və onun tətbiqi məsələləri, habelə aclıqdan əziyyət çəkən Somali əhalisinə yardım göstərilməsi barədə müzakirələr aparılacaq. Tədbirin sonunda qətnamənin qəbul edilməsi nəzərdə tutulub. Deputatlarımız sessiyada müzakirəyə çıxarılacaq məsələlərə münasibətlərini bildirəcəklər.
    14.10.11 Məqaləni oxumaq
     
    Səfir Fərid Şəfiyevin Kanadanın nüfuzlu “Diplomat & International Canada” jurnalında məqaləsi dərc olunub
    Kanadanın nüfuzlu “Diplomat & International Canada” jurnalının 2011-ci il payız buraxılışında Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevin “Azərbaycanda sərmayə imkanları genişlənir” (Investment opportunities abound in Azerbaijan) başlıqlı məqaləsi dərc olunub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər.
    14.10.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Partiyalar daxili və xarici asılılıqdan qurtulmalıdır”
    Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov administrasiyanın Qanunvericilik və Hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevlə birgə Strasburqa yola düşəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə PA-nın şöbə müdiri Əli Həsənov öz açıqlamasında bildirib. Onun sözlərinə əsasən, Venesiya Komissiyasında “partiyaların dövlət büdcəsindən maliyyələşməsi” haqqında qanun müzakirəyə çıxarılacaq. “Prezident Aparatı tərəfindən hazırlanan qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyasına müzakirəyə təqdim edib. Bu gün də daxil olmaqla, yəqin ki, 3-4 günə rəylər nəzərə alınaraq qanunun müzakirəsi başa çatacaq. Bu olduqca zəruri layihədir, Azərbaycan elə bir səviyyəyə çatıb ki, öz partiyalarını özü maliyyələşdirmə imkanına malikdir. Düşünürük ki, ölkə partiyaları da öz növbəsində daxili və xarici asılılıqdan qurtulmalıdır” - deyə Əli Həsənov əlavə edib.
    14.10.11 Məqaləni oxumaq
     
    “Status-kvonun saxlanılması regionda yeni müharibəyə səbəb ola bilər”
    “Qarabağ münaqişəsində son nəticə kimi status-kvonun saxlanılması regionda yeni müharibəyə səbəb ola bilər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov söyləyib. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin səbrinin də bir həddi var. “Azərbaycan üçün ən prioritet məsələ öz ərazi bütövlüyünü bərpa etməkdir. Dağlıq Qarabağ münaqişəsi sonsuzluğa kimi belə həll olunmamış qala bilməz, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün öz ixtiyarında olan həm hüquqi, həm də digər vasitələrdən istifadə edəcək” - deyə şöbə müdiri bəyan edib. Əli Həsənov əlavəsinə görə, bu səbəbdən də ATƏT-in Minsk qrupu həmsədrləri böyük səylə çalışırlar ki, mövcud status-kvonu aradan götürsünlər. “Onlar da status-kvo-nun saxlanmasını qəbulolunmaz hesab edirlər. Azərbaycanı da bu status-kvonun dəyişdirilməsinə qədər başqa vasitələrə əl atmasından çəkindirməyə çalışırlar”.
    14.10.11 Məqaləni oxumaq
     
    Deputat İqbal Məmmədov MDB PA-nın iclasında iştirak edəcək
    Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 19-da Sankt-Peterburqa yola düşəcək. . Parlamentdən “KƏLAMİNFO”a verilən məlumata görə, iclasda ekstremizmə, insan alverinə, korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunacaq. Səfər oktyabrın 23-də başa çatacaq.
    13.10.11 Məqaləni oxumaq
     
    TÜRKPA nümayəndə heyəti Beynəlxalq Parlament Birliyinin sessiyasında iştirak edəcək
    TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Ural Muhamejanovun rəhbərliyi altında TÜRKPA nümayəndə heyəti 16-19 oktyabr 2011-ci il tarixində Beynəlxalq Parlament Birliyinin İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək 125-ci plenar sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Səfər çərçivəsində bir çox ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi, həmçinin TÜRKPA-nın fəaliyyəti ilə bağlı sessiya iştirakçılarına məlumat verilməsi nəzərdə tutulur. TÜRKPA Beynəlxalq Parlament İttifaqında müşahidəçi statusuna sahibdir.
    13.10.11 Məqaləni oxumaq
     
    Sankt-Peterburqda MDB PA-nın iclası işə başlayır
    Bu gün Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası işə başlayır. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iki gün davam edəcək iclasda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə komissiyanın sədri kimi iştirak edir. Tədbirdə “MDB iştirakçısı olan ölkələrdə dövlət gənclər siyasəti haqqında” model qanun layihəsi, təhsil və təcrübə keçmə məqsədilə həyata keçirilən miqrasiyanın inkişafı, dövlətin sosial strategiyası, komissiyanın təşəbbüsü ilə MDB PA-da qəbul olunmuş model qanunvericilik aktlarından istifadə və digər mövzularda fikir mübadiləsi aparılacaq.
    13.10.11 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Fransanın regiona nüfuz etmək niyyəti var”
    “Nikola Sarkozi çalışır ki, Fransanın Cənubi Qafqaza marağını nümayiş etdirsin və bu ölkələrlə mühüm strateji-iqtisadi, siyasi planlarının mövcudluğunu göstərsin. Fransa Cənubi Qafqazda gedən proseslərə aktiv təsir göstərmək niyyətindədir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, Fransa Avropa İttifaqında xüsusi çəkiyə malik olan dövlət kimi həmişə özünəməxsus mövqe tutub və proseslərin fərqli aspektə getməsində rol oynayıb. “Avropa arealında ABŞ-dan və digər nəhəng ölkələrdən fərqli siyasəti gündəliyə çıxarmaq və onu həll etməyi bacarmaq Fransanın imkanları çərçivəsindədir və bu baxımdan bizim regiona nüfuz etmək niyyəti var” - deyə deputat vurğulayıb. Z.Oruc deyir ki, son iki ildə Qarabağla bağlı Rusiyanın aktiv rəhbərliyi altında həmsədrlərin iştirakı ilə keçirilən görüşlərin heç bir nəticə verməməsi fonunda N.Sarkozi bölgədə nüfuz qazanmaq istəyir.
    12.10.11 Məqaləni oxumaq
     
    Ramil Həsənov: “TürkPA Beynəlxalq Parlament İttifaqının sessiyasında müşahidəçi statusunda iştirak edəcək”
    Beynəlxalq Parlament İttifaqının 125-ci plenar sessiyasında iştirak etmək üçün TürkPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlament Məclisinin sədri Ural Muxamadcanovun başçılığı altında TürkPA-nın nümayəndə heyəti İsveçrənin Bern şəhərinə səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə yap.org.az saytına TürkPA-nın baş katibi Ramil Həsənov məlumat verib. R.Həsənov bildirib ki, səfər 16-19 oktyabr tarixlərini əhatə edir. “Beynəlxalq Parlamennt İttifaqı dünyanın 155 dövlətinin parlamentini birləşdirən ən böyük təşkilatdır. 125-ci plenar sessiyada isə TürkPA rəsmi olaraq müşahidəçi statusu ilə iştirak edəcək. Həmçinin, nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulur. Bu da qurumun gələcək əlaqələrinin möhkəmləndirilməsi və yeni münasibətlərin qurulması məqsədini daşıyır”,-deyə R.Həsənov vurğulayıb.
    12.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 103 104 105 106 107 108 109 110 111 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30