Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 102 103 104 105 106 107 108 109 110 » #
    “Azərbaycanda günəş enerjisindən istifadə və müasir günəş energetik qurğuları” adlı monoqrafiya işıq üzü görüb
    Texnika elmləri namizədi, dosent, dünya bərpa olunan enerji şəbəkəsinin üzvü Fuad Məmmədovun “Azərbaycanda günəş enerjisindən istifadə və müasir günəş energetik qurğuları” adlı monoqrafiyası işıq üzü görüb. “KƏLAMİNFO”nun verdiyi məlumata əsasən, monoqrafiyada günəş izləyici sistemlərə malik parabolosilindirik və paraboilk konsentratorlu günəş energetik qurğuları, 4 müxtəlif konstruksiyalı və fərqli materiallardan hazırlanmış yastı günəş kollektorları, günəş hava qızdırıcısı, günəş istilik akkumulyatoru, günəş fotoelement gücləndiricisi, kombinə olunmuş yastı günəş kollektor-akkumulyatoru, günəş mətbəxi, bir və ikikonturlu istilikdəyişdiricilər, günəş Stirlinq mühərriki, günəş buxar turbini və digər enerji çeviriciləri haqqında ətraflı məlumat verilib.
    17.10.11 Məqaləni oxumaq
     
    Fuad Ələsgərov: Hüquqşünasların beynəlxalq müdafiə vasitələrindən istifadə etmək imkanı təmin edilib
    “Azərbaycanın yurisdiksiyasında olan şəxslərin hüquq və azadlıqlarını qorumaq məqsədilə beynəlxalq müdafiə vasitələrindən istifadə etmək imkanı təmin edilib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. Onun sözlərinə əsasən, daxili hüquq müdafiə mexanizmlərinin təsis edilməsi və təkmilləşdirilməsi ilə yanaşı, ölkə beynəlxalq konvensiyalara - BMT-nin, Avropa Şurasının, ixtisaslaşdırılmış beynəlxalq təşkilatların müqavilələrinə tərəfdar çıxıb və bununla da hüquqşünasların beynəlxalq müdafiə vasitələrindən istifadə etmək imkanı təmin edilib. “Respublikada həyata keçirilən son tədbirlər, o cümlədən yeni inzibati –iqtisadi məhkəmələrin yaradılması, “elektron hökumət” konsepsiyası çərçivəsində müxtəlif dövlət orqanlarının işində elektron xidmətlərin tətbiqi, habelə korrupsiyaya qarşı aparılan mübarizə məhz dövlətin Konstitusiyada təsbit edilmiş ali məqsədləri prizmasından nəzərdən keçirilməlidir” - deyə o qeyd edib.
    15.10.11 Məqaləni oxumaq
     
    QMİ Türkiyənin Dini İşlər İdarəsi ilə bəyannamə imzalayacaq
    Qafqaz Müsəlmanları İdarəsi ilə Türkiyənin Dini İşlər İdarəsi Türkiyədə birgə bəyannamə imzalayıb. Eyni bəyannamə Azərbaycanda da imzalanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməzlə birgə Şəhidlər Xiyabanını ziyarət edərkən söyləyib. Şeyxülislam türkiyəli qonağın ölkə başçısı tərəfindən qəbul edildiyini də vurğulayıb. “Qonağımız prezident İlham Əliyev tərəfindən qəbul edilib, görüşdə dini münasibətlərin qurulması, inkişaf etdirilməsi, iki dövlət arasında dini və mənəvi əlaqələr, birlikdə separatizmə qarşı mübarizə, Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin PKK-nın Türkiyədə terrorçuluq fəaliyyətinə, narkomaniyaya qarşı mübarizə barədə fikir mübadiləsi aparılıb” - deyə o, əlavə edib. Mehmet Görməz öz növbəsində iki qurum arasında münasibətlərin daha da möhkəmlənəcəyini ifadə edib.
    14.10.11 Məqaləni oxumaq
     
    Vitse-spiker: Amnistya aktı ilə bağlı təklifə baxmağa hazırıq
    “Milli Məclisin oktyabrın 18-də dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçiriləcək xüsusi iclasında “Amnistiya haqqında” qanun layihəsinin qəbul olunacağı ilə bağlı hazırda heç bir müraciət yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, buna baxmayaraq, əgər iclas günü amnistiya ilə bağlı hansısa təkliflər olunarsa, parlament ona baxmağa hazırdır. “Nəzərə almaq lazımdır ki, amnistiya əfv deyil, bu bir qanun layihəsidir. Ona görə də bunun hazırlanması və qəbul olunması ciddi prosesdir. Əgər oktyabrın 18-i bununla bağlı hazır təkliflər bizə təqdim olunarsa, buna baxmağa hazırıq” - deyə B.Muradova vurğulayıb. O, əlavə edib ki, xüsusi iclas zamanı Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı çıxışlar olacaq.
    14.10.11 Məqaləni oxumaq
     
    Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil olunması təklif edilib
    “ATƏT PA-da təklif etmişəm ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü təşkil olunsun”. “KƏLAMİNFO” xəbər verir ki, belə bir təkliflə bu gün parlamentdə keçirdiyi mətbuat konfransında Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edib. Vitse-spiker bildirib ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək məqsədilə keçirilə bilər. B.Muradova deyib ki, belə bir təkliflə ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağla bağlı keçirilən dinləmələrdə də çıxış edib.
    14.10.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Bratke Ermənistanın vaxt udmaq istədiyini bildirdi”
    “ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağ məsələsi ilə bağlı dinləmənin keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü idi”. Bu barədə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, burada əvvəl həmsədrlərin müzakirələrdə qalması nəzərdə tutulmamışdı, bu, sonradan razılaşdırılıb. “Dinləmələrdən sonra ATƏT PA-nın üzvləri həmsədrlərsiz müzakirələr aparmalıydı.
    14.10.11 Məqaləni oxumaq
     
    Elnur Aslanov: “Azərbaycan Dağlıq Qarabağda infrastrukturu bərpa etmək gücünə qadirdir”
    “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra orada infrastrukturu bərpa etmək gücünə qadirdir. Buna Azərbaycanın kifayət qədər iqtisadi və maliyyə imkanları var”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirb. Azərbaycanın regionda lider dövlətə çevrildiyini diqqətə çatdıran E.Aslanovun sözlərinə görə, ölkəmiz hətta başqa dövlətlərə investisiya qoymaq gücünə malikdir və bunu edir. Ermənistanda isə miqrasiya günü-gündən artır, iqtisadi imkanlar çox aşağı səviyyədədir. Odur ki, Ermənistan regionda vəziyyətini başa düşməli, destruktiv siyasətini dəyişməli və daha konstruktiv yola gəlməlidir.
    14.10.11 Məqaləni oxumaq
     
    Elnur Aslanov: “Ermənistanın konstruktiv mövqe tutması üçün təzyiqlər artırılmalıdır”
    “Ermənistanın istənilən ölkədən silah alması regionda stabilliyin bərpa edilməsinə maneələr yaradır. Ermənistanın istər Dağlıq Qarabağ münaqişəsi, istərsə də regionda apardığı siyasətlə bölgədə böyük qeyri-konstruktiv rol oynayır”. “KƏLAMİNFO”nun məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. E.Aslanov Araz Əzimovun Rusiyanın münaqişənin həllində bəzi korrektələr etməsinin zəruriliyə fikrinə də münasibət bildirib. O qeyd edib ki, burada söhbət istənilən dövlətin münaqişənin həllində daha fəal rol oynamasında gedir. Rusiya, Fransa və ABŞ Ermənistanın təcavüzkar siyasətinə etinasız yanaşmamalıdır.
    14.10.11 Məqaləni oxumaq
     
    Bayram Səfərov: “Danışıqlar məntiqi nəticəsini verəcək"
    "Əminik ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar öz məntiqi nəticəsini verəcək". “KƏLAMİNFO" xəbər verir ki, bu sözləri “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov "Azərbaycanın postkonflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabının təqdimat mərasimində bildirib. O qeyd edib ki, Azərbaycan gec-tez öz doğma torpaqlarına qayıdacaq: “Ermənistan bilməlidir ki, Azərbaycan bir qarış torpağından belə keçməyəcək. Bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan da başa düşməlidir ki, münaqişə nə qədər tez həll olunsa, regionda sülhün bərpası üçün bir o qədər müsbət hal olar. Gələcək nəslin də haqqıdır ki, bu torpaqlarda dinc, sakit yaşasın".
    14.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat Avronest PA-nın iclasına qatılacaq
    Milli Məclisin deputatı Rövşən Rzayev Avronest Parlament Assambleyasının prosedur qaydaları üzrə işçi qrupunun iclasında iştirak etmək üçün oktyabrın 16-da Belçikanın Brüssel şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Gürcüstan, Ukrayna, Moldova parlamentarilərinin də qatılacağı tədbirdə qurumun prosedur qaydaları barədə sənədin müzakirəsi nəzərdə tutulub. Toplantıda Avronest PA-nın Bürosunun və komitələrinin səlahiyyətləri, səsvermə qaydaları, siyasi qrupların, təsisatların rolu və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər oktyabrın 20-də başa çatacaq.
    14.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 102 103 104 105 106 107 108 109 110 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30