Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 101 102 103 104 105 106 107 108 109 » #
    Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Azərbaycana gəlir
    Bu gün Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Aroka Azərbaycana rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Rikardo Armando Patinyo Arokanın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, eyni zamanda, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.
    18.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü olacaq
    Noyabr ayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü olacaq. “KƏLAMİNFO” xəbər verir ki, məlumatı Türkiyənin “Zaman” qəzeti yayıb. Məlumata görə, görüşün məqsədi hər üç ölkəylə olan sərhəd məntəqələrindəki çətinliklərin aradan qaldırılması, bölgədə ticarətlə məşğul olan iş adamlarının problemlərinin həll edilməsindən ibarətdir.
    18.10.11 Məqaləni oxumaq
     
    Ermənistan tərəfindən işğal olunmuş ərazilər transmilli cinayət üçün istifadə olunur
    Bu gün Bakıda Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Beynəlxalq konfrans öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, tədbirin açılışında Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan məktubunu oxuyub. Konfransın açılışında baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Azərbaycanda narkotiklərlə mübarizə sahəsində aparılan işlər, qanunvericilik bazasının təkmilləşdirilməsi barədə məlumat verib. Ə.Həsənov qeyd edib ki, 2010-cu ildə ölkədə 25 489 nəfər narkotik istifadəçisi qeydə alınıb ki, bu da mütəxəssislərin fikrincə, real rəqəm deyil.
    18.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanla Türkiyə arasında hərbi təlimlər başlaya bilər?
    “Bu gün Əfqanıstan problemi fonunda Cənubi Qafqaza diqqət artıb və Türkiyə-Azərbaycan arasında hərbi təlimlərə start verilməsi üçün əlverişli məqam yetişib”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkilinin fikrincə, bu təlimlər istisna olunmur. “Çox arzu edirəm ki, Türkiyənin hərbi generaliteti Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və onun yeniləşməsində rol alsın, bu prosesdə daha geniş iştirak etsin. O cümlədən də Azərbaycanın Türkiyənin ümumi təhlükəsizlik həyatına təsirini gözləyirəm. Türkiyə müdafiə nazirinin son səfərindən bu məsələ ilə bağlı gözləntilərim böyükdür”,-deyə deputat vurğulayıb.
    18.10.11 Məqaləni oxumaq
     
    Almaniyada Azərbaycan və Türkiyənin müstəqilliklərinin ildönümü qeyd edilib
    Berlində Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü və Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü, eyni zamanda, Türk-Azərbaycan Birliyinin (TAB) tanıdılması münasibətilə bayram ziyafəti keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və Türk Cümhuriyyətinin Berlindəki Baş Konsulu Mustafa Polat iştirak edib. Türk-Azərbaycan Birliyinin sədri, alman Bundestaqının keçmiş üzvü Hakki Keskin Türk-Azərbaycan Birliyinin yaradılmasının tarixi, zərurəti və məqsədləri haqqında qonaqlara məlumat verərək bildirib ki, cəmiyyətin məqsədi “Bir millət, iki dövlət” ifadəsinin təsadüfi olmadığını işgüzar əməldə göstərməkdir.
    17.10.11 Məqaləni oxumaq
     
    Sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycanla Gürcüstan arasında məsləhətləşmələr olacaq
    Bu ilin noyabrında sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan-Gürcüstan komissiyalarının sədrləri arasında məsləhətləşmələr aparılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı xarici işlər nazirinin müavini, Azərbaycan tərəfindən komissiyanın sədri Xələf Xələfov jurnalistlərə deyib. Nazir müavini deyib ki, görüş Gürcüstanda təşkil olunacaq: “Hazırda Azərbaycan və Gürcüstan arasında sərhədlərin 2/3 hissəsi razılaşdırılıb, 1/3 hissəsi isə razılaşdırılmamış qalır”. Onun sözlərinə görə, müxtəlif formatlarda ekspertlər işləyir, normativ sənədlərə baxılır: “Biz komissiya çərçivəsində işləri davam etdiririk”.
    17.10.11 Məqaləni oxumaq
     
    ABŞ dövlət katibinin müavininin Azərbaycana səfəri başlayır
    ABŞ dövlət katibinin müavini Uilyam Börnsün bu gün Azərbaycana səfəri başlayır. “KƏLAMİNFO” xəbər verir ki, səfər çərçivəsində Börns Azərbaycanda dövlət rəsmiləri, eyni zamanda, vətəndaş cəmiyyətinin nümayəndələri və bir sıra siyasi partiyaların təmsilçiləri ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi, ölkədəki vəziyyət, strateji əməkdaşlıq, eləcə də regionda ümumi maraqlar ətrafında danışıqlar aparılacaq. Bununla yanaşı, ABŞ rəsmisi regional sülh və təhlükəsizlik, iqtisadi inkişaf və demokratik islahatlar barədə fikir mübadiləsi aparacaq. Uilyam Börns Bakıdan sonra Gürcüstan və Ermənistana gedəcək.
    17.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar Parlamentlərarası İttifaqın 125-ci sessiyasına gediblər
    Bu gün İsveçrənin Bern şəhərində Parlamentlərarası İttifaqın 125-ci sessiyası keçiriləcək. Milli Məclisin deputatları Gülçöhrə Məmmədova, Əhliman Əmiraslanov, İlham Əliyev, Əhməd Vəliyev və Fuad Muradov tədbirdə iştirak etmək üçün bu ölkəyə yola düşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Sessiyada qurumun nizamnaməsi və qaydalarına dəyişikliklər edilməsi, BMT ilə əməkdaşlıq, nümunəvi idarəçilik və onun tətbiqi məsələləri, habelə aclıqdan əziyyət çəkən Somali əhalisinə yardım göstərilməsi barədə müzakirələr aparılacaq. Tədbirin sonunda qətnamənin qəbul edilməsi nəzərdə tutulub. Deputatlarımız sessiyada müzakirəyə çıxarılacaq məsələlərə münasibətlərini bildirəcəklər. Tədbir oktyabrın 19-a kimi davam edəcək.
    17.10.11 Məqaləni oxumaq
     
    Politoloq: “Qarabağ erməniləri güclü dövlətin vətəndaşı olmaq istəyirlər”
    “Son proseslər göstərir ki, ən azı aparıcı dövlətlər Dağlıq Qarabağ münaqişəsini həll etməyə maraq göstərir və bu fakt Azərbaycana çox sərf edir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloqun sözlərinə görə, çünki prinsip etibarı ilə bu konkret məsələdə Azərbaycanla aparıcı dövlətlərin mövqeləri üst-üstə düşür. “Söhbət Azərbaycanın ərazi bütövlüyündən, işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsindən və Qarabağ probleminin danışıqlar prosesinin ikinci dövrü zamanı mərhələlərlə həllindən gedir.
    17.10.11 Məqaləni oxumaq
     
    Xələf Xələfov: Xəzərin hüququ statusunun müəyyənləşməsi ilə bağlı bu günə kimi çox iş görülüb
    Xəzərin hüquqi statusu ilə bağlı İşçi Qrupun növbəti toplantısı Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini bildirib ki, İşçi Qrupun iclasının noyabrda keçirilməsi planlaşdırılsa da, dəqiq tarix hələlik müəyyənləşdirilməyib: “Lakin əsas görüşlərin Xəzəryanı ölkə başçılarının Moskvada keçiriləcək sammiti çərçivəsində baş tutması planlaşdırılır. Ehtimal var ki, bununla bağlı müzakirələr gələn il daha da intensivləşsin”,-deyən nazir müavini bildirib ki, Xəzərin hüququ statusunun müəyyənləşməsi ilə bağlı bu günə kimi çox iş görülüb, çox məsələ müzakirə edilib: “Lakin açıq qalan məqamlar sadə məsələlər deyil. Arzu edirik ki, gələn il Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr yekunlaşsın”.
    17.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 101 102 103 104 105 106 107 108 109 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30