Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 99 100 101 102 103 104 105 106 107 » #
    Azərbaycan üçün həlledici gün
    Bu gün BMT Baş Assambleyasında 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasına beş qeyri-daimi üzvün seçkisi keçiriləcək. “KƏLAMİNFO” BMT-nin internet saytına istinadən xəbər verir ki, Avropa ölkələri qrupundan bir yerə Azərbaycan, Macarıstan və Sloveniya iddia edir. Afrika və Asiya-Sakit okean ölkələri qrupundan yerlər uğrunda Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo mübarizə aparacaq. Qəbul olunmuş təcrübəyə görə, bu dəfə iki yeri Afrika, bir yeri isə Asiya ölkəsi tutmalıdır. Beləliklə, heç vaxt BMT Təhlükəsizlik Şurasının üzvü olmayan Qırğızıstan altı dəfə qeyri-daimi üzv olmuş Pakistanla mübarizə aparmalı olacaq. Qalan iki yer uğrunda isə Mavritaniya, Mərakeş və Toqo yarışacaq.
    21.10.11 Məqaləni oxumaq
     
    “Postsovet dövrünün 20 ili Azərbaycan və macar gənclərinin gözü ilə” mövzusunda Dəyirmi masa keçirilib
    Azərbaycanın Macarıstandakı səfirliyində “Postsovet dövrünün 20 ili Azərbaycan və macar gənclərinin gözü ilə” mövzusunda Dəyirmi masa keçirilib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, Macarıstan Parlamentində təmsil olunmuş Fides, Sosialist və Yobbik partiyalarının gənclər təşkilatlarının təmsilçiləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr, həmçinin macar tələbələr iştirak ediblər.
    21.10.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
    Qazaxıstanda rəsmi səfərdə olan prezident İlham Əliyevin bu gün rəsmi qarşılanma mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Qazaxıstan prezidentinin iqamətgahı qarşısında prezident Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səslənib. Qazaxıstanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Nursultan Nazarbayeva təqdim olunub.
    21.10.11 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: Qarabağda yaşayan ermənilərlə orada yaşamış azərbaycanlılar görüşsün
    “Dağlıq Qarabağda yaşayan ermənilərlə, orada yaşamış azərbaycanlıların görüşü təşkil olunmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə siyasi ekspert Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi həm döyüşməyi, həm də barışmağı bacarır. “Nazir Ramil Usubovun Qarabağa səfəri bir daha sübut etdi ki, Azərbaycan xalqı həm vuruşmağı, həm də barışmağı bacaran xalqdır”,-deyə o əlavə edib. M.Əhmədoğlu ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin ayrı-ayrılıqda Qarabağ münaqişəsinə münasibətini analiz edib. O, Rusiyanın Qarabağ konfliktində vasitəçi olmasının uğursuzluqla nəticələndiyini diqqətə çatdırıb. Siyasi ekspertin sözlərinə əsasən, prezidentlərin son 3 görüşündə Ermənistan müəyyən danışıqlardan boyun qaçıraraq Rusiyanın vasitəçi mövqeyini yerə vurdu və onun imicinə xələl gətirdi. “ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasının tərəfdarıdır. Lakin eyni zamanda status-kvonun dəyişdirilməsinə səy göstərir.
    21.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub
    Qazaxıstanda rəsmi səfərdə olan Prezident İlham Əliyevin bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə təkbətək görüşü olub.
    20.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanla Qazaxıstan arasında dörd sənəd imzalanıb
    Bu gün prezident İlham Əliyevin və prezident Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, “Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannamə”sini Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev imzalayıblar. “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında Sazişâ€ťi Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov imzalayıblar.
    20.10.11 Məqaləni oxumaq
     
    MDB və Baltik ölkələri Olimpiadanın Bakıda keçirilməsi üçün dünyaya çağırış edib
    MDB və Baltikyanı ölkələr dünyanı 2020-ci il olimpiadasının Bakıda keçirilməsini dəstəkləməyə çağırıblar. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O qeyd edib ki, Rusiya Olimpiya Komitəsinin baş katibi Marat Bariyev Bakıda MDB və Baltik ölkələrinin MOK rəhbərlərinin regional forumunda müxtəlif səsvermələrdə bir yerdə olmaqla və bir mövqe nümayiş etdirməklə bağlı çağırış edib. “2020-ci il üçün Bakının namizədliyi irəli sürülən zaman səsvermədə, həmçinin öz ölkələrində buna rəy formalaşmasında 13 MDB və Baltikyanı ölkələrin MOK-ları Azərbaycana köməklik göstərə bilərlər. Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib. Azərbaycanda Bakının namizədliyi ilə bağlı təşkilat komitəsi yaradılıb.
    20.10.11 Məqaləni oxumaq
     
    İndoneziya Konstitusiya Məhkəməsinin sədri Azərbaycanda səfərdədir
    İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfudun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, bu gün Məhəmməd Manfudun başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb. Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.
    20.10.11 Məqaləni oxumaq
     
    Prezident Qazaxıstana səfərə yola düşüb
    Bu gün Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərə yola düşüb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
    20.10.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: Böyük sülh sazişi üzərində işləməyə hazırıq
    “Biz Dağlıq Qarabağ problemi üzrə aparılan danışıqlarda açıq qalan məsələlərə toxunmadan böyük sülh sazişi üzərində işləməyə hazırıq. Açıq qalan məsələlər üzərində iş sürətləndirilməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. E.Məmmədyarov xatırladıb ki, Azərbaycan əvvəl bəyan etdiyi kimi, indi də böyük sülh sazişi üzərində işlərə başlanmasını istəyir: “Düşünürük ki, böyük sülh sazişi üzərində işə başlamaq lazımdır. İndiyə kimi razılaşdırılan məsələlər əsasında böyük sülh sazişinin hazırlanmasına başlamaq olar”. Nazir xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər. Onun sözlərinə görə, səfər çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqların nə yerdə olması müzakirə olunacaq, danışıqlarda açıq qalan məsələlər müəyyən ediləcək.
    19.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 99 100 101 102 103 104 105 106 107 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30