Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 98 99 100 101 102 103 104 105 106 » #
    Həmsədrlər: Tərəflər arasında inam artırılmalıdır
    Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın sonunda münaqişə tərəfləri arasında gələcək görüşlərin keçirilməsinə zəmin yaratmaq üçün regiona səfər edəcəklər. Bu barədə həmsədrlərin yaydığı bəyanatda bildirilir. Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov və səfir Anjey Kasprşik oktyabrın 21-24-də Yerevan, Dağlıq Qarabağ və Bakıya səfər ediblər Onlar səfərləri müddətində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla, o cümlədən qondarma Dağlıq Qarabağ rejiminin rəhbərliyi ilə görüşüblər.
    25.10.11 Məqaləni oxumaq
     
    Əli Əhmədov Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şau ilə partiyanın mənzil qərargahında görüşüb. Partiyanın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Hindistan arasındakı qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyası ilə Hindistan Milli Konqresi arasındakı əlaqələrdən bəhs edilib.
    25.10.11 Məqaləni oxumaq
     
    İqbal Ağazadə: “Bizim İctimai Palataya qoşulmaq fikrimiz yoxdur”
    “Bu gün Azərbaycanda müxalifət çox zəifdir və bunu aradan qaldırmaq üçün güclərini birləşdirməlidirlər. Amma təəssüf ki, bu, hamısında alınmır”. Bu barədə “KƏLAMİNFO”ya Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib. Onun fikrincə, ilk növbədə müxalifətin ümumi zəifliyi aradan qaldırmalıdırlar. “Azərbaycan müxalifətinin birləşməsi üçün bu gün sosial sifarişdən öncə müxalifətin özünün sifarişi olmalıdır. Bu gün bir neçə müxalif partiya İctimai Palatada fəaliyyət göstərir və biz də daxil olmaqla digər 5 siyasi partiya isə hazırda birlik modeli axtarmaq istiqamətində danışıqlar aparır. Lakin rəhbərlik etdiyim partiyanın da təmsil olunduğu bu “beşlik”dəki heç bir partiyanın İctimai Palataya qoşulmaq fikri yoxdur” - deyə İ.Ağazadə vurğulayıb.
    24.10.11 Məqaləni oxumaq
     
    Ekspert: “İran ABŞ-Azərbaycan əməkdaşlığının qarşısını almaq gücündə deyil”
    “Bu yaxınlarda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin növbəti üçlü görüşü əsasən İran üçün gərəklidir. Tehrana bu kimi görüşlər sanksiya blokadasını yarmaq baxımından vacibdir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert deyir ki, Tehran bölgədə nə Türkiyənin rolunun və gücünün artmasında, nə də Azərbaycanın Qərblə əməkdaşlığında maraqlıdır. “İranın xarici işlər naziri bu günlərdə Qazaxıstana səfəri zamanı üçüncü ölkələrin Xəzərdə hərbi mövcudluğuna imkan verilməməsi vacibliyini söyləmişdi. Aydındır ki, iranlı nazir Azərbaycanı nəzərdə tutub. Çünki Xəzəryanı ölkələrdən yalnız Azərbaycan bu istiqamətdə ABŞ-la əməkdaşlıq edir. ABŞ Azərbaycana katerlər və radarlar verir. Bu əməkdaşlıq da İran hakimiyyətini qıcıqlandırır” - deyə E.Şahinoğlu vurğulayıb. Ancaq Tehran nə bu əməkdaşlığın, nə də ki “Nabucco” və “Transxəzər” kimi layihələrin qarşısını almaq gücündədir.
    24.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü bu gün həll olunacaq
    Bu gün Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü məsələsi həll olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, BMT TŞ-də Şərqi Avropanı təmsil edəcək ölkənin adı hələ də müəyyənləşməyib. Bu yer uğrunda mübarizə Azərbaycan və Sloveniya arasında gedir. Qeyd edək ki, digər iddiaçı Macarıstan səsvermənin ilk raundundan sonra üç ölkə arasında ən az səs toplamaqla mübarizəni dayandırıb. BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün coğrafi prinsiplə seçilən 5 qeyri-daimi üzvünün 4-nün adı məlumdur. Bunlar Pakistan, Mərakeş, Qvatemala və Toqodur. Yeni seçilən ölkələr 2012-ci ilin yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq.
    24.10.11 Məqaləni oxumaq
     
    Türkdilli ölkələrin və toplumların II Media Forumuna hazırlıq işləri yekunlaşmaq üzrədir
    “Türkdilli ölkələr və toplumların II Media Forumuna hazırlıq işləri davam edir. Tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rusiyanın türkdilli xalqlar yaşayan Tatarıstan, Başqırdıstan, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Tuva, Saxa respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, eləcə də Avropanın türklərlə bağlı və onların kampakt yaşadığı ölkələrindən media qurumları təmsilçilərinin qatılmaları nəzərdə tutulur. Artıq nümayəndələrin tam əksəriyyətinin forumda iştirakı təsdiqlənib və bununla əlaqədar zəruri prosedur işlər həyata keçirilib. Ümid edirik ki, türk dünyası üçün müstəsna əhəmiyyət daşıyacaq bu toplantının yüksək səviyyədə təşkilini reallaşdıra biləcəyik”.
    24.10.11 Məqaləni oxumaq
     
    Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir
    Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək. “KƏLAMİNFO” Aİ-nin Azərbaycan nümayəndəliyinə istinadən xəbər verir ki, xüsusi nümayəndə Filipp Lefort oktyabrın 26-27-də Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində F.Lefort Bakıda Azərbaycan rəsmiləri ilə bır sıra görüşlər keçirəcək. Aİ-nin xüsusi nümayəndəsi ilk dəfə bu ilin sentyabrında üç Cənubi Qafqaz ölkəsində səfərdə olub.
    24.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat: “Liviyanın başına gələnlərdən bütün xalqlar və elitalar nəticə çıxarmalıdır”
    “Liviyanın və onun liderinin başına gələnlərdən təkcə rəhbərlər yox, həm də xalqlar və elitalar da nəticə çıxarmalıdırlar. Çünki istənilən ölkədə qarışıqlıq və xaos yaxşı heç nə vəd eləmir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, ekspert Musa Qasımlı bildirib. O, müşahidələrinə əsaslanaraq deyib ki, hələ ki hadisələr baş verən ölkələrdə müsbətə doğru heç bir dəyişiklik yoxdur. “Qəddafi öldü, Səddam Hüseyni asdılar. Kim deyər ki, indi İraqdakı vəziyyət, ya da ki, Misirdəki vəziyyət əvvəlkindən yaxşıdır? Sadə insanları nəzərdə tuturam. Ölkəni uzun müddət idarə edən avtoritar şəxsin hakimiyyətdən getməsi ilə məsələ bitmir, əsas məsələ insanların nativ və daha effektiv idarə etmə sistemi yaratmasıdır”,-deyə M.Qasımlı vurğulayıb. Qeyd edək ki, yeddi aylıq qarşıdurmadan sonra ötən gün Liviya lideri Muəmmar Qaddafi usyançılar tərəfindən öldürülüb.
    22.10.11 Məqaləni oxumaq
     
    Avropa Şurası Azərbaycanla əməkdaşlığın yeni prioritetlərinə dair Fəaliyyət Planı hazırlayıb
    Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov respublikamızda səfərdə olan Avropa Şurası (AŞ) baş katibinin təşkilati inkişaf və islahatlar üzrə xüsusi nümayəndəsi Jerar Ştudmanla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyini bildirən nazir ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat verib, həyata keçirilən tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə Avropa Şurasının fəal iştirakını və ölkəmizdə hakimlərin ən şəffaf seçiminin bu mötəbər qurum tərəfindən müsbət təcrübə kimi qiymətləndirildiyini vurğulayıb, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd edib.
    21.10.11 Məqaləni oxumaq
     
    İndoneziya Konstitusiya Məhkəməsinin sədri Ali Məhkəmədə olub
    Azərbaycanda səfərdə olan İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud və hakimi Maria Farida İndrati Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər. Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın dünyanın bir çox ölkəsi ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini, İndoneziyanın da bu ölkələr sırasında olduğunu bildirib. Ali Məhkəmənin sədri, həmçinin son illər respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışıb.
    21.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 98 99 100 101 102 103 104 105 106 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30