Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 97 98 99 100 101 102 103 104 105 » #
    Səfir Emil Kərimov Bolqarıstanın “BNT” kanalına müsahibə verib
    Ölkəmizin Bolqarıstandakı səfiri Emil Kərimov dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə əlaqədar Bolqarıstanın “BNT” kanalına müsahibə verib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfir müstəqillik tarixindən danışarkən ilk dövrlərdəki çətin iqtisadi və siyasi vəziyyətdən, əhalinin ağır, acınacaqlı vəziyyətindən, həmin qarışıq dövrlərdə ərazi bütövlüyümüzün ermənilər tərəfindən pozulması və torpaqlarımızın 20%-nin işğal olunmasından bəhs edib. Azərbaycanı çətin vəziyyətdən çıxarmaq üçün Heydər Əliyevin yeritdiyi xarici və daxili siyasət və apardığı islahatlar haqqında da ətraflı məlumat verən səfir sonrakı dövrlərdə Azərbaycanın hərtərəfli inkişafını sübut edən göstəriciləri də diqqətə çatdırıb.
    27.10.11 Məqaləni oxumaq
     
    ABŞ Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik edib
    ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəsmisi bəyanatla çıxış edərək Azərbaycanın BMT Təhlükəsizlik Şurası seçkilərindəki qələbəsi ilə bağlı Amerikanın mövqeyini ifadə edib. “KƏLAMİNFO” xəbər verir ki, diplomat bildirib ki, biz, Azərbaycanı 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı təbrik edirik. Birləşmiş Ştatlar BMT nizamnaməsində əks edilən prinsiplərinin dəstəklənməsi, Şuranın səmərəliliyi və təsirliyinə töhfə verilməsi və onun beynəlxalq sülh və sabitliyin qorunmasında rolunun artması üçün Azərbaycanla yaxından işləyəcəyinə ümid edir.
    27.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar Astanaya gedir
    Bu gün Milli Məclisin deputatları Əhməd Vəliyev və Musa Quliyev “Davamlı inkişaf: ənənələr və müasir təcrübə” mövzusunda keçiriləcək beynəlxalq seminarda iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya səfər edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
    Tədbirdə insan hüquq və azadlıqlarının təmin olunması, adət və ənənələrin qorunması, xalqlar arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı anlaşma və etimadın artırılması məsələləri müzakirə olunacaq. Millət vəkilləri mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə bu sahədə mövcud durum, görülmüş işlər barədə məlumat verəcəklər. Səfər oktyabrın 29-da başa çatacaq.
    27.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı miqrantlar Rusiyada sayca üçüncüdür
    Rusiyada sayına görə azərbaycanlı miqrantlar 3-cü yerdə gəlir. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Əmək və Məşğulluq Xidmətinin rəis müavini İvan Şklovets deyib. Onun sözlərinə görə, 1-ci və 2-ci yerləri Ukrayna ilə Özbəkistan bölüşür. İ.Şklovets Rusiyadakı azərbaycanlı miqrantların sayı ilə bağlı dəqiq məlumata malik olmadığını deyib. Qeyd edib ki, ümumilikdə federasiyada 3-4 milyon qanuni miqrant fəaliyyət göstərir. Qonaq qeyri-qanuni formada Rusiyada yaşayan miqrantların sayını da söyləyə bilməyəcəyini deyib.
    26.10.11 Məqaləni oxumaq
     
    Milli Məclisin üzvləri Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər
    Sabah Milli Məclisin deputatları Rüfət Quliyev və Rafiq Məmmədhəsənov Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Bişkek şəhərinə gedəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”a parlamentdən veriblər.
    Millət vəkilləri oktyabrın 30-da keçiriləcək seçkiləri MDB Parlamentlərarası Assambleyası və İcraiyyə Komitəsinin müşahidəçilər missiyasının tərkibində izləyəcəklər. Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişatı ilə maraqlanacaqlar.
    Səfər noyabrın 1-də başa çatacaq.
    26.10.11 Məqaləni oxumaq
     
    Prezident Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanat verib
    Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanat verib. “KƏLAMİNFO” xəbər verir ki, bəyanatda deyilir: “Bir neçə saat bundan əvvəl ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilib. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür. Bildiyiniz kimi, iki gün ərzində keçirilən seçkilərdə Azərbaycan bütün turlarda, bütün mərhələlərdə üstünlük əldə edib. Birinci turda 3 namizədin arasında 1-ci yeri Azərbaycan tutub. Ondan sonra keçirilən səsvermələrdə həmişə bizim ölkəmizə çox böyük dəstək verilib. Nəticədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək bizi bu mötəbər təşkilata üzv seçib. Mən fürsətdən istifadə edərək bizə inanan, bizə güvənən, bizə böyük hörmət göstərmiş bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm.
    26.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib
    Azərbaycan BMT-yə üzv olan ölkələrin 155-nin səsini toplayaraq iki illiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. “KƏLAMİNFO” xəbər verir ki, daha öncə Azərbaycanın bu səsvermədəki rəqibi Sloveniya öz namizədliyini geri götürüb.
    Bazar ertəsi BMT Baş Assambleyasında Şərqi Avropa qrupundan Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə seçkilər davam edib. Azərbaycan Sloveniya və Macarıstan ilə birgə Avropa ölkələrindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə bir yer üzrə öz namizədliyini irəli sürmüşdü.
    Ötən cümə günü keçirilən seçkilərin ilk günü Macarıstan ilk turda az sayda səs toplayaraq mübarizəni davam etdirə bilməyib. Azərbaycan və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu isə nəticəsiz qalmışdı.
    26.10.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Türkiyəyə səfərə yola düşüb
    Bu gün prezident İlham Əliyev Türkiyəyə səfərə yola düşüb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
    25.10.11 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Azərbaycanın beynəlxalq aləmdə oynadığı rol xeyli dərəcədə fəallaşacaq”
    “Bu gün Azərbaycanın gənc bir dövlət olaraq dünyanın ən mötəbər təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dövlətin həyata keçirdiyi siyasətə dünyada verilən qiymətin bariz ifadəsidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O qeyd edib ki, bu, Azərbaycanın dünya siyasətində, beynəlxalq aləmdə mövqeyinin əhəmiyyətli dərəcədə yüksəlməsini bir daha ortaya qoydu. “Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolun xeyli dərəcədə fəallaşmasına, artmasına gətirib çıxaracaq. İnanmaq istəyirəm ki bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan diplomatik səylərin əhəmiyyətini artıracaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi terrorizmə qarşı mübarizənin daha səmərəli aparılmasına da öz böyük töhfəsini verəcək” - deyə Ə.Əhmədov vurğulayıb.
    25.10.11 Məqaləni oxumaq
     
    Elnur Aslanov: “Azərbaycan artıq qlobal müstəvidə öz sözünü deyən dövlətdir”
    “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın son illər ərzində regional və qlobal səviyyədə həyata keçirdiyi diplomatiyasının uğurudur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov Respublika Gənclərinin 4-cü Forumunda deyib. Şöbə müdirinin sözlərinə əsasən, bu hadisə ölkə başçısı İlham Əliyevin diplomatik səylərinin uğurla nəticələnməsinin bariz nümunəsidir. “Azərbaycan artıq bölgədə lider, qlobal müstəvidə öz sözünü deyən dövlətdir. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın təmsil olunması ölkəmizin haqq səsinin dünya birliyinə çatdırılması, Dağlıq Qarabağ məsələsi və digər mühüm məsələlərin qaldırılmasında bizə məkan və zəmin yaradacaq” - deyə o, diqqətə çatdırıb.
    25.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 97 98 99 100 101 102 103 104 105 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30