Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 96 97 98 99 100 101 102 103 104 » #
    SAM-ın ekspertinin Astana İqtisadi Forumunun saytında elmi məqaləsi dərc edilib
    Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlının elmi məqaləsi nüfuzlu Astana İqtisadi Forumunun saytında dərc edilib. SAM-ın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, dərc edilən məqalə “Əsas kapitala investisiya qoyuluşu və artım: Qazaxıstanın nümunəsində empirik tədqiqat” adlanır. Məqalədə Qazaxıstanda əsas kapitala investisiya qoyuluşu və iqtisadi artım arasında qarşılıqlı əlaqə göstərilir. Azərbaycanlı tədqiqatçı 1995-2009-cu illərdə Qazaxıstanda əsas kapitala investisiyaların təsirini qiymətləndirmək üçün empirik tədqiqat aparır. Empirik nəticələr Qazaxıstanda iki dəyişən arasında qarşılıqlı əlaqənin olmasını göstərir. Astana İqtisadi Forumu Qazaxıstan prezidenti Nursulatan Nazarbayevin sədrlik etdiyi “Avrasiya alimlərinin iqtisadi klubu” tərəfindən hər il keçirilən mühüm hadisədir. Forumun fəaliyyəti Dünya İqtisadi Forumu, Sankt-Peterburq İqtisadi Forumu, Dünya Bankı, BMT-nin İqtisadi Komissiyası və İslam İnkişaf Bankı tərəfindən dəstəklənir.
    31.10.11 Məqaləni oxumaq
     
    Türkiyənin ədliyyə naziri Azərbaycana gəlir
    Sabah Türkiyənin ədliyyə naziri Sadullah Ergin Azərbaycana səfərə gəlir. Bu barədə məlumat “KƏLAMİNFO”ya Ədliyyə Nazirliyindən verilib. Məlumata görə, S.Erginin Azərbaycan ədliyyə naziri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşü nəzərdə tutulub. Səfər noyabrın 4-dək davam edəcək.
    31.10.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: Türkdilli xalqlar arasında əlaqələrin strateji əhəmiyyəti daha da artıb
    Qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə türkdilli xalqlar arasında əlaqələrin strateji əhəmiyyəti daha da artıb, münasibətlərimizin forma və məzmunu əsaslı şəkildə yenilənib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarına göndərdiyi təbrik məktubunda deyib. Təbrik məktubunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub. Türkdilli ölkələrin və toplumların II Media Forumunun keçirilməsi münasibətilə iştirakçıları təbrik edən İlham Əliyev bildirib ki, müştərək mənafelərin təzahürü olaraq yaranmış Türkdilli Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY və digər təşkilatlar çərçivəsindəki fəaliyyət ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirməklə yanaşı, dövlətlərimizin beynəlxalq aləmdə yerinin möhkəmlənməsinə və nüfuzunun artmasına da mühüm təsir göstərib.
    29.10.11 Məqaləni oxumaq
     
    Ərdoğan: Türk dövlətləri arasında dostluq münasibətlərinin genişlənməsində medianın üzərinə önəmli məsuliyyət düşür
    Türk dövlətləri arasında dostluq münasibətlərinin daha da genişlənməsi, sürətlənməsi və gələcək perspektivlərin axtarılması yönündə medianın üzərinə önəmli məsuliyyət düşür. Bu baxımdan, medianın əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlərin çox önəmli nəticələri olacağına inanırıq. “KƏLAMİNFO” xəbər verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda öz işinə başlayan Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarına təbrik məktubunda deyib. Təbrik məktubunu Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Murat Karakaya oxuyub.
    29.10.11 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: Beynəlxalq təşkilatların hesabatlarında yer alan qeyri-dəqiq məlumatların günahkarını ölkə daxilində axtarmaq lazımdır
    Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun hesabatı müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, müzakirələrdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda qadın polislərin işə götürülməsi vacibdir. O qeyd edib ki, artıq qonşu ölkələrdə polis strukturlarına qadın işçilər cəlb edilməyə başlayıb, bunlar əsasən yetkinlik yaşına çatmayanların işləri, ailə məsələləri, insan alveri qurbanları ilə işlər üzrə fəaliyyət göstərirlər. Deputat Fazil Mustafa çıxışında son zamanlar insan alveri ilə mübarizə sahəsində boşluqların aradan qalxdığını və bir sıra işlərin həyata keçirildiyini vurğulayıb. Millət vəkili deyib ki, bu mübarizə işlərinin bir qurumun üzərinə qoyulması doğru deyil. O, məcburi əməyə cəlblə bağlı da danışıb. “Bu gün Çin, Əfqanıstan və digər ölkələrdən ucuz işçi qüvvəsi gətirənləri də araşdırmaq lazımdır. Ölkədə kifayət qədər işçi qüvvəsi olduğu halda başqa ölkədən ucuz işçi gətirilməsi doğru deyil” - deyə F.Mustafa vurğulayıb.
    28.10.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Siyasi partiyalar haqqında” qanunun əsas müddəaları demək olar ki, razılaşdırılıb
    Avropa Şurası Venesiya Komissiyasının müzakirəsinə çıxarılan “Siyasi partiyalar haqqında” qanunun əsas müddəaları demək olar ki, razılaşdırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisi deyib ki, bundan əlavə Azərbaycan tərəfinə müəyyən tövsiyələr də olunub: “Avropa Şurası Venesiya Komissiyası təklif edib ki, xarici vətəndaşlar Azərbaycanda partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olsunlar. Lakin Azərbaycan tərəfi bu təkliflərlə razılaşmayıb”.
    28.10.11 Məqaləni oxumaq
     
    TürkPA Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
    TürkPA beynəlxalq müşahidəçilər missiyası oktyabrın 30-da Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TürkPA-dan veriblər. TürkPA missiyası namizədlər üçün yaradılmış şərait, seçki təbliğatı, seçkilərə hazırlıq prosesi ilə tanış olacaq, təbliğatın qadağan olduğu günü müşahidələr aparacaq, seçki günü seçki məntəqələrində, dairə komissiyalarında olacaq, səsvermənin gedişatını izləyəcək və səslərin sayılma prosesində iştirak edəcək. TürkPA missiyası seçkilər prosesini Bişkekdə izləyəcək. Missiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Türkiyə millət vəkilləri və TürkPA Katibliyinin əməkdaşları daxildir. TürkPA missiyası səfər çərçivəsində Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının sədri Abdraimov Tuyqunalı və Xarici İşlər Naziri Ruslan Kazakbayevlə görüşəcək. Bundan başqa oktyabrın 31-i tarixində TürkPA beynəlxalq müşahidəçilər missiyası Bişkekdə seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcək, yekun rəyi mətbuata, ictimaiyyətin nümayəndələrinə və beynəlxalq təşkilatlara təqdim edəcək.
    28.10.11 Məqaləni oxumaq
     
    Ekspertlər Türkiyə-Ermənistan münasibətlərini müzakirə edəcəklər
    Oktyabrın 29-30-u tarixlərində İstanbulda Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ), Türkiyə Odalar və Borsalar Birliyi Universitetinin (TOBB) birgə təşkilatçılığı və Türkiyə Xarici İşlər Nazirliyi nəzdindəki Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi: yenidən canlandırma perspektivi” adlı beynəlxalq tədbir keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən veriblər.
    28.10.11 Məqaləni oxumaq
     
    İsveçrə prezidenti Mişelin Kalmi-Rey Azərbaycana gələcək
    Cari ilin sonuna kimi İsveçrə prezidenti xanım Mişelin Kalmi-Rey və vitse-prezidentinin Azərbaycana səfəri gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bu ölkənin Azərbaycandakı səfiri xanım Sabin Ulma Şaban bildirib. O, qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında münasibətlərin inkişafına və yeni layihələrin müzakirəsinə toxunulacaq. “Bu il Azərbaycan-İsveçrə münasibətlərinin inkişafı üçün çox uğurlu il olub” - deyə səfir vurğulayıb.
    27.10.11 Məqaləni oxumaq
     
    Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun proqramı açıqlanıb
    Sabah Bakıda keçiriləcək Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun proqramı açıqlanıb. Azərbaycan Mətbuat Şurası və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə reallaşacaq foruma Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikaları, Ukraynanın Krım Muxtar Vilayəti, Moldovanın Qaqauz Muxtar Ərazisi, Avropada türklərin kompakt məskunlaşdığı bölgələr - İraq, Bolqarıstan, Yunanıstan, Makedoniya, Kosovadan nümayəndələr qatılacaqlar. Məlumatı “KƏLAMİNFO”ya Mətbuat Şurasından veriblər.
    27.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 96 97 98 99 100 101 102 103 104 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30