Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 1 2 3 4 » #
    Regional inkişaf - prioritet sahə kimi
    Son illər Azərbaycanda müşahidə olunan inkişaf tendensiyası ölkəmizi regionun qabaqcıl dövlətləri sırasına daxil edib. Regionların inkişafı ilə bağlı imzalanan Dövlət Proqramlarının icrası Azərbaycanın təkcə neft ölkəsi olması düşüncələrini arxa plana keçirib. Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçildikdən sonra qarşıya qoyduğu mühüm məqsədlərdən biri də ölkədə aparılan islahatları davam etdirmək idi. Bununla da prezident ölkə iqtisadiyyatında qazanılan uğurların coğrafi arealını genişləndirməklə regionların inkişafına nail olmağa çalışırdı. Prezidentin ali məqsədi ölkənin bütün bölgələrini sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etdirmək idi. Bu hədəflərə çatmaq üçün isə regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, aqrar sektorun inkişafını, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsini təmin etmək lazım gəlirdi.
    18.03.10 Məqaləni oxumaq
     
    Dünyanın tükənmiş ədaləti
    Xocalı soyqırımı-erməni vəhşiliyi

    Bu gün Ermənistan istisna olmaqla dünyada monoetnik dövlət tapmaq çətindir.  Xüsusən də müasir dövürdə belə bir anormal hadisəyə çox az-az dövlətlərdə rast gəlmək mümkündür. Çünki yaşadığımız dünyanın beynəlxalq münasibətlər sistemində  daha çox diqqət mərkəzində olan azsaylı xalqlar problemi ilə bağlı müxtəlif qurumlar və təşkilatlar tərəfindən Çərçivə Konvensiyaları və Sazişlər qəbul edilib. Bu sırada Avropa Şurası, BMT, ATƏT və digərlərini misal göstərə bilərik. BMT-nin İnsan Hüquqları üzrə Komissiyası milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Qətnamə, Avropa Şurası 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" Çərçivə Konvensiyasını qəbul edib.
    29.01.10 Məqaləni oxumaq
     
    Bu da bizim dərdimizdir…
    Rüşvət cəmiyyətlərin yox olmasına və zərərə düçar olmasına səbəb olar, vəziyyətlərini pozar. Cəmiyyətlərdə, zülmün yayılmasına yol açar. Rüşvətin yayıldığı bir cəmiyyətdə şərəf, izzət və fəzilət yox olur, onların yerinə, alçaqlıq, kin və nifrət hakim olur. Rüşvət olan bir ümmətdə nəsihətin yerini saxtakarlıq, əmanətin yerini xainlik, ədalətin yerini zülm və əmin-amanlığın yerini qorxu alar. Cəmiyyətdə rüşvət alçaqlığa və pozğunluğa, nəfslərin şəhvətlərinin sərbəst qalmasına, oğurluğun və saxtakarlığın yayılmasına, vəzifədən sui-istifadəyə və dələduzluğa çağırar. O zaman, cəmiyyətin maraqları zərərə düçar olar. Cəmiyyətdə pislik və zülm hakim olar. Aralarında səfillik, kasıbçılıq və bədbəxtçilik yayılar. Əhməd ibn Hənbəldən nəql olunur ki, Həzrət Mühəmməd (s) buyurub: “İçində rüşvət ortaya çıxan hər bir qövm, qorxu ilə müsibətə düçar edilir.”
    03.11.09 Məqaləni oxumaq
     
    Türkiyə öz işini gördü…
    İnsanın həm bu millətə, həm də o millətə yazığı gəlir. Əslində yazığımız bir millətə gəlir, amma dövlətləri ayrı olduğu üçün sərhədlərini böldüyümüz kimi millətini də parçalamaq zorundayıq. Belə getsə, parçalanmış millətin iki ayrı dövləti kimi, iki ayrı milləti olaraq tarixin yaddaşında yeni səhifələr açacağıq. Müsəlman olmağımız da bizim bir millət olaraq bütünlüyümüzə öz töhfəsini verə bilmir. Çünki, eyni dinə xidmət etsək də fərqli məzhəblərə qulluq edirik. Bu və ya digər səbəblər bizim heç vaxt “bir millət, iki dövlət” prinsipinə sədaqətimizin göstəricisi ola bilməz.
    03.11.09 Məqaləni oxumaq
     
    Alimi-ruhaninin portreti
    Ruhani dedikdə ilkin olaraq insan nəzərində Allah adamı – əqidə və iman heykəli ucalır. Həmçinin mənsub olduğu dinə – xüsusən də İslam dininə reallıqla, yəni Qurani-Kərim müstəvisində əməl edən şəxsiyyət durur. Ruhani müəyyən mənada zaman və məkan anlayışını nəzərə almaqla yanaşı, dinin qanunlarına yetərincə əməl etməlidir. O, yalnız haqqı-ədaləti sözdə və əməldə tərənnüm edərək şərəfli ömür yaşamalıdır.
    Qarşısına çıxdığı maneələr, dövrün amansız təqibləri onu yolundan azdırmamalıdır. Ruhani dövrünü və zəmanəsini tanımalı, zaman və məkan şəraitini nəzərə almalı, özünü və dinini təhlükəyə atmamalı, lakin bütün bunlarla bərabər haqq və ədalət prinsiplərini də unutmamalıdır.
    19.10.09 Məqaləni oxumaq
     
    Haqq və batil
    İslam dini bizə ən gözəl əxlaqi dəyərlər bəxş edib. Allah-Təala bəziləri istisna olmaqla, yaratdığı əksər nemətləri insan üçün halal buyurub. Bütün bunların müqabilində isə biz insanlardan sadəcə və sadəcə ŞÜKÜR gözləyir. Yəni bizlər – çiy südlə qidalanmışlar nail olduğumuz və olmaq istədiklərimizin müqabilində yalnız Ona ŞÜKÜR borcluyuq. Çox təəssüf ki, bu ŞÜKÜRüdə Ona layiq şəkildə etmirik.
    Bəşər övladının bir-birinə zidd olan HAQQ və BATİL məhfumları ilə rabitəsi var. İnsanın yaşadığı həyatı boyu bu iki məfhumdan qaçması imkansızdır.
    19.10.09 Məqaləni oxumaq
     
    Yolun üzü xəcalətdən qaralıb…
    Hər gün bu məmləkətdə gördüklərindən təəccüblənə bilmirsən. Bir sözlə Allah-Təalanın İNSAN adlı şah əsərini - məxluqatı itin, küçüyün yerinə qoyan yoxdur. Çox təəssüf ki, bütün bunlara isə bəsdir-bəsdir deyən yoxdur. Hərə özü üçün işindədir…
    Hər gün səhər işə gələndə yüzlərlə insanın dayanacaqlarda tir-tir titrədiyini görüb əsəblərini cilovlaya bilmirsən. Bütün dövrlərdə olduğu kimi yenə də paytaxtın nəqliyyat sistemində, xüsusən də yol infrastrukturunda mövcud olan anarxiyanın bir daha şahidi olursan. Bir sözlə insanlar hər gün bir başqa problem yaşayır bu məmləkət də…
    19.10.09 Məqaləni oxumaq
     
    Zəlalət yolçuları
    II  HİSSƏ Din məşğuliyyətdir, yoxsa inanc mənbəyi, əqidə simvolu... Əlbəttə bu sual son illər Azərbaycanda ibadətlə məşğul olan insanların sayının sürətlə artmasından sonra beyinləri daha çox düşündürür. Söhbət konkret olaraq dini-mənəvi-psixioloji problemlərdən gedir. O, problemlər ki, onu bizə özümüz vasitəsi ilə yaşadırlar. 
    19.10.09 Məqaləni oxumaq
     
    İngiloylar
    Etnik azlıqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz dili, öz adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq adətən müəyyən bir ərazidə komapakt halında yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Bu mənada respublikamızda yaşayan etnik azlıqlar da istisna təşkil etmirlər.
    19.10.09 Məqaləni oxumaq
     
    Azlıq anlayışı və mədəni müxtəliflik
    Etnik qrup - etnososial təhsil, xüsusi etnik, etnopsixoloci, etnomədəni, dil və dini əlamətlərlə malikdir. Onun başa düşülməsi siyasi hüquqi terminlərdə milli azlıq kimi traktovka edilir. Beynəlxalq-hüquqi aktlarda BMT Konvensiyalarında "milli azlıq" və "etnik azlıq" (qrup) çox zaman  adekvat kimi işlənilir. Lakin bunun üçün ciddi əsasların olmasına baxmayaraq, onları fərqləqdirmək lazımdır. Əgər "milli azlıq" termini dövlət (millət) və onun əhalisinin bir hissəsi arasında xüsusi hüquqi qaydanın nizamlanması başa düşülürsə, "etnik qrup" sosial təhsilin etnik və mədəni özünüdərki başa düşülür.
    19.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30