İmperializmlə sionizm birləşəndə…
|
İsrailin Fələstinə xalqına qarşı soyqırımı müxtəlif fasilələrlə bu gün də davam edir. Təkcə məşhur 2008-ci ilin dekabrında başlanan genişmiqyaslı hərbi əməliyyatlarda 50 minə yaxın insanı ev-eşiksiz qoyan İsrailin Qəzza ərazisinə aviasiya zərbələri endirməsi sionist rejimin Yaxın və Orta Şərqdə dünyanın düzənini öz xeyrinə dəyişmək iddiasından başqa bir şey deyildi. İsrail bu istəyini müsəlmanların qanını tökərək reallaşdırır. Qəribədir, müsəlman Şərqində bir balaca İsrail onların qanlarına qəltan edir. Coğrafi, mənəvi, dini, tarixi yaxınlıq nöqteyi-nəzərindən Fələstinə guya dəstək olan müsəlman ölkələri isə yalnız bəyanatlar və antisisrail mitinqləri ilə kifayətlənirlər. Gəmi karvanı basıldıqdan sonra bir daha aydın oldu ki, İsrail qoşunları heç nəyə baxmadan müsəlmanları məhv etməkdə qərarlıdır. Fərqi yoxdur, bu müsəlman Fələstinli, Türkiyəli, hətta Azərbaycanlı da ola bilər.
|
03.09.10 Məqaləni oxumaq
|
|
|
Nümunəvi təbliğatçı
|
Bütün Qafqazın Şeyxi müxtəlif situasiyalarda həm vətəndaş, həm də böyük bir müsəlman coğrafiyasının lideri kimi çıxış edir.
Dosye. 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində anadan olan Allahşükür Paşazadə hələ uşaq yaşlarından kənd ağsaqqallarının dəyərli söhbətlərinə, onların avazla Quran oxumalarına maraqla qulaq asarmış. Orta məktəb illərində dərs və ev tapşırıqlarını mükəmməl yerinə yetirəndən sonra, qalan vaxtını qonşuluqdakı Molla İzzət Dadaş oğlunun "Ev məktəbi"ndə Qurani-Kərimdən dərs alarmış.
|
03.09.10 Məqaləni oxumaq
|
|
|
İslam həmrəyliyi
|
İmam Xomeyninin ictimai-siyasi düşüncələrində…
2007-ci il iyunun 3-də İran İslam Respublikasının Culfa şəhərində - Azad Araz Zonasında İmam Xomeyninin mənəvi baxış və düşüncələrində beynəlxalq Qədir seminarı keçirilirdi. Seminarda İran, Azərbaycan, Gürcüstan və Dağıstandan alimlər, KİV nümayəndələri iştirak edirdilər. Tədbirdə çıxış edən natiqləri dinləyərkən belə nəticəyə gəldim ki, hər bir xalqı çətinliklərdən xilas edən bir lideri olub. Şərqdə biz bunu Türkiyədə Mustafa Kamalın, İranda İmam Xomeyninin, Azərbaycanda isə ümummilli lider Heydər Əliyevin nümunəsində görə bilərik.
|
30.06.10 Məqaləni oxumaq
|
|
|
“Əkinçi” ilə başlanan yol
|
Milli Mətbuatımızın yaradılmasından 135 il keçir. Azərbaycan dilində işıq üzü görən ilk milli qəzet olan “Əkinçi”nin 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər ümumilikdə 56 sayı işıq üzü görüb. Ayda iki dəfə 300-400 tirajla nəşr olunmasına baxmayaraq, "Əkinçi"nin çapdan çıxması və iki illik fəaliyyəti milli mətbuatımızın ömürlük təməlini qoyub. “Əkinçi”nin qısa mövcudluğu ana dilində qəzet çıxarmağın mümkünlüyü və gərəkliyini ictimai düşüncəyə yeridə bilib.
|
29.06.10 Məqaləni oxumaq
|
|
|
İmperializmlə sionizm birləşəndə…
|
İsrailin Fələstinə xalqına qarşı soyqırımı müxtəlif fasilələrlə bu gün də davam edir. Təkcə məşhur 2008-ci ilin dekabrında başlanan genişmiqyaslı hərbi əməliyyatlarda 50 minə yaxın insanı ev-eşiksiz qoyan İsrailin Qəzza ərazisinə aviasiya zərbələri endirməsi sionist rejimin Yaxın və Orta Şərqdə dünyanın düzənini öz xeyrinə dəyişmək iddiasından başqa bir şey deyildi.
|
04.06.10 Məqaləni oxumaq
|
|
|
Gecikmiş təklif
|
Bir neçə gün əvvəl “Eurovision-2010” mahnı müsabiqəsi başa çatdı. Əslində Osloda keçirilən final Azərbaycan üçün gözlənilən nəticəni verməsə də, reallıqla barışmağa məcburuq. Bəri başdan qeyd edim ki, çoxlarından fərqli olaraq Azərbaycan təmsilçisi Səfurə Əlizadəni müsabiqənin favoriti hesab etmirdim. Burada problem xanım qızımız və yaxud da onun oxuduğu mahnı ilə bağlı deyildi. Sadəcə düşünürdüm ki, bu tip yarışmalar mədəni yox, daha çox siyasi xarakter daşıyır. Belə olan halda, Avropada qurulan bu “siyasi oyun”dan Azərbaycanın lider çıxması ağılabatan deyildi.
|
03.06.10 Məqaləni oxumaq
|
|
|
Hesabat verməyə hazıram
|
Son günlər azad mətbuata özünü bu ad altında sığortalayan bir qrup insan tərəfindən basqılar var. Onların böyük əksəriyyəti QHT təmsilçiləridir. Amma təbii ki, aralarında bizdən olub bizlə olmayanlar da var. Onlar İşçi Qrupu adı altında toplaşaraq milli donorların fəaliyyətini hədəf seçiblər. İstər KİV-ə Dövlət Dəstəyi Fondu, istərsə də QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətinə gölgə salacaq bəyanatları isə sadəcə gülüş doğurur. Çünki, hər iki qurum – biri ölkədə mətbuatın inkişafına, digəri isə vətəndaş cəmiyyətinin formalaşmasına xidmət göstərir.
|
14.05.10 Məqaləni oxumaq
|
|
|
Sərhəd: Ümidin qırıldığı yer
|
Türkiyənin tanınmış jurnalistlərindən biri, Kanal D TV-nin Xəbər Departamentinin rəhbəri Mehmet Ali Birandın aprelin ikinci ongunluyündə işıq üzü görən “Türkiye çırpınıyor Azeriler ise hiç oralı değiller” başlıqlı yazısını oxudum. Əslində, Birandın Azərbaycanı qınayaraq və ittiham edərək yazdıqlarını mən bir gün əvvəl “Özümüzü bu qədər kiçiltməyək” başlıqlı yazımda (www.modern.az) tamam fərqli müstəvidə vurğulamışdım. Bu yazını da elə məhz həmin yazının üzərində qurmuşam: təbii ki, bəzi dəyişikliklərlə…
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycan arxeologiyası
|
Əsədulla Cəfərovun elmi redaktorluğu ilə Azərbaycanının ən qədim tarixinə aid dəyərli əsər ərsəyə gəlib
Tarix elmləri doktoru Əsədulla Cəfərovu tələbəlik illərimdən tanıyıram. Onun hələ 10-15 il bundan əvvəl qələmə aldığı “Quruçay dərəsi” kitabını çox həvəslə oxuyur, imtahanlara hazırlaşırdıq. AMEA-da Arxeologiya və Etnoqrafiya İnstitutunun aspiranturasında təhsil aldığım illərdə bu böyük alimlə tanış olmaq, söhbətləşmək fürsətini əldə etdim. Daha doğrusu bu fürsəti Ə.Cəfərovun özü bütün gənc elmi işçilər kimi mənə də yaratdı. Etiraf edim ki, Əsədulla müəllimlə görüşüm çox gərgin keçdi. Görüşdən əvvəl düşünürdüm ki, bu gözəl alimlə dünyanın düzənindən danışacağıq. Amma heç də belə olmadı.
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
Özümüz
|
Axı biz meymun deyilik…
Hər bir insan özünü ağıllı hesab edir. Bu təbii prossesdir. Heç kim özünə dəli demir və yaxud da kimsənin onun haqqında bu cür mənfi ifadələr işlətməsilə qətiyyən razılaşmır. Amma təvazökar insanlar və daha çox ağıllı olanlar bu barədə danışmaqdan ümumiyyətlə çəkinirlər. Çünki, onları ağılları idarə edir, bəzilərini isə hissləri…
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
|