Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    İslamda qisas
    Allah-Təala yanında bəyənilmiş və təsdiq olunmuş din, Özünün buyurduğu kimi İslam dinidir. İslam dini axırıncı din olmaqla yanaşı həm də ictimai və günün tələblərinə cavab verən bir dindir. 
    07.05.13 Məqaləni oxumaq
     
    Seyid Əzim Şirvani və Əhli-Beyt məhəbbəti
    Uzun illər sovet rejimi tərəfindən təqib olunsalar da Azərbaycan müsəlmanları demək olar ki, öz dini adət-ənənələrini qoruyub saxlaya bilmişdir. Daha doğrusu din içərisində din bəsləmişlər. Elə bu səbəbdəndir ki, şəriətin əsas qanunları olan kəbin, talaq, dəfn mərasimləri, əmr və nəhylər,  halal, haram və digər dini ayinlər o dövrdə gizli və bəzən də aşkar şəkildə icra olunurdu. Güclü ateist təbliğatına baxmayaraq insan mənəviyyatını saflaşdıran gözəl əqidə və mənəvi əxlaqi dəyərlər iman sahiblərinin qəlbində elə kök salmışdı ki, bunu nəinki irtica sovet rejimi heç bir bəşəri qüvvə silə bilməzdi. "Elə buna görə də hər kimin dini yoxdursa heç nəyi yoxdur" kimi hikmətli şüar bu gün də öz aktullığında qalmaqdadır.
    07.05.13 Məqaləni oxumaq
     
    Deməki bunu bilmirsən
    Ey gözü gözümdən uzaq,
    Məhəbbətdən düşən qaçaq.
    Çarəsizdir vurduğun dağ,
    Deməki bunu bilmirsən.

    19.03.13 Məqaləni oxumaq
     
    Ad günüm münasibətiylə sevdiklərimə təşəkkür...
    Ey əzizlər var olun ki, olmusuz qəmxar mənə.
    Sevgimi sizlə bölüşdüm özgə yox dildar mənə.


    19.03.13 Məqaləni oxumaq
     
    Cinlər...
    Cinn surəsi Qurani-Kərimin 72-ci surəsidir. Bu surə Məkkədə nazil olmuşdur. Cinlər haqqında bəzi məlumatları verən surənin başlanğıc ayələrinə nəzər salaq: (Ya Peyğəmbər!) De: Mənə vəhy olundu ki, bir dəstə Cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik. O (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq. Həqiqətən, Rəbbimizin cəlalı çox ucadır. O, Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq! Doğrusu bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş. (Əl-Cin surəsi, 1-4-cü ayələr) Allah-Təala dünyada şüurlu varlıqları üç növ üzrə yaratmışdır: mələklər, insanlar və cinlər. Mələklər şəhvətsiz xəlq olunmuşlar, günah etməzlər, yeyib-içməzlər, artıb-çoxalmazlar və iradə azadlığına malik deyillər.
    19.03.13 Məqaləni oxumaq
     
    Novruz – Bahar Bayramı
    Novruz - Təzə gün deyilən Novruz bayramı bənzərsiz bayramdır. Novruz bayramı ərəfəsində bizi əhatə edən aləmdə, təbiətdə böyük canlanma, yeniləşmə başlayır. Novruz, adından göründüyü kimi hər şey təzələnir, hər şey yeniləşir. Hər ilin Novruzda bahar fəsli daxil olur. Novruz təzə ilin ilk günüdür. Həmin günü təbiət tarazlaşır, gecə ilə gündüz bərabərləşir. Bütün canlı aləm hərəkətə gəlir. Gözəlliklə sağlamlıq qoşalaşır. Ağaclar tumurcuqlanır, quşlar nəğmə oxuyur, bənövşə kol dibindən boylanaraq başını qaldırır, çiçəklər zoğ verir, torpaqdan könül oxşayan rayihə damağlara yetişir. İnsanın arzuları, sevinci, fərəhi təbiətin gözəllikləri ilə qaynayıb-qarışır.
    19.03.13 Məqaləni oxumaq
     
    İmansızlıq sindromu
    Əkrəm Əylislinin “Daş yuxular” əsəri bütövlükdə dövlətimiz, millətimiz və dinimizin aşağılanması ilə qan yaddaşımız köçdü. Əsərdə tarixi yerlərimizin erməniləşdirilməsi, millətimizin vəhşi kimi təqdim olunması və müxtəlif personajlarla tanınmış ziyalılarımızın təhqir olunması ətrafında son günlər çox danışılıb. Biz isə Əkrəmin müqəddəs dəyərlərimizlə bağlı sərsəm fikirlərinə münasibət bildirmək istərdik. 
    25.02.13 Məqaləni oxumaq
     
    Poeziya

    QƏSİDƏ

     

    Ey camaat, insan olmaq bir səadətdir bizə.

    Xəlq edən Rəhmanu Rahimdən səxavətdir bizə.

     

    Bir ovuc torïağa can vermiş Xudayi-ləmyəzəl

    Bu ətadan tək təmənnası, itaətdir bizə.

     

    Kölgəsi var üstümüzdə çox günah etsəkdə biz

    Hər necə bəxş eyləsə ruzi, şəfaətdir bizə.

     

    Öz həbibin ümmətə qurban edən Xaliqdu bu

    Hikmətu fəzlində məna bi nəhayətdir bizə.

     

    Gah Rəsulundan keçər, gah balasın məzlum edər

    Hikmətin dərk etməsək çox-çox cəhalətdir bizə.

     

    Gah Əliyyəl Murtazanı qanına qəltan edər

    Müctəba zəhrilə həm feyzi kəramətdir bizə.

     

    Hansı eşq ilə Xuda gör kim sevir öz bəndəsin

    Hansıdır son töhvəsi kimdi ki, hacətdir bizə.

     

    Kərbəla şahi imamul insu-can məzlum Hüseyn

    Şahi  bi həmta ki, sevdası əlamətdir bizə.

     

    İsti qum üstündə nəşi dini bərïa eylədi 

    Bu səbəbdəndir ki, dünya mülkü rahətdir bizə.

     

    Ta qiyamət ol nəcibin boynumuzda haqqı var

    Tarixin yad eyləmək vacib əmanətdir bizə.

     

    Kərbəla dərsi, ibadət dərsi, qeyrət dərsidir.

    Həşrə tək mömin sayılmaqçün kifayətdir bizə.

     

    Ey xanımlar, Həzrət Zeynəb sizə ibrətdisə

    Ey cavanlar Şibhi-Peyğəmbər də ibrətdir bizə.

    Göstərək qeyrət vətənçün din üçün, namus üçün

    Kərbəla səqqası Abbasdan xitabətdir bizə.

     

    Bu əqaiqdə Əziz Pünhan kimi sidq eyləyək

    Biz müsəlmanıq sədaqət çün, ədalətdir bizə.

     

    QƏZƏLLƏR

     

    Məskənimdir eşqə dair hər fəza, axtar məni,

    Ləblərinlə ruha verməkçün cəza, axtar məni.

     

    Bəxtə aldanma yalandır, taleyin əndişəsi,

    Hər necə olsa qədər, olsa qəza axtar məni.

     

    Söyləmişlər eşqdən bihuş olan biəqldir,

    Əql ilə, ya əqlsiz sən ol riza, axtar məni.

     

    Taïmamaq yoxdur deməklə bir deyil dərk eylə ki,

    Yoxluğumçun tutmamış matəm, əza, axtar məni.

     

    Beylə ruhəm lacüvərd göylər olubdur məskənim,

    Tutsa da qara buludlar nasəza, axtar məni.

     

    Sən Əziz Pünhanı gəz, axtar, dəmadəm çəkmə əl,

    Qoyma ki, zəhmət çəkib hər gün yaza, axtar məni.

     

    * * *

     

    Qələmim göz yaşı içdikcə dönüb qan yazaram,

    Qara-ağ taleyimi, gör necə əlvan yazaram.

     

    Ürəyim sakit olunca, vüsalın zövqü ilə,

    Hicrə can verməməyə, min dənə fərman yazaram.

     

    Siz gəlin yanıma eşqin əlacın məndə taïın,

    Hər kimin şikvəsi var, dərdinə dərman yazaram.

     

    Mənə hüsn elmi tanışdır, nə gərək təfsirə,

    Bircə göz bəs eləyər hüsnünə dastan yazaram.

     

    Qələmin köksümə güc gəlməyə çatmaz hünəri,

    Bir nəfəs ïüskürərəm yüz dənə divan yazaram.

     

    Gahi məşuqələrin mərhəmətin vəsf edərəm,

    Gahi aşiqləri məşuqinə qurban yazaram.

     

    Bu Əziz Pünhanı incitmə ki, ey qaşi-kəman,

    Yazdığım hər qəzəli hüsnüvə ehsan yazaram.

    30.12.12 Məqaləni oxumaq
     
    Yaxşı adam
    Əlbəttə adam olan şəxs yaxşı olmalıdır. Pis adamı heç kim sevməz. Pis adam haqqında nəinki düşünəndə insan narahat olur, ïis adam hətta yada düşəndə belə insan əsəbləşir onun haqqında nəsə bir tədbir görmək istəyir. Yaxşı adam isə heç zaman yaddan çıxmır, həmişə xatırlanır, xatırlandıqca da sevilir. 


    30.12.12 Məqaləni oxumaq
     
    İmam Hüseyn (Ə) Ərbəini əbədiyaşardır
    Çökməkdə olan İslam dini mam Hüseynin (ə) fədakarlığı ilə   dirçəldi. İslam dininin dirçəldilməsində İmam Hüseynin rolu əvəzsizdir desək heç də yanılmarıq. Ona görə də bu fədakarlıqları canlı saxlamaq lazımdır. Çünki onları canlı saxlamaq İslam dinini canlı saxlamaq deməkdir. Aşura gününü və Ərbəini əziz tutmaq İslam dininin düşmənləri ilə mübarizə aïarmaqdır. Bu məsələ ümumilikdə Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini eynilə diqqətdə saxlamaq deməkdir.
    Həzrət İmam Hüseyn (ə) müsibəti heç bir əimmənin  (s) başına gəlməmişdir. Onun müsibəti bütün müsibətlərdən daha böyük və ağrılıdır.
    61-ci hicri ilinin Muhərrəm ayında İmam Hüseyni (ə), övladlarını və səhabələrini Kərbəla səhrasında şəhid elədilər. Əhlibeytini  (ə) əsir götürüb Kufə və Şama aïardılar. Bu dağ görmüş karvan İmamın Ərbəinində Kərbəlaya gəldi və Aşura gününün acısını təzələdilər. O günlər Həzrət Peyğəmbər (ə) ailəsi üçün çox dəhşətli və  ağır günlər idi.  İslam düşmənləri İmam Hüseyn  (ə) və onun köməklərini şəhid edərək İslam dinini yer üzündən silmək istəyirdilər. Kərbəla qatilləri çalışırdılar ki, bu hadisəni insanların zehinlərindən silsinlər. Onlar hətta İmam Hüseynin (ə) ziyarətinə gələnləri belə işgəncə ilə öldürürdülər. Mütəvəkkil Abbasi dövründə Kərbəlada dəfn olanların qəbirlərini şumladılar və yerlə yeksan etdilər. Bu qəbirlərin ziyarətinə gəlməyini də insanlara qadağan etdilər. Əhli-beyt (ə) davamçıları İmamın ziyarəti üçün hər bir vasitədən istifadə edirdilər. Ərbəin ziyarəti bu vasitələrin ən başlıca hadisələrindən idi. 
    Möminin əlamətlərindən biri də Ərbəin günü İmam Hüseyni (ə) ziyarət etməsidir. Həzrət İmam Həsən Əsgəri (ə) buyurur: "Möminin əlaməti beşdir. Gecə və gündüz 51 rəkət vacib və nafilə namazlarını qılmaq, Ərbəin ziyarəti, gümüş üzüyü sağ əlin barmağına taxmaq, səcdə zamanı alnını torïağa qoymaq və namazda Bismillahları yüksək səslə demək". Bu mötəbər hədisdən göründüyü kimi möminin vəzifələrindən  biri də Ərbəin ziyarətidir. Həzrət İmam Sadiqdən (ə) belə bir hədis var. O cənab buyurur: "O zaman ki, bizim qəbirlərlə sizin aranızdakı yol uzaq olarsa, onda mənzillərinizin ən yuxarı  hissəsinə - damına çıxın və orada iki rəkət namaz qılın, bizim qəbirlərə tərəf işarə edərək salamlar göndərin. Həqiqətən, həmin salam və namazlar bizə çatacaqdır". 
    30.12.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30