Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 1 2 3 » #
    Xalq artisti Teymur Mustafayev:
    Hacı Mirəziz gözəl din xadimi olmaqla yanaşı, həm də gözəl şairdir. Onun «Bulud ağlamasa» şeirlər kitabı məni valeh etdi. Nəğməyə yatan şeirlərindən 10-a yaxınını bəstələdim. Hətta bəzilərini mavi ekranda da ifa etmişəm. Son günlərdə mənə təqdim etdiyi «Divan»ını böyük həvəslə oxudum, şirin-şəhd qəzəllərə heyran oldum. Onun bir neçə qəzəlini oxuduğum muğamlara da daxil etdim. İlk dəfə olaraq Əziz Pünhanın yazdığı «Mən oldum» müstəzadına qəlb oxşayan bir musiqim də bəstələmişəm.
    Qismət olsa onun qəzəl və şeirlərinə bəstələnmiş mahnılardan ibarət bir albom buraxmaq fikrim var. Arzu edirəm onun qəzəlləri muğamlara yol tapsın və xalq arasında dillər əzbəri olsun. Mən böyük din alimi, şair dostumu 60 yaşı tamam olması münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı və uzun ömür arzulayıram.
    19.10.09 Məqaləni oxumaq
     
    Xalq artisti Ramiz Əzizbəyli:
    Mən Hacı Mirəzizi özümə dost bilirəm. Çox gözəl din alimi, ölkədə hörmət bəslənilən ruhani kimi Hacının yaradıcılığı haqqında az-çox məlumata malikəm. Onun yaradıcılığı çoxşaxəlidir. Mən çox sevinirəm ki, Hacı Mirəziz öz fikirini, dərdini ağ kağızla bölüşüb. Həm də ona görə xoşbəxtəm ki, o, ağ kağızın oxucularından biri də mənəm və öz dərdimi orada tapmağa çalışıram. Həmişə mavi ekranda onu dinləyəndə dini maariflənməm artır.
    Hacının bu yaxınlarda nəşr olunan «Divan»ının heyranı oldum. Klassik ədəbiyyatımızın əksər janrlarında yazıb-yaradan Əziz Pünhanı yenidən kəşf etdim. Altımış yaşının astanasında ərsəyə gətirdiyi «Divan» onun ömrünün ən gözəl qiymətli əsəridir desəm səhf etmərəm. Qoy Hacı Mirəzizin cavan, təravətli təbi yaşa dolduqca daha incilər yetirsin. Həyat yollarında həqiqətə dobru əziz qardaşım, 100 yaşa…
    19.10.09 Məqaləni oxumaq
     
    Yazıçı Əlibala Hacızadə:
    Mən neçə illərdir Hacı Mirəzizi İslami dərindən bilən üç-dörd ruhanidən Ən layiqlisi hesab etmişəm. Çıxışlarına qulaq asanda belə bir din xadimimizin olduğuna çox sevinmişəm. Onlar bizi maarifləndirməsə çox şeyi itirmiş olarıq. Hacı Mirəzizin elmi və dünya görüşü genişdir. Bu şeir kitabında sevən, atılan adamın dərdi var, tənqid xüsusi yer tutur. Şairi danışdıran elə məhz bunlardır. Mən düşünürəm ki, elə dərd olan yerdə poeziya var.
    19.10.09 Məqaləni oxumaq
     
    Qəzəlxan Hacı Arif Buzovnalı:
    Hacı Mirəziz savadlı din xadimi, gözəl pedaqoq və yaxşı yoldaşdır. Onun İslam dini haqqında bir neçə kitabı var. Mən daha çox poeziya ilə bağlı yazdığı kitablarına diqqəti çəkmək istəyirəm. Kitablarda adət-ənənələri, insanların əxlaqınıtərənnüm edən, tərbiyəvi əhəmiyyəti olan şeirlər çoxdur. Onun şeirlər kitabını, xüsusən də yeni işıq üzü görən, «Divan»ını alqışlayıram. Bu «Divan» həm klassik, həm də müasir Şer nümunələri ilə zəngindir. Hər şey göz qabağındadır. Kitabın zahiri və batini mənim çox xoşuma gəldi. Əruzda yazıb-yaradan daha çox olsa, qəzəlin mahiyyəti insanlara daha çox aydın olardı.
    19.10.09 Məqaləni oxumaq
     
    Professor Qəzənfər Paşayev:
    Mən Hacı Mirəzizi 1977-ci ildən tanıyıram. Astarada onunla tanış olunda ruhani haqqında fikrim dəyişdi. Sonralar gördüm ki, o, cəhalətdən, xürafatdan kənar olan bir şəxsdir. O, həm də şairdir. Din xadimlərinin şairliyi elə-belə deyil. Ümumiyyətlə qəzəl janrını Bakı ətrafı və cənub bölgəsi qoruyub saxlayıb. Qərb bölgəsində isə qəzəl yazan tapmaq bir az çətindir. Hacı Mirəzizin qoşmalarını oxuyanda dəhşətə gəldim. Əgər rəhmətlik Hüseyn Arif sağ olsaydı, deyərdi ki, başın haqqı bu Qazaxdandır, bizim adamdır, qoşma yazır…
    19.10.09 Məqaləni oxumaq
     
    Azərbaycan Yazıçılar Birliyinin sədri Anar:
    Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edirəm. Ədəbiyyatımız da, dinimiz də insan mənəviyyatının saflaşmasına, zənginləşməsinə xidmət edir. Qələm sahibi və din xadimi kimi Siz də bu məsuliyyətli işin öhdəsindən gəlməyə çalışırsınız.
    Sizə böyük uğurlar arzulayıram.
    19.10.09 Məqaləni oxumaq
     
    Azərbaycan yazıçılar birliyi
    Hörmətli Hacı Mirəziz Mirəsgər oğlu! Sizi – istedadlı şair və publisisti 60 yaşınızın tamam olması münasibəti ilə təbrik edirik.
    Siz ədəbi yaradıcılığa tələbəlik illərindən başlamısınız. Şeirləriniz, yumorik hekayələriniz, ərəb və fars dillərindən çevirdiyiniz publisistik yazılar dövri mətbutda dərc edilmişdir. 1991-ci ildə «İmam Əlinin qısa kəlamları» adlı tərcümə kitabınız işıq üzü görmüşdür. Sonralar «İslami söhbətlər», «Allahımı belə tanıdım», «Bulud ağlamasa», «Elmin qapısı», «Divan» kitabınız çapdan çıxmış, ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanmışdır.
    19.10.09 Məqaləni oxumaq
     
    Akademik, əməkdar elm xadimi Fuad Qasımzadə:
    Mən Hacı Mirəziz Seyidzadənin yaradıcılığına dərindən bələdəm. Onu ilahiyyat, dinin fəlsəfəsi, ümumiyyətlə dinşünaslıq və fəlsəfə sahəsində ən yaxşı mütəxəssislərdən biri kimi tanıyıram. Olduqca savadlıdır, dinmizin yaxşı bilicisidir.
    Hacı Mirəzizin Həzrət Əli (ə) haqqında yazdığı “Elmin qapısı” adlı kitabı haqqında çox yüksək fikirdəyəm.
    Fəlsəfə sahəsində namizədlik işinin rəsmi opponenti olmuşam. Elmlər doktoru olmağa layiqli alimdir. Arzum budur ki, müdafiəni tez etsin.
    Hacı Mirəzizin həm də gözəl şairlik məharəti var. Onun bu yaxınlarda işıq üzü görən “Divan”ı həm klassik, həm də müasir şer üslubu ilə seçilir.
    19.10.09 Məqaləni oxumaq
     
    Alimi-ruhaninin portreti
    Ruhani dedikdə ilkin olaraq insan nəzərində Allah adamı – əqidə və iman heykəli ucalır. Həmçinin mənsub olduğu dinə – xüsusən də İslam dininə reallıqla, yəni Qurani-Kərim müstəvisində əməl edən şəxsiyyət durur. Ruhani müəyyən mənada zaman və məkan anlayışını nəzərə almaqla yanaşı, dinin qanunlarına yetərincə əməl etməlidir. O, yalnız haqqı-ədaləti sözdə və əməldə tərənnüm edərək şərəfli ömür yaşamalıdır. Qarşısına çıxdığı maneələr, dövrün amansız təqibləri onu yolundan azdırmamalıdır. Ruhani dövrünü və zəmanəsini tanımalı, zaman və məkan şəraitini nəzərə almalı, özünü və dinini təhlükəyə atmamalı, lakin bütün bunlarla bərabər haqq və ədalət prinsiplərini də unutmamalıdır. Hacı Mirəziz Seyidzadə yuxarıda ruhani üçün saydığımız bütün xarakterləri özündə cəmləşdirir.
    19.10.09 Məqaləni oxumaq
     
    İlahiyyatçi alim-şairin “divan”i
    Hər görüşündən çox məmnun olduğum nadir şəxsiyyət Qazi Hacı Mirəziz Seyidzadənin (Əziz Pünhanın) əlimdə olan “Divan”ını vərəqlədikcə, onun bu səviyyədə bir şair olduğunu bilmirdim. Əruz vəzninin müxtəlif bəhrlərində ilahiyyatla  bağlı və zərgər dəqiqliyi ilə verilən lirik şeirləri, xüsusilə qəzəl, qəsidə, qitə, rübai, dördlüklər, müstəzad, mürəbbe, müxəmməs, müsəddəs, müsəbbe, tərcibənd, tərkibbənd, müəşşər, təxmis, təkbeytlər, müxtəlif şeirlər, bəhritəvillər, satirik şeirlər:
    19.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30