Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  95 96 97 98 99 100 101 102 103  #
    Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbərlərinin adları açıqlanıb
    ABŞ prezidenti Barak Obama Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbərlərinin adlarını açıqlayıb. ABŞ müdafiə idarəsinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Leon Panetta rəhbərlik edəcək. Onun yerini isə NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanı Devid Petreus tutacaq. «KƏLAMİNFO»nun «Associated Press»ə istinadən yaydığı məlumata görə, Panetta öz səlahiyyətlərinin icrasına yayda başlayacaq. Məhz o zaman Pentaqonun indiki rəhbəri Robert Geyts təqaüdə çıxacaq. Petreus beləliklə, öz səlahiyyətlərinin icrasına payızdan tez başlamayacaq. Əfqanıstandakı ABŞ qoşunlarına komandanlıq isə Con Allenə keçəcək. Obama ABŞ-ın Əfqanıstandakı səfirinin də adını açıqlayıb. Bu, Rayan Krouer olub. Yeni təyinatlar heç kim üçün gözlənilməz olmayıb. Belə ki, bu təyinatlar barədə ABŞ KİV-də məlumatlar hələ aprelin əvvəlində yayılmışdı.
    29.04.11 Məqaləni oxumaq
     
    Əhmədinejadın impiçmenti proseduruna başlanılıb
    İran parlamentində ölkə prezidenti Mahmud Əhmədinejadın impiçmenti proseduruna başlanılıb. “The Guardian” yazır ki, deputatların prezidenti vəzifəsindən uzaqlaşdırmaq cəhdinə səbəb onun ali dini lider Əli Xameneyi ilə aralarında yaranmış fikir ayrılığıdır. «KƏLAMİNFO» bu barədə məlumatı «Lenta.ru» ya istinadən yayıb. Nəşrin məlumatına görə, tərəflər arasında qarşıdurmanın yarandığını göstərən əsas hadisə prezidentin kəşfiyyat işləri üzrə nazir Heydər Möslehini istefaya göndərmək cəhdi olub. Aprelin 17-də nazir prezidentin təzyiqi ilə istefaya çıxsa da, ali dini lider tərəfindən vəzifəsinə bərpa edilib. Prezident və ali dini lider arasında fikir ayrılıqları əvvəl də baş verib.
    29.04.11 Məqaləni oxumaq
     
    NATO Liviyada üsyançıları bombaladı
    NATO qüvvələrinin Liviyanın Misuratu liman şəhərini bombalaması nəticəsində 11 üsyançı həlak olub. İki üsyançı isə yaralanıb. Bu barədə məlumatı «KƏLAMİNFO» «CNN»-ə istinadən məlumat yayıb. Məlumata görə, üsyançılar liman şəhərinin yaxınlığında olarkən NATO təyyarələri onları bombalayıb. CNN-nin əməkdaşı həlak olanların meyitlərini gördüyünü deyib. NATO-nun rəsmi nümayəndəsi Erik Pouvel baş verənlər barədə nəsə deyə bilməyəcəyini söyləyib. Bombardman nəticəsində həmçinin binalara da çoxsaylı zərər dəyib.
    28.04.11 Məqaləni oxumaq
     
    Putin İsveç kralının qəbuluna gecikib
    İsveçdə səfərdə olan Rusiyanın baş naziri Vladimir Putin isveçlilərin yaddaşında bir sıra kuryozlarla yadda qalıb. Belə ki, yarım saat kral XYI Qustavın qəbuluna gecikən baş nazir sonra isveçli həmkarı Reynfeldin yanında «ilişib» qalıb. Sonda isə təyyarəyə 40 dəqiqə gecikib ki, bu da Stokholmda tıxaclara səbəb olub. «KƏLAMİNFO» İsveçin «Svenska Dagbladet» qəzetinə istinadən yazır ki, ən maraqlı hadisə kralın qəbulunda yaşanıb. Özünün zirehli «Mercedes Long-Long»unda kral sarayına gələn Putin bu zaman maşınını oradakı «Volvo S-40» avtomobilinin düz qabağında saxlayıb. Bu zaman kral sarayının protokol xidməti ona bildirib ki, maşınını geri çəksin. Çünki həmin maşın kral məxsusdur. Bu isə jurnalistlərdə təəccüb doğurub. Yəni kralın adi maşında gəzməsinə onlar inanmayıb. Lakin az sonra kralın maşının rolunun arxasında əyləşib yola düşməsi onların təəccübünü yoxa çıxardıb. Maraqlıdır ki, Putin burada keçirdiyi mətbuat konfransında prezident seçkilərinə də toxunub. «Hər şeyin vaxtı var və biz qərar çıxaracağıq və bu sizin xoşunuza gələcək. Razı qalacaqsınız».
    28.04.11 Məqaləni oxumaq
     
    Putin Qəddafinin müdafiəsinə qalxdı
    Kopenhagendə çıxış edən Rusiyanın baş naziri Vladimir Putin polkovnik Müəmmar Qəddafinin müdafiəsinə qalxıb. RİA «Novosti»nin yaydığı məlumatda qeyd edilir ki, baş nazir dünyanın heç bir ölkəsinin Liviya liderini öldürməyə sanksiyası olmadığını dilə gətirib. «Deyirdilər ki, Qəddafini öldürmək planımız yoxdur. İndi bir sıra rəsmi şəxslər deyir ki, Qəddafini məhv etmək istəyirlər. Bunu sizə kim icazə verib? Məgər məhkəmə olub? İnsanın öldürülməsi barədə qərarı kim çıxarıb?» - deyə o vurğulayıb. Onun sözlərinə dünya ölkələri beynəlxalq hüquq normalarına uyğun hərəkət etməlidirlər. «KƏLAMİNFO»un məlumatına görə, baş nazir əlavə edib ki, bu dəqiqə əsas maraq Liviyanın təbii ehtiyatlarına yönəlib: «Məndə olan məlumata görə, Liviya Afrikada neft ehtiyatlarına görə birinci, qaza görə isə dördüncü yerdədir».
    28.04.11 Məqaləni oxumaq
     
    Litva prezidentinin səfəri Cənubi Qafqaz ölkələri ilə dialoqun qurulmasına həsr olunacaq
    Litva prezidenti Dali Qribauskaytenin Qafqaza səfəri Cənubi Qafqaz ölkələri ilə dialoqun qurulmasına həsr olunacaq. Bunu Litva dövlət başçısının müşaviri Linas Balsis bildirib. «KƏLAMİNFO» bu məlumatı «ZINIU RADIJAS» radiostansiyasına istinadən yayıb. Onun sözlərinə görə, Litvanın dövlət başçısı həllini tapmayan münaqişələrlə tanınan ölkələrdə dialoqun başlanması və qarşılıqlı inamın yaranması üçün azacıq da olsa bir addım atmaq istəyir. «ATƏT-in prinsipləri insanın maraqlarıdır. Gəlin dialoqa başlayaq, münaqişələri və ambisiyaları yaddan çıxaraq. İnsanların həyatını müəyyən edən məsələləri müzakirə edək» - deyə Linas Balsis vurğulayıb.
    27.04.11 Məqaləni oxumaq
     
    Çexiya müxalifəti hökuməti istefaya göndərə bilməyib
    Çexiya müxalifəti sağ mərkəzçi hökuməti istefaya göndərməyə müvəffəq ola bilməyib. Səsvermə zamanı 114 deputat hökuməti dəstəkləyib. Hökuməti istefaya göndərmək istəyənlər isə azlıqda qalıb. Belə ki, istefa çağırışına 84 nəfər səs verib. Bu barədə məlumatı «KƏLAMİNFO» «MIGnews.com»a istinadən yayıb. Qeyd edək ki, hökumət korrupsiya və bir sıra siyasətçilərin qeyri-qanuni olaraq dinlənilməsi barədə yaşadığı qalmaqallardan sonra müxalifət onun istefaya çıxmasını tələb edib.
    27.04.11 Məqaləni oxumaq
     
    Britaniya şahzadəsinin toy mərasimini 1000-ə yaxın polis əməkdaşı qoruyacaq
    Şahzadə Uilyam və Keyt Middltonun toy mərasimini təqribən 1000-ə yaxın «bobbi» - polis əməkdaşı qoruyacaq. «MIGnews.com»un məlumatına görə, onlar Londonun mərkəzi meydanı, Bukinqem sarayı və Vestminister abbatlığının təhlükəsizliyə cavabdeh olacaqlar. Belə ki, son günlər Britaniya taxt-tacının vəliəhdinin təntənəli mərasiminə qarşı hədələr edilir. “KƏLAMİNFO” xəbər verir ki, polislərin bir qrupu mülki formada əhalinin arasında asayişin keşiyində olacaq. Artıq Vestminister abbatlığına tamaşaçılar və KİV nümayəndələri axışmaqdadır. Toy mərasimi aprelin 29-da keçiriləcək.
    27.04.11 Məqaləni oxumaq
     
    Ərdoğan Obama ilə danışıb
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı baş tutub. «KƏLAMİNFO» «Anadolu» agentliyinə istinadən xəbər verir ki, Suriya və Liviya olmaqla bir çox regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, telefon danışığı təşəbbüsünün tərəflərdən hansına məxsus olduğu açıqlanmayıb.
    27.04.11 Məqaləni oxumaq
     
    Suriyada kütləvi həbslər
    Suriyanın təhlükəsizlik qüvvələri aprelin 26-na keçən gecə bütün ölkə boyu həbslər həyata keçirib. Məlumata görə, ən azı 500 nəfər həbs edilib. «KƏLAMİNFO» bu barədə «Röyters»ə istinadən məlumat yayıb. Müstəqil təşkilatların məlumatına görə, Deraa şəhərində ən azı 20 nəfər öldürülüb. Aprelin 25-i gecə şəhərə zirehli texnika və piyada qoşunları yeridilib. Şəhərlə əlaqə tam kəsilib. ABŞ Dövlət Departamenti isə Dəməşqdəki diplomatik korpusunun və onların ailə üzvlərinin köçürülməsi barədə qərar qəbul edib. Eyni zamanda ABŞ vətəndaşlarına bu ölkəyə getməmək tövsiyə olunub.
    26.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  95 96 97 98 99 100 101 102 103  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30