Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 94 95 96 97 98 99 100 101 102 » #
    Qəddafi oğlunun dəfninə gəlmədi
    Liviya lideri Müəmmar Qəddafi mayın 1-də öldürülən kiçik oğlu Seyf əl-Ərəb Qəddafinin dəfn mərasiminə gəlməyib. «KƏLAMİNFO»nun «Reuters»ə istinadən yaydığı məlumatda göstərilib ki, Cəmahiriyyə liderinin yerinə onun böyük oğlu Seyf əl-İslam Qəddafi gəlib. İki minə yaxın insanın iştirak etdiyi mərasimə o, qara bədəvi paltarında gəlib. Qəbiristanlıqda yığışan insanlar Qəddafinin lehinə şüarlar səsləndiriblər. Diktatorun oğlu ilə yanaşı, onun üç nəvəsini də dəfn ediblər. Onlar Qəddafinin oğlu Hannibal, Məhəmməd və Aişənin uşaqlarıdır.
    04.05.11 Məqaləni oxumaq
     
    Medvedyev terrorizmə qarşı mübarizə qanununa dəyişiklikləri təsdiqləyib
    Rusiya prezidenti Dmitri Medvedyev «Terrorizmə qarşı mübarizə» haqqında qanuna dəyişiklikləri təsdiq edib. Düzəlişə görə, ölkədə terror təhlükəsi barədə üç səviyyəli sistem həyata keçiriləcək. Prezidentin mətbuat xidmətinin yaydığı xəbərə görə, ən yüksək hədd - göy, yüksək - sarı, kritik hədd isə qırmızı olacaq. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, yüksək hədd terror aktının yeri və vaxtı müəyyən edildikdə, eləcə də o baş verdikdə həyata keçirilir. Dövlət Duması qanuna dəyişikliyi aprelin 22-də, Federasiya Şurası isə aprelin 27-də təsdiqləyib.
    03.05.11 Məqaləni oxumaq
     
    BMT bin Ladenin öldürülməsindən məmnundur
    BMT Təhlükəsizlik Şurası «Əl-Qaidə» lideri Üsəma bin Ladenin öldürülməsindən məmnunluq ifadə edən bəyanat verib. «KƏLAMİNFO» «Lenta. ru»ya istinadən xəbər verir ki, bəyanatda «bir nömrəli terrorçu»nun öldürülməsi terrorizmlə mübarizədə köklü dəyişiklik kimi qələmə verilib. Eyni zamanda, dövlətlərdən terror aktlarının qarşısını almaq üçün ayıq-sayıq olmaq istənilib. Qeyd edək ki, TŞ-nin iclasında baş katib Pan Qi Mun da iştirak edib.
    03.05.11 Məqaləni oxumaq
     
    Obamadan sürpriz ziyarət
    Obama əkiz qüllələrin dağıdıldığı yerə - "Ground Zero"ya gedəcək. “KƏLAMİNFO” “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu qərarı ABŞ prezidenti Barak Obama “Əl Qaidə” lideri bin Ladenin öldürülməsindən sonra verib və mayın 5-də Nyu-Yorka gedəcək. Ağ evdən verilən məlumata görə, prezident Obama 11 sentyabr terror hadisələrində yaxınlarını itirən insanlarla da görüşəcək. Qeyd edək ki, dünən Barak Obama Ağ evdə Konqresin demokrat və respublikaçı liderlərinə axşam yeməyi verib.
    03.05.11 Məqaləni oxumaq
     
    ABŞ Pakistan hökumətini məlumatlandırmayıb
    Birləşmiş Ştatlar «Əl-Qaidə» lideri Üsəma bin Ladenin öldürülməsi üzrə əməliyyatla bağlı Pakistan hökumətini məlumatlandırmayıb. ABŞ təyyarələri yalnız missiyalarını başa çatdırıb Pakistanın hava məkanını tərk edib gedəndən sonra İslamabada əməliyyat barədə məlumat veriblər. «KƏLAMİNFO» “Agence France-Press”ə istinadən yaydığı xəbərdə göstərib ki, bunu ABŞ prezidentinin terrorla mübarizə üzrə müşaviri Con Brennan keçirdiyi mətbuat konfransında bəyan edib. Brennan istisna etmir ki, «bir nömrəli terrorçu»ya Pakistan hökumətinin rəsmi qaydada dəstəyi olub. O, bununla bağlı təhqiqat apardıqlarını da deyib. «Belə olmasaydı, o, uzun müddət burada qala bilməzdi» - deyə Brennan əlavə edib. ABŞ prezidentinin müşaviri onu da deyib ki, Laden qorunmaq üçün arvadlarından birindən canlı qalxan kimi istifadə edib.
    03.05.11 Məqaləni oxumaq
     
    ABŞ Dövlət Departamenti amerikalıları diqqətli olmağa çağırıb
    ABŞ Dövlət Departamenti ölkə xaricində yaşayan bütün vətəndaşlara xəbərdarlıq edib. “KƏLAMİNFO” “CNNTürk”ə istinadən xəbər verir ki, ABŞ-ın bütün səfirliklərinə xəbərdarlıq edən Dövlət Departamenti “Əl-Qaidə” terror təşkilatının lideri Üsəma bin Ladenin öldürülməsi ilə bağlı olaraq vətəndaşları terror təşkilatının hücumlarına qarşı ehtiyatlı və diqqətli olmağa çağırıb. Xəbərdarlıqda ölkə xaricində yaşayan və səyahətdə olan Amerika vətəndaşlarından izdihamlı yerlərdən uzaq durmaq tapşırılıb.
    02.05.11 Məqaləni oxumaq
     
    Mahmud Əhmədinejat: “ Xamneyi ilə ata-oğul kimiyik”
    İranın düşmənləri Xomneyi ilə mənim ata-oğul kimi olduğumuzu başa düşmürlər. “KƏLAMİNFO” Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Mahmud Əhmədinejat bir həftəlik susqunluqdan sonra Nazirlər Kabinetinin toplantısında deyib. Onun sözlərinə görə, İranın istihbarat nazirinin istefasıyla bağlı ali dini lider Ayətullah Əli Xomneyi ilə münasibətlərinin pozulması iddiası yalandır.
    02.05.11 Məqaləni oxumaq
     
    Abdulla Gül: “Bin Ladenin ölümünü böyük məmnuniyyətlə qarşılayıram”
    “Bin Ladenin ölümünü böyük məmnuniyyətlə qarşılayıram”. “KƏLAMİNFO” “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Avstriyaya səfər edərkən hava limanında Türkiyə prezidenti Abdulla Gül deyib. Onun sözlərinə görə, bu bir daha göstərir ki, terrorçular və terror təşkilatlarının başçıları əvvəl-axır ələ keçirilir. “Dünyanın ən təhlükəli və təcrübəli terror təşkilatı rəhbərinin bu cür öldürülməsi hər kəsə ibrət dərsi olmalıdır” - deyə Gül qeyd edib.
    02.05.11 Məqaləni oxumaq
     
    Bin Ladenin 6 uşağı və 2 arvadı saxlanılıb
    Pakistanın xüsusi xidmət orqanları «Əl-Qaidə» lideri Üsəma bin Ladenin altı uşağını və iki arvadını saxlayıblar. «KƏLAMİNFO» «Sinxua»ya istinadən xəbər verir ki, onlar İslamabad yaxınlığındakı dağlıq ərazidə həbs ediliblər. Konkret olaraq kimin həbs edildiyi açıqlanmır. Ladenin nə az, nə çox, düz 19 uşağı var. Mayın 1-də öldürülən «bir nömrəli terrorçu» artıq dənizdə dəfn edilib. Bu barədə Amerikanın «CNN» və «NBC» kanalları adları açıqlamayan amerikalı məmurlara istinadən məlumat yayıblar. ABŞ hakimiyyət nümayəndələri qeyd ediblər ki, bu addım həmin yerin sonradan onun tərəfdarlarının ziyarət yerinə çevrilməməsi üçün atılıb. Maraqlıdır ki, KİV Ladenin başından güllə yarası alaraq öldürüldüyünü də yazıb.
    02.05.11 Məqaləni oxumaq
     
    Köçəryan-Sarkisyan ixtilafı Ermənistanı inqilaba aparır
    Rusiyanın «Moskovski komsomolets» qəzetinə «Miabanutyun» Erməni milli klubunun rəhbəri Smbat Karaxanyanın analitik hesabatı daxil olub. Orada qeyd olunur ki, Robert Köçəryanla indiki prezident arasında siyasi maraqlardan doğan münaqişə mövcuddur. Karaxanyanın məlumatına görə, Köçəryan 2013-cü ildə keçiriləcək prezident seçkilərində «Çiçəklənən Ermənistan»la öz namizədliyini irəli sürməyi müzakirə etmək istəyib. Məlumat üçün deyək ki, bu partiya ötən parlament seçkilərində Köçəryanın təşəbbüsü ilə yaradılıb. Bu isə Prezident Administrasiyasında narahatçılıq yaradıb. Bu səbəbdən hakim koalisiyaya daxil olan bütün partiyalardan Sarksiyana loyallığını göstərən bəyannamə tələb edilib. «KƏLAMİNFO»nun məlumatına görə, «Çiçəklənən Ermənistan»ın rəhbəri Qaqik Çarukyan da çox götür-qoy etdikdən sonra öz loyallığını təsdiq edib. Karaxanyan hesab edir ki, bu addım hakimiyyəti 2012-ci ildə keçiriləcək seçkilərdə siyasi manevr etməkdən məhrum edib. Ekspertin qənaətincə, top hazırda hakimiyyətin sahəsindədir: onlar ya müxalifətlə danışıqlara gedəcək, ya da onları aldatmağa çalışacaqlar. Bu isə Ermənistanı inqilab ssenarisi ilə üzbəüz qoya bilər.
    30.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 94 95 96 97 98 99 100 101 102 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30