Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 93 94 95 96 97 98 99 100 101 » #
    İranın büdcəsi 40 faiz artacaq
    İranın gələnilki büdcəsi 508 milyard dollar olacaq. «KƏLAMİNFO» «İRNA» rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, 2012-ci ilin martından qüvvəyə minəcək büdcə builkindən 40 faiz daha çoxdur. Səbəbi isə neftin qiymətinin qalxması, yanacaq, ərzaq və enerjiyə görə dövlətin bu günə qədər verdiyi subsidiyaların ləğv edilməsiylə bağlıdır. Prezident Mahmud Əhmədinejad ötən ilin dekabrından başlayaraq subsidiyaların azaldılmasıyla bağlı qərar vermişdi. Bu qərardan sonra İranda yanacaq və çörəyin qiyməti kəskin şəkildə qalxıb.
    10.05.11 Məqaləni oxumaq
     
    Liviya Qəddafinin pullarının üsyançılara verilməsi təkliflərini «piratçılıq» adlandırıb
    Liviya hökuməti Müəmmar Qəddafinin “dondurulmuşâ€ť vəsaitlərinin üsyançılara verilməsi barədə təklifləri «piratçılıq» adlandırıb. «KƏLAMİNFO» «Reuters»ə istinadən yaydığı məlumatda bildirir ki, Liviya XİN bunu “açıq dənizdə piratçılığ”a bənzədib. Rəsmi Tripoli Liviya üsyançılarına dəstək fondunun yaradılmasıyla bağlı beynəlxalq əlaqə qrupunun qərarını da ittiham edib. Liviya hökumətinin rəsmisi Musa İbrahim beynəlxalq aləmi liviyalıların fikrini eşitməyə çağırıb və Qəddafinin istefasıyla bağlı çağırışları «əxlaqsızlıq» adlandırıb.
    07.05.11 Məqaləni oxumaq
     
    Obama: “Bin Ladenin cəsədini dənizə atmağımız, cəsədə olan hörmətimizdir”
    Bin Ladenin cəsədini dənizə atmağımız, onun cəsədinə olan hörmətimizdir”. “KƏLAMİNFO” CNNTürkə istinadən xəbər verir ki, bu sözləri CBS telekanalında bazar günü yayımlanacaq “60 dəqiqə” proqramına qonaq olan ABŞ prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, 11 sentyabr terror hadisələrində 3 min insanı öldürən Bin Ladenə hörmtə etdiyimiz açıq görünür. Obama Bin Ladenin islam qanunlarına əsasən yuyulub, dini mərasim etdikdən sonra dənizə atıldığını da qeyd edib. Obama həmçinin “Əl Qaidə” liderinin dənizdə basdırılmasını təkcə öz qərarı olmadığını, birlikdə belə bir qərar verdiklərini açıqlayıb. “Biz cəsədi nə edəcəyimiz mövzusunda əvvəlcədən ətraflı düşünmənin tərəfdarıydıq”,-deyə Obama əlavə edib. Qeyd edək ki, ABŞ prezidentinin qonaq olduğu “60 dəqiqə” proqramı bazar günü CBS kanalında yayımlanacaq.
    06.05.11 Məqaləni oxumaq
     
    Ermənistan əhalisinin sayı 2 milyondan da azdır
    Ermənistan əhalisinin sayı 2 milyondan da azdır. «KƏLAMİNFO» «Qrarapak» qəzetinə istinadən məlumat verir ki, bu göstəricini Ermənistandakı Avropa ölkələrindən birinin səfiri göstərib. Bu günlərdə səfir Yerevanda içərilərində erməni mənşəli soydaşları olan öz həmvətənləri ilə görüşüb. Görüş zamanı diplomatdan Ermənistanla bağlı təəssüratlarının necə olduğu soruşulub. Əsas etibarilə onları Ermənistandan miqrasiyanın olub-olmadığı maraqlandırıb. Diplomatın sözlərinə görə, rəsmi məlumatlara baxmayaraq, ölkə əhalisinin sayı 2 milyonda azdır. Özü də diplomat hər bir vilayət barədə ayrıca məlumata malik olduğunu da deyib.
    06.05.11 Məqaləni oxumaq
     
    Ordu Neapol küçələrində zibil təmizləyəcək
    İtaliyanın baş naziri Silvio Berluskoni ordunu Neapol küçələrini zibildən təmizləmə işlərinə cəlb edib. «KƏLAMİNFO» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, 170 hərbçi mayın 9-dan başlayaraq Neapol küçələrini təmizləməyə başlayacaq. Artıq 15 ildir ki, Neapolda zibillə bağlı məsələ mürəkkəbliyini saxlayır. Buna səbəb isə zibil qutuları üçün yerlərin azlığıdır. 2008-ci ildə Berluskoni zibil problemi ilə məşğul olmaq istəsə də, problem həllini tapmadı. Baş nazirin sözlərinə görə, yerli hakimiyyət orqanları zibil yandıran zavodların tikintisi ilə bağlı tenderi keçirə bilməyib. İlkin məlumatlara görə, şəhər küçələrində 3500 ton zibil yığılıb qalıb ki, onların da yarısı şəhərin mərkəzindədir. Versiyalardan birinə görə, zibillə bağlı məsələnin həllinin tapmamasında yerli mafiya günahkardır. Belə ki, onlar zibillərin utilizasiyasından xeyli mənfəət götürürlər.
    06.05.11 Məqaləni oxumaq
     
    Bin Laden 11 sentyabrın ildönümünə hazırlaşırmış
    Üsama bin Ladenin gizləndiyi evdən əldə edilən kəşfiyyat məlumatları göstərib ki, 11 sentyabrda həyata keçirilən terror aktlarının onuncu ildönümündə «Əl-Qaidə» ABŞ-da yeni terror hücumları planlaşdırırmış. «KƏLAMİNFO» «Newsru.com»a istinadən xəbər verir ki, planların detalları haqqında hələlik məlumat verilmir. Buna baxmayaraq, dəmiryol və qatarların hədəfə alındığı qeyd edilib.
    06.05.11 Məqaləni oxumaq
     
    Fransa 14 liviyalı diplomatı ölkədən çıxarır
    Fransa Müəmmar Qəddafiyə sadiqlik nümayiş etdirən 14 liviyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. «KƏLAMİNFO» «Associated Press»ə istinadən xəbər verir ki, diplomatlar 48 saat ərzində ölkəni tərk etməlidirlər. Söhbət bir ay bundan öncə qapadılan səfirliyin işçilərindən gedir. Qeyd edək ki, Fransa Liviyaya qarşı aparılan hərbi əməliyyatların fəal iştirakçısıdır. Ötən gün London da iki liviyalı diplomatın çıxarılması barədə qərar qəbul edib.
    06.05.11 Məqaləni oxumaq
     
    Ekspert: “İranı Urmiya bəyannaməsi kimi sənədlər xilas etməyəcək”
    “Son illər mütəmadi olaraq Qərbi ikili standartlarda ittiham edən İran prezidenti Mahmud Əhmədinejat özü ölkə daxili, eləcə də regionda ikili standartlarla hərəkət edir”. Bu barədə “KƏLAMİNFO” müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert deyib ki, ilk olaraq rəsmi Tehran başqalarına rəva bildiyini İranda yaşayan digər xalqlara, xüsusilə də azərbaycanlılara rəva bilmir, öz konstitusiyasına ziddi gedərək daxili siyasətdə ikili standartlara meyllənir. “Misir və Tunisdə baş verən inqilablar nəticəsində müxalifət liderləri siyasi fəaliyyətə geri döndülərsə, İranda əksinə müxalifətin iki tanınmış lideri ev həbsinə alınıb. İranın Azərbaycan əyalətlərində son günlər həbs edilənlərin sayı-hesabı yoxdur. Güney azərbaycanlıların günahı odur ki, islahat və milli azlıqların hüquqlarının artırılmasını tələb edirlər.
    06.05.11 Məqaləni oxumaq
     
    Buş Obamanın dəvətini rədd etdi
    Birləşmiş Ştatların 43-cü prezidenti kiçik Corc Buş indiki prezident Barak Obamanın 2001-ci il 11 sentyabr hadisələri zamanı dağılmış Ümumdünya Ticarət Mərkəzinin yerinə gəlmək barədə dəvətini rədd edib. «KƏLAMİNFO» «NBC News»a istinadən xəbər verir ki, sabah Obama «Ground Zero» adlandırılan yeni tikiliyə baş çəkəcək. Burada o, 11 sentyabr hadisələri zamanı həlak olanların ailələri ilə görüşəcək. Telekanalın məlumatına görə, Buş həmin yerin açılışına sentyabr ayında gəlmək niyyətindədir. Sentyabrda hadisələrin 10 ili tamam olur. Nyu-York şəhərinin meri Maykl Blumberq bildirib ki, sentyabrda Barak Obama da ora gələcək.
    05.05.11 Məqaləni oxumaq
     
    Ekspert: “Usəma bin Ladendən sonra ikinci hədəf Müəmmər Qəddafidir”
    “Əgər “Əl-Qaida” lideri Usəma bin Ladenin öldürülübsə, bu o deməkdir ki, onun həqiqətən də mövcud olduğu təsdiqlənir”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Onun fikrincə, dünyanın ən qüdrətli dövlətinin Usama bin Ladeni 15 il təqib edəndən sonra ovlaya bilməsi onu göstərir ki, terrora qarşı mübarizə istiqamətində inkişaf var və belə getsə, növbəti hədəf Müəmmər Qəddafi olacaq. “Amma bin Ladenin öldürülməsi ilə məsələ həll olunmur. Terrorizmi doğuran ictimai, siyasi, iqtisadi səbəblər var. Tarixdən də bəlli - inkaredilməz həqiqətdir ki, bir terrorçu gedir, onun yerinə başqası gəlir. Ona görə də terrorizmi doğuran səbəbləri - ictimai bərabərsizliyi, ədalətsizliyi, qanunsuzluğu aradan qaldırmaq lazımdır. Eyni zamanda artıq reallıqlar tələb edir ki, bu mübarizə uzadılmadan, qurbanlar verilmədən aparılmalıdır”,-deyə ekspert vurğulayıb.
    04.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 93 94 95 96 97 98 99 100 101 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30