Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  92 93 94 95 96 97 98 99 100  #
    Obama FTB-nin direktorunun səlahiyyət müddətinin artırılmasını istəyib
    ABŞ prezidenti Barak Obama Konqresə müraciətlə çıxış edib. O, Federal Təhqiqat Bürosunun direktoru Robert Müllerin səlahiyyət müddətinin daha iki il artırılmasını istəyib. «KƏLAMİNFO» «The New York Times»a istinadən xəbər verir ki, Obama bu təklifini onunla əsaslandırıb ki, «Müller FTB-yə rəhbərlik etdiyi 10 il müddətində büronun rəhbərliyində qızıl standart müəyyən edib». Müllerin səlahiyyət müddəti sentyabrda başa çatır. ABŞ qanunlarına görə, FTB rəhbərini prezident irəli sürür, Senat isə təsdiq edir. O, bu postda 10 ildən artıq qala bilməz.
    14.05.11 Məqaləni oxumaq
     
    “Müsəlman qardaşları”nın rəhbərlərindən biri prezident seçkilərinə qoşulur
    Misirdə fəaliyyət göstərən «Müsəlman qardaşları» hərəkatının rəhbərlərindən biri Əbdül Moneim Abul Fotuh prezident seçkilərində iştirak etmək istədiyini açıqlayıb. «KƏLAMİNFO» «The Wall Street Journal»a istinadən bildirir ki, Fotuhun bu addımı hərəkatın rəsmi siyasəti ilə daban-dabana ziddir. Çünki hərəkat seçkilərdə iştirak etmək istəmədiyini bəyan edib. Təşkilat bu səbəbdən də onu öz sıralarından uzaqlaşdırmağa hazırlaşır. Təşkilatın rəhbər postlarında 1987-ci ildən təmsil olunan bu şəxs 1996-2001-ci illərdə öz baxışlarına görə həbsdə yatıb.
    13.05.11 Məqaləni oxumaq
     
    Obamanın rəqibi peyda oldu
    ABŞ-da Nümayəndələr Palatasının keçmiş rəhbəri respublikaçı Nyut Qinqris elan edib ki, 2012-ci ildə keçirilən prezident seçkilərinə qoşulacaq. O, bu barədə sosial şəbəkə saytlarında bildirib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, 67 yaşlı Qinqris respublikaçıların ən yaxşı namizədi kimi tanınır. Digər respublikaçı namizədlərin arasında Massacusetsin keçmiş qubernatoru Mitt Romni, Alyaska qubernatoru Sara Pelin və multimilyarder Donald Tramp da var. 1994-cü ildə Qinqris Nümayəndələr Palatasına seçkilərdə partiyanın majoritar siyahısına liderlik edib, dörd il Palatanın spikeri olub. O, 1999-cu ildə etik şikayətlərlə üzləşdiyindən istefaya gedib.
    13.05.11 Məqaləni oxumaq
     
    ABŞ Bin Ladenin plan dəftərini ələ keçirib
    ABŞ Bin Ladenin terror əməliyyatı üçün tutduğu plan dəftərini ələ keçirib. “KƏLAMİNFO” Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, dəftərdə “Əl-Qaidə” liderinin illərlə planladığı müxtəlif əməliyyatlar yer alıb. Dəftərdə həmçinin “Əl-Qaidə”nin gələcək planları da açıqlanıb. Ələ keçirilən məlumatlar arasında 100-ə yaxın yaddaş kartı və 5 kompüter var.
    12.05.11 Məqaləni oxumaq
     
    Plagiatlıqda günahlandırılan Avropa Parlamenti sədrinin müavini istefa verdi
    Plagiatlıqda günahlandırılan Avropa Parlamenti sədrinin müavini Silvana Kox-Merin bəyan edib ki, tutduğu bütün siyasi postları tərk edir. Almaniya Azad Demokrat Partiyasının İdarə Heyətinin üzvü olan xanım bunu yazılı müraciətində göstərib. Beləliklə, o, Avropa Parlamentinin sədr müavini və partiyasının Avropa Parlamentində təmsilçisi vəzifələrindən getməli olub. Kox-Merin bu addımı atmaqla plagiatlıqda ittiham olunduğu barədə diskussiyalardan ailəsinin uzaq olmasına çalışdığını deyib. «KƏLAMİNFO» «Deutsche Welle»yə istinadən xəbər verir ki, deputat xanım Heydelberq universitetində müdafiə etdiyi namizədlik dissertasiyasının bir sıra yerlərini köçürüb.
    12.05.11 Məqaləni oxumaq
     
    PKK Ərdoğana hücumu öz üzərinə götürüb
    PKK kürd terror təşkilatı baş nazir Rəcəb Tayyib Ərdoğanın konvoyuna edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Təşkilatın yaydığı bəyanatda bildirilib ki, hücum yalnız polisə qarşı yönəlib. «Bu, mülki şəxslərə və yaxud baş nazirə qarşı hücum deyildi» - deyə terrorçuların bəyanatında vurğulanıb. «KƏLAMİNFO» «Firat» agentliyinə istinadən xəbər verir ki, terrorçular hakimiyyəti konstruktiv danışıqlara getməyəcəyi təqdirdə gələn ay, daha dəqiq desək, seçkilərdən sonra «böyük müharibə» ilə hədələyiblər. Öz növbəsində PKK-nın lideri Abdulla Öcalan bildirib ki, rəsmi Ankara altı həftə ərzində kürdlərlə danışıqlara getməsə, «bütün cəhənnəm azadlığa çıxacaq». «15 iyun son müddətdir. Ya həmin tarixdən sonra danışıqlarla bağlı irəliləyiş əldə olunacaq, ya da böyük müharibə başlayacaq» - deyə PKK lideri vəkilləri vasitəsilə bəyan edib.
    12.05.11 Məqaləni oxumaq
     
    Obama Ladenin şəkillərini senatorlara göstərməyə razıdır
    Amerika administrasiyası əvvəlkitək Üsəma bin Ladenin ölüm fotolarını dərc etmək niyyətində deyil. “KƏLAMİNFO” “Newsru.com”a istinadən xəbər verir ki, prezident Barak Obama şəkilləri senatorlara göstərməyə hazır olduğunu bildirib. Senatın daxili təhlükəsizlik üzrə komitəsinin sədri Co Liberman bu təklifə razılıq verənlər sırasında olub. Əvvəl isə o, Ladenin ölüm şəkillərinin kütləvi dərcinin tərəfdarı kimi çıxış edirdi.
    11.05.11 Məqaləni oxumaq
     
    NATO qüvvələri Tripoliyə növbəti zərbə endiriblər
    Bu gün NATO komandanlığı altında olan koalisiya qüvvələrinin təyyarələri Tripoliyə növbəti zərbə endiriblər. «KƏLAMİNFO» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, bu bombardmanlar son üç gündə ən irimiqyaslı olub. Şəhər üzərinə edilən hücumlarda əsas hədəflər sırasında Liviya lideri Müəmmar Qəddafinin iqamətgahıdır. Hücum zamanı hərbi xarakterli olmayan bir neçə binaya ciddi zərər dəyib. Əcnəbi jurnalistlərin qaldığı otelin şüşələri sınıb, «Əl-Cəzirə»nin mərkəzi binası zərər çəkib. Rəsmi nümayəndələr əsasən inzibati binaların hücuma məruz qaldığını bildiriblər. Bombardman nəticəsində dörd uşaq yaralanıb.
    11.05.11 Məqaləni oxumaq
     
    Obamadan xüsusi tapşırıq
    ABŞ prezidenti Barak Obama Üsəma bin Ladeni aradan götürmüş qrupu Pakistan hərbçiləri və polisləri ilə mümkün döyüşlərə hazır olmağa çağırıb. “KƏLAMİNFO” “The New York Times”a istinadən xəbər verir ki, ABŞ Ladeni məhv etməklə ona qarşı loyal Pakistanla münaqişəyə girmək riskini artırmış olub. Əvvəl də qeyd edilirdi ki, ABŞ Ladeni aradan götürmək planı ilə rəsmi İslamabadı məlumatlandırmayıb. ABŞ xüsusi xidmət orqanlarındakı mənbə bildirib ki, xüsusi təyinatlıların Pakistan hərbçilərinə hücum etmək səlahiyyətləri də olub.
    10.05.11 Məqaləni oxumaq
     
    “Facebook”un qurucusu kirayədən canını qurtardı
    Dünyanın ən məşhur sosial şəbəkəsi -“Facebook”un qurucusu, eləcə də ən gənc milyarder Mark Sukerberqlə bağlı maraqlı bir xəbər yayılıb. «KƏLAMİNFO» «runyweb.com»a istinadən məlumat verir ki, 13,5 mlrd. dolların sahibi nəhayət ki, kirayədə qaldığı evdən çıxıb. Onun yeni aldığı ev Kaliforniyada yerləşir. Sosial şəbəkənin sahibi bunun üçün 7 milyon dollar sərf edib. Binanın əsası 1903-cü ildə qoyulub. Sukerberqin 525 kvadratmetrlik mülkündən iş yerinə getməyə o qədər də vaxt sərf etməyəcək. Belə ki, “Facebook”un “Menlo Park”da olan yeni ofisi ilə ev arasında məsafə 10 dəqiqədir. Maraqlıdır ki, Sukerberq sutkanın 16 saatını “Facebook”un ofisində keçirdiyi üçün ev məsələsinə çox da əhəmiyyət vermədiyini demişdi.
    10.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  92 93 94 95 96 97 98 99 100  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30