Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  91 92 93 94 95 96 97 98 99  #
    Müsəlmanlar Obamaya inanmır
    ABŞ prezidenti Barak Obamanın müsəlman ölkələrində nüfuzu aşağı düşüb. “KƏLAMİNFO” Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, ABŞ-da sorğu mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Obamanın uşaqlığını keçirdiyi müsəlmanların ən sıx yaşadığı İndoneziyada belə ona münasibət birmənalı deyil. 2010-cu ildə ABŞ-ın nüfuzu burda 59% idisə, 2011-ci ildə bu 54%-ə düşüb. ABŞ prezidentinin Şimali Afrika və Yaxın Şərqdəki demokratik vəziyyətlə bağlı açıqlamasına günlər qalmış nəticələrin bu cür olması Obamaya olan inamın azalmasına sübut göstərilir. Türkiyədə isə sorğu iştirakçılarının 17%-i, Pakistanda isə əhalinin 11%-i ABŞ prezidentinə etibar edir.
    19.05.11 Məqaləni oxumaq
     
    Fransa sakinləri BVF rəhbərinin qəsdin qurbanı olduğunu düşünür
    Fransa sakinlərinin böyük əksəriyyəti hesab edir ki, ABŞ-da seksual zorakılıq ittihamı üzrə ittiham olunaraq həbs edilən Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Stross-Kan əvvəlcədən planlaşdırılan qəsdin qurbanı olub. «KƏLAMİNFO» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, bu fikirlə fransızların 57 faizi bölüşür. 37 faiz hesab edir ki, BVF rəhbərini qəsd qurbanı hesab etmirlər. Agentlik bu qənaətə Fransanın CSA sorğu institutunun apardığı araşdırmadan sonra gəlib. Sosialistlər Partiyasında ən populyar siyasətçi olan Kanın qəsd qurbanı olduğunu partiyadaşları da hesab edir. Respondentlərin 70 faizi bu qənaətdə olduğunu bildirib, 23 faiz isə Kana qarşı qəsd olmadığını qənaətindədir.
    18.05.11 Məqaləni oxumaq
     
    Türkmənistan prezidenti amnistiya elan edib
    Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov türkmən şairi Məxtimqulunun şərəfinə keçirilən bayram ərəfəsində məhbuslar üçün amnistiya elan edib. «KƏLAMİNFO» «Xronika Türkmenistana» saytına istinadən xəbər verir ki, bu amnistiyanın həbsxanadakı məhbusların neçəsinə şamil olunacağı açıqlanmır.
    18.05.11 Məqaləni oxumaq
     
    Klinton İranı nüvə danışıqlarının bərpasına çağırıb
    ABŞ dövlət katibi Hillari Klinton İranı mövqeyindən əl çəkib, nüvə danışıqlarının bərpasına çağırıb. «KƏLAMİNFO» «Qolos Amerika»ya istinadən xəbər verir ki, Klinton vurğulayıb ki, nüvə ambisiyalarına dair beynəlxalq ictimaiyyətin narahatlıqlarına cavab vermək İranın borcudur. Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Ketrin Aşton Klintonla görüşündə danışıqların yeni raundunu görmək arzusunda olduğunu bildirib. Keçən həftə İranın Aİ-də aparılan danışıqlara məsul əməkdaşı Səid Cəlili İranın altı fövqəldövlətin nümayəndələri ilə danışıqlara hazır olduğunu demişdi. Cəlilinin təklifi Aştonun Britaniya, Çin, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və ABŞ adından İrana ünvanladığı məktuba cavab idi.
    18.05.11 Məqaləni oxumaq
     
    Çin Məscidinin Çin Xalq Respublikası ilə heç bir əlaqəsi yoxdur
    “Cari il “Turizm ili” elan olunduğuna görə, İçəri şəhərdə daha çox ekspozisiyaların təşkil olunması, turizm infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır və bu ölkəyə gələn turistlərin öz asudə vaxtlarını daha çox burada keçirməyə səbəb olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçəri şəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyev bildirib. İçəri şəhərdə bir sıra kiçik tarixi məscidlərin olduğunu bildirən və onların da bərpa olunacağını deyən qoruq səlahiyyətlisi “Çin Məscidi”nin tarixinə də diqqət çəkib. “1375-ci ildə Fəzullah İmam Osman Şirvani oğlunun vəsiyyəti ilə inşa olunan Çin Məscidi vaxtilə məhəlli xarakter daşıyıb və bu gün dəstəmazxanası və minarəsi olmadığından məscid kimi istifadə edilmir. Abidənin adındakı çin sözünün isə Çin Respublikası ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, bura gələn insanların arzu və diləklərinin çin olması ilə bağlıdır” - deyə S.Nuriyev vurğulayıb.
    18.05.11 Məqaləni oxumaq
     
    Sarkisyanın qardaşı jurnalistə hücum edib
    Ermənistan parlamentində jurnalistlər üçün işləmək getdikcə çətinləşir. Buna səbəb bir sıra deputatların hərəkətləridir. Erməni xəbər agentliklərinin məlumatına görə, prezident Serj Sarkisyanın qardaşı, parlamentin deputatı Saşik Sarkisyan «Qraparaq» qəzetinin əməkdaşı Marine Xaratyana hücum edib. Onun özünü tam şəkildə cəzasız hiss etdiyini qeyd edən qəzetin əməkdaşı prezidentin qardaşını parlamentdə gördükdə ondan parlament seçkilərində iştirak edib-etməyəcəyini soruşub. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, o isə bunun cavabında diktofonu söndürüb nə ixtiyarla ona sual verdiyini soruşub. Bundan sonra isə deputat təhqir və söyüşlərə keçib. Jurnalist onu sakitliyə çağıranda isə Saşik ona hücum etmək istəyib. İşə parlamentin mühafizə xidməti qarışıb. Jurnalist prezidentin qardaşının onu hansı söyüşlərlə söydüyünü əks etdirən stenoqramı prezident dəftərxanasına göndərəcəyini bildirib. Stenoqramda Saşikin xanım jurnalistə «it» deməsi əks olunub.
    18.05.11 Məqaləni oxumaq
     
    Mübarəkin xanımı pullarını və mülkiyyətini dövlətə verib
    Misirin sabiq prezidenti Hüsnü Mübarəkin xanımı Syuzanna öz pullarını və mülkiyyətini dövlətin xeyrinə köçürüb. «KƏLAMİNFO» «Reuters»ə istinadən xəbər verir ki, Syuzanna Qahirədəki villasından imtina edib. Onun qiyməti isə 3,4 milyon dollardır. Eks-prezidentin xanımı əmlakını onun adından çıxarılmasını əks etdirən sənədlərə qol çəkib. 70 yaşlı eks-birinci xanım ötən həftənin sonu keçirilən dindirilmə zamanı ürək tutması yaşayıb və hazırda o, xəstəxanadadır. Məlumatlara görə, Syuzanna əmlakını dövlətin xeyrinə verməklə istintaqdan qurtulmaq istəyir. Hökumətdəki mənbənin verdiyi məlumata görə, hələ ki, iş bağlanmayıb. Lakin istisna deyil ki, bütün işlər yaxın vaxtlarda həllini tapsın.
    17.05.11 Məqaləni oxumaq
     
    Qəddafinin kəşfiyyat xidmətinin binası bombalanıb
    NATO qüvvələri Liviya lideri Müəmmar Qəddafinin hərbi obyektlərinə zərbələr endirməkdə davam edirlər. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu gün NATO qüvvələri Tripolidə Qəddafinin kəşfiyyat xidmətinin binasını bombalayıblar. Nəticədə ordunun yüksək rütbəli zabiti həlak olub. Həlak olan polkovnik Milad Hüseyn əl-Fikoi kəşfiyyat xidmətinin zabiti olub. O, çox vaxt həm də Liviya ordusunun mətbuat katibi rolunda çıxış edirdi. «O, əz-Ziviya şəhərində törədilən cinayətlərə görə məsuliyyət daşıyır» - deyə Liviya üsyançılarının nümayəndəsi Xaled Varfali bildirib.
    17.05.11 Məqaləni oxumaq
     
    Әrdoğan Suriyada mәzhәb qarşıdurmasının baş verә bilәcәyindәn narahatdır
    Türkiyənin baş naziri Rәcәb Tayyıb Әrdoğan Suriyada mәzhәb qarşıdurmasının baş verә bilәcәyindәn narahat olduğunu bildirib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, baş nazir Rizә şәhәrindә jurnalistlәrin gündәm ilә bağlı suallarına cavab olaraq deyib ki, Suriya demәk olar ki Türkiyә üçün bir siyasәt mövzusudur. Çünki bu ölkәnin mövqeyi Liviyaya bәnzәmir. Suriya ilә Türkiyә arasında 850 kilometr sәrhәd mәntәqәsi var: «Bu ölkә ilә Türkiyә arasında yaxın tәrәfdaşlıq әlaqәlәri mövcuddur. Buna görә Suriyanın hazırkı vәziyyәtdәn dәrhal xilas olmasını arzulayıram».
    16.05.11 Məqaləni oxumaq
     
    Əhmədinejad mənəvi rəhbərinin kəskin tənqid hədəfi oldu
    İran prezidenti Mahmud Əhmədinejadın mənəvi rəhbəri hesab edilən ayətullah Məhəmməd Təki Mesba Yəzdi prezidenti kəskin tənqid edib. «KƏLAMİNFO» Qərb informasiya agentliklərinə istinadən xəbər verir ki, o, prezidentin hərəkətlərini məntiqsizlik adlandırıb. Ayətulla Məhəmməd Təki Mesba Yəzdi müsahibələrindən birində bildirib ki, prezident öz dostlarını düşmənlərinə çevirir. Onun sözlərinə görə, prezident əvvəllər administrasiyanın rəhbəri vəzifəsində çalışmış İsfəndiyar Rəhim Maşeyinin təsiri altındadır. Əhmədinejadın onu 2013-cü il seçkilərində prezident vəzifəsinə irəli sürmək istədiyi bildirilir. Müşahidəçilər Yəzdinin bəyanatını prezidentin mövqeyinin zəifləməsi ilə izah edirlər.
    16.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  91 92 93 94 95 96 97 98 99  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30