Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 90 91 92 93 94 95 96 97 98 » #
    Obama tarixi səhv saldı
    ABŞ prezidenti Barak Obama İngiltərədə maraqlı bir kuriozla qarşılaşıb. «KƏLAMİNFO» «Türkiyə» qəzetinə istinadən xəbər verir ki, Obama Vest Minister Abbi Kilsəsində ziyarətçilər dəftərinə səhvən 2008-ci il yazması ilə yanlış tarixə imza atıb. Bu məsələ artıq İngiltərədə günün mövzusuna çevrilib.
    26.05.11 Məqaləni oxumaq
     
    İstanbulda bomba partladılıb: yaralılar var
    İstanbulda güclü partlayış baş verib. “KƏLAMİNFO” “Doğan” Xəbər Agentliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Etilər rayonu ərazisində yerləşən Koç Körpüsünün altındakı avtobus dayanacağının yanında olub. İlkin ehtimala görə, həmin əraziyə səs bombası qoyulub. Hadisədə 1-i ağır olmaqla 8 nəfər yaralanıb. Hazırda hadisə yerinə təcili tibbi yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralıların artacağı bildirilir.
    26.05.11 Məqaləni oxumaq
     
    Mahmud Əhmədinejad: «ABŞ şəxsi maraqlarının xilas olunması planı hazırlayır»
    «ABŞ İsrailin və özünün şəxsi maraqlarının xilas olunması planı hazırlayır». «KƏLAMİNFO»nun məlumatına görə, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad «PressTV»yə müsahibəsində bildirib. Abadan şəhərində qaz emalı zavodunun açılış mərasimində çıxış edən prezident Vaşinqtonu kəskin şəkildə ittiham edib. Onun sözlərinə görə, ABŞ-ın sxemi onun maraqlarına xidmət edən sionist rejimin (İsrailin) qorunub saxlanılmasına yönəlib. «Bütün dünyanın əsas düşmənləri - ABŞ, onun müttəfiqləri və sionist rejimdir. Bütün dünya ölkələri ayıq-sayıq olmalıdır» - deyə Əhmədinejad əlavə edib.
    26.05.11 Məqaləni oxumaq
     
    Bin Ladenin bir videosu da yayımlanacaq
    “Əl-Qaidə” terror təşkilatının lideri Usamə Bin Ladenin daha bir videosu yayımlanacaq. “KƏLAMİNFO” Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, amerikalı nümayəndələr Bin Ladenin bir videosunun yayımlanacağı barədə xəbərdardırlar. Bu arada “Nyu-Yok Times” qəzeti yazıb ki, Bin Laden ölümündən sonra yayımlanmaq üçün tərəfdaşlarına belə bir kaset verib. Kasetin Bin Ladenin ölümündən bir neçə gün əvvəl çəkildiyi qeyd olunur.
    25.05.11 Məqaləni oxumaq
     
    Obama Londona vaxtından əvvəl gəlib
    ABŞ prezidenti Barak Obama xanımı ilə Londona vaxtından əvvəl gəlib. Onlar İslandiyada püskürən vulkanın yarada biləcəyi maneələrdən ehtiyatlanıblar. «KƏLAMİNFO» «Newsru.com»a istinadən xəbər verir ki, ABŞ prezidenti Britaniyaya bu gün, mayın 24-də gəlməli idi. Amma proqnozlara görə, vulkanın püskürməsi nəticəsində kül Britaniya hava məkanına daxil ola bilər ki, bu da təyyarə uçuşlarına maneə yarada bilərdi. Qeyd edək ki, Obama Avropa turnesinə mayın 23-də başlayıb. O, əvvəlcə İrlandiyaya gəlib. Britaniyada iki gün kral sarayında qalacaq, sonra isə Fransaya uçub “Böyük Səkkizliy”in sammitində iştirak edəcək. Onun səfəri Polşada başa çatacaq.
    24.05.11 Məqaləni oxumaq
     
    "Taliban" hərəkatının lideri Molla Ömər öldürülüb
    "Taliban" hərəkatının lideri Molla Ömər Pakistanda öldürülüb.
    “KƏLAMİNFO” xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Əfqanıstanın "Tolo" televiziyasına istinadən xəbər yayıb.
    Molla Ömərin öldürülməsinin detalları barədə məlumat verilmir.
    24.05.11 Məqaləni oxumaq
     
    Qəddafi yenidən Liviya televiziyasında görünüb
    Liviya lideri Müəmmar Qəddafinin yeni görüntüləri yayılıb. “KƏLAMİNFO” “Xəbərtürk”ə istinadən məlumat verir ki, dünən axşam Liviya televiziyası Qəddafinin görüntülərini yayımlayıb. Görüntülərdə qara geyimdə olan Qəddafinin gözündə gün eynəyi olub. Kadrda Qəddafi şəxsi təmsilçisi olan Əhməd Əl-Şərif ilə söhbət edib.
    21.05.11 Məqaləni oxumaq
     
    Türkiyədə 5.9 bal gücündə zəlzələ: 3 ölü
    Türkiyənin Kütahya vilayətində 5.9 bal gücündə zəlzələ baş verib. “KƏLAMİNFO” “CNNTürk”ə istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində 3 nəfər ölüb, 79 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Kütahya valisi bildirib ki, gecəki zəlzələdən sonra şəhərdə 450 kiçik yeraltı təkanlar hiss olunub. ”Dövlətimiz güclüdür, baş nazir və nazir müavininin əmrilə bütün xilasetmə tədbirləri həyata keçirilir. Hadisə yeri daima nəzarətimzidədir”,-deyə Kütahya valisi Çiftçi əlavə edib. Yeraltı təkanlar İstanbul, Bursa, Kocaeli, Yalova, Çanaqqala və Tekirdağ vilayətlərində də hiss olunub. Bundan başqa, zəlzələni Ankara, Əskişəhər, İzmir, Dənizli və Manisa sakinləri də hiss edib. Bölgədə 5 mərtəbəli bina uçub, həmçinin iki məscid minarəsi də aşıb. Hadisə yerinə xeyli sayda xilasedicilər və tibbi briqadalar cəlb olunub. Uçqun altında kiminsə qalıb-qalmaması barədə məlumat yoxdur.
    21.05.11 Məqaləni oxumaq
     
    İsraildən “erməni soyqırımı”na dəstək
    Ermənilərin "soyqırım" qətnaməsi İsrail parlamentində qəbul olunub. “KƏLAMİNFO” “Doğan” Xəbər Agentliyinə istinadən xəbər verir ki, İsrail parlamenti 1915-ci il ermənilərin "soyqırım" iddialarına dair məsələni müzakirə edərək tarixdə ilk dəfə qətnamə layihəsini Təhsil komissiyasına göndərib. Ötən gün keçirilən toplantıda solçu partiya “Meretz”dən olan millət vəkili Zahava Galon qətnamə layihəsini dəstəkləyib. “Ermənilərin yaşadığı faciə İsrail dövləti tərəfindən tanınmalıdır, bu hadisəyə görməməzlik etməyə insanlıq adına haqqımız yox”,-deyə israilli millət vəkili bildirib.
    20.05.11 Məqaləni oxumaq
     
    Beynəlxalq Valyuta Fondunun prezidenti istefa verib
    Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti istefa verib. “KƏLAMİNFO” Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, cinsi təcavüzdə günahlandırılan BVF prezidenti Dominik Stross-Kan qurumunu müdafiə etmək zamanı qazanmaq üçün bu addımı atıb. BVF-nin məlumatında Dominik Stross-Kan böyük kədər hissi ilə Direktorlar Şurasına Beynəlxalq Valyuta Fondunun icraçı direktoru postundan istefa ərizəsini təqdim etdiyini yazıb. “Mənə qarşı irəli sürülən bütün ittihamları böyük qətiyyətlə rədd edirəm. Şərəf və ləyaqətlə xidmət göstərdiyim bu təşkilatı qorumaq istəyirəm",-deyə Dominik Stross-Kan istefa məktubunda yazıb.
    19.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 90 91 92 93 94 95 96 97 98 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30