Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  89 90 91 92 93 94 95 96 97  #
    “Facebook” “Google” ilə əməkdaşlıqdan imtina etdi
    “Google” korporasiyasının baş direktoru Arik Şmidt bəyan edib ki, onun kompaniyası “Facebook” sosial şəbəkəsi ilə əməkdaşlıq əlaqəsi yaratmağa cəhd göstərsə də, onların bu istəyi uğursuzluğa düçar olub. Şmidtin sözlərinə görə, kompaniyanın nümayəndələri San-Fransiskoda keçirilən konfrans gedişində görüşüblər. «KƏLAMİNFO»nun «MIGnews.com»a istinadən yaydığı məlumatda göstərib ki, bütün təklif olunan variantlara baxmayaraq, “Facebook” əməkdaşlıqdan imtina edib və «Google»-a özünün məlumat bazası barədə məlumat verməkdən imtina edib: «Biz “Facebook”la əməkdaşlıq üçün əlimizdən gələn hər şeyi etdik. Lakin onlar müqaviləyə bağlamağa hazır deyillər». Baş direktor sövdələşmənin detalları barədə dəqiqləşmə aparmaqdan imtina edib. Şmidt əlavə edib ki, “Google” biznes sahəsində əməkdaşlığa inanır və digər kompaniyaların alınması və yaxud onlarla birləşmək niyyətində deyil.
    01.06.11 Məqaləni oxumaq
     
    Moldovanın keçmiş prezidentinin nəvəsi azərbaycanlı ilə ailə quracaq
    Moldovanın keçmiş prezidenti Vladimir Voroninin nəvəsi Yekaterina azərbaycanlı ilə ailə həyatı qurmağa hazırlaşır. «KƏLAMİNFO»nun «Komsomolskaya pravda»ya istinadən yaydığı məlumatda göstərilib ki, məlumatı Voroninin özü də təsdiqləyib. Lakin o, 20 yaşlı nəvəsi ilə qohum olacaq azərbaycanlının adını açıqlamaq istəməyib. Təsdiq olunmamış məlumatlara görə, toy iyul ayında Bakıda keçiriləcək. Az əvvəl beynəlxalq mətbuat Voroninin nəvəsinin MDB ölkələrindən birinin vətəndaşı ilə ailə həyatı quracağı barədə məlumat yaymışdı. KİV-in yaydığı məlumata görə, Yekaterinanın atasının varidatı 1 mlrd. dollar civarında qiymətləndirilir.
    01.06.11 Məqaləni oxumaq
     
    Mladiç Haaqaya ekstradisiya edilib
    Serbiyanın Ədliyyə Nazirliyi bildirib ki, general Radko Mladiç mayın 31-də axşam Haaqaya ekstradisiya edilib. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, günün əvvəlində Serbiya məhkəməsi Bosniya müharibəsi generalı Radko Mladiçin Haaqa Beynəlxalq Tribunalına ekstradisiyasına qarşı verilən şikayəti təmin etməyib.
    01.06.11 Məqaləni oxumaq
     
    İranın müdafiə naziri qovuldu
    İranın müdafiə naziri Əhməd Vahidi Boliviyadan qovulub. “KƏLAMİNFO” Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, Boliviya müdafiə nazirinin dəvətilə Cənubi Amerikaya səfər edən iranlı nazirdən ölkəni tərk etmək xahiş olunub. Boliviyanın xarici işlər naziri Argentina hökumətindən üzr istəyərək iranlı nazirin tezliklə ölkəni tərk edəcəyini əlavə edib. Buna səbəb 1994-cü ildə Argentinada yəhudi mərkəzinə hücumu iranlı nazirin təşkil etdiyi bildirilir. Xatırladaq ki, həmin hücumda 85 nəfər həlak olub.
    01.06.11 Məqaləni oxumaq
     
    Stepan Safaryan: «Ermənistan-Rusiya münasibətləri elə də strateji əhəmiyyət kəsb etmir»
    «Soçidə Andranik Ohanyanın heykəlinin sökülməsi nümayiş etdirdi ki, Ermənistan-Rusiya münasibətləri çox ciddi şəkildə rekonstruksiyaya ehtiyac duyur». «KƏLAMİNFO»nun məlumatına görə, bunu Ermənistanın «İrs» fraksiyasının rəhbəri Stepan Safaryan «ARMENIA Today»ə müsahibəsində bildirib. Fraksiya rəhbəri abidənin sökülməsi ilə bağlı yaranmış vəziyyəti şərh edərək bildirib ki, bütün problem ondadır ki, Ermənistan-Rusiya münasibətləri elə də strateji əhəmiyyət kəsb etmir. “Əgər münasibətlər həqiqətən də strateji önəm daşıyırdısa, onda biz bu cür problemlərlə üzləşməzdik» - deyə o əlavə edib.
    01.06.11 Məqaləni oxumaq
     
    İran Almaniyanın baş nazirini iki saat göydə saxlayıb
    Almaniya baş naziri Angela Merkel Hindistana səfər edərkən iki saat Türkiyə səmasında qalıb. “KƏLAMİNFO” Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, buna səbəb İranın Angela Merkelin Hindistana İranın ərazisindən keçməsinə icazə verməməsidir. Merkelin sözçüsü Steffen Seibert Twitter hesabında bildirib ki, İran müvəqqəti olaraq icazə verməyib, problem qısa müddətdə aradan qaldırılıb. O həmçinin baş nazirin Hindistana səfərini fövqəladə bir hal kimi qiymətləndirib. Merkellə birgə Hindistana səfər edən “Röyter” agentliyinin müxbiri də İranın öncə icazə verdiyini, sonra isə səfərə maneə törətdiyini bildirib. Qeyd edək ki, Almaniyanın baş nazirinin Hindistana səfəri iki gün olacaq.
    01.06.11 Məqaləni oxumaq
     
    Qəddafi atəşkəsə hazırdır
    NATO növbəti dəfə Liviyanı bombalayıb. «KƏLAMİNFO» Liviya dövlət televiziyasına istinadən xəbər verir ki, NATO hava qüvvələri paytaxt Tripoliyə və Al-Cəfrəyə zərbələr endirib. Cənubi Afrikanın prezidenti Cacob Zuma Afrika Birliyi adından atəşin dayandırılması üçün Tripoliyə gəlib. O, Məmmar Qəddafi ilə görüşüb və deyib ki, Liviya hakimiyyəti NATO hava hücumlarını dayandırdığı təqdirdə Afrika Birliyi tərəfindən dəstəklənən atəşkəsə hazırdır.
    31.05.11 Məqaləni oxumaq
     
    NATO Qəddafinin iqamətgahına zərbələr endirib: Ölən və yaralılar var
    NATO-nun təyyarələri Liviya lideri Qəddafinin iqamətgahına zərbələr endirib. “KƏLAMİNFO” Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Əl-Cəzirə” telekanalının məlumatına görə, Qəddafinin iqamətgahı olan ərazidə beş partlayış qeydə alınıb. Partlayış nəticəsində 3 nəfərin öldüyü, 150 nəfərin isə yaralandığı bildirilir.
    28.05.11 Məqaləni oxumaq
     
    Saakaşvili: «Məqsəd kütləvi qarşıdurma yaratmaq olub»
    Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisidə baş verən son hadisələri şərh edib. «KƏLAMİNFO» «Novosti Qruziya»ya istinadən xəbər verir ki, prezident bildirib ki, müxalifət Gürcüstanın xaricində yazılan ssenari üzrə hərəkət edib: «Məqsəd hərbi paradın keçirilməsinə mane olmaq və kütləvi qarşıdurma yaratmaq olub». Onun sözlərinə görə, müxalifət zorakılığın və qurbanların olmasına çalışıb. Dövlət başçısı həlak olan iki nəfərin ailəsinə də başsağlığı verməyi unutmayıb.
    27.05.11 Məqaləni oxumaq
     
    İranda 5-i qadın olmaqla 11 nəfər asılmaqla edam edilib
    İranın bir sıra şəhərlərində 5-i qadın olmaqla 11 nəfər asılmaqla edam edilib. «KƏLAMİNFO» «İRNA» xəbər agentliyinə istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, onlar müxtəlif cinayətlərə görə edama məhkum ediliblər. Edam olunanlardan biri Qəzvin şəhərində beş qadının ölümündə günahkar bilinən qatil olub. Şirazda edam olunan dörd nəfər isə silahlı basqın və insanların oğurlanmasına görə ölüm cəzasına məhkum edilib. İnsan hüquqları qrupları İranı dünyada Çindən sonra ölüm hökmünün icra edildiyi ikinci ölkə kimi göstərir. İran ədliyyə sisteminə qarşı yönəlmiş tənqidləri rədd edir.
    27.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  89 90 91 92 93 94 95 96 97  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30