Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  88 89 90 91 92 93 94 95 96  #
    Alan Jupe: Bəşər Əsəd «legitimliyini itirib»
    Fransanın xarici işlər naziri Alan Jupe bildirib ki, Suriya prezidenti Bəşər Əsəd nümayişçilərə qarşı zorakı davranışı üzündən ölkəni idarə etmək üçün «öz legitimliyini itirib». «KƏLAMİNFO» RİA «Novosti»-yə istinadən xəbər verir ki, o, bunu mayın 6-da Suriya dövlət televiziyasının hökumət əleyhinə qüvvələrlə toqquşmada ölkənin təhlükəsizlik qüvvələrinə mənsub 120 əməkdaşın öldürülməsi ilə bağlı xəbər yayandan sonra deyib. XİN rəhbəri Vaşinqtonda bildirib ki, ölkəsi nümayişçilərə qarşı zor işlətdiyinə, etirazçıları öldürdüyünə görə Suriya rejimini ittiham edən qətnamənin BMT-nin Təhlükəsizlik Şurasında səsverməyə çıxarılması üçün quruma müraciət etməyə hazırdır.
    07.06.11 Məqaləni oxumaq
     
    Obamanın baş iqtisadçısı istefa verdi
    Ağ evin İqtisadi Şurasının sədri Ostan Qulsbi istefaya getdiyini bəyan edib. O, əvvəlki iş yerinə - Çikaqo universitetində müəllim vəzifəsinə qayıdıb. «KƏLAMİNFO» «Röyters»ə istinadən xəbər verir ki, Qulsbinin getməsi mühüm hadisədir. Belə ki, o, Barak Obama prezident seçildikdən sonra onun ətrafında qalan sonuncu şəxslərdən idi. İndi Obama ətrafında əvvəlki komandadan tək bir şəxs qalıb. Bu da maliyyə naziri Timoti Qaytrenrdir. Qulsbi və Obama Çikaqo universitetində dərs deyən zaman tanış olublar. Sonradan Qulsbi ona 2004-cü ildə Senat, 2008-ci ildə prezident seçkiləri kampaniyasında kömək edib. O, İqtisadi Şuranın sədri vəzifəsində cəmi bir il işləyib. Onun istefasının səbəbləri açıqlanmır.
    07.06.11 Məqaləni oxumaq
     
    Əhmədinejad Ermənistana gedə bilmədi
    İran prezidenti Mahmud Əhmədinejadın bu gün Ermənistana nəzərdə tutulan səfəri təxirə düşüb. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, səfər qeyri-müəyyən vaxta kimi təxirə düşüb. Bu barədə tərəflərin birgə razılığı əldə olunub. Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Armen Arzumanyanın verdiyi məlumata görə, İran prezidentinin səfəri tərəflər üçün əlverişli vaxtda baş tutacaq.
    07.06.11 Məqaləni oxumaq
     
    Yəmən prezidentinin üzərində iki uğurlu əməliyyat keçirilib
    Cərrahlar Yəmən prezidenti Əli Abdulla Salehin üzərində iki uğurlu əməliyyat həyata keçiriblər. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən yaydığı xəbərdə bildirir ki, əməliyyat Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilib. Ötən cümə yaralanan Yəmən prezidenti müalicə üçün bu ölkəyə gətirilmişdi. Atəş zamanı o, ürək nahiyəsindən qəlpə yarası və üzündə və sinəsində yanıq zədələri almışdı. Səudiyyə Ərəbistanı hakimiyyət orqanlarının məlumatına görə, hazırda prezidentin səhhəti normaldır. Onun iki həftədən sonra vətənə dönəcəyi gözlənilir. «Əl-Ərəbiyyə» kanalının məlumatına görə, dövlət başçısı yanıqlardan qurtarmaq üçün plastik əməliyyat da olunmalıdır.
    06.06.11 Məqaləni oxumaq
     
    Makedoniyada baş nazirin koalisiyası qalib gəldi
    Makedoniyada keçirilən parlament seçkilərində baş nazir Nikola Qruevskinin rəhbərlik etdiyi Sağ Mühafizəkar Koalisiya qalib gəlib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, seçkilərin rəsmi nəticələrinə görə, koalisiya seçicilərin 39 faizinin səsini yığıb. Müxalifətdə olan sosial demokratlar isə 32 faiz səs toplayıb. Yerli albanları təmsil edən Demokratik İttifaq 10 faiz səslə üçüncü olub. Qruevski bildirib ki, onun hökumətinin əsas prioritetləri iqtisadi islahatlar həyata keçirilməsi, Makedoniyanın Avropa Birliyinə və NATO-ya daxil olmasıdır.
    06.06.11 Məqaləni oxumaq
     
    Ladeni donuz yağı ilə yağlanmış güllə ilə öldürüblər
    ABŞ-ın xüsusi təyinatlı dəstəsi Üsəma bin Ladeni donuz yağı ilə yağlanmış güllə ilə öldürüb. «KƏLAMİNFO» «The Daily Mail»ə istinadən xəbər verir ki, bu güllələri ABŞ dəniz piyadaları da alır. Bu güllələrin 13 faizi qatı donuz yağından hazırlanır. Belə güllələr 2004-cü ildən hazırlanır.
    04.06.11 Məqaləni oxumaq
     
    Peruda spirtli içkilərin satışı qadağan olunub
    Peruda iyunun 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində spirtli içkilərin satışını qadağan edən qanun qüvvəyə minib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, qanun bu gün saat 24.00-dan, birinci gün saat 12.00-a kimi qüvvədə olacaq. Seçkilər haqqında qanunun 390-cı maddəsinə uyğun olaraq alkoqollu içkilərin satışı barlarda, restoranlarda, diskoteka, kafe, bar və mağazalarda qadağan edilib. Bu qanunu pozan sahibkarlar 640 dollar cərimə olunurlar. Qanunun yerinə yetirilməsini 10 insan izləyəcək. Peru hakimiyyət orqanları vətəndaşları qanuna əməl etməyə çağırıblar.
    03.06.11 Məqaləni oxumaq
     
    Sarkisyan erməni-türk protokollarına atdığı imzanı geri götürməsini istisna etmir
    Ermənistan prezidenti Serj Sarkisyan rəsmi Yerevanın erməni-türk protokollarına atdığı imzanın geri götürülməsi imkanlarını istisna etmir. «KƏLAMİNFO»nun məlumatına görə, bunu «Qraparak» qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzetdə dərc edilən məqalədə göstərilib ki, prezident bunu qondarma erməni soyqırımının 100 illiyinə həsr olunmuş qapalı müşavirədə səsləndirib. Məlumata görə, «İrs» Partiyasının sədri Raffi Ovannisyan toplantıda prezidentdən erməni-türk protokollarına atdığı imzanı geri götürmək fikri olub-olmadığını soruşub. Sarkisyan da bununla bağlı müzakirə açmağın əleyhinə olduğunu deyib. Lakin Ovannisyan məsələnin müşavirə iştirakçıları üçün vacib əhəmiyyətli olduğunu deyib. «Mən bunu istisna etmirəm» - deyə prezident vurğulayıb. Raffi Ovannisyan «Qraparak»ın bu informasiyasını təsdiqləyib: «Bu informasiya həqiqətə uyğundur. İmzaların geri götürülməsini yaxşı start adlandırıram. Mən ümidvaram ki, hələ ki gec deyil, buna tam şəkildə cavab veriləcək».
    03.06.11 Məqaləni oxumaq
     
    Türkmənistan prezident seçkisi ilə bağlı yeni qanun qəbul edib
    Türkmənistanda prezident seçkisi ilə bağlı yeni qanun qəbul edilib. «KƏLAMİNFO» «Xronika Turkmenistana»ya istinadən xəbər verir ki, indən belə prezidentliyə namizədlərin qeydiyyatdan keçməsi üçün siyasi partiyaların dəstəyi və ya 50 min imza toplamaq lazım gələcək. Qeyd edək ki, hazırda Türkmənistanda cəmi bir - indiki prezident Qurbanqulu Berdımuhamedovun rəhbərlik etdiyi Demokrat Partiyası mövcuddur.
    02.06.11 Məqaləni oxumaq
     
    Əhmədinejadın məsələsinə məhkəmə baxacaq
    İran parlamenti prezident Mahmud Əhmədinejadla bağlı işi məhkəmə orqanlarına göndərib. Parlamentarilərin qərarında göstərilib ki, prezident neft məsələləri üzrə naziri vəzifəsindən azad etdikdən sonra ona rəhbərliyi öz üzərinə götürüb. «KƏLAMİNFO» «Mehr» agentliyinə istinadən yaydığı məlumatda göstərib ki, işin məhkəməyə verilməsi ilə bağlı keçirilən səsvermədə 165 nəfər bunun lehinə, bir nəfər əleyhinə, 13 nəfər isə bitərəf qalıb. İran Konstitusiya Keşikçiləri Şurası bu günlərdə bəyan edib ki, İran prezidenti neft məsələləri üzrə nazir vəzifəsini icra edə bilməz. Müvafiq qanunvericiliyə görə, prezident üç aylıq müddət ərzində parlamentə yeni nazirlərin namizədliyini təqdim edə bilər. Bu müddət ərzində o, nazir postuna səlahiyyətlərini icra edən şəxsi təyin etməlidir. Eyni zamanda özü də bu vəzifəni icra edə bilər.
    01.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  88 89 90 91 92 93 94 95 96  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30