Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  87 88 89 90 91 92 93 94 95  #
    Quru balıq orqanizmi zəhərləyə bilər
    Quru balıq dünyada geniş yayılmış ləzzətli təamlardan sayılsa da, onu çox yemək sağlamlıq üçün təhlükəlidir. Buna səbəb onun hazırlanmasında istifadə olunan konservantdır.
    Həmin konservantı quru balığın saxlama müddətini uzatmaq istəyən firmalar tətbiq edirlər. Hindistan mütəxəssisləri konservantın çox zəhərli olduğunu bildirirlər. Bu faktı məhsulun keyfiyyətini müəyyən edən laboratoriya tədqiqatları təsdiq edir.
    Ekspertlər quru balığın bir neçə növündə formalin aşkar etmişlər. Formalinin miqdarı çox olanda sağlamlığa mənfi təsir göstərir.
    Əlbəttə, quru balıq istehsalçılarının heç də hamısı zəhərli kimyəvi preparatlardan istifadə etmir. İstənilən halda istehlakçı ehtiyatlı olmalı və sağlamlığına qayğı ilə yanaşmalıdır, çünki konservantsız və başqa kimyəvi maddələrsiz də quru balığı çox yemək ziyandır.
    14.06.11 Məqaləni oxumaq
     
    Toni Bleyr Qurani-Kərim oxuyur
    İngiltərənin keçmiş baş naziri Toni Bleyr dünyadakı prosesləri yaxşı başa düşmək üçün hər gün Qurani-Kərimi oxuduğunu bildirib. “KƏLAMİNFO” “haber365.com”a istinadən xəbər verir ki, Toni Bleyr “A journey” (Bir səyahət) adlanan kitabında qloballaşan dünyada “inanc” mövzusunda daha məlumatlı olmağın vacibliyini vurğulayaraq, bu səbəbdən hər gün mütəmadi olaraq Quran və İncil oxuduğunu qeyd edib. İngiltərənin keçmiş baş naziri kitabında dünyanı başa düşmək üçün ilahi kitabları oxumağın səmərəli olduğunu bildirib. T.Bleyr Fələstin-İsrail məsələsini də indi dərk etdiyini qeyd edib. “Bəzən baş nazirlik postumdan getdiyim üçün özümü çox qəribə hiss edirəm”,-deyə T.Bleyr sonda vurğulayıb.
    13.06.11 Məqaləni oxumaq
     
    Dünyanın ən varlı iti ölüb
    ABŞ-da dünyanın ən varlı iti ölüb. Onun sahibi milyarder Leon Helmsli dörd il bundan əvvəl dünyasını dəyişib. Həddən artıq əzizlənmiş və sahibləri tərəfindən «varis» elan edilmiş it 12 yaşında Floridada ölüb. Dördayaqlı milyonerin ölümünü «The New York Daily News» qəzetinə itə himayədarlıq edən şəxs də təsdiqləyib. Özü də it dekabrda ölsə də, onun barədə məlumat indi bəlli olub. «KƏLAMİNFO» «İTAR-TASS»a istinadən xəbər verir ki, itin mülkiyyəti 12 milyon dollar civarında qiymətləndirilirdi. Lakin məhkəmənin qərarı ilə it cəmi 2 mln. dollar əldə etmişdi. Onun 60 mini il ərzində himayədara, 8 min itin tükünün baxılmasına, 100 min mühafizəyə sərf olunurdu. Belə ki, itin həyatı üçün tez-tez təhlükə yaranırdı. Beləliklə, itə vəsiyyət edilən vəsait sonda xeyriyyə cəmiyyətinin hesabına keçirilib.
    11.06.11 Məqaləni oxumaq
     
    ABŞ sığorta sisteminə fırıldaq gəlmiş ermənilərin məhkəməsi başlayır
    İyunun 21-də ABŞ-da gurultulu məhkəmə prosesinə start veriləcək. Məhkəmə yaşlı insanlar və əlillərə tibbi sığorta ödənilməsi üzrə dələduzluğa yol vermiş ermənilərdən ibarət cinayətkar dəstə üzərində aparılacaq. Qərbi Virciniya ştatında başlayacaq prosesi indidən ən qalmaqallı məhkəmə prosesi adlandırırlar. Bu iş üzrə erməni mənşəli şəxslərin adları hallanır. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, Rusiya vətəndaşları Arsen Bedcanyan, İqor Şevçuk və Ermənistan vətəndaşı Sarqis Tedovosyan saxta kompaniya yaratmaqda günahkar biliniblər. Bu kompaniyalar vasitəsilə onlar «Medicare» federal proqramı çərçivəsində dövlətə 3 mln. dollarlıq tibbi sığorta ödəmələri barədə müraciətlər ediblər.
    10.06.11 Məqaləni oxumaq
     
    İran nüvə silahının sınağına hazırlaşır
    İran İslam İnqilabı Keşikçiləri Şurasının nümayəndələri dərc etdikləri məqalədə İranın nüvə silahının sınağını keçirə biləcəyini bəyan ediblər. «KƏLAMİNFO» «Miqnyus»a istinadən xəbər verir ki, məqalədə göstərilir ki, “sabahkı gün adi gün olacaq, lakin bizlərdən bir çoxu üçün millətin intibahı günü ola bilər”.
    10.06.11 Məqaləni oxumaq
     
    Serbiya mənşəli yazıcı ədəbiyyat sahəsində nüfuzlu mükafatın qalibi elan edilib
    Serbiya mənşəli yazıcı Tea Obreht ədəbiyyat sahəsində nüfuzlu «Orange Prize for Fiction» mükafatının qalibi elan edilib. O, ingilis dilində yazılan ən yaxşı romanın qalibi olub. «KƏLAMİNFO» «France-Presse» agentliyinə istinadən xəbər verir ki, qalibin adı Londonda keçirilən mərasimdə açıqlanıb. 25 yaşlı Obreht bu mükafatı alan ən gənc yazar olub. O, "Tiger's Wife" (Pələngin arvadı) romanına görə bu mükafata layiq görülüb. Yazıcı müsahibələrinin birində romanının həkimlər və onların ölümlə üzləşmələri fonunda Balkanlarda gedən müharibəyə həsr olunduğunu vurğulayıb. Romanın yazılmasında isə babasının xatirələrinin böyük rolu olub. 1996-cı ildən verilən «Orange Prize for Fiction»un qaliblərinə 49 min dollarlıq (30 min funt-sterlinq) çek təqdim olunur.
    09.06.11 Məqaləni oxumaq
     
    Liviya üsyançılarının çıxardığı ilk neft ABŞ-a çatıb
    Liviya üsyançılarının çıxardığı ilk neft ABŞ-a çatıb. «KƏLAMİNFO» «Reuters»ə istinadən xəbər verir ki, neft Havay adalarındakı limanlardan birinə çatdırılıb. Onu Liberiya bayrağı altında üzən «Ekvator» tankeri çatdırıb. 1,2 mln. barellik neftin alınması barədə sövdələşmə mayın 25-də bağlanıb. Müqavilənin qiyməti isə açıqlanmır. Qeyd edək ki, ABŞ hökuməti Müəmmar Qəddafi hökuməti ilə hər hansı bir ticarətin qadağan olunması barədə qərarını qüvvədə saxlayır. Liviya müharibəyə qədər Yaxın Şərq və Şimali Afrikada xam neftin əsas ixracatçısı kimi tanınırdı. Bu ölkə sutkada 1,69 mln.barel neft istehsal edirdi.
    09.06.11 Məqaləni oxumaq
     
    Qəddafi son nəfəsinə kimi təslim olmayacaq
    Liviyanın dövlət televiziyasında audio müraciətində ölkə lideri Müəmmar Qəddafi NATO-nu və yerli üsyançıları ittiham edib və bildirib ki, o, son nəfəsinə kimi təslim olmayacaq. NATO qüvvələri isə Liviya paytaxtı Tripolini bombalamaqda davam edib. Müşahidəçilər bunu Qəddafi rejimi əleyhinə mart ayında başlamış hava hücumlarının ən ağırı hesab edirlər. Məlumatlara görə, hava hücumu iyunun 7-dən 8-nə keçən gecə baş verib. Hava hücumlarının hədəfinin nə olduğu bəlli deyil. «KƏLAMİNFO» «Miqnyus»a istinadən xəbər verir ki, Qəddafi hakimiyyəti bildirib ki, NATO-nun sonuncu hücumu zamanı arasında mülki şəxs olan 31 adam ölüb. Amma bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənmir.
    09.06.11 Məqaləni oxumaq
     
    Pan Qi Mun istəyini rəsmən açıqladı
    BMT-nin baş katibi Pan Qi Mun rəsmən ikinci dəfə qurumun baş katibi olmaq istədiyini açıqlayıb. «KƏLAMİNFO» "İnterfaks"a istinadən bildirir ki, baş katib bununla bağlı Baş Assambleyaya və Təhlükəsizlik Şurasına məktub göndərdiyini açıqlayıb. Nizamnaməyə görə, baş katib TŞ üzvlərinin təklifi və Baş Assambleya tərəfindən təsdiq olunduqdan sonra bu posta seçilir. Onun səlahiyyət müddəti bu ilin sonunda başa çatır. O, hələ ki, bu posta irəli sürülən ilk namizəddir. Fransa və Çin onun namizədliyini artıq dəstəklədiklərini bildiriblər.
    08.06.11 Məqaləni oxumaq
     
    Amerikalı konqresmenin adı böyük qalmaqalda
    46 yaşlı amerikalı siyasətçi, konqresmen-demokrat Entoni Vaynerin adı gurultulu qalmaqalın mərkəzinə düşüb. “KƏLAMİNFO” «Newsru.com»a istinadən yaydığı xəbərdə göstərir ki, Vayner özünün lüt şəkillərini internet vasitəsilə dünyanın müxtəlif ölkələrinə göndəribmiş. Konqresmen də etiraf edib ki, şəkillərini «Twitter»dəki səhifəsində yerləşdirib. O, şəkillərini Sietldən olan tələbə qızlara göndərib. Fotolarda o, çimərlik paltarındadır.
    07.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  87 88 89 90 91 92 93 94 95  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30