Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Ermənistan parlamentinin növbədənkənar iclası baş tutmayıb
    Ermənistan parlamentinin növbədənkənar iclası kvorum olmadığından baş tutmayıb. İclasda cəmi 44 deputat qeydiyyatdan keçib. Hakim Respublika Partiyasından və “Orinast Yerkir”dən olan deputatlar iclası boykot ediblər. Kvorumun baş tutması üçün 66 deputat gərəkdir. İclasın keçirilməsi təşəbbüsü Erməni Milli Konqresi, “Daşnaksütyun”, “İrs”, “Çiçəklənən Ermənistan” fraksiyalarından olan deputatlardan gəlib. Növbədənkənar iclasda Seçki Məcəlləsinə, Cinayət Məcəlləsinə dəyişikliklər var. İclasın boykot edilməsi ilə bağlı EMK parlament qarşısında etiraz aksiyası da keçirib.
    21.11.12 Məqaləni oxumaq
     
    ABŞ-da Konqresində rekord sayda qadın olacaq
    Noyabrın 6-da ABŞ-da Konqres seçkilərində Nümayəndələr Palatası və Senata rekord sayda qadın seçilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, yanvar ayında yeni Konqres işinə başlayan zaman Nümayəndələr Palatasında 80, Senatda isə 20 qadın olacaq. Onların çoxu demokratlardır. Konqresin Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelosi Nümayəndələr Palatasının tarixində ilk dəfə olaraq demokrat qadınlar və azlıqların nümayəndələrinin ağ kişi namizədlərdən sayca daha çox olduğunu qeyd edib: “Bu, dünya tarixində müxtəliflik baxımından ilk belə məclisdir, ilk dəfədir ki, parlamentdə bir partiyada qadın və azlıqlar sayca çoxluq təşkil edir”. 100 qanunvericinin mövcud olduğu Senatın 20 faizi indi qadınlardan ibarət olacaq. Bunların 16-sı demokrat, 4-ü isə respublikaçıdır.
    21.11.12 Məqaləni oxumaq
     
    BMT-nin baş katibi gözlənilmədən Yəmənə səfər edib
    BMT-nin baş katibi Pan Qi Mun gözlənilmədən Yəmənə səfər edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Mun paytaxt Sənada Yəmən Prezidenti Əbd Rəbbu Mənsur Hadi ilə görüşüb. BMT-nin baş katibinin səfəri 33 il Yəmən prezidenti olmuş Əli Abdulla Salehin hakimiyyəti təhvil verməsi ilə nəticələnmiş “hakimiyyətin təhvili sazişi”nin imzalanmasının 1-ci ildönümünə təsadüf edib. Xatırladaq ki, Yəməndə etirazçılar Salehin istefası tələbi ilə ilk dəfə 2011-ci ilin yanvarında küçələrə axışmış, bu isə Tunis və Misirdə də prezidentlərin devrilməsi ilə nəticələnən inqilabların ilham mənbəyi olmuşdu.
    20.11.12 Məqaləni oxumaq
     
    İranda hər 1000 nəfərdən 12-si intihara cəhd edir
    İranın Qərbi Azərbaycan əyalətində bir qadın intihar edib. Mətbuatda adı Fəridə D. kimi yayımlanın qadının yoxsulluq ucbatından özünü öldürdüyü yazılıb. Fəridənin həyatı barədə məlumat verilməsə də, onun Salmas şəhərinin Şəkəryazı kəndində yaşadığı bildirilir. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, rəsmi statistikaya görə, İranda hər 1000 nəfərdən 12-si intihara cəhd edir və bu il intihar edənlərin sayı ötən illərlə müqayisədə kəskin şəkildə artıb.
    20.11.12 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu Qəzzaya gedir
    Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Qəzzaya gedir. Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, nazir noyabrın 20-də Qəzzaya səfər edəcək. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, səfər Türkiyənin Qəzzaya və Fələstin xalqına dəstəyini ifadə etmək, son günlərdə yaşanan gərginliyi azaltmaq məqsədi daşıyır.
    20.11.12 Məqaləni oxumaq
     
    İsrail ordusu Qəzzadakı bəzi binaların bombalanma görüntülərini yayıb
    İsrail ordusu Qəzzadakı bəzi binaların bombalanma görüntülərini yayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, ordunun həyata keçirdiyi hücumlar donanma gəmiləri, pilotsuz təyyarələr və raketlərin üzərindəki kameralarla qeydə alınıb. Görüntülərdə “İslami Cihad” təşkilatının komandanlarından Əhməd Nahelin olduğu bildirilən bir evə 2 raket atılması və baş verən güclü partlayışlar əks olunub. Digər bir görüntüdə isə Qəzzadakı “Əl Aksa” televiziyasının binasının damının vurulduğu görünür.
    19.11.12 Məqaləni oxumaq
     
    İranın xarici işlər naziri: “Suriya xalqı da digər xalqlar kimi fundamental haqlara sahib olmalıdır”
    İranın xarici işlər naziri Əli Əkbər Salehi Tehranda Suriya hökumətini və müxalifləri bir araya gətirən “Milli dialoq” toplantısının sonunda açıqlama verib. “KƏLAMİNFO” “Hurriyyət”ə istinadən xəbər verir ki, toplantıda hökuməti və müxalifəti təmsil edən 130 və xarici ölkələrdən 40 nümayəndənin iştirak etdiyini bildirən Salehi bütün tərəflərin Suriyadakı böhranın sülh yolu ilə həllini istədiyini söyləyib. Suriya hökumətinin xalqın legitim tələblərinə cavab verməsinin şərt olduğunu vurğulayan nazir: “Suriya xalqı da digər xalqlar kimi azadlıq, çoxpartiyalı sistem və ədalətli seçkilər kimi fundamental haqlara sahib olmalıdır” deyib. Nazir bildirib ki, tərəflər problemin suriyalılar tərəfindən həll olunması məsələsində həmfikirdirlər. Tərəflərin problemin həlli üçün birgə komitə yaratmaq məsələsində razılığa gəldiklərini söyləyən Salehi bu komitənin də suriyalılardan ibarət olacağını qeyd edib.
    19.11.12 Məqaləni oxumaq
     
    Obama: “Şikayət və müzakirələr üçün vaxt bitdi”
    Vaşinqtonda ABŞ Konqresi büdcə kəsirini müzakirəyə çıxarır. İlin sonunda qüvvəyə minəcək vergi artımı və xərclərin azaldılmasını nəzərdə tutan “maliyyə uçurumu” adlı planla bağlı Konqresdəki tərəflər öz mövqelərində qətiyyətlə dayanmağa çalışır. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama bütün fikirlərə açıq olduğunu, lakin ölkənin borclarının azaltması üçün iqtisadi xərclərin azaldılmasını yeganə çıxış yolu görən planı qəbul etməyəcəyini bildirib. “Biz tərəqqiyə gedən yolumuzu kəsə bilmərik. Əgər biz defisitin azaldılmasında maraqlıyıqsa, iqtisadi xərcləri gəlirlərlə birlikdə azaltmalı, zəngin amerikalılardan daha çox vergi ödəmələrini istəməliyik” - deyə prezident Obama bildirib.
    17.11.12 Məqaləni oxumaq
     
    Ərdoğan yazılı cavab verəcək
    Türkiyə baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Çevrilişləri Araşdırma Komissiyasının suallarına yazılı cavab verəcək. Komissiya sözçüsü İdris Şahin komissiyanın keçirdiyi toplantıda məsələnin müzakirə olunduğunu və baş naziri dəvət etmək üçün komissiya sədri Nemət Başa səlahiyyət verildiyini bildirib. Millət vəkili qeyd edib ki, Baş nazirliklə aparılan danışıqlarda baş nazir Ərdoğanın proqramının sıx olması və xarici səfərləri səbəbilə komissiyanın suallarına yazılı cavab verəcəyi müəyyənləşdirilib. Bu çərçivədə komissiya üzvləri noyabrın 16-dək baş nazirə suallarını hazırlayacaqlar.
    17.11.12 Məqaləni oxumaq
     
    Timoşenko aclığı dayandırıb
    Ukraynanın həbsdə olan sabiq baş naziri Yuliya Timoşenko parlament seçkilərinə etiraz olaraq keçirdiyi aclıq tətilini dayandırıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Ukraynanın səhiyyə nazirinin müavini Raisa Moisenkonun bildirdiyinə görə, Timoşenko 17 günlük aclıq tətilinə bu gün alman həkimlərlə Xarkov xəstəxanasında görüşündən sonra son qoyub. Müxalifət lideri aclığa oktyabr ayının 29-da seçkilərdən bir gün əvvəl başlayıb. Beynəlxalq müşahidəçilər və ABŞ seçkiləri tənqid edib. Yuliya Timoşenko vəzifəsindən sui-istifadə ittihamı ilə 7 il azadlıqdan məhrum edilib. Sabiq baş nazir həbsinin prezident Viktor Yanukoviçin siyasi rəqibini aradan götürmək cəhdinin nəticəsi olduğunu deyir.
    16.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30