Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  85 86 87 88 89 90 91 92 93  #
    Ərdoğan seçkilərdən sonra ilk xarici səfərini Misirə etdi
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iyunun 12-də keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini həyata keçirib. Dövlət başçısı iyunun 21-də axşam Misirə gəlib. Səfərin rəsmi hissəsi bu günə nəzərdə tutulub. «KƏLAMİNFO» Türkiyə KİV-nə istinadən yaydığı məlumatda göstərib ki, Ərdoğanın Qahirəyə səfəri fevral ayına nəzərdə tutulmuşdu, lakin ölkədəki hadisələr bunu həyata keçirməyə imkan verməyib.
    23.06.11 Məqaləni oxumaq
     
    Obama ilə Ərdoğan arasında telefon danışığı olub
    ABŞ prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. «KƏLAMİNFO» «CNN Turk»ə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin xalqa müraciətindən sonra baş tutan telefon danışığında tərəflər bu ölkədə meydana gələn hadisələri müzakirə edib və atılacaq addımlar barədə fikir mübadiləsi aparıb. Liderlər arasındakı telefon danışığı Barak Obamanın təşəbbüsü ilə baş tutub.
    22.06.11 Məqaləni oxumaq
     
    Fransanın keçmiş dövlət katibi zorlama ittihamı ilə həbs edilib
    Fransada dövlət xidməti üzrə keçmiş dövlət katibi Jorj Tron həbs edilib. O, zorlamada ittiham olunub. «KƏLAMİNFO» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, məlumat Paris yaxınlığındakı Evri şəhərindəki məhkəməyə istinadən yayılıb. Trona qarşı məhkəmə prosesi may ayında başlayıb. Onun Drevey şəhər meri vəzifəsində çalışarkən meriyanın iki əməkdaşına qarşı seksual zorakılıqlara yol verdiyi bəlli olub. Tron mer vəzifəsində 16 il işləyib. İddianı da elə həmin qadınlar qaldırıb. Onların iddiasını rədd edən Tron dərhal vəzifəsindən istefa verib. Qeyd edək ki, Tron 2010-cu ildə Sarkozi tərəfindən hökumətə daxil edilib.
    21.06.11 Məqaləni oxumaq
     
    49 yaşlı misirli jurnalist prezident seçkilərinə qoşulacaq
    49 yaşlı misirli jurnalist Bothaina Kamal Misir prezidenti seçkilərində iştirak edəcəyini açıqlayıb. Müasir Misirdə hamı kimi o da namizədliyini irəli sürəcəyini Twitter vasitəsilə edib. “KƏLAMİNFO” «Miqnews»a istinadən xəbər verir ki, son altı ildə Kamal Misirdə gənclərin problemlərinə həsr olunan radioşou aparır. O, dövlət televiziyasında Mübarəkin dövründə siyasi təzyiqdən ehtiyat edərək yüksək vəzifədən imtina edib. 2005-ci ildə parlament seçkiləri ilə bağlı «Biz sizə nəzarət edirik» qrupuna, sonra isə «Misirlilər Korrupsiya Əleyhinə» təşkilatına rəhbərlik edib. «Mən bütün misirlilərin hüquqlarının müdafiəsi ilə məşğul olacağam» - deyə o bildirib.
    21.06.11 Məqaləni oxumaq
     
    Rusiyada təyyarə qəzasında 44 nəfər öldü
    Rusiyanın qərb bölgəsində sərnişin təyyarəsinin düşməsi nəticəsində 44 nəfər ölüb, 8 nəfər ağır bədən xəsarəti ilə xəstəxanaya köçürülüb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, təyyarə qəzasının səbəbi hələ tam aydınlaşdırılmasa da, ilkin versiyalara görə, faciəyə səbəb əlverişsiz hava şəraiti olub. Petrozavodsk aeroportunun müdiri Aleksey Kazmitskinin “İnterFax”-a verdiyi açıqlamada təyyarənin enişə keçərkən qalın bir duman qatına düşdüyünü bildirib.
    21.06.11 Məqaləni oxumaq
     
    Əhmədinejad Sarkisyanla danışdı
    Ermənistan prezidenti Serj Sarkisyanla İran prezidenti Mahmud Əhmədinejad arasında telefon danışığı baş tutub. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən yaydığı məlumatda bildirir ki, Ermənistan və İran prezidentləri ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlığın fəallaşdırılması və regional proseslərlə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığının İran tərəfinin təşəbbüsü ilə baş verdiyi bildirilir. Xatırladaq ki, İran prezidenti Mahmud Əhmədinejadın bu ayın əvvəlində Ermənistana gözlənilən səfəri son anda təxirə salınmışdı. Mahmud Əhmədınejad İran prezidenti vəzifəsində Yerevana ilk dəfə 2007-ci ildə rəsmi səfər edib. Lakin həmin səfər reqlament üzrə nəzərdə tutulan qondarma erməni soyqırımı xatirə kompleksinə baş çəkməzdən qabaq qəflətən yarımçıq qalıb və Əhmədinejad “təxirəsalınmaz işləri olduğuna görə” Tehrana qayıtmışdı.
    21.06.11 Məqaləni oxumaq
     
    Yunanıstanın baş naziri referendum keçirməyə çağırıb
    Yunanıstanın baş naziri Georgi Papandreu parlamentdəki çıxışında bu ilin payızında Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirməyə çağırıb. Onun sözlərinə görə, ölkənin siyasi sistemindəki dəyişikliklər referenduma çıxarılmalıdır. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, baş nazir bu dəyişikliklərin konkret olaraq nədən ibarət olduğunu açıqlamayıb. Defolt təhlükəsi ilə üz-üzə qalmış Yunanıstanın 350 milyard avro xarici borcu var. Baş nazir öz hökumətinə etimad səsverməsinin keçirilməsini də tələb edib. O, xəbərdar edib ki, əks təqdirdə ölkə defolta məruz qalacaq.
    20.06.11 Məqaləni oxumaq
     
    ABŞ «Taliban»la sülh danışıqları aparır
    ABŞ «Taliban»la sülh danışıqları aparır ABŞ-ın müdafiə naziri Robert Geyts Birləşmiş Ştatların «Taliban»la sülh danışıqları apardığını təsdiqləyib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, nazir qeyd edib ki, bu danışıqlar ilkin əlaqədir. Əfqanıstan prezidenti Həmid Kərzayi bundan bir gün əvvəl Kabildə keçirdiyi mətbuat konfransında Birləşmiş Ştatların «Taliban»la danışıqlara qoşulduğunu demişdi.
    20.06.11 Məqaləni oxumaq
     
    Putin və Medvedyev rəqib olmayacaqlar
    2012-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində Dmitri Medvedyev və Vladimir Putin bir-biri ilə rəqabət aparmayacaq. «KƏLAMİNFO»nun məlumatına görə, bunu prezident Dmitri Medvedyev «The Financial Times» qəzetinə müsahibəsində bildirib. «Mən Putinlə - həmkarım və keçmiş dostumla bir siyasi qüvvəni təmsil edirik. Aramızda rəqabət son illər həyata keçirdiyimiz məqsəd və məsələlərin həyata keçirilməsinə mane ola bilərdi». İkinci müddətə prezident seçilmək istəyinin olması barədə sualdan isə Medvedyev yayınıb.
    20.06.11 Məqaləni oxumaq
     
    Vardan Oskanyan: “Ermənistanda vəziyyət həddən artıq ağırdır”
    Ermənistanın sabiq xarici işlər naziri, hazırda “Sivilitas” Fondu Şurasının sədri Vardan Oskanyan ölkədaxili vəziyyətlə bağlı bildirib ki, «bu gün Ermənistanda vəziyyət həddən artıq ağırdır». «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, Oskanyanın sözlərinə görə, artıq ölkədə çoxları başa düşməyə başlayır ki, yaranmış ağır vəziyyətdən çıxış yolu Qarabağ məsələsinin həlli və erməni-türk münasibətlərinin normallaşmasından keçir. «Bu gün biz çox ağır vəziyyətdəyik, çünki ölkə çox pis idarə olunur, düzgün olmayan siyasət aparılır» deyən eks-nazir əlavə edib ki, Ermənistan demokratik dövlət deyil. V.Oskanyan bildirib ki, bu gün Ermənistanın əsas problemi iqtisadi monopoliya, korrupsiya, vəzifədən sui-istifadə deyil, siyasi monopoliyadır: «Əgər siyasi monopoliya aradan qalxarsa, bu problemlər də həllini tapar».
    20.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  85 86 87 88 89 90 91 92 93  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30