Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  84 85 86 87 88 89 90 91 92  #
    Liviya müxalifəti: Bizə silah verin!
    Qəddafi rejimi üzərində qələbə qazanmaq üçün Liviya üsyançılarının silaha ehtiyacı var. «KƏLAMİNFO» «Miqnyus»a istinadən xəbər verir ki, bunu Avstriyaya səfəri zamanı üsyançıların liderlərindən biri, müxalifətin Milli Keçid Şurasının nümayəndəsi Mahmud Cibril deyib. Qeyd edək ki. Fransa hərbçiləri artıq Liviya üsyançılarına silah yardımı etdiklərin bildiriblər. Böyük Britaniya isə Liviya üsyançılarına maliyyə yardımı göstərdiyini bildirib.
    30.06.11 Məqaləni oxumaq
     
    Obama özünü Messiyə bənzətdi
    ABŞ prezidenti Barak Obama Ağ evdə Kolorado «Repids» futbol klubunun rəhbərliyini, məşqçiləri və futbolçuları qəbul edib. «KƏLAMİNFO» «Marca» nəşrinə istinadən xəbər verir ki, bu klub MLS-in çempionu titulunu qazanıb. Ölkə rəhbərinə futbolçulardan 10 nömrəli köynək hədiyyə olunub. Obama köynəyi alandan sonra özünü İspaniyanın Barselona futbol klubunun hücumçusu Lionel Messiya bənzədib. «Mən və Messi bir səviyyədəyik» - deyə prezident vurğulayıb.
    30.06.11 Məqaləni oxumaq
     
    “Google” “Facebook”a rəqib yaradır
    “Google” kompaniyası «Facebook»la rəqabət apara biləcək yeni «Google Plus» sosial şəbəkəsini buraxmaq qərarına gəlib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, yeni «Google Plus»ün bir sıra üstün cəhətləri var. Belə ki, burada bütün əlaqələri ayrı-ayrı kontakt qruplarda birləşdirmək imkanı var. Qeyd edilir ki, bu, «Facebook» üçün bir işarə kimi göstərilir. Belə ki, «Facebook» istifadəçilərin məlumat bazasının qorunması ilə bağlı daima qalmaqalların mərkəzinə düşüb.
    29.06.11 Məqaləni oxumaq
     
    «Taliban» yaraqlıları Kabildə mehmanxanaya hücum ediblər
    «Taliban» yaraqlıları Əfqanıstan paytaxtı Kabildə bahalı bir mehmanxanaya hücum ediblər. Yeddi əfqan öldürülüb, səkkiz nəfər yaralanıb. Yaralananlar arasında iki polis də var. NATO qüvvələri iki intiharçını öldürəndən sonra bu səhər "Interkontinental" otelinin mühasirəsi sona çatıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Sediq Sediqqi deyib ki, altı intiharçı otelə hücum edib. Onun sözlərinə görə, onlardan ikisini otel mühafizəçiləri öldürüb. Dördü isə ya özlərini öldürüblər, ya da NATO və ya əfqan hərbçiləri tərəfindən öldürülüb.
    29.06.11 Məqaləni oxumaq
     
    Qəddafinin həbsinə order verilib
    Beynəlxalq Haaqa Məhkəməsi Liviya lideri Müəmmər Qəddafinin həbsinə order verib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Haaqa məhkəməsinin prokuroru Luis Moreno-Okamponun müraciətinə əsasən, Müəmmər Qəddafinin oğlu Seyf-əl-İslamın və Liviyanın kəşfiyyat rəisi Abdulla Sənussinin həbsinə dair də order verilib. Qeyd edək ki, ittihamçı Luis Moreno-Okampo polkovnik Qəddafinin ilə bağlı may ayında məhkəməyə müraciət etmişdi.
    28.06.11 Məqaləni oxumaq
     
    Üsyançılar Tripolidəki Qəddafi müxalifləri ilə gizli əlaqədədir
    Binqazidəki Beynəlxalq Keçid Şurasının üzvü Tripolidə rejimin çökdürülməsi haqqında gizli görüş və əlaqələrin yaradıldığını deyib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Liviyanın şərqindəkli üsyançı qruplar paytaxtdakı Qəddafi müxalifləri ilə əlaqəyə girib. Şura üzvü BBC müxbirinə verdiyi açıqlamada görüşmələrin Skype vasitəsilə aparıldığını bildirib. Üsyançıların məqsədi NATO hücumlarından sonra paytaxtdakı ab-havanı öyrənmək və buna uyğun hərəkət etməkdir. Artıq bütün qüvvələri ilə Qəddafi rejimini aşağıya çəkmək üçün hərəkətə keçən üsyançılar bununla həm də yenidən paytaxt küçələrinə qayıtmaq üçün tərəfdar toplayırlar.
    25.06.11 Məqaləni oxumaq
     
    Klinton: Türkiyə silahlı qarşıdurmaya hazır olsun
    ABŞ xarici işlər naziri Hillari Klinton Suriya hərbi qüvvələrinin Türkiyə sərhədinə yaxınlaşmasını narahatlıq doğuran bir hal kimi qiymətləndirib. “KƏLAMİNFO” CNN-ə istinadən xəbər verir ki, Klinton Türkiyəni silahlı qarşıdurmaya hazır olmağa çağırıb. Nazir xanım silahlı qarşıdurmanın qaçqınların vəziyyətini ağırlaşdıracağından ehtiyatlanır. “Əgər bizə verilən məlumatlar təsdiqini tapar və Türkiyə tərəfinə atəş açılarsa, Suriyanın bu təcavüzkar mövqeyi bütün dünyanı qarşısına almaqdan başqa bir işə yaramayacaq” deyən Klinton sərhəddəki qarşıdurmada Türkiyənin yanında olacağını və vətəndaşların təhlükəsizliyi təmin edildiyi halda Suriya qoşunları ilə hər cür mübarizəyə hazır olduqlarını da vurğulayıb.
    24.06.11 Məqaləni oxumaq
     
    Barak Obama: “Amerika indi öz problemlərinə diqqət yetirməlidir”
    ABŞ prezidenti Barak Obama Amerika qüvvələrinin birinci hissəsinin Əfqanıstandan çıxarılması barədə açıqlama verib. İlin sonunadək 10000-ə qədər əsgərin Əfqanıstanı tərk edəcəyi planlaşdırılır. O, xalqa müraciətində Əfqanıstanın siyasi nizamlama məsələlərində bütün qüvvələrin, o cümlədən «Taliban»ın iştirak edə biləcəyini söyləyib. ABŞ prezidenti deyib ki, Əfqanıstana hücum 2001-ci ildə «Əl-Qaidə»nin Amerikaya qarşı hücumları ilə başlayıb: «Taliblərin Əfqanıstanın əksər hissəsini ələ keçirməsi bizi müharibəyə vadar edib. Amerikanın Əfqanıstandakı missiyası sonsuz deyil. «Əl-Qaidə» hələ də təhlükədir. Əlbəttə, böyük problemlər hələ də qalmaqdadır. Gələn ilin may ayında biz Əfqanıstanla bağlı strategiyamızı müəyyən edəcəyik. Biz Pakistandakı vəziyyətdən də narahatıq. Biz Pakistan rəsmiləri ilə birgə işləməklə ekstremizmin kökünü kəsməliyik. Son on il Amerika üçün çətin olub. Biz praqmatik olmalı, hədələri əvvəlcədən müəyyən etməliyik. Amerika yalnız qüdrət demək deyil, biz demokratiyanı müdafiə etməklə yanaşı, azadlıq uğrunda mübarizə aparanlara dəstək verməliyik. Hər şeydən öncə Amerika indi öz problemlərinə diqqət yetirməlidir. Mən bütün amerikalılar adından danışaraq demək istəyirəm ki, indi özümüzün prioritetlərinə diqqət verməliyik. Amerika elə bir ölkədir ki, qarşısına qoyduğu bütün məqsədlərə nail olur».
    24.06.11 Məqaləni oxumaq
     
    “Google” rekord vurub
    “Google” şirkətinin açıqladığı son məlumatda deyilir ki, may ayında şirkətin müxtəlif veb səhifələrinə bir milyarddan çox insan daxil olub. İnternetdə onun fəaliyyətini izləyən ComScore bir şirkətin saytlarından bu qədər istifadə edilməni rekord adlandırıb. «KƏLAMİNFO»nun «Amerikanın səsi»nə istinadən yaydığı məlumatda qeyd edilir ki, son məlumata görə, bir il əvvəllə müqayisədə keçən ay “Google” istifadəçisinin sayı 8 faiz artıb. İkinci yerdə qərarlaşan “Microsoft” istifadəçilərinin sayı isə ondan 100 milyon azdır. “Facebook” isə 700 milyon istifadəçi ilə üçüncü yerdədir.
    23.06.11 Məqaləni oxumaq
     
    Fransanın keçmiş dövlət katibinə rəsmən ittiham irəli sürülüb
    Fransa hökumətinin dövlət xidməti üzrə keçmiş dövlət katibi Jorj Trona qarşı rəsmən ittiham irəli sürülüb. O, iki qadını zorlamaqda günahkar bilinib. «KƏLAMİNFO» «Franc-Press» agentliyinə istinadən xəbər verir ki, məhkəmə iddiası ona qarşı 2011-ci ilin mayında irəli sürülüb. 1995-ci ildə Paris yaxınlığındakı Drevey şəhərində mer vəzifəsində çalışan zaman Tron massaj etmək adı altında əməkdaşları otağına çağırır və bu zaman onlara qarşı zorakılıqlara yol verirmiş. Qadınların bu hadisənin üstündən uzun müddət keçdikdən sonra indi səslərini çıxarmasına səbəb isə BVF-nin rəhbəri Dominik Stros-Kanın həbsi olub. Onlar həmin gurultulu həbsdən sonra Tronun da ədalət məhkəməsi qarşısında durmasını istədiklərini bildiriblər. Qeyd edək ki, Tron ittihamlarla bağlı 2010-cu ildən çalışdığı dövlət katibi vəzifəsindən istefa verib. Ötən gün məhkəmə onu girov qoymaq müqabilində azadlığa buraxıb. Eks-nazir ona qarşı irəli sürülən ittihamları rədd edir.
    23.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  84 85 86 87 88 89 90 91 92  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30