Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  83 84 85 86 87 88 89 90 91  #
    Laqard ildə 552 min dollar qazanacaq
    Fransanın keçmiş maliyyə naziri Kristin Laqard Beynəlxalq Valyuta Fondunun yeni rəhbəri vəzifəsində işə başlayıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Laqard ildə 552 min dollar qazanacaq. Fondun ilk qadın direktoruna veriləcək bu əməkhaqqı keçən həftə BVF İcraçı Direktorlar Şurasının iclasında müəyyənləşib. BVF ilə Kristin Laqard arasında bağlanan müqaviləyə görə bu məbləğin 467 940 dolları maaş, 83 760 dolları isə icra kompensasiyasıdır. Fransanın sabiq maliyyə naziri Kristin Laqardın yeni vəzifəsindəki aylıq maaşı isə təxminən 31 700 avro olacaq.
    07.07.11 Məqaləni oxumaq
     
    Dəyəri 61 mln. dollar olan kokain daşıyan gəmi saxlanıldı
    Karib dənizində fransız gömrükçüləri narkotik vasitələr daşıdığı güman edilən gəmini saxlayıblar. Yoxlama zamanı müəyyən edilib ki, gəmi dəyəri 61 mln. dollar olan kokain daşıyıb. «KƏLAMİNFO» «Reuters»ə istinadən xəbər verir ki, Qrenadadan Avropaya doğru hərəkət edən gəmi Müqəddəs Martin adası yaxınlığında saxlanılıb. Gəmi ekipajının bütün üzvləri - cənubi afrikalı kapitan, iki alman və hollandiyalı həbs edilib.
    06.07.11 Məqaləni oxumaq
     
    Türkiyədə turistlərə hücum edilib
    Türkiyədə naməlum şəxslərdən ibarət qrup İstanbulun Kadık bölgəsində dincələn turistlərə hücum edib. Daha çox «barlar küçəsi» kimi tanınan həmin ərazidə baş verən insident zamanı onlarla insan bıçaq zərbəsi alıb. Onlardan birinin vəziyyəti ağır olaraq qalır. «KƏLAMİNFO» «Baltİnfo»a istinadən xəbər verir ki, insident iyulun 5-də baş verib. Köynəklərinin üstündə «Türkiyə» sözü yazılmış təqribən 30-a yaxın şəxs «Alkoqolsuz Türkiyə», «Burada içmək olmaz» şüarları qışqıra-qışqıra yerli barlardakı insanlara hücum ediblər. Hücum edənlər qaçıb gizlənməyə müvəffəq olublar. Hadisənin şahidləri sosial şəbəkələrdə bildiriblər ki, onlar motosikletlərdə olublar.
    06.07.11 Məqaləni oxumaq
     
    Saakaşvili Kutaisini ikinci paytaxta çevirmək istəyir
    Gürcü deputatları üçüncü və son oxunuşda Konstitusiyaya dəyişiklikləri təsdiq ediblər. Bu dəyişikliyə görə, 2012-ci ildə parlament Kutaisiyə köçəcək. Bu şəhər ölkənin ikinci böyük şəhəri hesab edilir. «Bu, tarixi islahatdır və onun əhəmiyyətini qiymətləndirmək mümkün deyil» - deyə Saakaşvili dəyişikliklərlə bağlı bildirib. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, prezident bildirib ki, belə bir addım ölkənin müasir tarixində artıq qəbul edilib. Belə ki, 2006-cı ildə paytaxtdan Batumiyə Gürcüstan Konstitusiya Məhkəməsi köçürülüb. Lakin müxalifət hesab edir ki, prezidentin təşəbbüsünün arxasında gələcəkdə antihökumət çıxışlarının qarşısını almaq durur. Belə ki, indiyə qədər antihökumət aksiyalarının əsas arenası paytaxtın mərkəzində yerləşən parlament binasının qarşısı olub.
    06.07.11 Məqaləni oxumaq
     
    Qəddafi getməyə hazırdır
    Liviya lideri Müəmmar Qəddafi şəxsi toxunulmazlığına təminat veriləcəyi təqdirdə, hakimiyyətdən getməyə razılıq verib. “KƏLAMİNFO” Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, polkovnik belə bir təminat ala bilər. Qəzet Rusiya rəhbərliyindən yüksək rütbəli məmura istinadən yazır ki, belə bir bəyanat Rusiya-NATO Şurasının Soçidə keçirilən görüşündə bildirilib. Liviya liderinə təminat verə biləcək ölkələr sırasında Fransa göstərilir. Prezident Nikola Sarkozi hökuməti Qəddafi və onun ailə üzvlərinin bank hesablarının açılmasına, eləcə də onun hərbi tribunaldan yaxa qurtarmasına kömək etməyə hazırdır.
    05.07.11 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Qəddafi getməli və Liviya bölünməməlidir”
    Türkiyə Liviya lideri Müəmmar Qəddafiyə qarşı sanksiyaları gücləndirmək qərarına gəlib. «KƏLAMİNFO» «Reuters»ə istinadən xəbər verir ki, artıq rəsmi Ankara Tripolidəki səfirini geri çağırıb. Ankara, həmçinin üsyançılara 200 mln. dollar ayıracağını bəyan edib. Bunu Liviyada səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qəddafiyə qarşı mitinqlərin keçirildiyi meydanda xalqa müraciətində deyib. Müraciətində ərəbcə danışan Davudoğlu çıxışına «Ömər Muxtarın nəvələrinə salam olsun» sözləri ilə başlayıb. Türklərlə liviyalıların tarix, tale və gələcəklərinin müştərək olduğunu deyən Türkiyənin baş diplomatı Liviyanın gələcəyinin keçmişdən daha yaxşı olacağını deyib. Davudoğlu, həmçinin liviyalılara Türkiyə xalqının və baş nazir Ərdoğanın salamlarımı çatdırıb. Davudoğlu bildirib ki, Qəddafi getməli və Liviya bölünməməlidir.
    04.07.11 Məqaləni oxumaq
     
    Obama “Twitter”-də
    ABŞ prezidenti Barak Obama gələn həftə “Twitter”-də müzakirələr keçirməklə yeni texnologiyaya olan marağını bir daha nümayiş etdirəcək. Gələn çərşənbə günü keçiriləcək müzakirələrin diqqət mərkəzində iqtisadiyyat və iş yerləri olacaq. Obama iqtisadi siyasətinə görə ciddi tənqidlər altındadır. Məlumata görə, Ağ Evin “Twitter” hesabına suallar göndəriləcək. Barak Obama suallara canlı cavab verəcək. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, ABŞ dövlət başçısının 8,9 milyon izləyicisi var.
    02.07.11 Məqaləni oxumaq
     
    Siyasi icmalçı Obamanın ünvanına təhqiramiz ifadələrə görə işdən qovuldu
    Amerikanın MSNBC telekanalının siyasi icmalçısı Mark Halperi ABŞ prezidenti Barak Obamanın ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə görə işdən qovulub. «KƏLAMİNFO» məlumatı «New York Times» qəzetinə istinadən yayıb. Mark Halperi həftəlik “Morning Joe» verilişi zamanı Obamanın son mətbuat konfransını lağa qoyub və təhqiramiz ifadələrlə şərh edib. İcmalçı bir neçə dəqiqə sonra üzr istəsə də, telekanalın rəhbərliyi fövqəladə iclasda onu qeyri-müəyyən müddətə işdən uzaqlaşdırıb. Mark Halperin ifadələrinin yolverilməzliyini Ağ evin rəsmi nümayəndəsi Dey Karni də bəyan edib. Bundan sonra MSNMC telekanalı bəyanat yayıb. «Mark Halperinin şərhi tamamilə yolverilməz və qəbuledilməzdir. Biz prezident, Ağ ev və bütün tamaşaçılar qarşısında üzr istəyirik. Biz yüksək diskussiya səviyyəsinə can atırıq. Belə şərhlərə bizim efirdə yer yoxdur» - deyə bəyanatda deyilir.
    01.07.11 Məqaləni oxumaq
     
    Tayvanın keçmiş prezidenti dövlət vəsaitlərini mənimsəməkdə günahlandırılıb
    Tayvanın keçmiş prezidenti Denxuey Li rüşvət almaqda və dövlət vəsaitlərini mənimsəməkdə günahlandırılıb. Denxueyin dövlət xəzinəsini 1988-2000-ci illərdə talan etdiyi bildirilib. Prokurorluq onun ölkənin milli müdafiə nazirliyinin büdcəsindən 7,79 mln. dollar mənimsədiyini üzə çıxarıb. «KƏLAMİNFO» «MIGnews.com»a istinadən xəbər verir ki, müstəntiq Çen Xunte bildirib ki, millət başçısı kimi Denxuey hamıya nümunə olmalı idi. «Onun törətdiyi cinayətlərə baxmayaraq, biz onun yaşını və xalq qarşısında xidmətlərini nəzərə alacağıq və ona layiqli cəza verilməsinə çalışacağıq» - deyə o bildirib. 88 yaşlı Li rüşvətxorluqda günahlandırılan sayca ikinci prezidentdir. 2000-2008-ci illərdə prezident olmuş Çeyn Şuyban korrupsiya ittihamı ilə bağlı həbsxanada yatır. Barəsində 17 il həbs qərarı çıxarılmış bu şəxs Denxueyi əvəzləyib.
    01.07.11 Məqaləni oxumaq
     
    Putin: “Seçkilərdən sonra yuyunmağa gedəcəyəm”
    Prezident seçkilərindən sonra nə işlə məşğul olacağı barədə suala Rusiyanın baş naziri Vladimir Putin çox maraqlı formada cavab verib. «Mən yuyunmağa gedəcəyəm» deyən baş nazirin qənaətincə, bunun səbəbi seçki kampaniyasının çirkin olmasındadır. «Bizim yaşayacağımız bütün kampaniyalardan sonra gigiyena işləri ilə məşğul olmaq lazım gələcək» - deyə baş nazir “Vahid Rusiya” hərəkatının Yekaterinburqda keçirilən konfransında vurğulayıb. «Çox təəssüf ki, bu belədir. Bu, qaçılmaz prosesdir» deyən Putin bununla seçki prosesində iyrənc fəndlərin istifadə olunduğuna işarə edib. «KƏLAMİNFO» RIA «Novosti»yə istinadən xəbər verir ki, baş nazir bununla yanaşı, seçkilərdə namizədliyini irəli sürəcəyinə aydınlıq gətirməyib.
    01.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  83 84 85 86 87 88 89 90 91  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30