Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 82 83 84 85 86 87 88 89 90 » #
    Qəddafi Tripolini partladacaq
    Liviya lideri Müəmmar Qəddafi bəyan edib ki, əgər paytaxt Tripoli üsyançıların əlinə keçərsə, şəhəri partladacaq. «KƏLAMİNFO»un məlumatına görə, bu barədə Rusiya mətbuatı Kremlin Liviyadakı nümayəndəsinə istinadən məlumat yayıb. Rusiya rəsmisi Mixail Marqelov «İzvestiya»ya bildirib ki, bu yaxınlarda Liviyanın baş naziri əl Bağdadi əl-Mahmudi ilə görüşüb. Həmin şəxs isə ona «əgər üsyançılar şəhəri tutsalar, biz onu raketlərlə partladacağıq» deyib. «Mən hesab edirəm ki, belə bir dəhşətli plan Qəddafinin beynindədir» -deyə Marqelov bildirib.
    16.07.11 Məqaləni oxumaq
     
    Pentaqona kiberhücum nəticəsində ən iri məlumat bazaları oğurlanıb
    Pentaqon rəsmən bəyan edib ki, 2011-ci ilin martında kiberhücuma məruz qalıb və nəticədə tarixində ən iri məlumat bazalarının oğurlanması baş verib. «KƏLAMİNFO» «Associated Press»ə istinadən xəbər verir ki, söhbət 24 min fayldan gedir. Pentaqonun məlumatına görə, kompyuter şəbəkəsinə hücumu əcnəbi dövlətin hakimiyyət orqanları təşkil edib. O, söhbətin konkret olaraq hansı ölkədən getdiyini, eləcə də götürülən informasiyaların mahiyyətini açıqlamayıb.
    15.07.11 Məqaləni oxumaq
     
    Medvedyev və Gül Cənubi Qafqazada vəziyyəti müzakirə ediblər
    Rusiya və Türkiyə prezidentləri Dmitri Medvedyev və Abdulla Gül arasında telefon danışığı olub. Danışıqlar zamanı Cənubi Qafqazada vəziyyət haqqında da fikir mübadiləsi aparılıb. «KƏLAMİNFO»nun Kremlin mətbuat xidmətinə istinadən yaydığı məlumata əsasən bildirir ki, bu telefon zəngi Türkiyə tərəfinin təşəbbüsü ilə olub. Söhbət zamanı hər iki prezident yaxın perspektiv üçün ikitərəfli münasibətlərə dair planı müzakirə ediblər. Gül, həmçinin «Bulqariya» teploxodunda baş verən qəza ilə bağlı Medvedyevə başsağlığı verib.
    15.07.11 Məqaləni oxumaq
     
    Barak Obama: “Bəşər əl-Əsəd legitimliyini itirib”
    ABŞ dövlət katibi Hillari Klintonun ardınca prezident Barak Obama da Suriya prezidenti Bəşər əl-Əsədin “legitimliyini” itirdiyindən danışıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Barak Obama onun demokratik islahatlarla bağlı ümidləri puça çıxardığını deyib və istefa verməyə çağırıb. Obama bu barədə “CBS News”a müsahibəsində deyib. Bir neçə gün əvvəl Bəşər əl-Əsədin tərəfdarları Dəməşqdə Fransa və ABŞ səfirliklərinə hücum edib. BMT-nin Təhlükəsizlik Şurası bu hərəkəti kəskin pisləyib.
    14.07.11 Məqaləni oxumaq
     
    Obama borc və defisitlə bağlı razılığın əldə olunmasını istəyir
    Birləşmiş Ştatlar prezidenti Barak Obama Konqres liderləri ilə borc və defisitlə bağlı razılığın avqust ayının 2-nə qədər əldə edilməli olduğunu deyib. “KƏLAMİNFO” “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Obama deyib ki, razılıq əldə edildiyi təqdirdə Birləşmiş Ştatlar iqtisadiyyatının yenidən əvvəlki səviyyəyə qaytarılması üçün lazımi investisiya qoyuluşuna imkan veriləcək. Müxbirlərlə görüşü zamanı prezident iqtisadiyyatda tənəzzülün əsasən az gəlirli insanlarla yanaşı, hamıya təsir etdiyini deyib. Obama iqtisadiyyatda sabitliyi bərpa etmək və tənəzzülü aradan qaldırmaq üçün administrasiyasının ciddi addımlar atdığını bildirib.
    12.07.11 Məqaləni oxumaq
     
    Ərdoğan Əziz Yıldırımın həbs olunmasına münasibət bildirdi
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımın həbs olunmasına münasibətini bildirib. Jurnalistlərin suallarına cavab verən Ərdoğan bunun məhkəmə qərarı olduğunu, bu barədə danışmasının doğru olmayacağını deyib: “Bu məhkəmə qərarıdır. Onların əllərində olan səbəbləri isə mən onsuzda bilmirəm”. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, jurnalistlərdən birinin, qərarın açıqlanmasından sonra “Fənərbaxça” azarkeşlərinin törətdiyi qalmaqallar barədə verdiyi suala Ərdoğan özünün də “Fənərbaxça” tərəfdarı olduğunu, fiziki şəxslərlə hüquqi şəxsləri düzgün qiymətləndirmək lazım olduğunu deyib: “Məhkəmənin verdiyi qərarı qəbul etmək lazımdır. Belə addım atmaqları demokratik parlamentar sistem daxilində “Fənərbaxça” icmasına yaraşan rəftardır. Mən də “Fənərbaxça” tərəfdarıyam. Amma məhkəmənin verdiyi qərar var və bunu qəbul etməliyik. Əsas olan fiziki şəxslərlə hüquqi şəxsləri doğru qiymətləndirməkdir”.
    12.07.11 Məqaləni oxumaq
     
    ABŞ Yəmən prezidentinin getməsini istəyir
    ABŞ-ın terrorizmə qarşı mübarizə idarəsinin rəhbəri Con Brennan Yəmən prezidenti Əli Abdulla Salehlə görüşüb. O, Yəmən rəhbərini onu demokratiyaya keçid planına uyğun olaraq istefa verməyə çağırıb. Brennan Yəmən prezidentinə Riyad xəstəxanasında baş çəkib. Əli Abdulla Saleh iqamətgahına qarşı hücumdan aldığı yanıqlardan müalicə edilir. “KƏLAMİNFO” “BBS”yə istinadən xəbər verir ki, Ağ Evin bəyanatında bildirilir ki, Con Brennan Yəmən prezidentinə tez sağalmasını arzulayıb, Amerikanın hücumu pislədiyini bir daha təkrar edib. Sənəddə Amerikanın əks-terrorizm idarəsinin rəhbərinin Salehdən verdiyi vədə əməl edərək, planı imzalamasını istədiyi deyilir. Plan Körfəz Əməkdaşlıq Şurası tərəfindən hazırlanıb.
    11.07.11 Məqaləni oxumaq
     
    Misirdə ara yenidən qarışıb
    Misirin paytaxtı Qahirədə yüzlərlə islahat tərəfdarı yolları bağlayaraq, hökumət binalarına gedişi imkansız edib. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, mərkəzi Təhrir meydanında nümayişçilər artıq üçüncü gündür oturaq etiraz aksiyası keçirir. Nümayişçilər fevral ayında etiraz aksiyası iştirakçılarını qətlə yetirənlərin təcili cəzalandırılmasına çağırır. İslahat tərəfdarları ölkənin hakim hərbi şurasını hökumətin Hüsnü Mübarəkin tərəfdarlarından təmizləməməkdə günahlandırır. Eirazçılar mülki vətəndaşların hərbi məhkəmələrdə mühakimə edilməsinin dayandırılmasını tələb edir.
    11.07.11 Məqaləni oxumaq
     
    Gürcüstan: “Dörd fotoqrafın həbsi casusluqla bağlıdır”
    Gürcüstanda 4 fotoreportyorun saxlanması onların peşəkar fəaliyyəti ilə bağlı deyil. “KƏLAMİNFO”nun “Presa.ge” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan prezidentinin mətbuat xidmətinin katibi Manana Mancqaladze bildirib. “Şübhəli şəxslər fotoqraf işləyirlər, onların təqsiri fotoqraf kimi göstərdikləri fəaliyyətlə bağlı deyil. Saxlanılanlar məxfi informasiya, xüsusilə də yazılı sənədləşmə, yaxud məxfi tədbirlərin cədvəlini casus şəbəkə ilə eyniləşdirilən təşkilata göndərməkdə ittiham olunurlar”,- deyə o bildrib. Qeyd edək ki, dünən Gürcüstan hakimiyyətindən bəyan ediblər ki, fotomüxbirlərə qarşı cinayət işi məxfiləşdirilib. Mixail Saakaşvilinin mətbuat katibi “ayrı-ayrı şəxslərin fotoqrafların saxlanmasını söz azadlığı ilə əlaqələndirməsini iyrənc və yersiz” adlandırıb. Saxlanılanların vəkilləri bəyan ediblər ki, müdafiə etdiyi şəxslər onlara qarşı irəli sürülən ittihamları təkzib edirlər.
    08.07.11 Məqaləni oxumaq
     
    Obama "Twitter"də 18 istifadəçinin suallarına cavab verib
    ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə "Twitter" üzərindən xalqın suallarını cavablandırıb. «KƏLAMİNFO»nun məlumatına görə, «Youtube», «Facebook», «Twitter» kimi populyar sosial şəbəkələrin xidmətlərindən istifadə edən Obama Ağ Evdə 140 dəvətlinin iştirak etdiyi toplantıda «Twitter»in qurucularından olan Cek Dorsi ilə birlikdə 18 istifadəçinin suallarına cavab verib. Bir saata yaxın davam edən toplantıda Obamaya əsasən iqtisadiyyat, işsizlik, borc, ev, tələbələrin borcları və NASA ilə bağlı suallar verilib. Ağ Evə çağırılan 140 nəfər isə «Twitter» mesajlarının 140 işarəyə izn verməsini simvolizə edib. Obama ilk «Twitter» mesajında ABŞ-da iqtidarın və Konqresin qarşısındakı ən vacib mövzu olan borcların azaldılması məsələsinə toxunub. ABŞ prezidenti «Borcların azaldılması üçün hansı xərclərə qənaət edərdiniz və hansı investisiyaları qoruyardınız» - deyə mesaj yazıb. Sonra isə gələn suallara əhatəli cavablar verib.
    08.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 82 83 84 85 86 87 88 89 90 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30