Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  81 82 83 84 85 86 87 88 89  #
    ABŞ Ermənistana səfir təyinatı ilə bağlı qərarın çıxarılmasını təxirə salıb
    Senatın Beynəlxalq Münasibətlər Komitəsi ermənipərəst senator Robert Menendezin xahişi ilə ABŞ prezidenti tərəfindən Ermənistana səfir vəzifəsinə irəli sürülmüş Con Heffernin namizədliyi ilə bağlı qərarın çıxarılmasını təxirə salıb. «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, Amerika Erməni Milli Komitəsinin (ANKA) yaydığı məlumata görə, iclasa sədrlik edən komitə sədri Con Kerri bildirib ki, bu, qərar senatorlara Heffernin namizədliyi ilə bağlı daha ətraflı tanış olman üçün atılıb. Bu səbəbdən də onun nominasiyası başqa vaxta salınıb. ANKA-nın rəhbəri Aram Amparyan Menendezə buna görə təşəkkür edib. Onun sözlərinə görə, Heffernin qondarma soyqırımıyla bağlı mövqeyi onlarda narahatçılıq doğurur. Belə ki, bu şəxs bu yaxınlarda Senatda keçirilən müzakirələrdə Osmanlı imperiyasında ermənilərin kütləvi qırğına məruz qalması ilə bağlı irəli sürülən iddiaları «genosid» adlandırmaqdan boyun qaçırıb. Menendezin bununla bağlı sualını cavablandıran Heffern bildirmişdi ki, genosidə xarakteristika vermək siyasi qərardır. Yəni o, məsələ ilə bağlı Obama administrasiyasının irəli sürdüyü standartlardan kənara çıxmayıb.
    27.07.11 Məqaləni oxumaq
     
    Obama dünyanın 4 ən böyük cinayətkar təşkilatına sanksiyalar tətbiq edib
    ABŞ prezidenti Barak Obama dünyanın 4 ən böyük cinayətkar təşkilatına qarşı sanksiyalar tətbiq edib. Bunlara İtaliyanın “Kamorra”, Yaponiyanın “Yakudza”, Meksikanın “Los Zetas” və keçmiş Sovet İttifaqının “Qardaşlıq dairəsi” qrupları daxildir. «KƏLAMİNFO» «Qolos Amerika»ya istinadən xəbər verir ki, sanksiyalar təşkilatların ABŞ-dakı hesablarının dondurulması və Amerika şirkətlərinin onlarla biznes əlaqələrinin yasaqlanmasını nəzərdə tutur. Konqresə ünvanladığı məktubda Barak Obama bildirir ki, transmilli kriminal təşkilatlar Amerikaya qarşı təhlükə törədir. Prezident mütəşəkkil cinayətkarlığın artıq yerli və ya regional problem olmadığını deyib.
    27.07.11 Məqaləni oxumaq
     
    Böyük Britaniya ifrat sağçı qruplara nəzarət məsələsinə yenidən baxacaq
    Böyük Britaniyanın baş naziri Devid Kameronun ofisi Norveçdə keçən həftə baş vermiş kütləvi qırğından sonra ifrat sağçı qruplara nəzarət məsələsinə yenidən baxılacağını bildirir. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, baş nazir bu gün Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edib. İclasda Britaniya təhlükəsizlik agentliklərinin ifrat sağçı qruplara şuranın dediyi kimi, adekvat nəzarət edib-etmədiyi məsələsi müzakirə edilib. İclasda, həmçinin Norveçdə 76 adamın ölümülə nəticələnmiş hücumun Britaniya üçün nəticələrinin müzakirəsi də yer alıb. Norveç hücumlarında əsas şübhəli Anders Berinq Breyvikin Britaniyada ifrat sağçılar tərəfindən cəlb edildiyini iddia olunur. Polis hər hansı mümkün əlaqənin olub-olmadığını araşdırır.
    26.07.11 Məqaləni oxumaq
     
    PKK terrorçuları 3 türk əsgərini öldürüb
    PKK terrorçuları Mardin vilayətində 3 türk əsgərini öldürüb. «Azadinform» TRT-yə istinadən xəbər verir ki, əsgərlər Ömərli postuna qayıdarkən hücuma məruz qalıb. Daha sonra türk silahlı qüvvələri yaraqlıların ələ keçirilməsi əməliyyatına başlayıb. Son həftələr PKK üsyançıları ilə döyüşlər intensivləşib. Bu ayın əvvəllərində PKK yaraqlıları ilə türk əsgərləri arasında atışmalarda 13 türk əsgəri həlak olub və 7 yaraqlı öldürülüb.
    26.07.11 Məqaləni oxumaq
     
    İran rialı tarixə qovuşa bilər
    İran Mərkəzi Bankı milli məzənnənin denominasiyasını keçirmək niyyətindədir. Bu barədə “Azadinform” İran mətbuatına istinadən xəbər verir. Ölkənin Mərkəzi Bankının veb-saytında xüsusi bölmə-forum açılıb və vətəndaşlara milli məzənnə üçün təklif edilmiş adlardan birini seçmək təklif olunur. Təkliflər arasında indiki rialdan başqa, duman, parsi və derik pul vahidləri yer alıb. Yaxın vaxtlarda dövriyyəyə buraxılacaq yeni valyuta, Mərkəzi Bankın təklifinə əsasən, dörd sıfırdan məhrum olacaq. Məsələn, 100 000 rial təxminən 9 dolların ekvivalenti olacaq. Qanun layihəsi parlamentə yönəldilməmişdən öncə vətəndaşlar arasında sorğu keçiriləcək.
    25.07.11 Məqaləni oxumaq
     
    Sarkisyan Medvedyevin müraciətinə rəsmən cavab verib
    Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Dmitri Medvedyevin Qarabağ münaqişəsi ilə bağlı müraciətinə rəsmən cavab verib. «KƏLAMİNFO» erməni KİV-inə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan bildirib. Qeyd edilib ki, az əvvəl Rusiya prezidentinin müraciətində Azərbaycan prezidenti İlham Əliyev cavab verib. Onun cavabını Moskvaya xarici işlər naziri Elmar Məmmədyarov çatdırıb.
    23.07.11 Məqaləni oxumaq
     
    ABŞ 500 milyard dollarlıq ixtisar planını açıqlayıb
    ABŞ prezidenti Barak Obama respublikaçı və demokrat qanunvericiləri büdcə razılığı ilə bağlı yolların müəyyən edilməsi səylərini davam etdirməyə çağırıb. «KƏLAMİNFO»nun məlumatına görə, hər iki partiya nümayəndələrindən təşkil edilən «altılar qrupu» məsrəflərin 500 milyard dollarlıq ixtisar planını açıqlayıb. Bu, gələn 10 il ərzində xərclərin 4 trilyon azaldılması səylərinin bir hissəsidir. Plan sosial təminat proqramında böyük dəyişikliklərə yol aça və gələn 10 il ərzində vergiləri 1 trilyon artıra bilər. ABŞ prezidenti planı «balanslı yanaşma» adlandırsa da, onu təsdiq edəcəyi barədə heç nə deməyib.
    21.07.11 Məqaləni oxumaq
     
    Axtarışda olan sonuncu hərbi cani həbs edildi
    Serbiyanın hakimiyyət orqanları Qoran-Hadcicin həbs edildiyi barədə məlumat yayıb. Haaqa tribunalı tərəfindən Balkanlarda müharibə zamanı hərbi cinayətlər törətdiyinə görə axtarışda olan bu şəxsin həbsi barədə məlumatı Serbiya prezidenti Boris Tadiç verib. «KƏLAMİNFO» «B92» telekanalına istinadən xəbər verir ki, serb mənşəli xorvat siyasətçi Xorvatiya ərazisində 1992-1993-cü illərdə fəaliyyət göstərmiş tanınmamış Serbskaya Kraina Respublikasının rəhbəri olub. 2004-cü ildə Haaqa məhkəməsi ona qarşı 14 epizod üzrə ittiham irəli sürüb. O, xorvat əhalisinin qətlində və deportasiyasında günahlandırılır. Onun ələ keçirilməsi üçün ABŞ hökuməti beş milyon dollarlıq mükafat təyin etmişdi. Əlavə 1,4 mln. dollar isə Serbiya hökuməti təyin etmişdi. Ratko Mladiçin həbsindən sonra o, Haaqa məhkəməsinin Serbiyadan tələb etdiyi sonuncu cinayətkar idi. Hərbi cinayətkarların təhvil verilməsi Serbiyanın AB-yə üzvlüyündə əsas şərtlərdən biridir.
    21.07.11 Məqaləni oxumaq
     
    Angela Merkel avro ilə bağlı nikbin danışıb
    Almaniya kansleri Angela Merkel Avrozona ölkələri ilə bağlı açıqlama verib. “KƏLAMİNFO”nun məlumatına görə, öz ölkəsinin KİV-lərinə danışan kansler hesab edir ki, bəzi avrozona ölkələrinin borc problemləri vahid Avropa valyutası üçün təhlükə deyil. “Avro böhranı yoxdur” deyən Merkelin fikrincə, hazırda yalnız ayrı-ayrı ölkələrə münasibətdə böhran barəsində danışmaq olar: “Biz avronun sabit valyuta olması üzərində çalışırıq. Ümumavropa pul vahidi Almaniyaya çox lazımdır. Avro Avropa eyniliyinin bir hissəsidir”. Merkel Yunanıstanın borcunun restrukturizasiyasını artıq istisna etməyib və eyni zamanda bunun arzuolunmayan ssenari olduğunu vurğulayıb. O, əmin olduğunu bildirib ki, avrozona ölkələrinin iyulun 21-nə nəzərdə tutulmuş növbədənkənar zirvə görüşündə Yunanıstana yardım göstərilməsi məsələsində yekdillik əldə ediləcək: “Yalnız konkret nəticələrin əldə edilməsinin mümkün olacağı təqdirdə həmin danışıqlara qatılacağam”. ABŞ-ın reytinq agentliklərinin fəaliyyətinə toxunan A.Merkel vurğulayıb ki, problem agentliklər deyil, borclardır, lakin böhranlı anlarda bu qurumlar problemi daha da ağırlaşdırırlar. Kansler Avropa Reytinq Agentliyinin yaradılması arzusunda olduğunu da gizlətməyib.
    19.07.11 Məqaləni oxumaq
     
    Mübarək komadadır
    Misirin sabiq prezidenti, kütləvi xalq etirazları ilə hakimiyyətdən düşürülən Hüsnü Mübarək komaya düşüb. «KƏLAMİNFO» «Cihan»a istinadən xəvər verir ki, bu barədə məlumatı Mübarəkin vəkili Fərid əl Deeb verib. Deeb Hüsnü Mübarəkin Şarm əl-Şeyx şəhərindəki xəstəxanada komaya düşdüyünü deyib: «Mənə xəbər gəldi ki, Hüsnü Mübarəkin səhhəti qəfildən pisləşib. İndi Şarm əl-Şeyxə gedirəm. Hal-hazırda bildiyim bir şey var ki, Mübarək komadadır».
    19.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  81 82 83 84 85 86 87 88 89  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30