Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  79 80 81 82 83 84 85 86 87  #
    Narkodiler 1500 nəfərin qətlini həyata keçirib
    Meksikanın «Xuares» narkokartellərindən birinin rəhbəri Antonio Aqosta Ernandes narkomüharibə gedişində 1500 qətldə əli olduğunu bəyan edib. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə «Lenta.ru» «Associated Press»ə istinadən məlumat yayıb. Narkodiler, həmçinin 2010-cu ildə Syudad-Xuraes şəhərində avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində baş verən irimiqyaslı ölüm halında günahlandırılıb. Hüquq-mühafizə orqanları onu, həmçinin ABŞ səfirliyinin əməkdaşı və onun ərinin ölümündə də təqsirli bilirlər. Polisdə hesab edirlər ki, Ernandes hər bir qətllə bağlı şəxsən qərar verirmiş. Meksika polisi yaxın vaxtlarda ABŞ hakimiyyət orqanlarına onun ekstradisiyası ilə bağlı sorğu göndərəcək. Ernandes iyulun 29-da həbs edilib. Keçmiş polis zabiti olan Ernandesin tutulması üçün Meksikanın hakimiyyət orqanları 1,25 mln. dollar sərf edib.
    01.08.11 Məqaləni oxumaq
     
    Suriyanın Hama şəhərində 140 adam ölüb
    Suriyanın Hama şəhərində nümayişçilərlə hərbçilər arasında baş verən toqquşmalar nəticəsində 140 adam ölüb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, şəhərə yeridilən tanklar adamlara atəş açılıb. ABŞ və Avropa Birliyi Dəməşqə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. BMT-nin baş katibi Pan Gi Mun bir daha Suriya hakimiyyətini zorakılığa son qoymağa çağırıb.
    01.08.11 Məqaləni oxumaq
     
    3 liviyalı jurnalist həlak oldu
    Liviyada artıq 6 aydır ki, qarşıdurmalar davam edir. NATO tәyyarәlәrinin Liviya dövlәt televiziyasının peyk sistemini bombalaması nəticəsində 3 liviyalı jurnalist hәlak olub, 15 nәfәr isə xәsarәt alıb. «KƏLAMİNFO» «İTAR TASS»a istinadən xəbər verir ki, «Әl Cәmahiriyyә» televiziyasının rәhbәri Xalid Baziliya hücumu beynәlxalq terror aktı olaraq xarakterizә edib. NATO-dan verilәn açıqlamada isә televiziyanın Qәddafi ilə bağlı terror verilişlәrinә son qoymaq mәqsәdi ilә bombardman edildiyi bildirilib. Müxaliflәrin komandiri Abdülfәttah Yunisi isə Qәddafiyә qarşı mübarizә aparan qruplardan birinin liderinin qәtlә yetirildiyini bildirib. Qeyd edək ki, uzun illәr Qәddafi rəhbərliyində yer alan Yunis daxili işlәr naziri ikən müxaliflәrin tərəfinə keçərək onların komandiri vәzifәsini öhdәsinә götürüb.
    01.08.11 Məqaləni oxumaq
     
    Rusların 17 faizi Ermənistanı Rusiyaya birləşdirmək istəyir
    Rusların 17 faizi Ermənistanın Rusiyaya birləşməsini mümkün hesab edir. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (Levada) keçirdiyi sosioloji sorğunun nəticələri bu qənaətə gəlməyə əsas verir. Rəy zamanı müəyyən olunub ki, rusların 36 faizi hansısa bir dövlətlə ittifaqa girməyin əleyhinədir. Analoji sorğu ötən il keçirilən zaman bu suala 40 faiz respondent “yox” cavabı vermişdi. Birləşmiş SSRİ-yə gəldikdə, burada respondentlərin 20 faizi, ya da hər 5 respondentdən biri belə bir qurumda yaşamaq istədiyini bildiriblər. Ukrayna, Belarus, Qazaxıstanla rəyi soruşulanların 17 faizi vahid dövlətdə birləşmək istəyərdi. Avropa ilə daha az -13 faiz. O ki qaldı MDB-yə, yalnız 10 faiz belə bir ittifaqda yaşamağı istəyir. Ötən sorğuda isə bu rəqəm 4 faiz idi. Rusların daha çox birləşmək istədikləri ölkə Belarus (35), Ukrayna (33), Qazaxıstan (27 faiz) olub. Sonrakı yerlərdə Ermənistan - 17, Moldova - 16, Azərbaycan -14, Tacikistan və Qırğızıstan hər biri ayrılıqda 12 faizlə gəlir.
    01.08.11 Məqaləni oxumaq
     
    Mübarəkiın məhkəməsi avqustun 3-də başlayacaq
    Misirin keçmiş prezidenti Hüsni Mübarək və onun yaxın ətrafının məhkəməsi avqustun 3-də başlanacaq. Misir hakimiyyəti Mübarək və onun oğullarının məhkəməsini Qahirənin sərgi manejində keçirmək niyyətindədir. Ədliyyə naziri Abdel Aziz al-Hindi bildirib ki, hazırda burada jurnalistlərin, QHT nümayəndələrinin və nümayişçilərin ailə üzvlərinin iştirakını təmin etmək üçün binada hazırlıq işləri aparılır. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə yerli MENA agentliyi müstəqil mənbələrə istinadla xəbər verir. Onlar korrupsiya və dinc nümayişçilərin qətlində itiham olunurlar. Məlumatlara görə dinləmələr paytaxt Qahirədə keçiriləcək. Mübarək hazırda Şarm aş Şeyx şəhərindəki xəstəxanalardan birində nəzarət altındadır.
    30.07.11 Məqaləni oxumaq
     
    Medvedyevin ilk işi süpürgəçilik olub
    Rusiya prezidenti Dmitri Medvedyev əmək kitabçasının bəzi maraqlı təfərrüatlarını açıqlayıb. «KƏLAMİNFO» «BBC»yə istinadən xəbər verir ki, Rusiya prezidenti deyib ki, o karyerasına süpürgəçilikdən başlayıb. «Mənim əmək kitabçamda ilk qeyddə süpürgəçi olmağım göstərilib. Sonuncu isə prezidentdir. Düzdür universitetdə oxuyanda küçə süpürmüşəm. Amma elə o zaman mənə əmək kitabçası açmışdılar». Medvedyev bunları Kremldə dövlət mükafatlarını təqdim edərkən deyib. Dövlət mükafatına layiq görülmüş, iki dəfə Sovet İttifaqı qəhrəmanı, kosmonavt Viktor Savinıx da karyerasına həmin işdən başlayıb. Tələbə olarkən o da Moskva Dövlət Universitetində süpürgəçi işləyib.
    29.07.11 Məqaləni oxumaq
     
    Sarkisyan Baden-Badendə dincələcək
    Ermənistan prezidenti Serj Sarkisyan yay istirahətini Almaniyanın Baden-Baden şəhərində keçirmək qərarına gəlib. «KƏLAMİNFO» «Armenia Today»ə istinadən yaydığı xəbərdə göstərib ki, bunu «Jamanak» qəzeti prezidentin yaxın ətrafına istinadən yayıb. Qəzetin yazdığına görə, Sarkisyan avqustun 5-də istirahətə yollanacaq. O, ailə üzvləri ilə birlikdə ora gedəcək.
    29.07.11 Məqaləni oxumaq
     
    ABŞ İranı «Əl-Qaidə» ilə gizli sövdələşmədə ittiham edir
    Birləşmiş Ştatlar İranı «Əl-Qaidə» ilə gizli sövdələşmədə ittiham edir. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu, Vaşinqtonun «Əl-Qaidə»nin altı fəalına qarşı sanksiyalar elan etdiyi zaman baş verib. ABŞ-ın maliyyə nazirliyi detalları açıqlamayıb, lakin bildirib ki, fəallar ABŞ rəsmilərinin İranda əl-Qaidənin vasitəçisi olduğuna inandığı İzzəddin Əbdül Əziz Xəlilin şəbəkəsinə mənsub olduğunu bildirib. Nazirliyin bildirdiyinə görə, Xəlil İran hökuməti və terrorçu qrup arasında razılıq əsasında fəaliyyət göstərir. Maliyyə nazirliyi qeyd edir ki, İran «Əl-Qaidə»nin Əfqanıstan və Pakistanda əməliyyatlarına maliyyə dəstəyinin verilməsi üçün mühüm tranzit məntəqəsi kimi çıxış edir. İran hökuməti buna hələlik reaksiya verməyib.
    29.07.11 Məqaləni oxumaq
     
    Liviya üsyançılarının hərbi qüvvələrinin komandiri Abdel Fəttah Yunis öldürülüb
    Liviya üsyançılarının hərbi qüvvələrinin komandiri Abdel Fəttah Yunis və onun iki köməkçisi naməlum silahlı şəxslər tərəfindən öldürülüb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə xəbəri Liviyanın Milli Keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil yayıb. O bildirib ki, Yunis ətrafında Qəddafi qüvvələri ilə döyüşlər gedən Marsa-el-Breqa şəhərindən dindirilmək üçün Benqaziya çağırılıb. Lakin Yunis və onun iki köməkçisi dindirilmədən bir qədər əvvəl Benqazidə naməlum silahlı qrup tərəfində qətlə yetiriliblər. Mustafa Abdel Cəlil deyib ki, hücum edən silahlı qrupun başçısı həbs edilib. Lakin o hadisənin təfərrüatını açıqlamayıb. Yunisin Benqazidəki evi hal-hazırda əsgərlər tərəfindən mühasirəyə alınıb. Qəddafi hökumətinin keçmiş təhlükəsizlik naziri Abdel Fəttah Yunis bu ilin fevralında üsyançıların tərəfinə keçib və müxalifətin hərbi qüvvələrinə başçılıq edib.
    29.07.11 Məqaləni oxumaq
     
    Qəddafi: “Qorxmuruq, onlara meydan oxuyuruq”
    Liviya prezidenti Müəmmar Qəddafi NATO-ya yenə meydan oxuyub. Paytaxt Tripolinin 120 kilometr qərbində yerləşən Zaltendə səsli mesajla tərəfdarlarına səslənən Qəddafi: «Qorxmuruq, onlara meydan oxuyuruq. Həyatlarımız, qadınlarımız və uşaqlarımızla bir əvəz ödəyirik. Düşmənə qalib gəlmək üçün canımızı fəda etməyə hazırıq» deyib. «KƏLAMİNFO»nun məlumatına görə, Liviya dövlət televiziyasında yayımlanan mesajda Qəddafi tərəfdarlarını ölkənin cənub-qərbindəki dağlıq bölgəyə - Əl Abal Əl Harbiyə yürüşə keçməyə çağırıb. Qəddafi müxalifətə xitabən: «Xainlər, silahlarınızı atın. Təslim olmaq, ya da ölmək arasında seçim edin» ifadəsini işlədib. Liviya hökuməti isə İngiltərənin yeganə legitim hökuməti olaraq Milli Keçid Şurasını tanımasını və Qəddafi hökuməti ilə diplomatik əlaqələri kəsməsini qanunsuz və məsuliyyətsiz qərar kimi dəyərləndirib.
    29.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  79 80 81 82 83 84 85 86 87  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30