Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  78 79 80 81 82 83 84 85 86  #
    Necdət Özəl Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub
    Türkiyə Yüksək Əsgəri Şura toplantısı tamamlanıb. “KƏLAMİNFO” xəbər verir ki, prezident Abdulla Gül təqdim olunan qərarları təsdiq edib. Ordu generalı Necdət Özəl Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub. Bundan başqa, ordu generalı Hayri Kıvrıkoğlu Quru Qoşunları komandanı, ordu generalı Mehmet Ərdəm Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Bəkir Kalyonçu Jandarma Qüvvələri komandanı, ordu admiralı Emin Murad Bilgel Hərbi Dəniz Qüvvələrinin komandanı təyin ediliblər.
    04.08.11 Məqaləni oxumaq
     
    Somali planetin ən təhlükəli dövlətləri sırasında liderdir
    «Maplecroft» konsaltinq kompaniyasının tərtib etdiyi reytinqə görə, Somali planetin terrorizm baxımından ən təhlükəli dövlətləri sırasında liderdir. «KƏLAMİNFO» «RBK»ya istinadən xəbər verir ki, buna səbəb bu ölkədə «Əl-Qaidə» ilə əməkdaşlıq edən radikal islam qruplaşmalarının həddən artıq cəmləşməsidir. Ondan sonrakı yerləri Pakistan, İraq, Əfqanıstan, eləcə də yeni yaradılan Cənubi Sudan dövləti bölüşür. Yəmən, İran, Uqanda, Liviya, Misir və Nigeriyada da terror təhlükəsi artıb. Turistlərə gedilməsi məsləhət görülməyən ölkələr arasında isə Fələstin əraziləri, Konqo, Mərkəzi Afrika Respublikası, Kolumbiya, Əlcəzair, Tailand, Filippin var. Rusiya ilk iyirmilikdə 14-cü yerdə qərarlaşıb. Ondan sonra Sudan, İran, Burundi, Hindistan, Nigeriya və İsrail gəlir. Reytinqdə bütövlükdə 198 ölkə qərarlaşıb. Terror təhlükəsinin ən az olduğu ölkələr Skandinaviya ölkələri, ABŞ, Kanada, Avstraliya və Yeni Zellandiyadır. «Maplecroft»un hesablamalarına görə, ötən il terrorçuların əməlləri nəticəsində 13 min 492 nəfər həlak olub.
    04.08.11 Məqaləni oxumaq
     
    Hüsnü Mübarəkin məhkəməsi başlayır
    Bu gün keçmiş Misir prezidenti Hüsnü Mübarəkin məhkəməsi başlayır. O, korrupsiya və etirazçılara qarşı atəş açmaq əmri vermək ittihamları ilə üzləşib. Məlumatlara görə, 83 yaşlı Mübarəkin hazırda müalicə olunduğu Qırmızı Dəniz sahillərindəki kurort şəhər Sarm əl-Seyxdən Qahirəyə gətiriləcəyi gözlənir. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, məhkəmə Polis Akademiyasında keçiriləcək. Mübarək və onunla birgə ittiham olunanların məhkəmə zamanı dəmir barmaqlıqlar arasında saxlanacağı gözlənir. Rəsmilər bildirirlər ki, məhkəmə iclasları dövlət televiziyası ilə nümayiş olunacaq. Mübarək, ölkənin keçmiş daxili işlər naziri Habib əl-Adli, digər keçmiş yüksək vəzifəli altı məmur etirazlar zamanı 850 nəfərin ölümündə günahlandırılır. Əgər ittiham təsdiqlənsə, onlar edam cəzası ilə üzləşə bilərlər. Ayrıca Mübarək və onun iki oğlu korrupsiyada ittiham edilirlər.
    04.08.11 Məqaləni oxumaq
     
    Rahmon 15 min məhbusu azad edəcək
    Tacik rəsmilərinin bildirdiyinə görə, prezident İmomali Rahmon ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə 15 min məhbusun amnistiyası ilə bağlı fərman imzalayacaq. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Prezident Aparatının mətbuat xidməti prezidentin amnistiya qanununu parlamentə göndərdiyini bildirib. Amnistiya Tacikistan məhbuslarının yarısına şamil ediləcək. Amnistiya kiçik cinayətlər törədənlər və ilk dəfə olaraq artıq cəzalarının 3 ildən çoxunu çəkən 1997-98-ci il silahlı qarşıdurmalarında iştirak edənlərə şamil edilir. Bundan əlavə, azyaşlılar və İkinci Dünya və sovet dövrü Əfqanıstan müharibələrinin veteranları da azadlığa buraxılacaq.
    03.08.11 Məqaləni oxumaq
     
    Amerikalı müsəlmanların nikbinliyi artıb
    “Gallup” sorğu təşkilatının bildirdiyinə görə, son illər amerikalı müsəlmanların nikbinliyi artıb. Lakin onların Amerikanın xarici siyasəti ilə razılaşmadığı qeyd edilir. «KƏLAMİNFO» «Amerikanın səsi»nə istinadən xəbər verir ki, təşkilatın Dubayda yerləşən filialının keçirdiyi sorğunun nəticələrinə görə, müsəlman amerikalıların 60 faizi inamlarının artdığını bildirib. Bu isə 2008-ci illə müqayisədə 19 faiz inkişaf deməkdir. 3 il sürən sorğunun müəllifləri göstəricilərin iqtisadi durumun normallaşması və ABŞ prezidenti Barak Obamanın reytinqinin artması ilə izah edir. Amerikada müsəlmanlar və digər dini azlıqlar ordu və hüquq-mühafizə orqanlarına etibar etmirdi. Son sorğu indi onların Federal Təhqiqat Bürosuna etimadının artdığını göstərir. ABŞ müsəlmanları İraq və Əfqanıstan müharibələrini «səhv qərar» adlandırıblar.
    03.08.11 Məqaləni oxumaq
     
    Qəbul imtahanları vaxtı Özbəkistanda bütün mobil telefonların SMS xidməti bağlanıb
    Özbəkistanda universitetlərdə qəbul imtahanı günü mobil operatorlar İnterneti və SMS xidmətini 4 saatlığa bağlayıblar. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, ölkənin 5 mobil operatoru bunu sistemdə profilaktika ilə izah etsə də, məlumatlara görə hakimiyyət bununla universitetlərə qəbul imtahanlarında mobil telefondan istifadə olunmasının qarşısını almaq istəyib. 28 milyonluq Özbəkistanda 19 milyon mobil telefon var.
    03.08.11 Məqaləni oxumaq
     
    Putin Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsini istisna etmir
    Rusiyanın baş naziri Vladimir Putin Cənubi Osetiyanın Rusiya Federasiyasına birləşdirilməsini istisna etmir. «KƏLAMİNFO» «Armenia Today»ə istinadən xəbər verir ki, baş nazir əlavə edib ki, qərar osetin xalqından asılı olacaq. «Siz Rusiyanın mövqeyini bilirsiniz. Gürcü rəhbərliyi hərbi aksiyaya əl atdıqda, Rusiya rəhbərliyi Cənubi Osetiyanı dəstəklədi» - deyə Putin «Seliger 2011» gənclər forumunun iştirakçılarına müraciətində bildirib. Rəsmi Tbilisi Putinin bu bəyanatını kəskin tənqid edib. Parlamentin viste-spikeri Mixail Maçavariani bildirib ki, bu tip bəyanatlar 2009-cu il avqust müharibəsinin əsas məqsədini ortaya çıxarır. Yəni burada əsas məram Gürcüstan ərazilərinin işğal edilməsi olub.
    03.08.11 Məqaləni oxumaq
     
    ABŞ-ın Nümayəndələr Palatası dövlət borcu limitinin artırılması planını təsdiq edib
    ABŞ-ın Nümayəndələr Palatası Ağ Ev və Konqresdəki hər iki partiyanın liderləri tərəfindən razılaşdırılmış dövlət borcu limitinin artırılması və federal büdcə kəsirinin azaldılması planını təsdiq edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, spiker Con Beyner bildirib ki, qanun layihəsinin lehinə 269 səs, əleyhinə isə 161 səs toplanılıb ki, bu da sözügedən layihənin təsdiqi üçün kifayət edib. Qəbul olunan plana əsasən, 10 il ərzində dövlət borcunun limiti ən azı 2,1 trln. dollar artırılacaq. Eyni məbləğdə büdcə kəsiri də azaldılacaq. Qeyd edək ki, bu gün Senat da qanun layihəsini təsdiq etməlidir.
    02.08.11 Məqaləni oxumaq
     
    Demokratlar və respublikaçılar razılığa gəliblər
    ABŞ prezidenti Barak Obama bildirib ki, Konqresdəki demokratlar və respublikaçılar ABŞ tarixində baş verə biləcək ilk defoltun qarşını almaq üçün razılaşma əldə ediblər. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Obama bazar günü axşam Asiya birjalarının açılmasına az qalmış bu barədə açıqlama verib. Bildirib ki, razılaşma Nümayəndələr Palatasında və Senatda təsdiq olunmalıdır. Qanunverici orqanın razılaşmanı təsdiq etməsi üçün son müddət avqustun 2-dir. Razılaşma növbəti 10 il ərzində büdcə kəsirinin 2,5 trilyon azaldılmasını nəzərdə tutur.
    02.08.11 Məqaləni oxumaq
     
    ABŞ diplomatlarının səfərlərinə yeni məhdudiyyətlər qoyuldu
    Pakistan ölkədə yaşayan ABŞ diplomatlarının səfərlərinə yeni məhdudiyyətlər qoyub. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, diplomatik mənbələr bildirir ki, ABŞ-ın İslamabaddakı səfirliyi keçən ay Xarici İşlər Nazirliyindən diplomatların paytaxtdan kənarda hərəkət etməsinə qoyulan yeni məhdudiyyətlərlə bağlı məktub alıb. Məktubun surətini almış «Assoşieyted Press» agentliyinin verdiyi məlumata görə, sənəddə ABŞ diplomatlarının şəhəri tərk etməzdən beş gün əvvəl xüsusi icazə almalı olduğu göstərilir. Pakistan mətbuatı ABŞ diplomatlarının rəsmi icazə olmadığı üçün bu ayın əvvəli Peşəvərdən geri qaytarıldığı haqda məlumat verib. Hər iki ölkənin hökuməti Pakistan mətbuatında məhdudiyyətlərlə bağlı bu gün verilmiş məlumatlardan sonra narazılıqları açıq şəkildə bildirməməyə çalışıb. ABŞ səfirliyinin sözçüsü Alberto Rodriqes deyib ki, Birləşmiş Ştatlar məsələni həll etmək üçün yerli rəsmilərlə iş aparır.
    01.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  78 79 80 81 82 83 84 85 86  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30