Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  77 78 79 80 81 82 83 84 85  #
    Yupiterə səyahət başladı
    Yupiter planetini araşdırmaq üçün düzəldilən “Cuno” kosmik cihazı səyahət turuna başlayıb. “KƏLAMİNFO” UPİ-yə istinadən xəbər verir ki, cihaz ABŞ-a 1,1 milyard dollara başa gəlib. İnsansız idarə olunacaq “Cuno” Günəş sisteminin ən böyük planeti Yupiterin əmələ gəlməsi, forması, ölçüləri, səthi və sair haqqında məlumat toplayacaq. “Cuno” günəş enerjisi ilə işləyir. Cihaz Skot Bolton tərəfindən sxemləşdirilib.
    08.08.11 Məqaləni oxumaq
     
    İstanbul-Məkkə dəmiryolu xətti bərpa olunur
    Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında olan İstanbul-Məkkə dəmiryolu 100 illik fasilədən sonra yenidən işə salınacaq. “KƏLAMİNFO” Tükkiyə mətbuatına istinadən xəbər verir ki, 1900-cü il sentyabrın 1-də təməli qoyulan və Sultan II Əbdülhəmidin ən böyük layihələrindən biri olan dəmiryolunun bərpası yaxın vaxtlarda başa çatdırılacaq. Bu marşrutun bərpası ilə sərnişinlər və zəvvarlar İstanbuldan Məkkəyə 24 saatlıq yolu qət edərək müqəddəs şəhərdə ola biləcəklər. Qeyd edək ki, 1904-cü ildə mərhələli şəkildə istifadəyə verilən və 4 ölkədən keçən 2 min 241 km-lik dəmiryolunu ingilislər sıradan çıxarıb. Xatırladaq ki, il ərzində 2 milyon sərnişinin istifadə edə biləcəyi bu layihə Qırmızı dəniz sahillərini də əhatə edəcək.
    08.08.11 Məqaləni oxumaq
     
    Medvedyev: Saakaşvili mənə minnətdar olmalıdır
    Rusiya prezidenti Dmitri Medvedyev bəyan edib ki, gürcü həmkarı Mixail Saakaşvili öz postunda qaldığına görə ona minnətdar olmalıdır. Onun sözlərinə görə, əgər 2008-ci il hərbi münaqişəsi zamanı rus qoşunları Tbilisiyə daxil olsaydılar, çox güman ki, Gürcüstanda başqa şəxs prezident olardı. “KƏLAMİNFO”un məlumatına görə, Rusiya prezidentinin bu sözləri “Russia Today”, Gürcüstanın birinci kanalı və “Exo Moskvı” radiostansiyasının efirində gedib. Müsahibənin tam mətni ilə prezidentin rəsmi saytında tanış olmaq olar. D.Medvedyev bəyan edib ki, «Sülhə məcbur etmək» əməliyyatının əsas məqsədi Saakaşvilinin həyata keçirdiyi «işğalın qarşısının alınması idi». Rusiya prezidenti vurğulayıb ki, Saakaşvilinin üzərinə yüzlərlə rusiyalı sülhyaratma missiyasının əsgərinin ölümü düşür: «Mən bunu ona heç bir vaxt bağışlamayacağam və bu səbəbdən də onunla danışmayacağam. Ancaq o, mütəmadi olaraq müxtəlif beynəlxalq dəhlizlərdə mənə yaxınlaşmağa cəhd göstərir». O, etiraf edib ki, Saakaşvili qanuni seçilmiş prezidentdir və yalnız gürcü xalqı ona qiymət verə bilər. D.Medvedyev onu da deyib ki, Gürcüstanın növbəti prezidentinin Rusiya ilə münasibətlər qurmaq üçün imkanları yaranacaq.
    06.08.11 Məqaləni oxumaq
     
    Qəddafinin oğlu öldürülüb?
    Liviya lideri Müəmmar Qəddafinin oğlanlarından biri NATO qüvvələrinin aviahücumu nəticəsində həlak olub. «KƏLAMİNFO»nun «France-Presse» agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə üsyançıların nümayəndələri bildiriblər. Üsyançıların kəşfiyyat xidmətinin məlumatına görə, həlak olanlar arasında Qəddafinin oğlu Hamisin də adı çəkilir. Onun səhvən mart ayında öldürüldüyü barədə məlumat yayılmışdı. Hamis Qəddafi Liviya liderinin kiçik oğlu olmaqla yanaşı, Liviya xüsusi təyinatlılarının 32-ci briqadasının komandiri vəzifəsində çalışırdı.
    05.08.11 Məqaləni oxumaq
     
    Pentaqon müdafiə xərclərinin ixtisarından narahatdır
    ABŞ-ın müdafiə naziri Leon Panetta və Birləşmiş Hərbi Qərargahlar rəisi Maykl Müllen müdafiə xərclərinin ixtisar edilməsindən narahatlıqlarını bildirib. Panetta və Müllen 350 milyard dollarlıq ixtisarın zəruriliyini dərk etdiklərini, lakin Pentaqonun bundan əlavə ixtisarla üzləşməsinə yol verilməməsinin vacibliyini vurğulayıblar. «KƏLAMİNFO» «Newsru.com»a istinadən xəbər verir ki, bu həftə əldə edilən razılığa əsasən, Konqres komitəsi məsrəflərin daha artıq ixtisar edilməsinə dair plan hazırlamalıdır. Əgər plan hazır olmasa, bu, digər agentliklərlə yanaşı, ordunun da xərclərinin azaldılması demək olacaq. Leon Panetta bunun ölkənin təhlükəsizliyinə ciddi ziyan vuracağını deyib.
    05.08.11 Məqaləni oxumaq
     
    Barak Obama: Rusiya ilə ABŞ arasında nüvə tərksilahı barədə yeni razılıq böyük irəliləyişdir
    Birləşmiş Ştatlar prezidenti Barak Obama «İTAR TASS»a müsahibəsində deyib ki, Rusiya ilə ABŞ arasında nüvə tərksilahı barədə yeni razılıq iki ölkə arasındakı əlaqələrdə böyük irəliləyişdir. «KƏLAMİNFO» agentliyə istinadən xəbər verir ki, media ilə ad günü ərəfəsində danışan Obama “soyuq müharibə” dövründə anadan olduğunu deyib və əlavə edib ki, o dövrdə Moskva ilə Vaşinqtonun beynəlxalq müstəvidə tərəfdaşlıq edəcəyi heç kəsin ağlına belə gəlməzdi. Obama Rusiya prezidenti Dmitri Medvedyevin vətənpərvər bir şəxs olduğunu və ölkəsinin maraqlarını müdafiə etdiyini deyib. Qeyd edək ki, Rusiya Obamanın ad günü münasibəti ilə yeni marka və zərflər buraxıb.
    05.08.11 Məqaləni oxumaq
     
    BMT-nin baş katibi Bəşər Əsədlə görüşəcək
    BMT Təhlükəsizlik Şurası Suriya iqtidarının fəaliyyətini pisləyib. Şura ölkədə baş verən hadisələrdən dərin narahatlıq keçirdiyini bildirib. TŞ həm hökumət qüvvələrini, həm də nümayişçiləri zor tətbiqindən çəkinməyə çağırıb. Açıqlamada prezident Bəşər Əsəd iqtidarının dinc vətəndaşlara güc tətbiq etməyəcəyinə dair beynəlxalq sazişlərə əməl etməsi və güc tətbiq edənləri məhkəmə qarşısına çıxarması tələb edilib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Şura Dəməşq hökumətindən söz verdiyi islahatları dərhal tətbiq etməsini istəyib. Ancaq Şura üzvü olan Livan açıqlamanı dəstəkləmədiyini bəyan edib. BMT-nin baş katibi Pan Ki Mun bu həftə içərisində Əsədlə görüşəcəyini və Suriya ilə bağlı tərəfsiz bir hesabat hazırlayacağını bəyan edib. ABŞ isə Suriyanın Əsədsiz daha yaxşı yer olacağını açıqlayıb.
    04.08.11 Məqaləni oxumaq
     
    İsraillə Türkiyə arasında növbəti qalmaqal
    Sankt-Peterburqda qalmaqal: Rusiyanın şimal paytaxtında türk konsul Mehmet Çinar israilli həmkarı Eduard Şapiri aşağılayıb. Məlumata görə, Çinar israillini yanına çağıraraq, ona Peterburqdakı Xoral sinaqoqunda birgə rəsm sərgisinin təxirə salındığını deyib. Problem onda olub ki, türk konsul onu aşağı divanda oturdub, özü isə hündür stulda əyləşib. «KƏLAMİNFO»nun məlumatına görə, bunu «İzrus» «Vesti» qəzetinə istinadən yayıb. Nəşr iddia edib ki, bu, müsəlman dünyasında təhqir hesab edilir. Stulla divan arasında fərq 20 sm. olub. Qeyd edilib ki, bu, İsrail və Türkiyə nümayəndələri arasında baş verən ilk insident deyil. 2010-cu ilin əvvəlində İsrail XİN-in müavini Dani Ayalon türk səfirini telekameraların qarşısında aşağı yerdə əyləşdirmişdi. Məlumatda qeyd edilir ki, ola bilsin bu dəfə Çinar bunu Şapirə qarşı həyata keçirmək istəyib.
    04.08.11 Məqaləni oxumaq
     
    ABŞ-da uşaq pornoqrafiyası şəbəkəsi ilə əlaqəsi olan 72 nəfərə ittiham irəli sürülüb
    ABŞ-da uşaq pornoqrafiyası şəbəkəsi ilə əlaqəsi olan 72 nəfərə qarşı ittiham irəli sürülüb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Amerikanın baş prokuroru Erik Holder və daxili təhlükəsizlik naziri Con Napolitano tərəfindən ittihamnamələr bu gün irəli sürülüb. Holder deyib ki, ittihamnamələr uşaqları istismar edənlərin ədalət məhkəməsi qarşısına çıxarılacağına dair ciddi bir xəbərdarlıqdır. O, Deledo əməliyyatı kimi tanınan təhqiqatın dünyada yüzlərlə insanı hədəf aldığını deyib. Baş prokuror bildirib ki, «Dreamboard» şəbəkəsi uşaq pornoqrafiyasını yaymaqla yanaşı, insanları pornoqrafiya videoları hazırlamağa təşviq edir. Videolarda göstərilən uşaqların bəziləri körpələrdir. İndiyədək 13 adam günahkar olduğunu etiraf edib. Onlardan 4-ü 20-30 il müddətinə azadlıqdan məhrum edilib. İttihamlarla üzləşənlərin 52-si 14 ölkədə nəzarət altına alınıb. Təhqiqat 2009-cu ilin dekabr ayından davam edir.
    04.08.11 Məqaləni oxumaq
     
    Rusiyada 7500 ekstremist internet sayt fəaliyyət göstərir
    Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyev bildirib ki, hazırda Rusiyada 7500 ekstremist internet sayt fəaliyyət göstərir və belə saytların fəaliyyətini məhdudlaşdırmaq üçün tədbirlər işlənib hazırlanmalıdır. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, daxili işlər naziri bu açıqlamanı çərşənbə günü Xabarovsk şəhərində ekstremizmlə mübarizə üzrə şöbələrarası komissiyanın iclasında verib. Nazir bildirib ki, federal media qanunu artıq dəyişdirilib və internet saytları müəyyən məqamlarda kütləvi informasiya vasitəsi hesab olunurlar. Onun sözlərinə görə, media, həmçinin ekstremizmlə mübarizədə müsbət rol oynaya bilər. Nurqaliyev deyib ki, Rusiyada hazırda 10 əsas dini sekta fəaliyyət göstərir və onlarla bağlı əsas narahatlıq bundan ibarətdir ki, sekta üzvləri adətən ailələrini tərk edirlər, heç bir sosial bağlılıq saxlamırlar və cinayət törədirlər. Nurqaliyev vurğulayıb ki, bu sektaların fəaliyyətini monitorinq etmək və onların cinayətlərinin qarşısını almaq lazımdır.
    04.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  77 78 79 80 81 82 83 84 85  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30