Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 76 77 78 79 80 81 82 83 84 » #
    Başında aşsüzən şəkil çəkdirib
    Spagettiyə Allah kimi sitayiş edən Avstriya vətəndaşı dini baxışlarına görə başını örtməli olduğunu deyib. Avstriyada yaşayan Niko Alm dini baxışlarına görə sürücülük vəsiqəsi üçün başıbağlı şəkil çəkdirib. Amma Niko başına nə çalma, nə də araqçın qoymayıb. O, başına aşsüzən keçirərək vəsiqə üçün şəkil çəkdirib.
    11.08.11 Məqaləni oxumaq
     
    Qadın futbolçulara hicabda oynamaq qadağan edildi
    İran komandasına texniki məğlubiyyət verərək yarışmadan uzaqlaşdırdılar

    İran İslam Respublikasının qadınlardan ibarət yığmasına İordaniya komandası ilə görüşdə 3:0 hesablı texniki məğlubiyyət elan olunub.  Bəhreynli hakim bu qərarını xanımların oyun meydançasına hicabda çıxması ilə əlaqələndirib.
    11.08.11 Məqaləni oxumaq
     
    “Türklərin elektrik enerjisi haramdır”
    Yunan kilsəsinin baş yepiskopu “Kipri türk elektriki ilə işıqlandırmaq əvəzinə lampadan istifadə etməyi daha üstün tuturam” deyib.
    Kiprin yunan hissəsində elektrik stansiyalarının birində iyulun 11-də baş vermiş qəzadan sonra bölgədə elektrik enerjisi kəsilmişdi. Adanın yunan tərəfi bölgəyə enerji verilməsini təmin etmək məqsədi ilə Şimali Kiprdən elektrik almağa məcbur qalmışdı.
    Yunan tərəfinin belə bir addım atması ictimaiyyət nümayəndələri tərəfindən sərt reaksiya doğurub. Türkiyə mətbuatının yaydığı məlumata görə, regionun dini liderləri də işə qarışıb.
    11.08.11 Məqaləni oxumaq
     
    Çexiyada “Anti-məscid” hərəkatı yaradılıb
    İslama qarşı təşkilatın dəstəklənməsinə baxmayaraq, Hradec Kralovedə məscid tikilib

    Çexiyanın Hradec Kralove şəhərinin hakimiyyəti “AntiMesita” (Məscid əleyhinə) hərəkatına maddi yardım göstərib. Bu təşkilat yerli sakinlər üçün “İslam təhlükəsi” mövzusunda ictimai müzakirələr təşkil edir, müxtəlif şəhərlərdə məscidlərin tikilməsinə qarşı imzatoplama aksiyası keçirir və ümumiyyətlə Çexiya ərazisində islam mədəniyyətinin yayılmasına qarşı fəaliyyət göstərir. Bu barədə www.romea.cz  saytı xəbər verib.
    11.08.11 Məqaləni oxumaq
     
    Müsəlman qadınlar mübarizəyə başlayır
    Böyük Britaniyada bir qrup müsəlman qadın “Zorakılığa qarşı cihad”a başlayıb. “İnspire” (Ruhlandır) adlı bu qrupun məqsədi qadın hüquqlarını gündəmə gətirməkdən ibarətdir. Bu qrupun niyyəti müsəlman qadınlara öz potensialını üzə çıxartmaqda yardımçı olmaqdır. Qadınların digər məqsədi də “cihad” terminini ekstremizmdən ayırmağa nail olmaqdır.
    “İnspire”in təsisçisi Sara Xan deyir ki, əslində “cihad” ekstremistlərin “müqəddəs savaşâ€ť kimi qələmə verdiyi vəhşiliklər deyil, Allah yolunda aparılan mübarizədir.
    11.08.11 Məqaləni oxumaq
     
    Məscidə gedən uşaqların valideynləri cərimələnəcək
    Tacikistanda qəbul edilən qanuna görə, belə uşaqların ata-anası valideynlik hüququndan da məhrum edilə bilər. Tacikistan parlamenti “Valideynlərin məsuliyyəti haqqında” Qanun layihəsini təsdiqləyib. Bu qanunda ən çox müzakirə doğuran məqam uşaqların məscidə getməsi ilə əlaqədar valideynlər üçün nəzərdə tutulan cəza sistemi ilə bağlı olub.
    11.08.11 Məqaləni oxumaq
     
    Abdulla Gül: Qafqazın sabitliyi Türkiyə üçün əhəmiyyətlidir
    Qafqaz və Orta Asiya regionlarının sabitliyi Türkiyə üçün əhəmiyyətlidir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Yaponiyanın ən böyük iqtisadiyyat qəzeti olan “Nihon Keizai Shimbuna” (Nikkei) müsahibəsində Türkiyə prezidenti Abdulla Gül söyləyib. “Türkiyənin yüksəlişi: regional liderliyə” başlığı altında verilən müsahibədə A.Gül əlavə edib ki, Türkdilli ölkələrlə Türkiyənin bağları möhkəmdir və bu bölgələrin sabitliyi Türkiyə üçün maraqlıdır. Ölkəsinin regionda lider dövlət olduğuna diqqət çəkən A.Gül Türkiyənin daxili və xarici diplomatiyasından bəhs edərək bölgədə problemlərin mövcudluğunu da qeyd edib. Türkiyənin Orta şərq, Balkanlar və Qafqaza yönəlik diplomatiyasından danışan prezident bildirib ki, gələcəkdə mövcud problemlərdən çıxmağı qarşıya məqsəd qoyublar. Bütün bölgə və qitələrlə əlaqələrin möhkəmləndirməsini arzu edən A.Gül qeyd edib ki, bəzi qruplar bunu anlaya bilmir, ya da qəbul etməkdə çətinlik çəkirlər.
    10.08.11 Məqaləni oxumaq
     
    Davudoğlu Dəməşqə iki tələblə gedib
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə bu gün xarici işlər naziri Əhməd Davudoğlunun paytaxt Dəməşqdə Suriya prezidenti ilə görüşü gözlənilir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Davudoğlunun görüşü haqqında məlumatı Ankarada keçirdiyi mətbuat konfransında hökumət sözçüsü Bülənt Arınc verib. Arıncın verdiyi açıqlamada Davudoğlunun Suriyaya iki tələb aparacağını bildirib: “İnsan itkisinin qarşısı alınmalı və demokratik islahatlar tələbləri yerinə yetirilməlidir. Rəsmi Ankara Ramazan ayında silahlı qarşıdurmaların davam etməsi və günahsız insanların öldürülməsindən narahatdır” - deyə nazir vurğulayıb.
    10.08.11 Məqaləni oxumaq
     
    Tanklar yenə Həma çevrəsində
    Suriyada üsyanlar başladığı gündən bəri yüzlərlə insanın ölümünə şahidlik etmiş Həma sərhədlərində yenə ölüm qoxusu var. “KƏLAMİNFO” “The İndependent”ə istinadən xəbər verir ki, dünən günorta saatlarından bəri şəhərin ətrafında geniş təhlükəsizlik tədbirləri aparılıb, silahlı qüvvə və tanklar yerləşdirilib. Şəhərin şimal bölgələrində hərbi postlar qurulub. Rəsmi binaların və evlərin damlarında snayperlər yerləşdirilib. Paytaxt Dəməşqin girişində də hərbi post qurulub. Şəhərə girib-çıxan bütün nəqliyyat vasitələri yoxlanılır.
    09.08.11 Məqaləni oxumaq
     
    Türk ordusu diz çökdürülür
    Ötən həftə Türkiyə Ali Hərbi Şurasında ard-arda gələn istefa və iclaslarda yaşanan böhranın əks-sədası hələ də gəlir. “KƏLAMİNFO” “The Financial Times”a istinadən xəbər verir ki, artıq ölkədə əsgərin nüfuzu sarsılıb. “Üzücü bir böhran sonunda ordunu diz çökdürən” Ərdoğan hökumətinin indi də Şuranın maliyyə və hüquqi səlahiyyət çərçivəsini daraltmağa çalışdığı bildirilir. Xəbərdə AKP-nin sədr köməkçisi Ömər Çəlikə istinadən Türkiyədə məcburi əsgərlikdən professional və həvəskar orduya keçidin də planlaşdırıldığı qeyd olunur. Çelik : “2002-ci ildə AKP iqtidara gələnə kimi Türkiyədə 2 dövlət var idi - siyasi və hərbi. Lakin artıq ordu ilə əlaqələr bütün çağdaş ölkələrdə olduğu kimidir” – deyə vurğulayıb. Çelik Türk Silahlı Qüvvələrinin büdcəsinin yoxlanacağını da istisna etməyib.
    09.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 76 77 78 79 80 81 82 83 84 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30