Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Sergey Narışkin: “Rusiyada savadlı hüquqşünaslar azlıq təşkil edir”
    Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin hesab edir ki, ölkədə həddən çox hüquqşünas olsa da, yüksək ixtisaslı və savadlı hüquqşünaslar azlıq təşkil edir. “Rusiyada belə bir fikir mövcuddur ki, bizdə hüquqşünas bolluğudur. Mən bu fikrə əhəmiyyəıtli bir əlavə etmək istəyirəm - bizdə yüksək ixtisasa malik olmayan hüquqşünas bolluğudur” - deyə S.Narışkin bildirib. “KƏLAMİNFO” “İnterfaks”a istinadən xəbər verir ki, onun sözlərinə görə, təəssüf ki, heç də bütün hüquq kafedra və fakultələri “forma və məzmununa görə” keyfiyyətli təhsil vermir: “Əslində, savadlı və yüksək ixtisaslı hüquqşünas çatışmazlığı var”. Spikerin sözlərinə görə, bu çatışmazlıq bütün hakimiyyət orqanlarında və strukturlarda, o cümlədən qanunvericilik səviyyəsində də hiss olunur. “Mən bir daha deyirəm, savadlı və yüksək ixtisaslı hüquqşünaslarımız çatışmır” - deyə o vurğulayıb.
    28.11.12 Məqaləni oxumaq
     
    Tacikistanda “Facebook”a giriş məhdudlaşdırılıb
    Tacikistanda “Facebook” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən məlumat verir ki, bunu ölkənin İnternet Provaryderlər Assosiasiyasının hüquqşünası Pərvinə İbadova bildirib. Rabitə xidməti bazar günü bütün internet provadyerlərə və mobil operator xidmətlərinə SMS məlumat göndərərək «Facebook» şəbəkəsinə girişin blok olunduğunu bəyan edib. Artıq üç internet provayder sosial şəbəkəyə girişi məhdudlaşdırıb. Eləcə də üç mobil rabitə xidməti də bu addımı atıb. “Facebook”a giriş bu il artıq ikinci dəfədir ki, məhdudlaşdırılır.
    26.11.12 Məqaləni oxumaq
     
    Misir prezidentinin tərəfdarları küçələrə çıxıb
    Misirdə prezident Məhəmməd Mursi tərəfdarları küçələrə çıxıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, ölkənin bir çox şəhərində Mursinin Konstitusiya dəyişikliklərinə dəstək mitinqləri keçirilib. Süveyş şəhərində 100-ə yaxın maşından ibarət karvanla Mursiyə dəstək yürüşü təşkil edilib. Nümayişçilər "Mətbuatı və ədliyyə sistemini təmizlə", "Vaxt demokratiyanın davam etməsi və köhnə iqtidardan qalan korrupsiyanın ortadan qaldırılması üçün prezidentin yanında olma vaxtıdır" kimi şüarlar səsləndiriblər.
    26.11.12 Məqaləni oxumaq
     
    Avropa Birliyinin yeni büdcəsi hazırlanır
    Avropa Biliyi ölkələri liderləri 2014-2020 illəri əhatə edəcək Avropa Birliyinin yeni büdcəsini hazırlamaq üçün Brüsseldə toplaşıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Avropa Birliyinin prezidenti Herman Van Rompuy yeni büdcənin 973 milyard avro məbləğində nəzərdə tutulmasını təklif edib. Müzakirələrin bu gün sona çatacağı gözlənilir.
    24.11.12 Məqaləni oxumaq
     
    İrana qarşı sanksiyalar Ermənistana təsirsiz ötüşmür
    “İrana qarşı iqtisadi sanksiyalar tək Mahmud Əhmədinejad rejiminə deyil, qonşularına da zərbə vurur”. “KƏLAMİNFO” “İzvetisiya” qəzetinə istinadən xəbər verir ki, ziyan çəkən əsas ölkələr sırasında Ermənistan xüsusi seçilir. Qəzet yazır ki, İran rialının devalvasiyası İran biznesmenlərinə Ermənistandan qoyun əti almasını əlverişsiz edib. Bu da Ermənistanın bazarında qoyun ətinin qiymətinin iki dəfə aşağı düşməsinə səbəb olub. “İranlıların addımından sonra biz ildə 50 min dollar itiririk” - deyə qəzetə Ararat rayonunun sakini Aqo Xasanyan bildirib. İranlılar ənənəvi olaraq Ermənistanda qoyunların yetişdirilməsi ilə məşğul olurlar. Aqonun sözlərinə görə, keçən il bir quzunu 150 dollar verirdilərsə, indi 75 dolara da sata bilməzsən. Onun ailəsi bir il ərzində İrana 800 qoyun satıb. İran marşrutuna nativ isə yoxdur. Onlar təyyarə ilə BƏƏ-yə qoyun aparmaq istəsələr də, nəqliyyat xərci üzündən bu mümkün olmayıb. Lakin buna baxmayaraq, İrana heyvan aparanlar var.
    23.11.12 Məqaləni oxumaq
     
    Gürcüstanda “Qızılgül inqilabı” günü bayram kimi qeyd olunmayacaq
    2003-cü ildən ilk dəfə olaraq Gürcüstanda “Qızılgül inqilabı” günü bayram kimi qeyd olunmayacaq. Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze hakimiyyətdən devrildikdən sonra hər il ölkədə bu gün rəsmən bayram günü qeyd olunur. İndiki prezident Mixail Saakaşvilinin hakimiyyətə gəlməsi ilə nəticələn həmin gün həm də Gürcüstanda Müqəddəs Georgi günü kimi qeyd edilir. “KƏLAMİNFO» «Novosti Qruziya»ya istinadən xəbər verir ki, “Qızılgül inqilabı”nın rəsmən keçirilməyəcəyini prezidentin mətbuat xidməti də təsdiq edib. Lakin buna baxmayaraq, bu gün “Facebook” sosial şəbəkəsində hamını inqilab bayramını qeyd etməyə çağırışlar edilib.
    23.11.12 Məqaləni oxumaq
     
    Saakaşvili yeni hökuməti həbslərə görə kəskin tənqid edib
    Gürcüstan prezidenti Mixail Saakaşvili yeni hökuməti son vaxtlar ölkədə həyata keçirilən həbslərə görə kəskin tənqid edib. “KƏLAMİNFO” “Reqnum”a istinadən xəbər verir ki, prezident bildirib ki, həbslər cəmiyyətdə, eləcə də Gürcüstanın Qərb tərəfdaşlarında narahatçılıq yaradır. Prezidentin qənaətincə, yeni hökumətin nümayəndələri bəyan edirlər ki, hamı həbs olunacaq. “Geniş və ara söhbətlərində belə bir çıxışlara rast gəlirsən və bu da birmənalı olaraq narahatçılıq doğurur” - deyə o bəyan edib. Prezident vurğulayıb ki, bununla bağlı onun yadına fransız inqilabının lideri Robespyer düşüb. “Onun əmri ilə Fransada bir gündə onlarla insanın başını kəsirdilər. O, parlamentdə çıxış edib və bildirib ki, hamını həbs edəcəklər. Parlament dözdü, sonda isə onun özünün edam olunması barədə qərar çıxardı” - deyə Saakaşvili xatırladıb.
    22.11.12 Məqaləni oxumaq
     
    Misir Türkiyədən pilotsuz təyyarələr alacaq
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Misirə səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə saziş imzalanıb. “KƏLAMİNFO” “Today Zaman”a istinadən xəbər yayıb ki, razılaşmaya əsasən Misir Türkiyədən bu ölkə istehsalı olan 10 ədəd “ANKA” tipli pilotsuz təyyarə alacaq. Bununla da Misir dövləti Türkiyə pilotsuz təyyarələrini alan ilk ölkə olacaq. Qeyd etmək lazımdır ki, Türkiyənin ilk pilotsuz təyyarəsi olan “ANKA” saatda 140 km uçuş qabiliyyətinə malikdir. Təyyarə 9144 metrlik hündürlüyə qalxmaqla 24 saat ərzində havada əməliyyat keçirə bilir.
    22.11.12 Məqaləni oxumaq
     
    Cəmil Çiçək: Ermənistan diasporun girovuna çevrilib
    “Erməni lobbisi Ermənistanı özünün tam və sərt nəzarəti altında saxlayır və bunun nəticəsidir ki, ölkə erməni diasporunun girovuna çevrilib”. “KƏLAMİNFO” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Cəmil Çiçək ATƏT PA sədri Rikkardo Miqliori ilə görüşdə bildirib. Çiçək bir daha bildirib ki, Ermənistan işğalçı dövlətdir və Azərbaycan torpaqlarının beşdə birini işğal edib.
    22.11.12 Məqaləni oxumaq
     
    Klinton: ABŞ İsraili dəstəkləyir
    ABŞ dövlət katibi Hillari Klinton İsraildə baş nazir Benyamin Netanyahu ilə görüşüb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Klinton ABŞ-ın İsraili dəstəklədiyini, Qəzzadan İsrailə atılan raket hücumlarının dayandırılmasının vacib olduğunu bildirib. Klinton ABŞ-ın İsrail və Qəzzada sülhün bərqərar olması üçün çalışdığını da deyib. 7 gündür İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində ölən fələstinlilərin sayı 135-i keçib. İsrail tərəfdən 5 adam ölüb. Onlardan biri hərbçidir. Bölgədə Misirin vasitəçiliyi ilə atəşkəs ola biləcəyi ehtimalı olsa da, axşam İsrail hava zərbələrini davam etdirib.
    21.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30