Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 75 76 77 78 79 80 81 82 83 » #
    ABŞ iqtisadiyyatına “sentyabr vədi”
    ABŞ prezidenti Barak Obama son zamanlar olduqca təhlükəli vəziyyətlərdən çıxan və hərtərəfli zəifləyən ölkə iqtisadiyyatının bərpası və güclənməsi üçün sentyabrda “dəqiq iş planı” açıqlanacağını bildirib. Dünən başlayan avtobusla səyahəti çərçivəsində İova ştatında tribunaya qalxan prezident Konqresin müvəqqəti qəbul edilən plan üzərində yenidən işləməyə başladığını və sentyabrda planın dəqiq formasının açıqlanacağını deyib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, prezidentin avtobus turu Ağ Ev tədbirlərindən olub rəsmi xarakter daşısa da, rəqiblərinə görə, Obama artıq seçki kampaniyasına start verib. 
    Obama İovada açıqlama verərkən dünən partiyadaxili səsvermələrin birinci mərhələsində qalib olan xanım Baxman Nyu-Yorkda keçirdiyi mətbuat konfransında işsizliyin 9%-i keçdiyi bir ölkədə Obamanın ikinci dəfə prezident olmaq ümidlərinin əbəs olduğunu bildirib.
    16.08.11 Məqaləni oxumaq
     
    Ərdoğan Obama ilə Suriyadakı vəziyyəti müzakirə edib
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. “KƏLAMİNFO” Türkiyə baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər regional məsələləri və Suriyadakı vəziyyəti müzakirə ediblər. Rəsmi Dəməşqin yaxın günlərdə atacağı addımları yaxından izləmək, bununla bağlı qarşılıqlı məsləhətləşmələri davam etdirmək qərara alınıb. ABŞ prezidenti və Türkiyənin baş naziri Suriya hökumətinin mülki əhaliyə qarşı silahdan istifadə etməsindən narahatlıqlarını da ifadə ediblər. Hər iki lider bu ölkədə axan qanın kəsilməsi və xalqa qarşı zorakılığın dayandırılmasının zəruriliyini vurğulayıb.
    13.08.11 Məqaləni oxumaq
     
    Alman adəti: iş yerində öpüşmək olmaz
    Almaniyada iş yerində öpüşmək etik normalara ziddir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, etik normalar və cəmiyyətdəki yazılmamış qanunlarla bağlı fəaliyyət göstərən və immiqrantlara təlimlər verən Knigge cəmiyyəti əvvəlcə məhz bu vacib detaldan başlayır. Cəmiyyətin sədri Hans Mişel Kleyn bununla bağlı şikayət məktublarının son zamanlar çox artdığını bildirib. Belə ki, almanlar nə qədər səmimi və istiqanlı olsalar da, xüsusilə alman xanımlar üçün öpüşmək erotik ünsürdür və bu, bədən təması qurmağa çalışan insanların metodudur. Almanlara xas olmayan bu adət Fransa, İtaliya, Cənubi Amerika və Şərqi Avropadan gələnlər üçün olduqca adidir. Almanlar isə “bu pis və dözülməz vərdişə” son qoymaq üçün hava limanında xarici vətəndaşlara davranış qaydalarını göstərən kitabçalar payalanmasını tələb edir.
    12.08.11 Məqaləni oxumaq
     
    ABŞ əsgərləri əfqan polisinə atəş açıb
    NATO və əfqan təhlükəsizlik xidməti əməkdaşları əfqan polisinin ABŞ əsgərlərinin onlara atəş açdığı ilə bağlı qaldırdıqları ittihamı araşdırır. “KƏLAMİNFO” “LATimes”a istinadən xəbər verir ki, hadisə şahidləri hücum nəticəsində 4 əfqan polisinin öldüyünü, ikisinin isə yaralandığını bildirib. Xəstəxanaya aparılan yaralı polislər ABŞ əsgərlərinin Qəndaharda əfqan polisinin fəaliyyətinə imkan vermədiklərini deyiblər. NATO rəsmiləri hadisə ilə bağlı verdikləri açıqlamada polislərin iddialarını əsassız adlandırıblar və hadisənin araşdırılacağını vurğulayıblar. Onlar, həmçinin qeyd ediblər ki, əfqan polisinin NATO qüvvələrinə hücumu və ya atəş açması adət halını almış olsa da, NATO-ya məxsus qüvvələrin yerli polisə atəş açması nadir təsadüf olunan haldır. Buna görə də hadisənin motivləri araşdırılır.
    12.08.11 Məqaləni oxumaq
     
    İran-Türkiyə boru xəttində partlayış baş verib
    İrandan Türkiyənin Ərzurum şəhərinə gedən təbii qaz boru xəttində partlayış baş verib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış Ağrı vilayətinin Şərqi Bəyazit mahalı yaxınlarında olub. Partlayışdan sonra yaranan yanğının hündürlüyü 60-ə qədər yüksəlib. Partlayışdan sonra həmin boru kəmərinə qazın verilişi dayandırılıb. Yanğını söndürmək üçün xətdəki qazın bitməsi gözlənilir. Hadisənin dəqiq səbəbi bilinməsə də, onun təxribat olması istisna edilmir.
    12.08.11 Məqaləni oxumaq
     
    Müsəlmanların sayı artır
    20 il ərzində İslam inanclılarının sayı 2 milyardı keçəcək

    Yaxın 20 il ərzində dünyada müsəlman əhalisinin 35 faiz arta bilər. Bu proqnoz  İslam Forumunun “Din və ictimai həyat” Tədqiqat Mərkəzi tərəfindən açıqlanıb. Mərkəzin hazırladığı hesabata görə, 2030-cu ilədək müsəlmanların sayının 1 milyard 600 milyondan 2 milyard 200 milyonadək artacağı gözlənilir. Yaxın Şərq və Şimali Afrika regionunda bu artım daha çox olacaq. Hesabata görə, 20 il ərzində təkcə Yaxın Şərqin və Şimali Afrikanın müsəlman əhalisinin 321 milyondan 439 milyona qədər çoxalacağı gözlənilir. Bu, 1990-cı ilə nisbətən 2 dəfə yüksək göstəricidir. 2020-ci ildən müsəlman əhalisinin hər il 1,4 faiz artımı planlaşdırılır. Bu baxımdan ən yüksək göstərici ABŞ-da gözlənilir ki, bu da ölkədəki mühacirlərin sayının müntəzəm olaraq artması ilə əlaqəlidir.
    12.08.11 Məqaləni oxumaq
     
    Rüşvət almaqda ittiham olunan nazir istefa verib
    Sloveniyanın daxili işlər naziri Katarina Kresal haqqında yayılan rüşvətxorluq ittihamlarından sonra istefa ərizəsi verib. “KƏLAMİNFO” UPİ-yə istinadən xəbər verir ki, daxili işlər naziri və Liberal Demokrat Partiyasının lideri Kresal sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada: “Rüşvətxorluqla Mübarizə Komissiyasının mənim və mənimlə çalışan insanların işinə şübhə ilə yanaşması ilə bağlı daxili işlər naziri postundan istefa edirəm. Bu quruma rəhbərlik etdiyim ilk gündən rüşvətxorluqla mübarizənin ən fəallarından olmuşam. Bu ittihamı qəbul edə bilmərəm” – deyə bildirib.
    11.08.11 Məqaləni oxumaq
     
    Bəşər Əsədi ancaq Türkiyə iqtidardan uzaqlaşdıra bilər
    Əsəd-Davudoğlu görüşünün nəticələri ictimaiyyətə açıqlanmasa da, Türkiyənin Suriyaya iki həftə vaxt verdiyi bildirilir. “KƏLAMİNFO” “The Times”a istinadən xəbər verir ki, Davudoğlu qırğınlar durdurulmadığı təqdirdə ölkə maraqlarını qorumaq naminə hərbi müdaxiləyə əl atılacağını deyib.
    Avropa isə görüşün nəticəsiz bitməsinə baxmayaraq, Türkiyəni siyasi gündəmin mərkəzinə gətirərək, Suriyadakı məsələnin həllini ondan gözləməklə yanaşı, bunu dəstəklədiyini göstərir. Bu gün Barak Obamanın da Türkiyəni Suriyaya hərbi müdaxilə etməyə çağıracağı gözlənilir.
    11.08.11 Məqaləni oxumaq
     
    İran: İngiltərəyə getmək olmaz!
    İran hökuməti İngiltərədə baş verən üsyan və silahlı qarşıdurmalarla əlaqədar vətəndaşlarına ciddi bir ehtiyac yaranmadığı müddətcə İngiltərəyə getməmək göstərişi verib. “KƏLAMİNFO” CNN-ə istinadən xəbər verir ki, hökumətin yaydığı bəyanatda İngiltərənin İran vətəndaşları üçün təhlükəli yer olduğu bildirilib.
    Məlumat üçün bildirək ki, Londonda polislə əhali arasında baş verən qarşıdurma nəticəsində ölənlər arasında Britaniyada təhsil alan üç müsəlman gənc də var.
    11.08.11 Məqaləni oxumaq
     
    ABŞ vertolyotunu vuran “talibançı”lar öldürülüb
    Əfqanıstandakı NATO rəsmiləri cümə günü ABŞ-a məxsus hərbi vertolyotu salaraq, 38 nəfərin ölümünə səbəb olan “Taliban” yaraqlılarının öldürüldüyünü açıqlayıb.
    “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, general Con Alen verdiyi açıqlamada F-16 hərbi təyyarələri ilə aparılan əməliyyat nəticəsində “Taliban” liderlərindən birinin öldürüldüyünü də deyib.
    Məlumat üçün onu da bildirək ki, dünən ABŞ prezidenti Barak Obama və müdafiə naziri Leon Panetta həyatını itirmiş əsgərlərin dəfn mərasimində iştirak edib.
    11.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 75 76 77 78 79 80 81 82 83 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30